Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə6/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   ...   292

17

1.Sülh-salam da bu kökdəndir; 

2.Boyunəymək, itaət etmək (boyun bükərək Allaha təslim olmaq)-

deməkdir. Həmçinin Allahın hökmlərinə tabe olmaq mənasını bildirir. 

İslam dininin hökmləri 3 yerə bölünür:

1.İman-insan  iman  əsaslarına  inanaraq,  mənəvi  qidasını  alır  və 

qəlbini pisliklərdən təmizləyir. 

2.Əməl-özü 2 qismə bölünür: a)Allaha qarşı ibadət vəzifələri.

 b)insanların öz aralarındakı vəzifələri.



3.Əxlaq-insanlara qarşı davranışlarını düzəltmək.

əl-Maidə-16 - Allah Onun razılığına tabe olan kəsi salamat olan yola 

hidayət edər. Onları öz izni ilə zülmətlərdən İslam nuruna çıxarar, düz 

yola hidayət edər.

 1-ci Hökm. Dinə iman 

Dinə iman-lüğətdə bir şeyə tərəddüdsüz inanmaq və içdən, ürəkdən 

ona  bağlanmaq,  Peyğəmbər(s.ə.s.)in  buyurduqlarını  düzgün  yerinə 

yetirmək deməkdir.

İman mahiyyət etibarı ilə Allahın insanlara ən böyük lütf və ehsa-

nıdır. Allah  onu  sevdiyi  bəndələrinə  nəsib  edir.Əlbəttə,  bu  qismətdə 

bəndənin istəyi, arzusu və buna can atmasının da rolu vardır.İman in-

sanın yaradılış səbəbidir. Yəni o,yaradanını imanla tanımaq və ibadət 

etmək üçün yaradılmışdır. İnsan bu yaradılış qayəsinə uyğun hərəkət 

edərsə, axirətdə əbədi səadətə nail olacaq, Cənnətə girəcək, əks təqdirdə 

isə Cəhənnəmə atılacaqdır. Bu baxımdan iman insan üçün əbədi səadəti 

qazanma  vasitəsidir  və  Cənnətə  giriş  açarlarıdır.  İmansız  Cənnətə 

girilməz. Bu cəhətdən insanın iman etməsi və bu imanı son nəfəsinə 

qədər  itirmədən,  zəiflətmədən  mühafizə  etməsi  dünyada  hər  şeydən 

daha qiymətli bir nemətdir. 



əl-Ənam-63-64  -  Ya  Rəsulum!De  ki:-Gizlində  Allaha  dua  edib:-

Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, biz şükür 

edənlərdən olarıq,-deyə yalvardığınız zaman sizləri bundan xilas edən 

kimdir? De ki:-Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah-

dır! Bütün bunlardan sonra siz yenə də Ona şərik qoşursunuz və verdi-

yiniz əhdə vəfa etməzsiniz. 



Hədis:-Hər bir insanın qəlbində Allaha inam, yəni ən çətin anlarda 

kiminsə bizləri qurtaracağına inam vardır.

Məsələn: Bir nəfər İmam Cəfəri Sadiqin yanına gəlib dedi:

- Allahı mənə tanıtdır! İmam o şəxsdən soruşdu:

-İndiyədək gəmiyə minmisənmi? 

Həmin şəxs cavab verdi:-Bəli. İmam soruşdu:




18

- Təsəvvür et ki,sənin mindiyin gəmi dənizin ortasında deşilib və sən 

ümidsiz halda qorxuya düşmüsən.O zaman ürəyində elə bir qüvvəyə 

qarşı inam hiss edəcəksənmi ki,səni həmin fəlakətdən xilas etməyə qa-

dir olsun? Həmin adam cavab verdi:

- Təbii ki, buna inam duyacağam.

Onda imam Sadiq buyurdu: - O qüvvə Allahdır ki, hər kəsdən ümid 

kəsildikdə, qəlbində kiminsə səni xilas edəcəyinə olan inam, kiminsə 

səni eşidib qurtaracağına olan inam Allaha olan inamdır. 

Allaha,dinə və məada inam insanın təbii, mənəvi və mədəni həyatı 

üçün  labüddür.  İnsan  daxilən  həmişə  mənəvi  cəhətdən  özünü  bir 

əlçatmaz  xariqüladə  qüvvəyə  söykənmiş  kimi  hiss  edir.  Bu  əqidə  və 

daxili  tələbat  adamın  çətin,əzablı  vaxtlarında,ona  bir  bəla  və  qorxu-

lu xəstəlik üz verdikdə daha qabarıq şəkildə özünü büruzə verir. Belə 

hallarda  insan  özünü  aciz  görür  və  Ulu  bir  qüvvədən  asılı  bilir,  ona 

ümid  bəsləyir,  ona  pənah  aparır.  Buna  görə  də  iman  insan  həyatının 

nizamnaməsi, onun  davamı  və  həyatın  mənalı keçməsi  üçün  ən  əsas 

amildir.(”Hədisi-Qüdsi”) 



əl-İsra-67 - Sizə dəryada zərər yetişən vaxt, sizin çağırdığınız bütün 

bütlər yaddan çıxar. Təkcə Allah sizin yadınıza düşər. Elə ki,sizə nicat 

verdik və quruya çıxardıq Allahdan üz döndərərsiniz. Həqiqətən, insan 

Allahına naşükürlük edəndir. 



Hədis - Imam Cavad buyurur:-Din izzət və şərəf, elm, xəzinə, sükut, 

nurdur. (Biharil-ənvar.)



Hədis: - İmam Əli(ə.s.) buyurmuşdur:-İman ürəkdə dərk etmək, dillə 

təsdiq  etmək  və  bütün  bədən  üzvləri  ilə  əməldə  həyata  keçirməkdən 

ibarətdir.

 2-ci Hökm. Dinə əməl

Əməl-İslamda  hər  bir  iş  və  əməl“Bismilləhir  Rahmənir  Rahim“, 

yəni“Rəhman və Rəhim olan Allahın adı ilə”kəlməsilə başlayır.

İslam  dini  etiqadının  rəmzi“Lə  iləhə  illəllah  və  Muhəmmədun 

Rəsulullah”, yəni ”Allahdan başqa heç bir ibadət olunan varlıq yoxdur 

və Muhəmməd Allahın elçisidir”kəlmələrilə ifadə edilir.

Hər bir ölkənin,dövlətin öz qanunları, konstitusiyası,təlim və hüquq 

qanunları olduğu kimi,İslamın da öz qanunları və təlim rüknləri vardır.

Bu rüknlər İslamın müqəddəs kitabı “Quran”dan və İslam Peyğəmbəri 

Muhəmmədin (s.ə.s.) sünnəsindən (göstəriş və əməllərindən) ibarətdir. 

Əgər İslam dinini bir ağaca bənzətsək, o zaman aydın olar ki, onun 

beş kökü(üsul) və on budağı(füru) vardır. Bunlara İslamda: 




19

 “Üsulid-din” - İslam dininin nəzəri əsasları deyilir və İslamda olan 

insanların bu qanunlara riayət etməsi vacibdir. Üsulid-dinin(Əhkami-

xəmsə) 5 hökmü vardır:



1.Tövhid-Allahı ibadətə layiq olan yeganə haqq, varlıq bilməkdir.

  2.Nübüvvət-Yer  üzünə  gəlmiş  bütün  Peyğəmbərlərin  Allah 

tərəfindən  insanları  haqqa  dəvət  etmək  üçün  seçildiyinə,  eləcə  də 

mələklərə  və  onların  Peyğəmbərlərə  gətirdiyi  vəhyə,  kitablara  və  bu 

kitablardan sonuncusunun “Quran-Kərim” olduğuna iman gətirməkdir. 



3.Ədl - Allahın hər bir şeyi hikmət üzündən yaratmasına və Onun 

Adil-ədalətli olmasına inanmaqdır.



4.İmamət  -  İslamın  şiə  məzhəbində  hər  bir  Peyğəmbər  kimi, 

Muhəmməd  Peyğəmbər  üçün  də  Allah  tərəfindən  təyin  olunan 

canişinlərin,12 imamın haqq olduğuna iman gətirməkdir. 

5.Məad - Hər bir insanın dünyasının dəyişməsinə və Qiyamət günü 

dirildilərək Allah qarşısında hesab verməsinə iman gətir məkdir. 

İslamın əsas ehkamı tövhid, nübüvvət və məaddır. Həmçinin, İslam 

dininə  iman  gətirənlərin Allahın  mələklərinə  və  Qəza-qədərə  mütləq 

inanmaları haqqında Qurani-Kərimdə əmrlər buyurulmuşdur.

Füruidin-dinin (budaqları) əməli əsasları,yəni“İslamın rüknləri”olan 

vacibi  əməllərdir.Bu  dindən  olan  insanlara  dünyada  yaşadıqları 

müddətdə həmin əməlləri yerinə yetirmək buyurulmuşdur.

Müsəlmanlar hər gün beş vaxt namaz qılmalı,Ramazan ayının orucu-

nu tutmalı,maddi və fiziki imkanı olanlar ömürlərində heç olmasa bir dəfə 

Həcc ziyarətinə getməlidirlər.Bundan başqa müsəlman İslami vergiləri-

xüms və zəkatı, eləcə də fitrə-zəkatı verməlidir. Ümumiyyətlə,İslam qa-

nunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk etsin. 



ən-Nəsr-1-3 - Ya Peyğəmbər!Sənə Allahın köməyi ilə fəth gəldiyi 

zaman,  insanların  dəstə-dəstə Allahın  dininə,  İslama  daxil  olduğunu 

gördüyün zaman Allahı həmd-səna ilə təsdiq et və ondan bağışlanma 

dilə. O tövbələri qəbul edəndir. 



Ənam-162 - Ya Rəsulum! De ki:-Mənim namazım da, ibadətim də, 

həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!



Hədis:  İmam  Sadiq(ə.s.)  Peyğəmbərimizdən(s.ə.s.)  nəql  etmişdir: 

İman odur ki, Allaha,onun mələklərinə, kitablarına, elçilərinə və Axirət 

gününə  inanasan.  Allahın  Lövhu-məhfuzda  yazdığı  qədərə,  onun 

xeyrinə, şərin, insanın başına gələcək bütün hadisələrin Allahın əmri ilə 

olduğuna inanasan. (“Hədisi Qüdsi”)

 3-cü Hökm.Dində-əxlaq 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə