«QƏDİr-xum» DİNİMİZİn kamil olduğu güNDÜR



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76280


 

 

 



      

 

«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL 



OLDUĞU GÜNDÜR

 

az.nakhchivan.icro.ir 




 

[1] 


 

az.nakhchivan.icro.ir 



«QƏDİR-XUM» - DİNİMİZİN KAMİL OLDUĞU 

GÜNDÜR 

 

Mehriban və bağışlayan Allahın adı ilə. 



 

Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc 

ziyarətindən - «Həccül-vida»dan qayıdarkən, Zucan 

adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. 

Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! 

Sənə nazil olanları insanlara çatdır, əgər bu işi 

görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) 

tamamlamamış olursan…». («Maidə» surəsi, 67) 

“Qədir Xum” hadisəsi və İslam Peyğəmbərinin (s) o 

gün söylədiyi  xütbə mütəvatir 

rəvayətlərdəndir.“Qədir Xum” hadisəsi və İslam 

Peyğəmbərinin (s) o gündə müsəlmanlara üçün irad 

etdiyi xütbə mütəvatir (müxtəlif insanlar vasitəsilə 

dəfələrlə eynilə nəql olunmuş xəbər, hədis yaxud 




 

[2] 


 

az.nakhchivan.icro.ir 

rəvayətə mütəvatir deyilir) olaraq nəql olunmuşdur. 

Tam əminliklə demək olar ki, bu xütbə etibarca 

təvatür (təvatür: hədis və ya rəvayətin yetərincə, 

inandırıcı dərəcədə müxtəlif vasitələrlə nəql edilməsi 

deməkdir) həddindən artıqdır. Məlum olduğu kimi 

"Qədir Xum" hadisəsindən bir neçə əsr keçməsinə 

baxmayaraq, Peyğəmbərimiz Həzrət Mühəmmədin 

(s) bu hadisə ilə bağlı xütbəsi haqda elm adamları 

tərəfindən heç bir şübhə qeydə alınmamışdır. Bu da 

öz növbəsində, xütbənin sənədinin mötəbər olmasının 

təkrar sübutudur. 

 

Müsəlman tarixşünasların kitablarında 100-dən artıq 




 

[3] 


 

az.nakhchivan.icro.ir 

(125) vasitəylə nəql olunmuş “Qədir” hədisinin 

rəvayətçilərindən bəziləri aşağıda adları çəkilən 

şəxslərdir ki, çoxları Peyğəmbərin (s) yaxın adamları 

və tanınmış səhabələridir.  

1. Əbubəkr ibni əbi Quhafə (birinci xəlifə), 2. Ömər 

ibni Xəttab (ikinci xəlifə), 3.Osman ibni Əffan 

(üçüncü xəlifə), 4.Təlhə ibni Əbdullah Təmimi, 5. 

Zubeyr ibni Əvam, 6. Əbbas ibni Əbdulmüttəlib 

(Peyğəmbərin (s) əmisi oğlu), 7. Usamə ibni Zeyd ibn 

Haris, 8. Ənəs ibni Malik, 9. Cabir ibni Əbdullah 

Ənsari, 10. Səd ibni əbi Vəqqas, 11. Əbdurrəhman 

ibni Ovf, 12. Həssan ibni Sabit, 13. Səd ibni Ubadə, 

14. Əbu Əyyub Ənsari, 15. Əbdullah ibni Məsud, 16. 

Salman Farsi, 17. Əbuzər Ğəffari, 18. Əmmar Yasir, 

19. Miqdad ibni Əsvəd, 20. Səmərə ibni Cündəb, 21. 

Səhl ibni Hənif, 22. Ubəyy ibni Kəəb, 23. Əli ibn Əbi 

Talib, (Məzlum ağa).  

Qadınlardan isə: 24. Əsma binti Umeys, 25. Ümmü 

Sələmə (Peyğəmbərin (s) həyat yoldaşı), 26. Ayişə 

binti Əbubəkr (Peyğəmbərin (s) həyat yoldaşı), 27. 

Ümmi Hani binti Əbi Talib (Peyğəmbərin (s) əmisi 

qızı), 28. Xanımlar xanımı həzrət Fatimə (ə) 

(Peyğəmbərin (s) sevimli qızı). 

 



 

[4] 


 

az.nakhchivan.icro.ir 

İslamın keçmişində dərin iz qoymuş və tarixində 

özünə məxsus yer almış, Qədir Xum hadisəsindən 

milyonlarla müsəlman təsirlənmiş və Peyğəmbərdən 

(s) sonra Əli ibni Əbi Talibi (ə) özlərinə örnək, rəhbər 

və imam seçmişlər. 

 

 



Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol 

ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. 




 

[5] 


 

az.nakhchivan.icro.ir 

Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə 

palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, 

müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin 

aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət 

var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət 

verirsiniz?»  Hamı uca səslə dedi: «Biz şəhadət 

veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə 

yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim 

hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, 

Allah bunun əvəzində sənə savab mükafatı versin!». 

Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, 

mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq 

olmasına və həmin gün ölənlərin imtahan vermək 

üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı 

cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s) 

dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) 

əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada 

olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: 

«Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs 

kimdir?» - müsəlmanlar cavab verdi: «Allah və onun 

peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) 

buyurdu: «Allah Təbarəkə və Təala mənim mövlam 

və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm 

və onların işlərində özlərindən daha 




 

[6] 


 

az.nakhchivan.icro.ir 

məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin 

rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir». Bu sözləri 

dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) 

ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə 

düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli 

olanlara sən də qəzəbli ol, ona kömək edənlərə kömək 

et, ona kömək etməkdən boyun qaçıranlara kömək 

etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla 

birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır 

olanların vəzifəsi, bu xəbəri burada olmayanlara 

çatdırmaqdır».  Ey insanlar! Qurana diqqətlə fikir 

verin və ayələrini düşünərək dərk etməyə çalışın. 

Allaha and olsun, əlindən tutub sizə göstərdiyim bu 

şəxsdən başqa elə bir şəxs yoxdur ki, Quranın 

göstərişlərini sizə aydınlaşdıraraq, onun ayələrini 

təfsir etsin.  

Bu kişi mənim qardaşım Əli ibn Əbu Talibdir ki, 

onunla dostluq Allah tərəfidən mənə əmr edilmişdir.  

Ey insanlar! Əli və mənim pak övladlarım “Siql 

əsğər”, Quran isə “Siql əkbər” dir, onlardan hər biri 

digərindən xəbər verir və bir birlərini tamamlayaraq 

təsdiqləyirlər. Bu iki dəyərli şey qiyamət günü 

hövzün kənarında mənə yetişənədək heç bir zaman 



 

[7] 


 

az.nakhchivan.icro.ir 

bir-birlərindən ayrılmayacaqlar. Onlar Allahın yer 

üzərində əminləri və əmrlərini icra edənlərdirlər.  

Ayıq olun ki, lazım olan sözləri dedim!  

Ayıq olun ki, lazım olan mətləb və məqsədi elan edib, 

sizlərə yetirdim!  

 

Bu işin Allah əmrinə əsasən baş tutduğunu izah etdim 



və Allah tərəfindən sizlərə yetirdim.  

Ayıq olun ki, “Əmirəl möminin” ləqəbinə mənim 

qardaşımdan başqa heç bir şəxs layiq deyildir

məndən sonra müsəlmanlara rəhbərlik məqamı 

(Əlidən qeyri) heç bir şəxsə halal deyildir.  

Peyğəmbər (s) bu zaman həzrət Əli ibn Əbi Talibin 

əlindən tutub, qaldırıb, camaata göstərərək, buyurdu:  

ا ىف وه و هنم لبقي نلف انيد ملاسلاا ريغ غتبي نم و

 نم ةرخلآ

نيرساخلا 




 

[8] 


 

az.nakhchivan.icro.ir 

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) 

heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə 

zərər çəkənlərdən olar! Surə 3, ayə 85. 

Ey Rəbbim! Şahid ol ki, mən öz təbliğ vəzifəmi 

(peyğəmbərlik borcumu) yerinə yetirdim və sən 

şahidlərin ən yaxşısısan.  Agah olun ki, bütün bunları 

Cəbrail (ə) Allah tərəfindən mənə xəbər verərək 

buyurmuşdur: “Hər kəs Əliylə müxalifət və 

düşmənçilik edərsə, ürəyində onun vilayət və 

məhəbbətinə yer verməzsə, Mənim qəzəbimi 

qazanmışdır.” 

 

 



Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat 

dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu 

gün mən sizin üçün dinimi kamil, höccətimi isə 



 

[9] 


 

az.nakhchivan.icro.ir 

tamam etdim. Sizin üçün din olaraq İslamı 

bəyəndim…». («Maidə» surəsi, 3) 

 

Bundan sonra Peyğəmbər (s) buyurdu: «Allah 



böyükdür, Allah bizim üçün öz dinini təkmilləşdirdi 

və nemətlərini bizim üçün tamam etdi. Mənim 

peyğəmbərliyimi və Əlinin (ə) məndən sonra 

canişinim olmasını bəyəndi». Daha sonra isə belə 

buyurdu: «Əlinin mənə olan nisbəti Harunun Musaya 

olan nisbətinə bərabərdir, bir fərqlə ki, mənimlə 

peyğəmbərlik tamamlanır.» 

 

Bu zaman sevinc səsləri ucaldı. Bütün səhabələr 



Həzrət Əliyə (ə) yaxınlaşaraq, dedilər: «Ya Əli, sən 

bizim və bütün iman gətirənlərin rəhbəri oldun! Səni 

təbrik edirik!». 

 

Nazil olunan ayədən görünür ki, Peyğəmbərin 



ömrünün sonunda, mühüm bir məsələ qalmışdı ki, o 

məsələ həll olunmasa idi, risalət tamamlanmayırdı. 

Peyğəmbərin 23 illik zəhməti ilə bərabər olan və 

müsəlmanların bilməsi zəruri olan bu məsələ, onların 

bildikləri mətləbləri təkrarlamaq deyil, Peyğəmbərdən 

(s) sonra öz müqəddaratlarının kimə tapşırılması 




 

[10] 


 

az.nakhchivan.icro.ir 

məsələsi idi. Təbii ki, bu məsuliyyət də insanların ən 

fəzilətlisinə və ən üstününə tapşırılmalı idi ki, bu 

şərəfli işin öhdəsindən gələ bilsin. 

 

Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək 



dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir 

tarixdir. Bu böyük bayram münasibətilə bütün 

azadxah və vicdanlı insanları təbrik edirik! 

 

Allah bayramımızı mübarək etsin! 



 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə