2
Redaktor: Ağayeva Könül
Korrektorlar:Qulamova Arzu, Ağayeva Nərminə
Rəyçilər: Hacı Fuad Nurullah
Bakı İslam Universiteti, İslamşunaslıq Fakultəsinin dekanı
İlahiyyatçı: Ağayeva Mənzər
“İslam Dinin Həqiqətləri mövzusular üzrə”
“Adiloğlu” nəşriyyatı, Bakı 2012.930 səh.
Azərbaycan Respublikasının Dini Qrumlar iş üzrə Dövlət
Komitəsinin 18 dekabr 2012-ci il tarixi DK-912\ə saylı məktubuna
əsasən kitabın nəşrinə icazə verilmişdir.
4722110018 qrifli nəşr
121-2012
”ADİLOĞLU”,2012
3
BİSMİLLƏHİR RAHMƏNİR RAHİM
Həmd, şükr və tərif olsun, aləmlərin Rəbbi olan o bir Allaha!
(Fatihə-1)
ÖN SÖZ
Ya Muhəmməd! Bu Quran sənə nazil etdiyimiz mübarək, xeyirli-
bərəkətli bir kitabdır ki, insanlar Allahın ayələrini düşünüb dərk etsinlər
və ağıl sahibləri də ondan ibrət alsınlar. (Sad-29)
“Qurani-Kərim” bütün kainatın yaradıcısı olan, hər şeyin xaliqi Al-
lah-taalanın birliyini, onun qüdrət və əzəmətini, əzəli və əbədi varlıq
olmasını tərənnüm edən ilahi gözəlliyə malik olan bir kitabdır.
“Qurani-Kərim”milyardlarla insanın qəlbinə hakim kəsilmiş, onların
canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Bütün dünya insanları-
nı heyrətdə qoyan “Qurani-Kərim “min dörd yüz illik tarixi ərzində bu
günə kimi bir hərfində də dəyişiklik olmadan insanların istifadəsində və
daima Allahın nəzarətindədir.
Allah-taala “Qurani-Kərim”də buyurur: -“Şübhəsiz ki, Qura-
nı Biz nazil etdik! Sözsüz ki, Biz də onu hər cür təhrifdən qoruyub
saxlayacağıq!”(Hicr-9.)
Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan
“Qurani-Kərim”müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaq-
la yanaşı,həm də çox mühüm bir əbədi tarixi salnamədir. Onun misli
görunməmiş fəsahət və bəlağəti ən yüksək səviyyədə, bəşər fövqindən,
qüdrətindən kənar, ali dərəcədədir. “Qurani-Kərim”yerin, günəşin, ayın,
səyyarələrin hərəkət etməsini heyrətamiz bir şəkildə bəyan etmiş, son-
radan baş verəcək bir çox hadisələr, elmi kəşflər barəsində doğru-düz-
gün məlumatlar vermişdir.”Qurani-Kərim”də elmlər: astronomiya, ana-
tomiya, kimya, fizika və bütün dünya elmləri, həmçinin insan hissləri
(psixologiyası) haqqında da geniş məlumatlar və faktlar verilmişdir.
Bu müqəddəs kitabda çətin, mütəşabih(oxşar,bir-birinə bənzər)
ayələr deyil, eyni zamanda zahirən asan anlaşılan ayələrin də arxasında
batini bir məna, rəmz vardır. Peyğəmbər Muhəmməd (s.ə.s.) tərəfindən
rəvayət olunmuş mötəbər bir hədisdə bu barədə belə buyurulur:“Quranın
zahiri və batini vardır. Batinində də bir batini, ondan sonra isə yeddiyə
qədər batini vardır”.
Bu səbəbdən”Qurani-Kərim”nazil olduğu gündən indiyə qədər bir
çox mötəbər alimlər tərəfindən minlərcə çoxcildli təfsirlər yazılmasına,
4
müxtəlif tədqiqatlar aparılmasına baxmayaraq onun elmi mahiyyəti hələ
də açılmamış qalmış, onlar barəsində müxtəlif mülahizələr söylənilmiş,
nəhayət, ”ən yaxşısını,ən doğrusunu Allah bilir,” -deyə əsas məna elmi-
ilahinin özünə həvalə edilmişdir.
Zülmətləri yaran bir nur, haqq yol göstərən bir çıraq olan Quran, əsl
Allah kəlamı kimi dövrə, zamana görə açıqlanır. Həmin dövrdə yaşayan
insanların əqli, elmi səviyyəsinə müvafiq şəkildə təfsir edilir. Hər gələn
nəsil özünü narahat edən məsələlərə Quranda cavab tapa bilir. Bundan
da böyük möcüzə olarmı?
Müasir dövrümüzdə“Qurani-Kərim”ə və dinimizə cəmiyyətimizdə
böyük maraq və həvəs yaranmışdır. Daha çox maraq göstərənlər
hər hansı bir məsələ və yaxud hadisə ilə bağlı olaraq nazil olun-
muş ayələri öyrənmək və dinimizin göstərişlərini bilmək üçün bir
neçə dini mənbələrə, kitablara, təşkilat və qurumlara müraciət etmək
məcburiyyətində qalırlar.
Bu səbəbdən Hacı xanım Mənzərin bütün dini elmi mənbələrdən
istifadə edərək toplayıb, özünün də bir vətəndaş, ana və ilahiy-
yatçı kimi düşüncələrini əlavə edərək, ərsəyə gətirdiyi bu kitabda
cəmiyyətimizi maraqlandıran bir çox dini mövzular və suallar haqqın-
da müəyyən dərəcədə məlumatlar verilmişdir. Bu kitabda dinimizin
həqiqətləri,tək bir olan Uca Allahın vəsfi,İlahi dinlər haqqında qısa
məlumat, Peyğəmbərlərin həyat və fəaliyyətləri, kainatın, yerin, göyün,
günəşin, ayın, göy cisimlərinin yaranışı, dünya həyatı, insanların qu-
ruluşu, xüsusiyyətləri, İslam tarixi, həyat, ölüm, ruhlar şəriət qanun-
ları, Qiyamət, Cənnət Cəhənnəm və sair mövzular haqqında“Qurani-
Kərimə” və səhih hədislərə istinad edilərək məlumatlar verilmişdir.
Klassik və müasir şairlərin, xüsusən dahi şairlərimiz Nizami Gəncəvinin
və Muhəmməd Füzulinin əsərlərindən istifadə edilmişdir. Əsasən Ni-
zamı Gəncəvinin əsərlərindən hər mövzu üzrə şeirlər seçılərək qeyd
edilmişdir.
Həmçinin burada insanın həyatda yaşadığı zaman rast gəldiyi bir çox
müşküllərin, çətinliklərin həll edilməsi, Allaha sığınmaq, səbir, tövbə və
Allahın bizə buyurduğu “Qurani-Kərim”in ayələrindən istifadə edərək
ins və cinsdən qorunma yolları haqqında dualar da öz əksini tapmışdır.
Mən bir ilahiyyatçı kimi düşünürəm ki, toplanıb ərsəyə gətirilən bu
kitab bizim cəmiyyətimizi, xüsusən də cavan oğul və qızlarımızı ma-
raqlandıran dini və həyati suallara müəyyən qədər cavab verə biləcək
bir mənbədir. Gənclərimiz həyatı, canlı-cansız bütün yaranmışları
sevmək, daim mütaliə etmək, elm öyrənmək, xurafat və mövhumat