Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə58/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   54   55   56   57   58   59   60   61   ...   292

172

Merac gecəsində sən - aləmə dost, aşina,

Ayaqların toxundu fələklərin başına.

Sən gəldin, göy ətəyi doldu daş-qaşla, zərlə,

Göy çevrəsi süsləndi altunla, al rənglərlə.

Sübhün sədəfindəki, ah, bu hansı ətirdi?

Səba müşk ətri verən nəfəsini gətirdi.

Nəfəsinin saçdığı o ətri, ənbəri sən,

İki dünyaya versən, necə ucuz verərsən!

Qocaman Sidr ağacı - təxtinin bir ayağı,

 Ərş sənin qəsrindəki kürsüdən də aşağı.

Ruhunun pəncərəsi - açıq, aydın bir səhər,

O günəşin yanında ərş zərrəyə bənzər.

Əzəl sübhü hüsnünü əks eləyən bir ayna...

Onsuz yayılardımı sənin nurun dünyaya?

Bu ağ, qara dünyanın soltanları - Ayla Gün,

Peykin olub yolunda, xəbərçidir səninçün.

Ağıl şəfa arayır - onun Loğmanı sənsən,

Ay yol tədarükündə - canı, cananı sənsən.

Qalx, vüsal umanların gecəsini gündüz et,

Nizaminin təbini işıqlandır, ulduz et. (”Sirlər xəzinəsi”)

 

 MERAC HAQQINDA

Açıqlama:-Besətdən,yəni  Peyğəmbərlik  verildikdən  10  il  son-

ra,  Peyğəmbər  (s.ə.s.)  üçün  çətin  olan  bir  vaxtda,”hüzn  ili”  adlanan 

bir dövrdə Həzrəti Rəsul Ramazan ayının gecələrinin birində Allahın 

əmri ilə göylərə Merac etmişdir. Bu il“Hüzn ili”ona görə adlanırdı ki, 

o dövrdə Məkkə xalqı içində Peyğəmbərimizə dayaq olan əmisi Əbu 

Talib və istəkli xanımı, onu çox sevən,ona İslamı yaymaqda həm maddi 

və həm də mənəvi dayaq olan Xədicəyi-Kubra vəfat etmişdi. Həm də o 

dövrdə Məkkə əhlinin Peyğəmbərə qarşı münasibətləri çox gərgin bir 

vəziyyətdə idi.

Belə bir vaxtda Allahın əmri ilə Hz.Cəbrail Buraq adlı at (ata-bənzər, 

əcaib  bir  məxluq)  ilə  Peyğəmbərimizi  öz  yatağından  götürüb,  əvvəl 

Məscidil-Hərama,  sonra  Məscidil-Əqsaya,  sonra  da  asimana  aparır.

Deməli,  Məkkədən  Fələstinə  uçaraq,  müqəddəs  yer  olan  Məscidil-

Əqsada (Beytul-müqəddəsdə) namaz qılır. 

Bu haqda Quranda belə buyurulur:



173

əl-İsra-1-Gecə  vaxtı  öz  bəndəsini,  elçisi  Muhəmmədi,  Məscidil-

Həramdan  uzaq  məscidə  qədər  Beytül-Müqəddəsə  (Fələstinə)  qədər 

seyr etdirən Allah bütün eyiblərdən pak-pakizədir! Elə bir məsciddir ki, 

biz onun ətrafını mübarək etdik. Biz bunu öz əlamətlərimizi göstərmək 

üçün etdik. Həqiqətən, Allah eşidən və görəndir.

İsra-sözü-gecə yerimək, gecə yol getmək, Merac-sözü isə yüksəyə 

çıxış arası deməkdir.

Bu hadisə haqqında surədə belə buyurulur:



-“əl-Nəcm-1-18-Yuxarıdan  aşağıya  enən  ulduzlara  and  olsun!  Si-

zin müsahibiniz Muhəmməd nə haqq yoldan azmış, nə də xəta etmiş-

di. O, öz istədiyini danışmaz, danışdığı da yalnız Allah sözüdür. Ona 

Peyğəmbərliyi  qüvvəsi  çox  olan  Cəbrail  təlim  etdi.  Peyğəmbərdən 

başqa heç kəs Cəbrailin əsil üzünü görməmişdi. O halda ki, o, dünya-

da uca olan yerdə, göy tərəfində idi. Sonra o, Peyğəmbərə yaxınlaşdı, 

onların arasındakı məsafə iki yay qədər, ya ondan da az oldu. Sonra 

Allah öz bəndəsinə vəhyi buyurdu. Onun qəlbi öz gözü ilə gördüyü-

nü  yalan  saymadı.  Məgər  gözü  ilə  gördüyünə  şübhə  edib  və  onunla 

mübahisə edərək, ona inanmırsınız? Şübhəsiz ki, Muhəmməd Cəbraili 

öz surətində başqa bir yerdə də gördü. Ərşin sağ tərəfində yerləşən Sidr 

ağacının yanında. Saleh kəslərin yeri olan behişt o ağacın yanındadır. O 

zaman mələklər Sidr ağacını bürümüşdülər. Bu haqda Hz. Peyğəmbər 

belə buyurur:-O ağacın hər yarpağında Allahı təsdih edən birmələk gör-

düm. Peyğəmbərin gözü nə sağa, nə də sola yayındı və nə də uzağa 

getdi, o hər bir şeyi aydın görürdü. Göylərdə yerləşən məqamlar dan, 

mələklərdən və Peyğəmbərlərdən ibarət olan Allahın qüdrət işarələrini 

gördü.” 


Peyğəmbərimiz Hz.Cəbrail ilə birlikdə “Əla aləminə “səyahət edir, 

asimana, yeddi qat göylərə yüksəlirlər:

Onlar  göyün  birinci  qatında  Adəm(ə.s.)  və  onun  övladları  ilə 

görüşürlər.

Sonra ikinci qat səmada Hz.İsa,Məryəm ana,Hz.Yəhya, Hz.Zəkəriyyə 

ilə görüşürlər.

Üçüncü qatda Hz.Yusif və Hz.Yəqub ilə; 

Dördüncü qatda Hz. İdris ilə; 

Beşinci qatda Harun ibn İmran ilə; 

Altıncı qatda Hz.Musa ilə görüşürlər.

Yeddinci qatda Hz.İbrahim ilə görüşürlər.Hz.İbrahim Peyğəmbərimizə 

belə buyurur:“Ümmətinə məndən salam söylə və onlara əmr et! Xəbər 

ver  ki,Cənnətə  fidan  tikməyi  çoxaltsınlar!  Çünki  Cənnət  torpaqları 



174

gözəl, suyu dadlı, özü də geniş və gözəldir.”

Peyğəmbər  (s.ə.s.)  soruşur  ki,  Cənnətdə  tikiləcək  fidan  nədir? 

İbrahim(ə.s.)  cavab  verir  ki:-Cənnətdə  tikiləcək  fidan  ”Sübhənallah 

vəlhəmdulillaəh və lə iləhə illəllahu vallahu əkbər”-zikridir.

Mənası:”Allah hər nöqsandan pakdır,bütün təriflər ona məxsusdur, 

Allahdan  başqa  heç  bir  Allah  yoxdur!Allah  böyükdür!  Bütün  güc-

qüvvət yalnız ona məxsusdur.”

Peyğəmbər(s.ə.s.)  səmanın  hər  qatındakı  Peyğəmbərlərlə  görüşər-

kən,  onların  əhvalatlarını  dinləmiş,  keçmiş-gələcək  haqqında  onlar-

la  söhbətlər  etmiş  və  birlikdə  Allaha  həmd-səna  edərək  namaz  qıl-

mışlar.  Onların  hamısının  Merac  məsələsi  haqqında  xəbərləri  var  idi 

və  hamı  bunu  gözləyirdi.Peyğəmbər(s.ə.s.)  hər  qatdakı  bütün  varlıq-

lar  və  mələklərlə  də  görüşərək,onlarla  salamlaşmış  və  bu  qeyri-adi 

gözəlliklərə heyran qalmışdı. Sonra Cəbrail Peyğəmbəri yeddi qat gö-

yün üzərində olan və Allahdan başqa heç kəsin bilmədiyi məqamlara 

yüksəltdi.Onlar-Sidratil-Muntəhəya  qədər  yüksəldilər.  Hz.Cəbrail 

Peyğəmbərimizi daha yuxarılara qaldıraraq, nəhayət, qəza-qədəri yazan 

qələmlərin cızıltılarını eşidəcək qədər yüksək bir yerə çıxardı. Bundan 

sonra Hz.Cəbrail Peyğəmbərdən ayrılır. Çünki bundan da yuxarı qalx-

mağa Ona icazə verilməmişdi. Sonra Hz.Peyğəmbər üçün Cənnətdən 

yamyaşıl ipək döşək kimi Rəf-Rəf adlı at(ata bənzər mələk) gələrək,onu 

Tuba ağacından keçirib, Sidrə çatdırır.Bura kainatın sonudur, ona görə 

bu yerə Sidratil-Muntəhə deyilir.

Sidratil-Muntəhənin kökü altıncı qat göydə,gövdəsi yeddinci qat gö-

yün üzərində, gövdəsi bütün göyləri və Cənnəti kölgələyən bir ağacdır. 

Onu Uca Allahın Calal və Əzəmət nuru bürüdükcə bürümüşdür. Rəngli 

yaqut, zümrüd və başqa gövhərlərlə bəzənmiş,o qədər gözəlləşdirilmişdir 

ki, Allahın yaratdıqlarından heç biri onun gözəlliyində ola bilməz.

Sidrətil-Muntəhə elə bir yerdir ki,bütün Peyğəmbərlərin və mələklərin 

işləri ona gedib dayanar.Varlıqların elmi onda nəhayət tapar,onun yuxa-

rısında olanlar haqqında heç bir məlumat tapılmaz.Yer üzündən səmaya 

çıxan, onda nəhayət tapır. Alınacaq zaman da ondan alınır.

Bundan sonra Peyğəmbərimizi müşahidə edən mələk qalır və oradan 

o tərəfə getməyə ona(mələyə) izn yoxdur.Bundan sonra Hz.Peyğəmbər 

tək-tənha Ərşə tərəf yollanır. Burada Hz.Peyğəmbər ayaqları ilə yeri-

mir, ayaqları zəhmət çəkmir, bu hərəkət təbii surətdə baş verir:



O, təxtdən yuxarı qalxdı, Rəf-rəf 

Və Sidrə də öz yerində qaldı.


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə