Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə52/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   48   49   50   51   52   53   54   55   ...   292

154

əvvəl  onlar  aşkar  zəlalətdə  idilər,aralarında  nə  din,  nə  də  əxlaq  var 

idi. Allah Muhəmmədi xalqına və hələ onlara qoşulmamış başqaları-

na da, hələ dünyaya gəlməmiş ərəb və başqa millətlərdən olanlara da 

Peyğəmbər göndərdi. Allah qələbə çalan və hikmət sahibidir. Allah in-

sanlara Peyğəmbər göndərməklə böyük fəzl və mərhəmət sahibidir.



əl-Nəhl-103-105-Biz  müşriklərin:-Quranı  Muhəmmədə  bir  insan 

(ara-sıra  görüb  danışdığı,Cəbr  Rumi  adlı  xaçpərəst  bir  gənc  və  ya 

Salmani-Farsi)  öyrədir!-  dediklərini  də  bilirik.Onların  nəzərdə  tut-

duqları  adamın  dili  başqa  dildir.Bu  Quranın  dili  isə  açıq-aşkar  ərəb 

dilidir!(Ərəblər özləri Quranın dil, üslub gözəlliyi qarşısında heyran-

lıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəm bu cür fəsahətli 

ərəb dilini haradan bilə bilər?!) Allahın ayələrinə inanmayanları, sözsüz 

ki, Allah doğru yola salmaz. Onları axirətdə şiddətli bir əzab gözləyir! 

 

 HƏZRƏTİ PEYĞƏMBƏRİN ƏXLAĞI

Ali-İmran-159-Allahın  rəhmətinə  görə  sən  onlarla  yumşaq  rəftar 

etdin. Əgər sən bədrəftar və ürəyi bərk olsaydın,sənin ətrafından da-

ğılardılar. Onlara güzəşt et, bağışla! Allahdan onların bağışlanmasını 

istə. Müharibə və bütün işlərdə onlarla məşvərət et! Məşvərətdən son-

ra qəti qərar verdiyin zaman o işini yerinə yetirməkdə Allaha təvəkkül 

et!Allah təvəkkül edənləri sevər və onlara kömək edər.



əl-Qələm-4-Həqiqətən,sən  böyük  əxlaq  sahibisən!Bütün  gözəl 

sifətlərə maliksən!

əl-Əraf-199-Əfv etməyi adət et,intiqam almaq fikrində olma, həmişə 

yaxşılığa,  gözəl  əxlaqa  əmr  et!  Cahillərdən  əməlləri  müqabilində  üz 

döndər! Onlar kimi rəftar etmə,yaxşı davran.

Dini hekayə:-Bir gün Əbu Cəhl Məscidə gələrək, Hz.Peyğəmbərə 

“Haşımoğlanlarının” (nəslinin) içində səndən çirkini yoxdur,-deyir.

Peyğəmbər(s.ə.s.):-Hər nə qədər həddini aşdınsa da,yenə də doğru 

söylədin,-deyə cavab verir.

Bir az sonra Əli(ə.s.) Hz.Peyğəmbərin yanına gəlib,belə söylədi: -Ey 

Günəş!Sən nə qürub edən,nə də ki batansan.Sən həmişə parlayan nurlu 

Günəşsən! 

Peyğəmbər  (s.ə.s.):-Dəyərsiz  dünya  sevgisindən  qurtaran  əziz 

dostum!Sən də doğru söylədin”-deyə buyurur.

Orada oturan camaat bu sözdən sonra çaşıb qaldı və Hz.Peyğəmbərdən 

soruşdu:-Ey  insanların  ən  şərəflisi!  Bir-birinə  tamamilə  zidd  şeylər 

söylədilər  və  ikisinə  də  doğru  danışdıqlarını  buyurdun.Bunun  səbəbi 

nədir? 



155

Hz.Peyğəmbər  buyurdu:-“Mən  haqqın  qüdrət  əli  ilə  cilaladığı  bir 

aynayam! Mənə baxan olduğu kimi özünü görür!” (Mövlana Cəzalı 

“Altın Ögüdlər”) 

 PEYĞƏMBƏR BİZİ DÜNYADA VƏ AXİRƏTDƏ  

HİMAYƏ EDƏCƏK

əz-Zuha-1-5-Ya Muhəmməd!And olsun səhərə!And olsun qaranlığa, 

sakitləşməkdə olan gecəyə!Bir neçə gün vəhy gəlmədiyi üçün Allahın 

səni tərk etmədi və səni düşmən tutmadı. Çünki müşriklər Peyğəmbərə 

bir neçə gün vəhy gəlmədiyi üçün demişdilər ki,Muhəmməddən Allahı 

əl çəkib və onu düşmən tutur. Allah onların sözünü rədd edib buyurur:-

Necə ki, Allah səni Peyğəmbərliyə seçmişdir,elə o halda da qalacaq-

san.  Düşmənlərin  sözünə  fikir  vermə.  Şübhəsiz  ki,  axirət  savabı  və 

həmişəlik behişt sənin üçün dünyadan daha yaxşıdır. Əlbəttə, tezliklə 

sənin Allahın sənə Qiyamətdə şəfaət etməkdən, bütün kəramət behişt 

dərəcələrindən  o  qədər  verər  ki,  sən  razı  olarsan.Bir  nəfər  də  sənin 

dostlarından və onların dostlarından Cəhənnəmdə olmaz!Axirətdə sənə 

çoxlu mərhəmət edəcəyəm. Sənin dinin o qədər qüvvət və qüdrət tapar 

ki, bütün yer üzünə yayılar. 

əl-Həcc-15-Hər kəs Allahın öz Peyğəmbərinə dünyada və axirətdə 

kömək etməyəcəyini zənn edirsə,gərək həmin şəxs öz evinin damından 

göyə tərəf ip atsın və ipi boğazına salıb kəssin. Eləcə də o şəxs baxsın 

görsün ki, onun bu hiylə ilə özünü öl dürməyi, Allaha qəzəb gətirən işi 

apara bilər va yox?

ən-Nəhl-89-Qiyamət  günündə  hər  bir  ümmətin  öz  cinsindən  olan 

Peyğəmbərini dirildib onlara şahid gətirərik.Ya Peyğəmbər! Səni də öz 

ümmətinə şahid gətirərik ki, onların əməllərinə şahid olasan Sənə Qu-

ran nazil etdik. O, hər şeyi, dünya və axirət işlərini aşkar bəyan edən, 

hidayət, rəhmət və müsəlmanlara bəşarət verəndir. 

Hədis: (“Hədisi Qüdsi.”) Şəhid Sani “Əbəd”kitabında buyurur:-Al-

lah İncildə buyurur:-Vay olsun o şəxslərə ki, elmi eşidərlər, lakin onu 

axtarıb əldə etməzlər. Bunlar Cəhənnəmdə cahillərlə necə birlikdə ola-

caqlar?! Elmi öyrənib onu başqalarına da öyrədin, çünki əgər elm sizi 

xoşbəxt etməsə, bədbəxt də etməz, əgər sizin məqamınızı yüksəltməsə 

də, aşağıya da salmaz, əgər sizi zəngin etməsə, yoxsul da etməz. Heç 

vaxt”qorxuram ki, elm öyrənib, ona əməl edə bilməyəm”deməyin. Elm, 

Qiyamət günündə öz sahibinə şəfaət edəcək və Allaha vacibdir ki, elmi 

xar etməsin, yəni onun şəfaətini qəbul etsin.



156

Uca  Allah  Qiyamət  günü  buyuracaq:-  Ey  alimlər!  Rəbbiniz 

barəsindəki nəzəriniz necədir? Onlar cavab verərlər:-Biz əmin idik ki, 

Allah Qiyamət günündə bizə rəhm edib, bizi bağışlayacaq.

Allah  buyurur:-Mən  sizləri  bağışladım.Mən  Öz  hikmətimi  sizin 

vücudunuzda,sizə  zərər  vermək  üçün  deyil,iradə  etdiyim  xeyrə  çat-

dırmaq üçün əmanət qoydum.İndi Mənim saleh bəndələrimlə birlikdə 

Mənim rəhmətim səbəbinə behiştə daxil olun. 



Hədis:İmam Cəfər Sadiq Peyğəmbərimizdən buyurur:-Quran oxu-

yan və onun buyurduqlarına əməl edən kəslərə Qiyamət günündə işığı 

və aydınlığı dünya evlərində var olan, Günəş işığından da daha parlaq 

bir tac geyindirilər.(Zubdətul Əhadis.)



 Peyğəmbərimiz buyurur ki, elm öyrənin

 O böyük, ağıllı, ayıq hökmdar, 



 Əmr etdi, verildi belə bir fərman: 

 “Alimdir gözümdə ən əziz insan

 Elmlə, hünərlə!-başqa cür heç kəs

 Heç kəsə üstünlük eləyə bilməz! 

 Rütbələr içində seçildi biri 

 Hamıdan ucadır alimin yeri!” (İsgəndərnamə.)

Açıqlama:Dahi şair Firdovsi (Əbülqasım Mənsur bin Həsən Firdov-

si 971-1030 Tus ş.) 35 il müddətinə yazdığı, 60000 beyt dən ibarət bö-

yük “Şahnamə” əsərində bu sözləri öz elm və həyat təcrübəsinə istinad 

edərək, bir sitat kimi yazmışdır:”Ağıllı adam, sənin düşmənin olsa da, 

cahil bir dostdan yaxşıdır. Bilgisi olanın gücü olar. Dünya, başdan-başa 

əsli olmayan bir məsəldən başqa bir şey deyildir.” 



əl-Hədid-9-O  elə  bir Allahdır  ki,öz  bəndəsinə  Muhəmmədə  aşkar 

bəyan olmuş ayələr göndərər ki, sizi cəhl və küfrün qaranlığından xaric 

edib,elm və imanın işığına daxil etsin. Həqiqətən, Allah sizə qarşı meh-

riban və rəhmlidir.



Taha-ll4-Həqiqi  hökmdar  olan  Allah  hər  şeydən  ucadır.  Həm  də 

sənə tamam-kamal vəhy olunmadan əvvəl,Quranı oxumağa tələsmə və 

de:”Pərvərdigara! Mənim elmimi artır!”

ən-Nisa-162-Lakin  onların  elmdə  qüvvətli  olanları  və  möminləri 

sənə  nazil  edilənə  və  səndən  əvvəl  nazil  olanlara  inanır,namaz  qılır, 

zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Əlbəttə, biz daha 

böyük mükafat verəcəyik.



əl-Bəqərə-269-Allah istədiyi şəxsə elm, mərifət, müdriklik bəxş edir. 

Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir, əbədi səadət verilmişdir. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə