Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə47/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   43   44   45   46   47   48   49   50   ...   292

139

Bu sözləri eşidən bədəvi,əsəbiləşərək ona belə cavab verdi:

- Yanımdan çıx get, uzaqlaş məndən. Sənin uğursuzluğun mənə də 

keçməsin.  Sənin  yolun  ayrı,  mənim  yolum  ayrı.  Mənim  çuvala  qum 

dolduraraq etdiyim avamlıq, sənin bu halda ağıllı olmağdından daha 

yaxşıdır.Çünki mən Allahdan çəkinir, əmrlərini yerinə yetirməyə çalı-

şıram. Könlüm İlahi lütflər və mənəvi eşqlə doludur, -deyə cavab verir.

Açıqlaması:-Mövlana  bu  hekayədə  dinə  qarşı  çıxan  fəlsəfəçilərə 

işarə edir. Təbiətdən, xəyaldan doğan hikmət və fəlsəfi düşüncələr Ca-

lal sahibi Allahın nurunun feyzindən uzaqdır. Dünya hikməti sayılan 

fəlsəfə, zənni və şübhəni artırır. Dinin hikməti isə insanı göylərin üstünə 

çıxarır və yüksəklərə ucaldır. (M.Cəzali“Altın Ögüdlər”) 

QURAN OXUNAN ZAMAN ŞEYTAN SÖZ ATIB

QƏLBLƏRƏ ŞƏKK-ŞÜBHƏ SALAR

əl-Həcc-50-54-Ayələrimizi  batil  etməyə  səy  göstərən  kəslər, 

fikirlərində Allahı aciz etmək istəyən kəslər Cəhənnəmdə yoldaşdırlar. 

Biz  səndən  qabaq  elə  bir  Peyğəmbər  göndərmədik  ki,ona  nazil  olan 

ayələri  oxumaq  istəyən  zaman  şeytan  bir  söz  atıb  onun  oxuduğuna 

əlavə etməsin. Həqiqətən, zalımlar haqdan uzaqdırlar və həmişə Quran 

barəsində etdikləri şəkk-şübhədə qalacaqlar. Allah şeytan atan sözlər ilə 

qəlbində şəkk xəstəliyi olan və qəlbləri bərk olan kəsləri imtahan edər. 

Onlar qəflətən Qiyamət gələnə qədər, ya onlara doğmayan (günəşin) 

günün əzabı gələnə qədər şəkdə qalarlar. Allaha inanmayıb ayələrimizi 

təkzib edənlər üçün xaredici əzab vardır.



əl-Ənam -110- Biz onların ürəklərini və gözlərini elə dolandırarıq 

ki,  həqiqəti  görməzlər.  Necə  ki,  birinci  dəfə  Quran  nazil  olanda  ona 

iman gətirməmişdilər, indi də iman gətirməzlər. Biz onları öz tüğyanları 

içində çaşqın halda qoyarıq. Beləliklə, biz hər bir Peyğəmbər üçün cin 

və ins şeytanlarından ibarət düşmənlər yaratdıq.Onların biri digərini al-

dadaraq batində batil, aşkarda zinətlənmiş sözlər ilə vəhy edərlər. Əgər 

sənin Allahın istəsə, onlar bunu etməzlər. Onları iftiraları ilə birlikdə 

tərk et. Onlar öz vaxtında əməllərindən xəbərdar olarlar.



 KAFİRLƏR QURAN AYƏLƏRİNİ TƏKZİB EDƏRLƏR

əl-Mumin-71-Quranı, onun ayələrini və Peyğəmbərlərə göndərdiyi-

miz şeyləri təkzib edən kəslər işlərinin aqibətini və əzabın onlara nazil 

olmasını tezliklə bilərlər. 



140

əl-Əraf-40-42-Ayələrimizi təkzib edən, Qurana iman gətirməyərək 

təkəbbürlük edən kəslər üçün səmanın qapıları açılmaz. Dəvə iynənin 

gözündən keçməyənəcən onlar Cənnətə daxil ola bilməzlər. Biz günah-

karlara  belə  əzab  verərik.Onlar  üçün  Cəhənnəmdə  oddan  döşənəcək, 

başlarının  üstündə  isə  oddan  örtüklər  vardır.Biz  zalımlara  belə  əzab 

verərik.İman gətirib yaxşı əməl edən kəslər isə Cənnətin yoldaşlarıdır-

lar və orada həmişəlikdirlər.

Yunus-95-101-Əlbəttə,  Allahın  ayələrini  təkzib  edənlərdən 

də  olma,  yoxsa  ziyana  yğrayanlardan  olarsan!  Onlar  dərd  gətirən 

əzabı  görməyincə,  bütün  möcüzələrin  gəlməsinə  baxmayaraq  iman 

gətirməzlər. Həlak etdiyimiz qəryələrin (tayfaların) içində eləsi olmadı 

ki, sonradan (həlak olan anda) iman gətirsinlər və bunun onlara xeyri 

dəysin.Təkcə Yunusun qövmü istisna olmaqla. Əzab nazil olan zaman 

onlar iman gətirdilər. Biz rüsvay edən əzabı onlardan götürdük. Əcəlləri 

yetişən vaxtadək onları bəhrələndirdik.Əgər Allah istəsə, sözsüz ki,yer 

üzündə olan məxluqların hamısı iman gətirər. Sən camaatı mömin olma-

ğa məcbur edirsənmi? Allahın izni olmayınca heç kəsin imana gəlməsi 

mümkün deyil.O,ağlı ilə fikirləşməyənlərə əzab verər.

Ya Muhəmməd! De ki, baxın görün, göylərdə və yerdə Allahın varlı-

ğına dəlalət edən nə qədər şeylər var.İman gətirməyən qövmə bu qədər 

əlamətlər,  qorxudanlar,  Peyğəmbərlər  kifayət  etmədimi?  (Kitabul-



Bəyan-fi Təfsirul Quran.) 

Hədis:-Əli ibn İbrahim atasından nəql edir:-İmam Sadiq belə buyu-

rur: Qiyamət günü Allah bütün məxluqatı məhşər səhrasına cəm edəndə, 

onların arasında heç vaxt görmədikləri çox gözəl bir şəxs görünər. Bu 

şəkildə zahir olan Qurandır. Allah-taala buyurar:-Öz izzət və calalıma, 

məqamımın yüksəkliyinə and olsun! Hər kəs dünyada səni əzizləmişsə, 

onu  bu  gün  əzizləyəcəyəm,  yox  hər  kəs  dünyada  sənə  hörmətsizlik 

etmişsə, mən də onu xar edəcəyəm. (”Hədisi Qüdsi” 603.) 

 QURANIN AYƏLƏRİNİ YALANLADILAR

Taha-124-Mənim nəsihətimdən, nazil olan kitabdan, ya Peyğəmbərin 

sözündən üz döndərən kəs üçün sıxıntılı güzəran vardır.



əl-Ənbiya-5-6-Kafirlər dedilər ki, Quran həqiqətdə insanın göndər-

diyi  pərakəndə  sözlərdir.Sonra  onlar  Quranın  çox  fəsahətli  olduğunu 

fikirləşib dedilər:-Yox, Muhəmməd o sözləri oxuyub öyrənib və yalan-

dan Allaha nisbət verir. Sonra fikirləşdilər ki, hər adam özündən belə 

sözlər  yarada  bilməz.Dedilər  ki,yox,  o,  şairdir.  Müşriklər  heyrətdə 



141

qalıb ona gah iftira deyir, gah da şair deyirdilər. Axırda belə dedilər:-

Əgər Muhəmməd doğru Peyğəmbərdirsə, keçmiş Peyğəmbərlər kimi 

bizə  möcüzə  gətirsin.  Bunların  halı  keçmiş  tayfaların  halı  kimidir 

ki,  Allahdan  möcüzə  istədilər.  Sanki  bundan  əvvəlki  tayfalar  Allah 

tərəfindən möcüzə göstərən Peyğəmbərlərə iman gətirmişdilər? İman 

gətirmədiklərinə görə də Allah onları həlak etmişdir.

əl-Əhqaf-7-8-Bizim  Tövhid  və  qüdrətimizə  aşkar  dəlalət  edən 

ayələrimiz oxunduqda, bu haqq olan Quran onlara gələn kimi dedilər:-

Bu, böyük sehrdir. Müşriklər isə deyirlər ki, Peyğəmbər bu Quranı Allaha 

yalan bağlayır. Allah daha yaxşı bilir ki, siz Qurana böhtan atırsınız və 

Allahın mənimlə sizin aranızda şahid olması kifayətdir.

əl-Muddəsir-18-26-O,  Quran  haqda  nə  deyəcəyini  fikirləşdi,  ölç-

dü-biçdi, Muhəmmədə şair, kahin və sehrbaz dedi. Sonra Quranı inkar 

etmək üçün baxdı, üzünü turşutdu və qaş-qabağını tökdü. Sonra iman 

gətirməkdən üz çevirdi və təkəbbürlük etdi. Sonra isə söz tapmayıb belə 

dedi:-Bu Quran sehrbazlardan öyrənilən sehrdən başqa bir şey deyildir 

və bu Quran bəşər sözüdür. Bu söylədiyi sözlərinə görə tezliklə Mən 

onu Cəhənnəmə yetirərəm!

 KAFİRLƏR QURAN AYƏLƏRİNİ TƏKƏBBÜRLÜK 

EDİB, BƏYƏNMƏZLƏR

ər-Rum-10-Sonra  da  Allahın  ayələrini  yalan  hesab  edib,onları 

məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu.



əl-Qələm-15-Ayələrimiz  ona  oxunduğu  zaman  deyər:-Bu  ayələr 

keçmiş şəxslərin uydurduğu hekayələrdir. Tezliklə onların burunlarına 

damğa basılar.

əl-Ənbiya-2-3-Rəbblərindən  onlara  (bir-birinin  ardınca)  elə  bir 

yeni  xəbərdarlıq  (öyüd-nəsihət)  gəlməz  ki,onu  məsxərəyə  qoyub 

dinləməsinlər. Qəlbləri qəflət içində olar.(ona qulaq asmazlar)Zalımlar 

öz aralarında gizli pıçıldaşıb(bir-birinə): ”Bu (Muhəmməd) sizin kimi 

ancaq adi bir insandır,”-deyərlər.

Muhəmməd-16-Onlardan  elələri  var  ki,  sənə  qulaq  asarlar.  Sənin 

yanından  çıxdıqda  isə  elm  verilən  kəslərə  deyərlər  ki,  bir  az  əvvəl 

Peyğəmbər nə dedi? Onun sözünü biz anlamadıq. Onlar bunu istehza 

yolu ilə deyərlər. Allah onların qəlblərini möhürləmişdir. 



Loğman-6-7-İnsanların  bir  parası  boş  sözlərə  müştəridirlər  ki, 

cəhalətlə xalqı Allah yolundan azdırsınlar və Quranı məsxərə etsinlər. 

Onlara rüsvayedici əzab qismət olacaq. Bizim ayələrimiz oxunan za-



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə