Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə51/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   47   48   49   50   51   52   53   54   ...   292

151

ranı sənə göndərdik ki, qorxan, qəlbində Allah xofu olan kəsə nəsihət 

verəsən.  Bu  Quran  yeri,  goyü  və  ərşi  yaradan Allah  tərəfindən  nazil 

olmuşdur.



əd-Duxan- 6-Həqiqətən, Peyğəmbərləri sizə rəhmət olaraq göndərən 

bizik  ki,  sizlərə  düzgün  yolu  göstərsinlər. Allah  bəndələrinin  duasını 

eşidən və əməllərini biləndir. 

 ALLAH PEYĞƏMBƏRİ ALƏM ƏHLİNƏ RƏHMƏT 

GÖNDƏRİB 

əs-Sad-67-Ya  Peyğəmbər!  De  ki:-Mən  yalnız  insanları  günahdan 

qorxudan bir Peyğəmbərəm və bunun üçün də bu xəbərlər mənə vəhy 

olunur.

əl-Ənam-130-132-Ey cin və insan tayfası! Biz sizə ona görə Peyğəm-

bər göndərdik ki,sənin Allahın dünya əhalisini qafil-xəbərsiz olduqları 

halda, onları zülm ilə həlak etməsin.Onların hər birinin etdikləri əməl 

müqabilində dərəcələri vardır. Sənin Allahın onların əməllərindən qafil 

deyil. Onların əməlləri müqabilində cəza və mükafat verər. 

ən-Nəhl-125-Ya  Peyğəmbər!  Möhkəm  dəlil  və  gözəl  nəsihət  ilə 

Allahın  yoluna  və  dininə  çağır!  Gözəl  sözlərlə,yumşaq  tərzdə  onlar 

ilə  mübahisə  et.  Sənin Allahın  yolundan  azmışları  yaxşı  tanıyır. Al-

lah hidayət tapmışları da çox yaxşı tanıyandır. (Allahın yoluna dəvət 

et!  Hikmət  ilə,  gözəl-gözəl  mövzu  ilə  onlarla  ən  gözəl  olan  surətdə 

mücadilə et.)



əl-Əhzab-2-3-Ey  Peyğəmbər!  Pərvərdigarından sənə  nə  vəhy  olu-

nursa, ona itaət et, ona görə ki, Allah etdiklərinizdən agahdır. Allaha 

təvəkkül et, çünki Allahı özünə vəkil etsən, kifayətdir

Muhəmməd-2-Uca Allah  man  gətirib  yaxşı  əməllər  edənlərin  və 

Rəbbin dən Muhəmmədə haqq olaraq nazil edilənə-Qurana inananların 

günahlarının üstünü örtəcək, onların əhvalını dünyada və axirətdə yax-

şılaşdıracaqdır. Qurana iman gətirənlərə və saleh işlər görənlərə Allah 

keçmiş günahlarının bağışlanmasını və böyük əcr verməsini vəd etmiş-

dir.


ALLAH PEYĞƏMBƏRİ HİDAYƏT YOLUNU ÖYRƏTMƏK 

ÜÇÜN GÖNDƏRİB

əl-Bəqərə-151-Sizə  ayətlərimizi  oxuyan,  sizi  günahlardan 

təmizləyən, sizə kitab və hikməti öyrədən, bilmədiyiniz şeyləri də sizə 




152

öyrədən öz içərinizdən bir Peyğəmbər göndərdik.



əl-İsra-53-Ya Peyğəmbər! Bəndələrimə de ki, gözəl olan kəlmələri 

desinlər.”Lə ilahə illəllah”kəlməsini zikr etsinlər. Şeytan onların arası-

na düşmənçilik salar. Şeytan insanın böyük düşmənidir. 

əl-Kəhf-26-Ya Muhəmməd! Rəbbinin kitabından sənə vəhy olunanı 

oxu! Allahın sözlərini dəyişdirən olmaz. Sən ondan baş qa pənah tap-

mazsan. 

əl-Kəhf-111-Ya Peyğəmbər!De ki:-Mən də sizin kimi bəşərəm, Al-

lah tərəfindən mənə vəhy olunar. Sizin Allahınız tək-tənhadır. Allaha 

yetişməyə ümid edən kəs yaxşı əməllər etməli, Allaha ibadət etməklə 

başqasını ona şərik qərar verməməlidir. 



əl-İsra-94-95-İnsanlara  doğru  yol  göstərən  bir  Peyğəmbər  və 

dəlillər gələndən sonra onlara mane olan şey yalnız onların:-Allah adi 

bir insanımı Peyğəmbər göndərdi?-demələridir.Onlar fikirləşirdilər ki, 

Peyğəmbər gərək mələklərdən olsun.

Ya Peyğəmbər! De ki,əgər yer üzündə insanlar kimi arxayın gəzib 

dolaşanlar mələklər olsaydı və həmişəlik yerdə sakin olsaydılar, o za-

man onlara göydən mələk cinsindən olan bir Pey ğəm bər göndərərdik. 

Lakin Yerdə  yaşayan  insan  olduğuna  görə  onlara  da  oz  cinslərindən 

Peyğəmbər göndərdik.

ət-Təğabun-12-15-Allaha və onun Peyğəmbərinə itaət edin! Əgər siz 

qəbul etməkdən üz döndərsəniz, həqiqətən, Peyğəmbərimizin öhdəsinə 

düşən yalnız aşkar təbliğdir. Həqiqətən də,sizin malınız və övladınız 

sizin üçün ancaq bir imtahandır. Allahın yanında mal və övlada görə 

Allahı yadından çıxarmayanlar üçün böyük əcr vardır. 

ALLAH PEYĞƏMBƏRİ BİZİ CƏHƏNNƏMLƏ 

QORXUTMAQ ÜÇÜN GÖNDƏRİB

Səba-28-Ya Muhəmməd! Biz səni təkcə öz qövmünə deyil, bütün in-

sanlara, möminlərə Cənnətlə müjdə verən, kafirləri isə Cəhənnəm əzabı 

ilə  qorxudan  bir  Peyğəmbər  göndərdik.  Lakin  insanların  əksəriyyəti 

bunu bilməz.



Məryəm-97-Biz Quranı yalnız sənin dilində asan etdik ki, onunla 

Allahdan qorxub pis əməllərdən çəkinənlərə bəşarət verəsən və inadkar 

insanları qorxudasan.

əş-Şüəra-194-Ya  Peyğəmbər!  Bu  Qurandakı  ayələr  ilə  insanları 

qorxudasan deyə sənin qəlbinə nazil etdik. 




153

ər-Rum-52-Sən ölüləri eşidən edə bilməzsən və səndən üz çevirən 

karlara  səsini  çatdıra  bilməzsən.  Sən  korları  azğınlıqdan  çıxarıb  düz 

yola gətirən deyilsən. Sən səsini yalnız o adamların qulaqlarına çatdı-

rarsan ki, bizim ayələrə iman gətirmişlər və təslim olmuşlar.



Yasin-69-70- Biz Peyğəmbərə şeir deməyi öyrətmədik və ona heç 

yaraşmaz  da.  Ona  nazil  olan  ancaq  nəsihət  və  açıq-aşkar  Qurandır. 

Onunla diri olan şəxsləri qorxutsun. Kafirlərə əzab etmək vədəsi gerçək 

oldu.


 

 PEYĞƏMBƏR TƏHSİLİ YALNIZ  

HZ.CƏBRAİLDAN ALIB

Əla-7-19-Tezliklə Biz sənə Quranı Cəbrail vasitəsi ilə oxuyarıq və 

onu unutmazsan.Təkcə Allahın dilədiyindən başqa, şübhəsiz ki, Allah 

aşkar və gizlini bilir. Biz sizə ən asan olan şəriət vermişik ki, onda sənə 

və sənin ümmətinə heç bir çətinlik olmaz. Ya Peyğəmbər! Əgər nəsihət 

vermək fayda verərsə, Quranın hökmünü ümmət üçün zikr et! Lakin bu 

vaxta qədər etdiyin öyüd-nəsihət heç bir fayda verməmişdir.Ancaq Alla-

hın əzabından qorxan kimsə öyüd-nəsihəti qəbul edər. Öyüd-nəsihətdən 

yalnız bədbəxt olan kafirlər qaçar.O bədbəxt insan axirət odu olan bö-

yük oda yetişər. Sonra o bədbəxt Cəhənnəmdə nə öləcək, nə də yaşaya-

caqdır. Həqiqətən, pak olan kəs nicat tapdı. O kəs ki, Allahın adını zikr 

etdi və bayram namazı qıldı. Lakin siz dünya həyatını axirət həyatından 

üstün tutarsınız. Axirət evi olan behişt daha xeyirli və daha əbədidir. Bu 

deyilən sözlər keçmiş Peyğəmbərlərə nazil olan kitablardandır. Bu da 

İbrahim və Musa Peyğəmbərin kitablarından ibarətdir.



əl-Ələq-1-5-Ya Peyğəmbər!Allahın adı ilə (Bismilləh deyərək) oxu! 

(bu surə Peyğəmbərə nazil olan ilk surədir ki, Hira dağında nazil olmuş-

dur). Peyğəmbər soruşdu:-Nə oxuyum? Mənim heç bir savadım yoxdur. 

Cəbrail nazil olub dedi:-Oxu!Sənin Rəbbin ən böyük Kərəm sahibidir!

O  Rəbbin  ki,  qələmlə  yazmağı  öyrətdi.O  Rəbbin  ki,  insana 

bilmədiklərini  öyrətdi.O  Allah  ki,  məxluqatı  yoxdan  yaratdı,  insanı 

Peyğəmbərlik məqamına çatdırdı. 

əl-Cumuə-2-4-Allah  savadsızlara  (Məkkə  əhlinə)  özlərindən  bir 

Peyğəmbər  göndərdi.  O,  bir  yerə  gedib  elm  öyrənməmişdi.  Əgər  o 

oxumuş olsaydı, onda deyərdilər ki, hansısa bir alimdən təlim almış-

dır. Lakin o yalnız vəhy ilə xəbər verər və onlara Allahın halal-haram 

və  əhkamdan  ibarət  olan  ayələrini  oxuyar.Onları  kibr,  şirk  və  çirkin 

əməllərdən  pak  edər.  Quranı  və  şəfaət  ehkamını  təlim  edər,bundan 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə