157
Bunu yalnız ağıllı olanlar dərk edərlər.
Hədis-Hz. Əli (ə.s.) oğlu İmam Həsənə buyurur:-İstəyirəm sənə
dörd xislət öyrədəm. Əgər onları qoruyub saxlasan, nicat taparsan, yox
əgər itirsən, dünya və axirəti əldən verərsən. Ey oğlum! Ağıldan böyük
sərvət yoxdur. Cəhl, elmsizlik kimi yoxsulluq, ücb-özünü bəyənmək
kimi dəhşətli, şiddətli qorxu yoxdur. Gözəl əxlaqdan da ləzzətli həyat
yoxdur.
Açıqlama: Qurani-Kərimdə“еlm”kəlməsi isim və fеl şəklində 779
dəfə xatırladılır. Biz buna “hikmət”, “oxumaq”, “kitab” və s. sözləri aid
еtmirik.
Qurani-Kərimin ilk nazil olan ayələri“Ələq”surəsinin ilk ayələridir
ki,“İqra!”(Oxu!) kəlməsi ilə başlayır.
Bu Qurani-Kərimin еlmə münasibəti haqqında qısa məlumatdır. Qu-
ranın öyrənilməsində əsas məqsəd təfsir dеyil, sadəcə olaraq müasir еlmi
biliklərin Quran ayələri vasitəsilə araşdırılması və insanın öz həyatının
mahiyyətini bu elm ilə dərk edə bilməsidir. Allahın Peyğəmbərə na-
zil olan Qurani-Kərim vasitəsi ilə insanlara etdiyi əsas tövsiyəsi-elm
öyrənməkdir. Elm öyrənmək haqqında bir çox ayələr nazil olmuş və
Peyğəmbər tərəfindən çoxlu hədislər də söylənilmişdir.
Müasir dünyada elm çox geniş bir məna kəsb edir, elmlərin miqdarı
o qədər artıb ki,onları sayıb qurtarmaq olmur.Lakin məna dərinliyinə
getdikcə, onların bir-birinə yaxınlaşıb bir mərkəzə tərəf gəldiyini görü-
rük. Odur ki, Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: ”Elm bir nöqtədir,
cahillər isə onu çoxaldıblar.”
Bilik imandan ibarətdir, çünki iman təsdiqdir, təsdiq isə elmin bilik ad-
lanan bir qismidir.Allahın:-“Ancaq iman gətirib xeyir iş görənlər”Əsr-3-
ayəsində deyildiyi kimi, bilik bütün xeyir işlərin müqəddiməsidir.
Müasir dövrdə bütün elmi tədqiqatların nəticələri dünyanın məşhur
alimlərini bu qənaətə gətirib ki, həqiqətən, bütün təbii elmlər bir-biri ilə
bağlıdır və dərinə getdikcə bu əlaqə daha da sıxlaşır.
Azərbaycanın görkəmli şairi olan Hüseyn Cavid dinimizin
və Peyğəmbərimizin bizlərə nə demək istədiyini sadə bir dildə
özünün“Peyğəmbər”adlı əsəri vasitəsi ilə çatdırmağa çalışmışdır.
Bu 4 pərdəli dram əsərində şair, Peyğəmbərə(s.ə.s.) nazil olan
vəhy mələyini və bir çox obrazlarla Peyğəmbərin söhbətlərini, onun
həyatında baş verən hadisələri çox gözəl surətdə əks etdirmişdir. Bu
əsərdə Peyğəmbərin obraza verdiyi cavabından bir parçanı burada qeyd
etmək istəyirik:
158
Bu qılınc. Bir də bu mənalı Kitab.
Bunlar kafi sizə...? Yox başqa xitab.
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini.
Haqq,vətən, sevgi, səadət,Cənnət.
Hey qılınc kölgəsindədir,əlbət.
O bilgi ilə fəqət, qiymət alır.
Bilgisiz bir qılınc gec-tez qırılır.
Kəsbi-irfan üçün erkək və qadın,
Çalışsın qəbrə qədər, hey çalışsın.
Əgər xilqətdə bəşər birsə, yenə,
Dost deyil, bilməyən əsla bilənə
Kişi irfan işığında parlar,
Şübhəsiz, bilgidə Allah gücü var.
Həmçinin, müasirlərimizdən olan görkəmli Xalq şairi Zəlimxan
Yaqub eyniadlı “Peyğəmbər”poemasında Peyğəmbərin həyatında
baş verən hadisələri çox gözəl surətdə əks etdirmişdir. Bu əsərdə də
Peyğəmbərin insanlara, xüsusən də cavanlara elm öyrənmək haqqında
müraciətini belə təqdim edir:
Ey dünyanın gələcəyi, gəncliyi,
Gələcəyə dinsiz getmə, dinli get.
İtib batma səssizliyin içində,
Sabahlara sədalı get, ünlü get.
Şübhələri qoyma yaxın özünə,
Qat imanı əqidənin gözünə,
Quran elmi bir tükənməz xəzinə,
O, xəzinədən sünbül götür, dənli get.
İslamı sağlam,təmiz görməyi bacar,
Onun uca şəninə çələng hörməyi bacar
Diqqət yetir bu uca, bu müqəddəs niyyətə,
Quran elmə çagırır,İslam mədəniyyətə.
Şirə çəksən İslamın canından,cövhərindən,
Biləcəksən bu dinin ən böyük məramını,
Özün yandıracaqsan arzuların şamını,
O şam işıq salacaq bütün qaranlıqlara.
Lap aydın görəcəksən Quranın işıgında,
Onun böyük dünyaya böyük məhəbbətini.
159
Bu,yaxşılıq dinidir,olmaz yamanlıq dini,
Sevgi,mərhəmət,barış,əmin-amanlıq dini.
Bu dinin hörməti var bütün Peygəmbərlərə,
Hörmət ilə yad edir çəkilən əzabları.
Rəğbətlə xatırlayır səmavi kitabları,
Məhəbbətin dilində danışdırır dinləri.
Qədimlərdən qədimdir,əzəllərdən əzəldir,
Bir-birindən işıqlı, bir-birindən gözəldir,
Sevənin, sevilənin sayı min-min olsa da,
Allaha sevgi durur hər sevginin başında.
Mən bu dini sevirəm, dinimin adı sevgi,
Səsimin, nəfəsimin,ünümün adı sevgi.
Canın,nəfəsin,ünümün adı sevgi,
Canın,nəfəsin qədər,eşqin, həvəsin qədər.
Duadakı pıçıltın,gurlayan səsin qədər.
Sən tapın,sən də sev,İslamdakı gövhəri.
Qurandakı incini. Nə dağa düş, nə daşa,
Onda tap ümidini.Onda tap sevincini.
Sən orda sonsuz uçuş,sınmaz qanad görərsən.
Allaha,Peygəmbərə, insana, insanlığa.
Sevgisi sonsuz olan qaynar həyat görərsən.
Dini hekayə: - Ölkələrin birində belə bir mənalı məsəl var idi:-Hin-
distanda bir ağac var, o ağacın meyvəsindən yeyən nə qocalar, nə də
ölər-deyərdilər. Ölkənin padşahı bu sözü bir etibarlı dostundan eşidir.
Deyilənlərin həqiqət olduğunu zənn edərək, dəyərli adamlarından birini
Hindistana göndərir ki, ağacın və meyvəsini tapıb onun üçün gətirsin.
Padşahın adamı Hindistanı və onun ətrafını o ağacı tapmaq üçün
illərlə axtarır. Gəzmədiyi şəhər, çıxmadığı dağ, görmədiyi yer qalmır və
hər kəsdən bu ağac haqqında soruşur. Axırda ona deyirlər ki:-Bu ağacı
axtaran dəlidir.Yaxud da:-Sən bu dünyada dərdlərin dən qurtarıb mura-
dına çatan, saf kişilərdənsən. Sənin kimi təmiz ürəkli və ağıllı birinin
belə bir araşdırma aparması təsadüfi deyildir,-deyə rişxənd edirlər. La-
kin bütün bunlara baxmayaraq, padşahın adamı var-gücü ilə səy edərək
ağacı axtarırdı. Axırda bir gün axtarmaqdan yorulub bezir və tapşırığı
yerinə yetirə bilməməyinin sıxıntısı ilə geri, padşahın yanına qayıtmaq
üçün yola düşür. Yolda qonaq qaldığı yerin yaxınlığında bir Allah dos-
tunun olduğunu öyrənir. Allah rizası üçün onu ziyarət etməyi qərara alır
ki,onun xeyir-duasını alsın. Gözüyaşlı bir vəziyyətdə Allah dostunun