Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə57/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   53   54   55   56   57   58   59   60   ...   292

169

Mədinə əhli Peyğəmbəri çox gözəl qarşıladı və Peyğəmbər (s.ə.s.) 

burada  tam  azadlıq  içərisində  idi.Bunun  nəticəsində  o,öz  təsiredici 

dərin təbliğatı ilə İslama qol-qanad verə bildi.

Məkkəlilər isə onun bu uğurlarından qorxub onunla müharibə etməyə 

hazırlaşırdılar.İlk müharibə hicrətin ikinci ilində”Bədr“ müharibəsi adı 

ilə baş verdi. 

Əshablarının  məsləhəti  ilə  Hicrətin  2-ci  ilində  Ramazan  ayında 

313  kişilik  bir  qüvvə  ilə  Bədrə  tərəf  hərəkət  edir.Hz.Peyğəmbər  bu 

müharibədə qalib gəlir.

Hicrətin 3-cü ilində Ühud müharibəsi baş verdi. Peyğəmbər (s.ə.s.) 

bu savaşda xeyli əsgər itirdi, həmçinin Peyğəmbərin əmisi, sərkərdəsi 

olan Həmzə də bu döyüşdə şəhid oldu.

Hicrətin  5-ci  ilində  Əhzab  müharibəsi  baş  verdi.Bu  müharibələrin 

hamısında müsəlman əsgərlər iman gücü ilə müharibə meydanlarında 

qəhrəmanlıqlar göstərərək düşmənləri həlak etdilər. Hicrətin 6-cı ilində 

Hübeydiyyə  müqaviləsi,  Xeybərin  fəthi,  Xəndək  davası,  Məkkənin 

fəthi, Hüneyn savaşı və bir çox müharibələr baş verdi.Peyğəmbər(s.ə.s.) 

Qüreyş kafirləri və Məkkəli düşmənlərlə məsələləri hərtərəfli həll etmək 

üçün hicri 8-ci ildə Məkkəyə hərəkət etməyə məcbur oldu.

Bu,  çox  böyük  bir  gün  idi.Peyğəmbər(s.ə.s.)  təmtəraqlı  şəkildə  8 

ildən sonra Məkkəyə daxil olurdu. Zalımların başçısı Əbu-Süfyan bu 

möhtəşəm birliyi, İslam dininin əzəmətini görüb yalandan İslamı qəbul 

edərək Peyğəmbərlə sülh müqaviləsi bağlayır. Beləliklə Məkkə fəth olu-

nur. Peyğəmbər(s.ə.s.) bir müddət orada qalır, sonra təzədən Mədinəyə 

qayıdır. Ərəbistan yarımadasının təxminən yarısı müsəlman olmuşdu.

Qızları Zeynəb, Əbul-As ibn. ər-Radi ilə evli idi. Ruqeyyə və Ummu 

Gülsüm  Əbu  Ləhəbin  iki  oğlu  Uteybə  və  Utbə  ilə  evli  idilər.  Əbu 

Ləhəbin şəninə“Təbbət”surəsi nazil olduqdan sonra Əbu Ləhəb oğlan-

larını onlardan ayrılmalarını əmr etdi. Ondan sonra Osman Ruqeyyə 

ilə evləndi və onunla Həbəşistana hicrət etdi. Orada Abdullah dünyaya 

gəldi.Ruqeyyə rəhmətə getdikdən sonra Gülsüm ilə evləndi. 

Kiçik qızı Xanım Fatimə isə əmisi oğlu Hz. Əli ilə evləndi. Onların 

dörd övladları var idi: Həsən, Hüseyn Zeynəb və Gülsüm. 

Hz.Peyğəmbər hicri 10-cu ilində Allahın evini ziyarət etmək və Həcc 

mərasimini yerinə yetirmək üçün yenə də Məkkəyə gəldi. Məkkədən 

qayıdarkən ilahi əmr üzrə“Cövhə”və ya Qədir-xum adlanan çöldə Əbi-

Talib oğlu Əlini İmam,xəlifə olaraq müsəlman cəmiyyətlərinə tanıdır. 

Onu özündən sonra xəlifə təyin edir və Hacıların hamısı Əliyə beyət 

edirlər.



170

Hədis:Xanım Fatimə(ə)dən nəql olunur:Hz. Peyğəmbər gizlicə mənə 

dedi:Cəbrail hər il bir dəfə mənimlə birlikdə Quranı oxuyaraq,yoxlayardı.

Bu il isə iki dəfə mənimlə birlikdə Quranı oxuyub, yoxladı.Mən belə 

başa düşürəm ki, bu mənim əcəlimin yaxınlaşmasına bir işarədir,”-deyə 

buyurdu.(Buhari-Səhihi-h.1806,s.505

Peyğəmbərliyə seçilməsindən 23 il, şərafətli ömründən 63-il keçirdi. 

O, bu müddət ərzində böyük müvəffəqiyyətlər əldə etmişdi. Çürük və 

utandırıcı bir cəmiyyətin təməlini uçurmağa və onun xarabalıqlarının 

yerində pak və fəzilətli bir cəmiyyətin bünövrəsini atmağa müvəffəq 

olmuşdu. O, qaranlıqların içərisində bir işıqlı səhər yaratmağa nail ol-

muşdu. Bu səhərin işığı hələ də əsrlər keçməsinə baxmayaraq dünyanı 

işıqlandırmaqdadır.



Ey xoş ol kəslər Muhəmməd Mustafanı sevdilər,

Oldular aşiq Əliyyən Mürtəzanı sevdilər.

Sidqi ixlas ilə pənc ali-əbanı sevdilər,

Çardah məsum tək müşkül guşanı sevdilər,

Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim.

 

 

 

 

 

 

(M.P.Vaqif.1717-1797) 

 MERAC HADİSƏSİNİN HƏQİQƏTLƏRİ

Açıqlama:-Bəzi tədqiqatçıların nəzərincə, Peyğəmbər(s.ə.s.) Mera-

ca iki dəfə cismani və ruhani,120 dəfə isə ruhani halda seyr etmişdir. 

Merac əhvalatında digər maraqlı cəhət zaman məsələsidir. Peyğəmbərin 

Merac səyahətinin çox qısa müddətdə olduğu yazılır.Belə ki,o qayıdan-

da öz yatağının hələ soyumadığını hiss etmişdir.

əl-Məaric-4-  Mələklər  və  Cəbraildən  ibarət  olan  ruh  dünya  ilə 

müqayisədə, müddəti əlli min il olan bir gündə Allaha tərəf qalxarlar.

Alman teorik fizik, yəhudi əsilli Albert Eynşteyn (1879-1955) 1921-ci 

ildə Fizikanın nisbi nəzəriyyəsi üzrə etdiyi kəşflərinə görə Nobel müka-

fatı almış və bu E=mc 2 formulu ilə maddə kütləsinin hərəkətinin işığın 

sürətinə görə dəyişdiyini kəşf etmişdir. Müasir elmi baxımdan bu məsələ 

”Xüsusi  nisbilik”  nəzəriyyəsində  qəbul  edilmişdir.  Bu  nəzəriyyəyə 

əsasən, təbiətdə mümkün olan ən böyük sürət işığın boşluqdakı sürətidir 

və bu sürət bir saniyədə 300 min km-ə bərabərdir.Həmçinin elm sübut 

edir ki, məkana və sürətə görə zaman məfhumu dəyişir.O vaxt elm bu 

səviyyədə olmadığına görə N.Gəncəvi öz əsərlərində bu sürəti “Xəyal 

sürətinə” bənzətmişdir. 

Yeri gəlmişkən onu qeyd edək ki, müasir elmi biliklər Kainat miq-



171

yasında gedən prosesləri izah etmək üçün kifayət deyildir. Lakin İslam 

dinində olan insanlar Allaha, Qurana inandıqları kimi Merac hadisəsinə 

də tam yəqinliklə inanırlar. 

Klassik şairlərimizdən olan N.Gəncəvi öz “Xəmsə”sinə daxil etdi-

yi əsərlərin hamısında Allaha münacat, həmd, sitayiş və Peyğəmbəri 

mədh etdikdən sonra, Quran ayələrinə istinad edərək Hz.Peyğəmbərin 

Merac  hadisəsini  də  çox  gözəl  təsvir  etmişdir.  Bundan  əlavə  şair  öz 

“Divan”ında Merac hadisəsinə ayrıca bir qəsidə həsr etmişdir.

N.Gəncəvinin  Quran  ayələrinin  və  bütünlükdə  İslam  elminin 

dərinliklərini,  irfan,  fəlsəfə,  kainat,təbiət  elmlərini  bilməsi  onun  bü-

tün əsərlərində özünü əks etdirir. Onun əsərlərində təsvir etdiyi Merac 

hadisəsi Quranda buyurulan ayələrlə, Peyğəmbər(s.ə.s.) və Əhli-beyti 

tərəfindən  söylənən  hədislərlə  və  din  alimlərinin  söylədikləri  ilə  üst-

üstə  düşərək,  çox  uyğun  gəlir.  Merac  hadisəsini  müəyyən  dərəcədə 

göz önündə canlandırmaq üçün onun əsərlərindən parçalardan istifadə 

edəcəyik:

Merac gecəsi ruhun səmaya çıxışının, rəhmətin, açılmayan məkan-

ların  açılışının  gecəsidir.  Bu  gecə  namaz  gecəsidir.  Bu  gecə  uca 

məqamlara  çatmaq,  gecəni  sükut  edib,  qulaqların  bağlandığı,  rəhmət 

Peyğəmbərinin  saç-saqqalını  rüzgarın  oxşadığı  gecədir.Bu  gecə  bü-

tün kainatın iman və Tövhidlə büründüyi və Rəsulullahın Cəbrail ilə 

bərabər bütün kainatı seyr etdiyi gecədir. Bu gecə Yasinin,Tahanın və 

sevənlərin gecəsidir. Bu gecə alnı səcdədə olanların, tövbə edənlərin 

gecəsidir. Bu gecə məxfirət və rəhmət gecəsidir. Bu gecə Allaha sığın-

ma,  Allahdan  başqa  Allah  yoxdur  deyilən,  qəlbimizlə,  niyyətimizlə, 

ibadətimizlə ona şəhadət gətirən gecədir.

Ey varlığı ən təmiz ruhlardan daha təmiz!

Ruhuna canım fəda! Ulu peyğəmbərimiz!

Sənsən rəhmət yurdunun tən ortası, mərkəzi,

Qələminlə silindi hər zəhmətin nöqtəsi.

Sən Əcəm şahlarının həmişəlik şahısan,

Ərəb yolçularının Ayısan, pənahısan.

Sənin təxtü-tacını daşıyır cahan, bəşər,

Təxtin -bu Yer kürəsi, tacın - səma könüllər.

Kölgən yoxdur, çünki sən böyük əql işığısan,

Yaxud Tanrı nurunun sayəsindən bir nişan.

Dörd bayrağın – təkbirin müsəlmanlıq mehvəri,

Beş duan - beş namazın sultanlıq növbətləri.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə