Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə53/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   49   50   51   52   53   54   55   56   ...   292

157

Bunu yalnız ağıllı olanlar dərk edərlər.



Hədis-Hz.  Əli  (ə.s.)  oğlu  İmam  Həsənə  buyurur:-İstəyirəm  sənə 

dörd xislət öyrədəm. Əgər onları qoruyub saxlasan, nicat taparsan, yox 

əgər itirsən, dünya və axirəti əldən verərsən. Ey oğlum! Ağıldan böyük 

sərvət  yoxdur.  Cəhl,  elmsizlik  kimi  yoxsulluq,  ücb-özünü  bəyənmək 

kimi dəhşətli, şiddətli qorxu yoxdur. Gözəl əxlaqdan da ləzzətli həyat 

yoxdur.


Açıqlama: Qurani-Kərimdə“еlm”kəlməsi isim və fеl şəklində 779 

dəfə xatırladılır. Biz buna “hikmət”, “oxumaq”, “kitab” və s. sözləri aid 

еtmirik.

Qurani-Kərimin ilk nazil olan ayələri“Ələq”surəsinin ilk ayələridir 

ki,“İqra!”(Oxu!) kəlməsi ilə başlayır.

Bu Qurani-Kərimin еlmə münasibəti haqqında qısa məlumatdır. Qu-

ranın öyrənilməsində əsas məqsəd təfsir dеyil, sadəcə olaraq müasir еlmi 

biliklərin Quran ayələri vasitəsilə araşdırılması və insanın öz həyatının 

mahiyyətini  bu  elm  ilə  dərk  edə  bilməsidir. Allahın  Peyğəmbərə  na-

zil olan Qurani-Kərim vasitəsi ilə insanlara etdiyi əsas tövsiyəsi-elm 

öyrənməkdir. Elm öyrənmək haqqında bir çox ayələr nazil olmuş və 

Peyğəmbər tərəfindən çoxlu hədislər də söylənilmişdir.

Müasir dünyada elm çox geniş bir məna kəsb edir, elmlərin miqdarı 

o qədər artıb ki,onları sayıb qurtarmaq olmur.Lakin məna dərinliyinə 

getdikcə, onların bir-birinə yaxınlaşıb bir mərkəzə tərəf gəldiyini görü-

rük. Odur ki, Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: ”Elm bir nöqtədir, 

cahillər isə onu çoxaldıblar.”

Bilik imandan ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik ad-

lanan bir qismidir.Allahın:-“Ancaq iman gətirib xeyir iş görənlər”Əsr-3- 

ayəsində deyildiyi kimi, bilik bütün xeyir işlərin müqəddiməsidir.

Müasir dövrdə bütün elmi tədqiqatların nəticələri dünyanın məşhur 

alimlərini bu qənaətə gətirib ki, həqiqətən, bütün təbii elmlər bir-biri ilə 

bağlıdır və dərinə getdikcə bu əlaqə daha da sıxlaşır.

Azərbaycanın  görkəmli  şairi  olan  Hüseyn  Cavid  dinimizin 

və  Peyğəmbərimizin  bizlərə  nə  demək  istədiyini  sadə  bir  dildə 

özünün“Peyğəmbər”adlı əsəri vasitəsi ilə çatdırmağa çalışmışdır.

Bu  4  pərdəli  dram  əsərində  şair,  Peyğəmbərə(s.ə.s.)  nazil  olan 

vəhy  mələyini  və  bir  çox  obrazlarla  Peyğəmbərin  söhbətlərini,  onun 

həyatında baş  verən  hadisələri  çox  gözəl  surətdə  əks  etdirmişdir.  Bu 

əsərdə Peyğəmbərin obraza verdiyi cavabından bir parçanı burada qeyd 

etmək istəyirik:



158

Bu qılınc. Bir də bu mənalı Kitab. 

Bunlar kafi sizə...? Yox başqa xitab.

Açar ancaq bu kitab el gözünü,

Siləcəkdir bu qılınc zülm izini.

Haqq,vətən, sevgi, səadət,Cənnət.

Hey qılınc kölgəsindədir,əlbət.

O bilgi ilə fəqət, qiymət alır.

Bilgisiz bir qılınc gec-tez qırılır.

Kəsbi-irfan üçün erkək və qadın,

Çalışsın qəbrə qədər, hey çalışsın.

Əgər xilqətdə bəşər birsə, yenə,

Dost deyil, bilməyən əsla bilənə

Kişi irfan işığında parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Həmçinin,  müasirlərimizdən  olan  görkəmli  Xalq  şairi  Zəlimxan 

Yaqub  eyniadlı  “Peyğəmbər”poemasında  Peyğəmbərin  həyatında 

baş  verən  hadisələri  çox  gözəl  surətdə  əks  etdirmişdir.  Bu  əsərdə  də 

Peyğəmbərin insanlara, xüsusən də cavanlara elm öyrənmək haqqında 

müraciətini belə təqdim edir: 



Ey dünyanın gələcəyi, gəncliyi, 

Gələcəyə dinsiz getmə, dinli get.

İtib batma səssizliyin içində, 

Sabahlara sədalı get, ünlü get.

Şübhələri qoyma yaxın özünə,

Qat imanı əqidənin gözünə,

Quran elmi bir tükənməz xəzinə

O, xəzinədən sünbül götür, dənli get.

İslamı sağlam,təmiz görməyi bacar, 

Onun uca şəninə çələng hörməyi bacar

Diqqət yetir bu uca, bu müqəddəs niyyətə,

Quran elmə çagırır,İslam mədəniyyətə.

Şirə çəksən İslamın canından,cövhərindən, 

Biləcəksən bu dinin ən böyük məramını,

Özün yandıracaqsan arzuların şamını, 

O şam işıq salacaq bütün qaranlıqlara.

Lap aydın görəcəksən Quranın işıgında, 

Onun böyük dünyaya böyük məhəbbətini.


159

Bu,yaxşılıq dinidir,olmaz yamanlıq dini, 

Sevgi,mərhəmət,barış,əmin-amanlıq dini.

Bu dinin hörməti var bütün Peygəmbərlərə, 

Hörmət ilə yad edir çəkilən əzabları.

Rəğbətlə xatırlayır səmavi kitabları, 

Məhəbbətin dilində danışdırır dinləri.

Qədimlərdən qədimdir,əzəllərdən əzəldir, 

Bir-birindən işıqlı, bir-birindən gözəldir,

Sevənin, sevilənin sayı min-min olsa da, 

Allaha sevgi durur hər sevginin başında.

Mən bu dini sevirəm, dinimin adı sevgi, 

Səsimin, nəfəsimin,ünümün adı sevgi.

Canın,nəfəsin,ünümün adı sevgi, 

Canın,nəfəsin qədər,eşqin, həvəsin qədər.

Duadakı pıçıltın,gurlayan səsin qədər.

Sən tapın,sən də sev,İslamdakı gövhəri.

Qurandakı incini. Nə dağa düş, nə daşa, 

Onda tap ümidini.Onda tap sevincini. 

Sən orda sonsuz uçuş,sınmaz qanad görərsən.

Allaha,Peygəmbərə, insana, insanlığa. 

Sevgisi sonsuz olan qaynar həyat görərsən.

Dini hekayə: - Ölkələrin birində belə bir mənalı məsəl var idi:-Hin-

distanda bir ağac var, o ağacın meyvəsindən yeyən nə qocalar, nə də 

ölər-deyərdilər. Ölkənin padşahı bu sözü bir etibarlı dostundan eşidir. 

Deyilənlərin həqiqət olduğunu zənn edərək, dəyərli adamlarından birini 

Hindistana göndərir ki, ağacın və meyvəsini tapıb onun üçün gətirsin.

Padşahın  adamı  Hindistanı  və  onun  ətrafını  o  ağacı  tapmaq  üçün 

illərlə axtarır. Gəzmədiyi şəhər, çıxmadığı dağ, görmədiyi yer qalmır və 

hər kəsdən bu ağac haqqında soruşur. Axırda ona deyirlər ki:-Bu ağacı 

axtaran dəlidir.Yaxud da:-Sən bu dünyada dərdlərin dən qurtarıb mura-

dına çatan, saf kişilərdənsən. Sənin kimi təmiz ürəkli və ağıllı birinin 

belə bir araşdırma aparması təsadüfi deyildir,-deyə rişxənd edirlər. La-

kin bütün bunlara baxmayaraq, padşahın adamı var-gücü ilə səy edərək 

ağacı axtarırdı. Axırda bir gün axtarmaqdan yorulub bezir və tapşırığı 

yerinə yetirə bilməməyinin sıxıntısı ilə geri, padşahın yanına qayıtmaq 

üçün yola düşür. Yolda qonaq qaldığı yerin yaxınlığında bir Allah dos-

tunun olduğunu öyrənir. Allah rizası üçün onu ziyarət etməyi qərara alır 

ki,onun xeyir-duasını alsın. Gözüyaşlı bir vəziyyətdə Allah dostunun 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə