Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə60/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   56   57   58   59   60   61   62   63   ...   292

178

yetirməyə  müvəkkil  olub,özündən  heç  bir  söz  söyləməyə  və  hərəkət 

etməyə icazəsi olmayan Allahın son Peyğəmbər idi. 

Peyğəmbəri Muhəmməd (s.ə.s.) vəhy yolu ilə artıq ölümünün yaxın-

laşmasını  hiss  etdiyi  üçün  öz  ümmətinə Allahın  əmr  və  qanunlarını 

rəsmiləşdirib təhvil verməli və özündən sonra başqa Peyğəmbərlər kimi 

İslam  dinini  Qiyamət  gününədək  yaşada  biləcək  varisini  elan  etməli 

idi. O Məkkədən qayıdarkən ilahi əmr üzrə “Cövhə”və ya Qədir-xum 

adlanan çöldə Əbi-Talib oğlu Əlini özündən sonra xəlifə və İmam elan 

edərək,  müsəlman  cəmiyyətlərinə  təqdim  edir.Onun  övladıarını  da 

Qiyamət gününədən onun əmanətlərini daşıyıb, insanları elmlə hidayət 

yoluna aparacaq İmamlar olacaqlarını bütün əshab və ümmətinə açıq 

şəkildə  elan  edir.  Bütün  Hacıların  hamısı  bunu  qəbul  edərək,  Əliyə 

beyət edirlər. İmaməti ulu və ali məqamına işarədir. Həmçinin bu ona 

dəlildir ki, Imamət Allahın əhdinə,yəni bəşəriyyət üçün imam olmaq, 

hər hansı xəta və ya günahdan uzaq, məsum olmaq deməkdir. Bu haqda 

quranda buyurulmuşdur.

Hz.Peyğəmbər  (s.ə.s.)  buyurur:”Vəsiyyət  etmək  hər  bir  müsəlman 

üçün zəruridir”. (318Mizanül-hikmə, c.10-cu s.494-495)

Hədis:Hz.Peyğəmbərin belə buyurduğunu nəql edirlər:”Allah-təala 

hər Peyğəmbərin zürriyətini (nəslini) öz sülbündən, mənim zürriyətimi 

də,  Əli  ibn  Əbu  Talibin  nəslindən  etmişdir”(Səhihi-Müslim  öz 

sənədilə Zeyd-ibn-Ərqəmdən rəvayət edir)

Hədis: İbni Abbasdan nəql edilir: Hz. Peyğəmbər (s.ə.s.) dedi: “Ey 

insanlar,  mən  də  sizin  kimi  bəşərəm  və  nə  vaxtsa  Rəbbimin  elçisi 

(Əzrayıl)  gələcək  və  mən  də  ona  cavab  verəcəyəm.  Mən  sizin  üçün 

iki ağır şeyi sizə əməanət verərək bu dünyanı tərk edirəm. Onlardan 

biri Allahın kitabıdır ki, onda hidayət və nur vardır. Allahın kitabı ilə o 

hidayət və nuru götürün. Allahın kitabı ilə götürərək ondan yapışın... və 

Əhli-Beytim. Allah-Allah Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah 

Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah Əhli-Beytimi sizə xatırladı-

ram.” (Səhihi-Müslim. “Fəzail” kitabı 1.”Fəzaili Əli” babı, 5-ci cild, 

272-ci səh. “Daruş-şəb bişərhin-nəvəvi” mətbəəsi, Məhəmməd bin 

Yusif Gənci Şafei ”Kifayətüt-Talib”, İbni Hacər Məkki”Əs-səvaiqul-

muhriqə”, Təbərani, Cabir bin Əbdullah Ənsari və Xətib Xərazmi 

“Mənaqib” kitabından.)

əl-Nəcm 3-4-O Peyğəmbər öz nəfsinin istəyi ilə danışmır, nə danışır-

sa da, o, Allahın vəhyidir.



əş-Şura-22-23-Bu  Cənnətlə  müjdələnmə  elə  bir  mərhəmət  və  sa-

vabdır ki, Allah onunla bəndələrinə bəşarət verər. Belə ki, onlar iman 




179

gətirdilər və yaxşı əməllər etdilər.Ya Peyğəmbər! De ki, ey ümmətim, 

risaləti  təbliğ  etdiyim  üçün  sizdən  qohumlarımı,Əhli-beytimi  dost 

tutmaq  və  sevməkdən  başqa  heç  bir  əcr  istəmirəm.  Kim  bir  yaxşı  iş 

görərsə, onun yaxşılığının savabını, mükafatını artırarıq.

Əhzab-33-Ey Əhli beyt!Həqiqətən, Allah hər cür çirkinliyi,pisliyi və 

günahı sizdən uzaq etmək və sizi pakdan da pak etmək istər.



Açıqlama:-Allahın ən sevimli bəndəsi, Allahın Rəsulu bu ayələrdə 

də göründüyü kimi öz ümmətinə Qurani-Kərimi və bir də Əhli-Beytini 

əmanət etmiş, onları dəyərləndirib,əzizləməyi tövsiyə etmişdir. Bunun 

əvəzində  isə  Quranın  ayələrindən  və  Merac  hadisəsindən  də  məlum 

olduğu kimi Allahdan yalnız öz ümmətinin Cəhənnəmdə yanmaması 

üçün bağışlanma diləmişdir.



Hz.Peyğəmbər buyurmuşdur:”Mənim Əhli-Beytim sizin aranız-

da misalı Həztəri-Nuhun tayfasındakı gəmiyə bənzəyir,ona minənlər 

nicat tapdı ,ondan qaçanların hamısı boğuldu.” (Müstədriki-həkim, 

c3,s, 151, Əssəvaiqül-Mühriqə.c 184,234,Süyutinin tarixi)

Hədis: Ümmü Sələmədən söylənən hədisdə: Peyğəmbər (s.ə.s.) bu-

yurmuşdur: ”Kövsər havuzunun başına gəlincəyə qədər Əli və Quran 

bir-birindən ayrılmayacaqlar. Əli Quran ilə, Quran da Əli ilə birlikdə 

olacaqdır. Onun İslamıyyəti qəbul edən, ümmətimin ən birincisi, elmdə 

ən çox bilgili olanı və məndən sonra əmanətlərimin daşıyıcılarının birin-

cisi və xəlifəliyə layiqli yeganə kişidir”,-deyə, bildirdiyini, söyləmişdir



(“Həkimin Müstədrək”də c. 3, s.124)

Allahın Rəsulu (s.ə.s.) 633-cü ildə Mədinə şəhərində vəfat etmiş və 

Mədinədə Peyğəmbər məscidində, Məscidil-Nəbidə dəfn edilmişdir.

Peyğəmbərin ömrünün sonuna yaxın olan hadisələr və vəsiyyətləri 

haqqında Peyğəmbərin öz dilindən nəql etdiyi”Hədisi-qüdsi”də, İmam 

Hz.Əlinin“Nəhcül-Bəlağə”də, bir də Əllamə Kuleyninin“Üsulu Kafi” 

kitablarında daha geniş məlumat verilmişdir. 

Hz.Peyğəmbərin  bəzi  əshabələrinin  ona  və  Əhli-beytə  qarşı 

münasibəti,  vəfatı  zamanı  baş  verənlər  və  onun  vəsiyyəti  haqqında-

kı  açıqlamalar  məşhur  sünnü  alimlərin  kitablarında  daha  aydın  şəhr 

olunmuşdur:Yəhya ibni-Yəlanın”Münaqişatül əqaidiyyə fi məqalati İb-

rahim əl-cəbhan” ,Səhihih-Buharinin (3-cü cild s.31-s)Müslüm Səhihi 



(5-ci cild s.199)

Hədis:Buhari  və  Müslümdən  belə  nəql  edilmişdir:  Əshablar: 

”Peyğəmbər  vəfat  etdiyində  üç  şeyi  vəsiyyət  etdi:-Müşriklərin 

Ərəbistan  yarımadasından  çıxardılması,  elçilərə  Peyğəmbər  verdiyi 

qədər  maaş  verilməsi,  üçüncünü  isə  unutmuşuq...-dedilər.”(Səhihi-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə