Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə55/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   51   52   53   54   55   56   57   58   ...   292

163

quburi. Allahummə bəlliğ minni təhiyyətən və sələmən.



Mənası:-Ey  Allahım!  Ruhlar  içində  Sevgili  Peyğəmbərimiz  Hz. 

Muhəmmədin  ruhuna,cəsədlər  içində  Hz.  Muhəmmədin  cəsədinə, 

qəbirlər içində Hz.Muhəmmədin qəbrinə Salavat-salam eylə. Allahım, 

mənim salamımı sevgili Peyğəmbərimiz Hz.Muhəmmədin əziz ruhuna 

çatdır.

Salavat:-Allahummə salli alə səyyidinə Muhəmmədin tibbil qulubi 

və dəvaihə və afiyətil əbədəni və şifaihə və nuril əbsari və ziyaihə və 

əla alihi və sallim.

Mənası:-Ey Allahım! Qəlblərin təbibi və dəvası,gözlərin nuru və zi-

yası olan Muhəmmədə və ailəsinə Salavat Salam eylə.



Salavat:-Allahummə  salli  əla  Muhəmmədin  və  ali  Muhəmmədin 

kəmə salleytə əla İbrahimə və əla ali İbrahimə innəkə həmidun məcudun.



Mənası:-Ey Allahım!Muhəmmədə və ailəsinə salavat et,İbrahim və 

ailəsinə salavat etdiyin kimi. Şübhə yox ki, Sən həmidsən, məcidsən, 

şan və şərəf sahibi yalnız Sənsən. (Səhihi-Buhari,Muhtasari-Təcridi 

Sarih.)

Hədis:-Peyğəmbərimiz  buyurur:Uca  Allah  bir  mələk  yaradaraq, 

qəbrimin  başında  qoymuş  və  onu  Qiyamətədək  bütün  varlıqların 

gətirdikləri  Salavat-Salamları  mənə  çatdırmaqla  vəzifələndirmişdir. 

Ümmətimdən biri mənə salavat gətirdiyində, mələk həmin adamın sa-

hibinin və atasının adını mənə belə çatdırar:

-Ey Muhəmməd!Filan oğlu fılankəs sənə Salavat gətirdi.

Yanında olan gözəl ruhlar ondan soruşarlar:-Ey Allahın elçisi! Allah 

və Onun mələkləri Peyğəmbərə Salavat-salam göndərirlər,-bu kəlmənin 

gerçək  mənası  nədir?  Peyğəmbərimiz  buyurur:-Bu  xüsusiyyət  Alla-

hın gizli bilgisinə məxsus olan bir mövzudur. Əgər soruşmasaydınız, 

deməyəcəkdim. Bu işin əsli budur ki, Uca Allah sırf mənim üçün iki 

mələk  vəzifələndirmişdir.Yanında  adım  anılanda  mənə  Salavat-Sa-

lam  gətirən  möminə  bu  iki  mələk Allahdan  məğfirət  diləyərlər,digər 

mələklər də amin deyərlər. (”Üsuli kafi”Əllamə Kuleyn.)



Hədis:-Peyğəmbərimiz buyurur:-Bir gün Hz.Cəbrail gələrək mənə 

belə vəhy etdi:-Ey Muhəmməd! Sənə Salavat-Salam gətirən hər mömin 

üçün  tam  yetmiş  min  mələk Allahdan  rəhmət  dilərlər  və  o,  şübhəsiz 

ki,hidayət yolunu tapmışlardan olar. 



Hədis:-Sevgili  Peyğəmbərimiz  (s.ə.s.)  buyurur  ki,Merac  gecəsi 

Ərşdə  dolaşarkən  bir  bulaq  gördüm.Suyu  baldan  daha  dadlı,buzdan 

daha soyuq, müşk qoxusundan daha nəfis idi.Məni gəzdirən Cəbrailə 

”Bu bulaq görən kimlər üçün hazırlanmışdır? - deyə soruşdum.O da:-




164

Rəcəb  ayında  sənə  Salavat-Salam  gətirənlər  üçün,-deyə  cavab  verdi.



(Səhihi-Buhari,Muhtasari-Təcridi Sarih.)

Hədis:-İmam  Cəfəri  Sadiqdən:-Peyğəmbər(s.ə.s.)  buyurmuşdur: 

-Mənə və Əhli-Beytimə Salavat-Salam gətirilməyən bir toplantıda və 

ya məclisdə oturan camaat, gözəl əməllərlərinə baxmayaraq, Cənnətə 

girə bilməz.(”Üsuli kafi”Əllamə Kuleyn.) 



PEYĞƏMBƏR HZ.MUHƏMMƏDİN HƏYATI HAQQINDA

Açıqlama:-Miladi  tarixi  ilə  570-ci  ildə,Fil  ilində,sonralar  böyük 

adı ilə dünyanı fəth edən uşaq Məkkə şəhərində dünyaya göz açdı.Bu 

uşaq Haşım oğlu, Əbdülmütəllib oğlu, Abdullah oğlu Muhəmməd idi. 

Muhəmməd Hz.İsmailin qırxıcı nəslindən dünyaya gəlmiş, 12 oğlundan 

biri olan Kardar, Adnanın nəslindən idi. Peyğəmbərin anası Bəni Zührə 

qəbiləsindən Vəhbin qızı Aminə idi.Zührə Bəni Haşım oğullarının ata-

ları olan Kilab oğlu Kusayyın qardaşı olduğuna görə Hz. Abdullahı ilə 

Hz.Aminənin soyu Mürrə oğlu Kilabda birləşir. Yəni, Peyğəmbərimiz 

həm ata, həm də ana tərəfdən Hz.İsmailin övladlarındandır.

Aminənin  evlilik  həyatı  çox  keşməkeşli  olmuş,  əri  Abdullah 

müsafirətə getmiş və Mədinə şəhərində vəfat etmişdir. Bundan sonra 

hamilə olan Aminənin çətin günləri başlamışdır. Bütün çətinliklərə bax-

mayaraq, Aminə 570-ci ilin Rəbbiyül-əvvəl ayının 17-si, cümə günü-

nün sübh vaxtında övladını dünyaya gətirmişdi.

Görünüşü:-Hz.  Əli  Hz.Muhəmmədin  simasını  belə  təsvir  edirdi:-

Peyğəmbər ortaboylu,saçları nə düz,nə də qıvrım idi. Saqqalı sıx,üzü 

ağ və gözəl idi.Boynu uzun, gümüş kimi pak və parlaq idi.Gözləri bö-

yük,  göz  bəbəkləri qapqara,  gözlərinin ağı  isə  dümağ  idi.  Qaşlarının 

ucları incə, araları çox yaxın, lakin çatma deyildi. İki qaşının arasında 

bir damar var idi ki,arada qabararaq görünərdi.Burnunun ücü incəydi 

və burnunda bir parlaqlıq var idi. Yanaqları düz, yumru deyildi, ağzı 

təbii böyüklükdə, dişləri inci dənələri kimi idi. O yeriyərkən ayaqlarını 

sürüməz, addımlarını uzun və canlı atar, sanki yüksəkdən aşağı enən 

kimi qabağa əyilərdi. Dönmək istədiyi yerə bütün vücudu ilə dönərək 

baxardı. İki kürəyinin arası enli idi. Kürəklərinin arasında Peyğəmbərlik 

işarəsi var idi. Danışanda yavaş-yavaş danışardı.

Hz.Həsəndən babasının necə danışdığını soruşanda belə cavab ver-

mişdi: “Hz.Peyğəmbər daima düşünən bir insan olaraq görünərdi. Çox 

vaxt səssiz durar,heç bir zaman gərəksiz yerə danışmazdı.Hər cümləni 



165

ayrı və aydın olaraq söyləyərdi.Əli ilə işarə edərkən bütün əlini qaldı-

rar, bir şeyə heyrət etdiyində ovucunun içini çevirərdi, çox az gülər, 

gülən zaman təbəssüm edərdi və gözlərini aşağı dikərdi. Peyğəmbəri ilk 

dəfə görən onun görünüş və heybətindən sarsılardı, lakin onu yaxından 

tanıyandan sonra ona sevgi və hörmətlə bağlanardı. Onu təsvir etmək 

istəyən kəs belə deyərdi:-Mən nə ondan əvvəl, nə də sonra onun bir 

bənzərini görmədim.”

Peyğəmbərin  dünyaya  gəldiyi  zaman  təbiətdə  baş  verən  hadisələr 

və uşaqlığı:-Bu zaman yer-göy hərəkətdən durdu, Kəsra sarayı yıxıldı, 

fars Xosrov Ənuşirəvanın 1000 il yanıq qalmış atəş-kədəsi söndü, Səba 

gölü qurudu, Kəbə evində olan bütlər üzü-üstə düşdü, zülm və şirkin 

məhkum olunmasından xəbər verildi.Azadlıq gülümsədi, ədalət mələyi 

sevindi. Allahın  mələkləri Allaha  tapınaraq,  yeri  qucaqladılar.  Sanki 

Məkkə ulduzlardan ibarət çiçək yağışına bürünmüşdü.Çünki sonuncu, 

bütün dünya aləmi üçün göndərilən Allahın Peyğəmbəri Muhəmməd 

dünyaya gəlmişdi.

Aminə uşağı təbiətin qoynunda böyüdəcək bir dayə axtarırdı. Çünki 

o dövrdə bütün zadəganlar uşaqlarını şəhərdən kənarda böyüdərdilər. 

O  zaman  köçəri  yaşayan”Bəni-Əsəd”tayfası  Məkkədə  idi  və  Məkkə 

zadəganları  bu  tayfanın  qadınlarından  öz  yenicə  doğulmuş  körpələri 

üçün dayə seçirdilər. Aminənin qaynı Əbutalib, Həlimə adlı bir qadını 

öz qardaşı oğlu üçün dayə seçdi.

Muhəmmədi  Həliməyə  tapşırdılar.  Deyilənlərə  görə,  balaca  Mu- 

həmməd həyatının ilk beş ilini çöldə, Bəni-Əsəd tayfasınd keçirmişdir. 

Sonra  Muhəmməd  cöldən şəhərə  qayıtdı, lakin o  başqa  uşaqlar  kimi 

deyildi, onun uşaqcasına simasının arxasında gizli, böyük və əzəmətli 

bir ruh dururdu.

Anası  Aminə  rəhmətə  gedəndə  onun  6  yaşı  var  idi  və  o,  baba-

sı  Əbdülmütəllibin  yanında  iki  il  yaşadıqdan  sonra  babası  da  80  ya-

şında  vəfat  edir.  Bundan  sonra  9  yaşlı  Muhəmmədi  əmisi  Əbutalib 

qəyyumluğa götürür.O,Məkkədə öz davranışları,düzgünlük və paklığı 

ilə xalq arasında“Əmin”ləqəbi ilə tanınırdı. O, əmisi Əbutaliblə birlikdə 

ticarət karvanları vasitəsi ilə ticarətlə məşğul olurdu.

O zamanlar Xuveyləd qızı Xədicə xanımın ticarət karvanları var idi. 

Xədicə xanım Məkkədə çox hörmətli, şərafətli və çox dövlətli xanım-

lardan biri idi. Onun həyat yoldaşı rəhmətə getmişdi və o, öz karvanla-

rına başçılıq etmək üçün Muhəmmədə müraciət edir.

Məkkənin  dövlətli  adamlarından  olan  Əbu  Süfyan  və  Əbu  Cəhl 

Xədicə xanıma elçi düşmüşdülər, lakin Xədicə xanım onları rədd etmiş-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə