130
namaz qılmaq, Quran oxumaq və onun əmrlərini yerinə yetirmək, əlbəttə
ümmət üçün çətindir. Allahın adını zikr et! Günçıxandan günbatanadək
və gecə də yalnız Allahı özünə vəkil et! Sənə deyilən sözlərə səbir et!
Gözəl yol ilə onları tərk et və gözəl əxlaq ilə rəftar et! Allah sizin üçün
çətinlik yox, asanlıq yaradar.
əl-Muzəmmil-20- Həqiqətən, sənin Allahın bilir ki, bəzən gecənin
üçdə birini yatdın, bəzən gecənin yarısını, sən və səninlə olan tayfanın
bir qismi ibadət etmək üçün yuxudan durarsınız. Allah gecə və gün-
düzü öz ölçüsü ilə müəyyənləşdirib. Allah bilir ki, bu ibadətləri yerinə
yetirmək sizə çətindir və ona görə sizin üçün yüngüllük etdi. Mümkün
qədər Quranı aramla oxuyun və onun məzmununu insanlara çatdırın.
Allah bilir ki, sizlərdən bəziniz xəstə olanda, səfərdə olanda və müəyyən
vaxtlarda Quranı oxumağa qüdrətiniz çatmır. Nə qədər mümkündürsə,
nə qədər gücünüz çatırsa, o qədər də Quran oxuyub, namaz qılıb, zəkat
verin və ibadət edin. Allaha gözəl surətdə borc verin. Əvvəlcədən özü-
nüz üçün göndərdiyiniz yaxşı əməlləri və onun savabını Allah yanında
taparsınız. Bu sizin üçün yaxşı və böyük əcrdir. Allahdan günahlarını-
zın bağışlanmasını istəyin. Həqiqətən, Allah tövbə edənlərin günahını
bağışlayan və rəhm edəndir.
Hədis:İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu:-Qiya mət
günü üç şey əzəmətli olan Allaha şikayət edəcək;şəhər camaatının na-
maz qılmadığı tərk edilmiş məscid, cahillər arasında olan alim (belə
ki, insanlar onun elmindən bəhrələnməzlər)və oxunmayıb, üzərində toz
yığılan Quran.(Üsuli-Kafi,c.2,s.613)
QURANİ-KƏRİM HAQQINDA
əl-Buruc-22-Bu Quran Lövhi-Məhfuzdandır!(Quran Allah dərga-
hında qorunur. Ona Şeytan əli dəyə bilməz,o heç zaman təhrif olun-
maz!)
əl-Fussilət-42-Nə öncə, nə də sonra batil ona yol tapa bilməz, şeytan
onun bir sözünü, bir hərfini belə dəyişdirə bilməz.
Sad-87-Bu Quran aləm əhlinin hamısı üçün bir nəsihətdir və onda
deyilənlərin həqiqət olduğunu mütləq biləcəksiniz.
əl-İsra-89-Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkib on-
lara izah etdik. Həqiqətən, xalqın çoxu qəbul etmədi və küfrdən başqa
bir şeyə razı olmadılar.
əz-Zumər-27-Bu Quranda insanlar üçün məsəllər söylədik ki, bəlkə
onlar nəsihət qəbul etsinlər.
131
əl-İsra-82-Biz möminlərə şəfa olan Quran ayələrini nazil etdik.
O,zalımların ancaq ziyanını artırar.
əl-Ənkəbut-49-Xeyr,bu Quran elm verilmiş şəxslərin sinələrində
olan açıq-aşkar ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar
edərlər.
Hədis:-Peyğəmbər (s.ə.s.) buyurdu:-Quran oxunan məclisdə insan-
ların ətrafında mələklər toplanarlar, onlar dilimizdən və qəlbimizdən
keçənləri əməl dəftərlərimizə qeyd edərlər. (Biharul Ənvar, c.92, s.19)
Hədis:-Rəsulullah (s.ə.s.)buyurdu:-Qaranlıq gecə sizi bürüdüyü za-
man, fəlakət dalğaları sizi əhatə etdiyi vaxt Qurana pənah aparın,Quran
ona sığınanların himayədarıdır.Onu özünə bələdçi qərar versə, Allah
onu Cənnətə yönəldər,əgər ona hörmətsizlik etsə, yaxud ona qarşı olsa,
o zaman Cəhənnəmə gedər. (Fəzlul Quran, səh. 599)
ALLAH QURANİ-KƏRİMİ İNSANLARA RƏHMƏT
OLARAQ GÖNDƏRMİŞDİR
əl-Bəqərə-2-Bu Quran Allah tərəfindən endirilməsində şübhə olma-
yan və Allahdan qorxan insanlara yol göstərəndir.
əl-İsra-88-Ya Peyğəmbər! De:-Əgər insanlar və cinlər bir yerə
yığışıb,bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək
etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.
əz-Zumər-1-Bu Quran qələbə çalan və hikmətlə rəftar edən Allah
tərəfindən nazil olmuşdur. Biz bu kitabı gerçəkdən sənə nazil etdik.Bəs
sən də Allaha sitayiş et və ixlas ilə Onun dinində ol!
Yunus-57-Ey insanlar! Həqiqətən, sizə Allah tərəfindən nəsihət edən
Quran gəldi. O sizin qəlbinizdə olan xəstəliyə şəfadır. Möminlər üçün
hidayət və rəhmətdir.
əl-İsra -105-Biz Quranı doğruluqla göndərdik,o da haqq olaraq nazil
oldu. Biz səni ancaq bəşarət vermək və qorxutmaq üçün göndərdik.
əl-Ənam-155-Bu Quran bir kitabdır ki,biz onu nazil etdik. O,
bərəkətlidir. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm
olunsun.
Sad-68-Ya Peyğəmbər!De ki,bu Quran böyük bir xəbərdir ki,
gələcək və keçmişin əhvalatları onda cəm olunmuşdur.Siz isə ondan üz
döndərirsiniz.
əs-Səcdə-2-3-Bu Quranın aləmlərə tərtib verən Allah tərəfindən na-
zil olmasına heç şəkk-şübhə yoxdur. Müşriklər:-Muhəmməd bu Qura-
nın Allah tərəfindən göndərildiyini yalan deyır və özündən uydurub,-
132
deyirlər. Xeyr, o səndən əvvəl Peyğəmbər göndərilməmiş bir qövmü
(Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən nazil olan bir haqdır.
Bəlkə doğru yola yönələlər!
əl-Kəhf-2-3-Quran düz və qiyamətə qədər dəyişilməzdir. Bununla
öz tərəfindən olan şiddətli əzab ilə imana gəlməyənləri qorxutsun,yaxşı
əməllər görən möminlərə əməlləri müqabilində gözəl əcr və muzd
veriləcəyini xəbər versin.
ət-Tariq-13-17-Həqiqətən,Quran haqla haqsızlıq arasında fərq
qoyan kəlamdır.Bu Quran batil və oyuncaq deyildir.Həqiqətən də,
müşriklər çoxlu hiylə qurdular ki, sənin əmrini yalan etsinlər. Mən on-
ların hiyləsinə cavab verərəm. Elə isə kafirlərə möhlət ver və Allahın
tədbirinə razı ol!Onlara az bir zaman möhlət ver!
Hədis: İmam Cəfəri Sadiq Hz.Peyğəmbərdən buyurur:-Yalan za-
manda bir fitnə zühur edəcəkdir ki, insanları ondan Allahın kitabı qur-
tarar. Onda sizdən əvvəl olanların əsərləri ilə sizdən sonra meydana
gələcək xəbərlər və aranızdakı hökmlər mövcuddur. Quran haqq ilə
batili bir-birindən ayırır. Ondan başqasından hidayət istəyənlər, zəlalətə
düşmüşlər. Çünki Allah bu kitabda sağlam bir ip, zikri-hakim və doğru
yol göstərmişdir. Quran elə bir kitabdır ki, həvəs və istəklərlə haqdan
ayrılıb, batilə uymaz. Alimlər onu oxumaqdan doymazlar.(”Üsuli
kafi”Əllamə Kuleyn.)
QURANİ-KƏRİM PEYĞƏMBƏRƏ ALLAH
TƏRƏFİNDƏN GÖNDƏRİLMİŞDİR
Kəhf-1-Həmd olsun Allaha ki, Quranı nöqsansız olaraq öz bəndəsinə-
Muhəmmədə nazil etdi.
ən-Nəhl-89-Ya Peyğəmbər!Sənə Quran nazil etdik.O hər şeyi, dünya
və axirət işlərini aşkar bəyan edən, hidayət, rəhmət və müsəlmanlara
həmişəlik savab ilə bəşarət verəndir.
əl-İsra-105-Biz Quranı doğruluqla göndərdik,o da haqq olaraq nazil
oldu. Biz səni ancaq bəşarət vermək və qorxutmaq üçün göndərdik.
əl-Kəhv-28-Ya Muhəmməd!De ki:-Bu haqq olan Quran Allah
tərəfindəndir. Kim istəyir, iman gətirsin, kim istəyir, kafir olsun.
əl-Vaqiə-75-82-Ulduzların mənzillərinə and olsun ki, Quran müş-
riklərin xəyal etdikləri kimi deyildir. Kaş bunun nə qədər böyük and
olduğunu biləydiniz. Həqiqətən də, çox qiymətli olan bu Quran “Gizli
kitab”da, insanlardan gizlin və Allahın yanında olan“Lövhi-Məhfuzdan”
Peyğəmbərə nazil olmuşdur. Ona ancaq batini və zahiri nəcasətdən
pak olan kəslər əl vurarlar. Bu Quran aləmlərin Rəbbi tərəfindən na-
Dostları ilə paylaş: |