Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə3/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   ...   292

8

gətirir,  dahi  şairin  yaşadığı  dövrdə  İslam  dininin  insanların  mənəvi 

aləmində necə böyük rol oynadığı göz önündə canlanır. Müəllif bu ki-

tabı yazarkən məqsəd və məramını belə izhar edir: ”Dünyada yeganə 

kamil din-İslam dinidir, çünki o, insanı yaradan böyük Xaliq tərəfindən 

göndərilmişdir.  İslam  dini  içərisində  bütün  dinləri  əhatə  edən,bütün 

dünya əhli üçün göndərilən axırıncı ən kamil din-kainatın dinidir. İs-

lam dini bütün haqq dinlərin sonuncusu və mükəmməlidir. Bu ilahi din 

bir millətə, bir zamana görə deyildir. Bu din bütün insanlara qiyamətə 

qədər vacib olan Allahın təbii dinidir.

Bu  haqda“Qurani-Kərim”də  buyurulur:-“Bundan  sonra  nə  başqa 

Peyğəmbər, nə də ki başqa din olacaq.” 

 “Mən nə üçün dinliyəm?”-sualını öz-özümüzə, nəfsimizə sual edər-

etməz bu cavabı alırıq:-“Dindaram, çünki başqa cür olmaq üçün yaran-

mamışam.Dindar  olmaq  varlığım  və  mənliyim  üçün  vazkeçilməz  bir 

ehtiyacdır”.

Din,  ağıl  sahibləri  olan  insanları  öz  istəkləri  ilə  dünya  və  axirət 

xoşbəxtliyinə çatdıran ilahi qanunların cəminə deyilir.

Məncə,  bu  qaynaqdan  faydalanmaq  üçün  əlinizdə  tutduğunuz  və 

bir  azdan  oxumağa  başlayacağınız,  oxuduqca  da  bütün  varlığınızla 

mənasına varacağınız bu qiymətli kitab sizin qarşınızda yeni üfüqlər 

açacaq, qaranlıq fikir və bəsirət dünyamızı işıqlandırmağa qadir olan 

nurlu çıraq olacaq.Yolunuz açıq, İmanınız kamil,Səbri niz bol, Əzminiz 

yenilməz olsun! Allah amanında! 



HACI XANIM TELLİ PƏNAHQIZI, 

telejurnalist

 

 



 


9

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Ey adı ən gözəl başlanğıc olan,

Adınla başlanır yazdığım dastan.

Sən ey xatirəsi könlümə həmdəm,

Adın düşməmişdir bir an dilimdən.

Bütün varlıqları Özün yaratdın, 

Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl,

Qələm tutmamışdır dünyada bir əl.

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir “təbarəkallah”, 

Alqış calalına, feyzinə, Allah!   (“Sirlər Xəzinəsi”) 

 MÜQƏDDİMƏ

Açıqlama:  Din-Allah  tərəfindən  qoyulmuş  bir  qanun  və  düzgün 

yoldur.Din-biz insanların yaradılış qayəsini və hikmətini bildirib, Uca 

Allaha nə şəkildə ibadət etməyimizi öyrədir:Din-ağıl sahibləri olan in-

sanları öz istəkləri ilə dünya və axirət xoşbəxtliyinə çatdıran ilahi qa-

nunların cəminə deyilir.

Din insan ağlının öz-özünə soruşub durduğu:“Mən kiməm,haradan 

gəlib,haraya gedirəm?”suallarına cavab verə biləcəyi bir cavab qayna-

ğıdır.(Hədis: Əli ə.s.) 

 Ali-İmran-19-“Allah yanında (məqbul olan) din,əlbəttə,İslamdır.” 

Filosoflar deyirlər ki:”Din insanlıq tarixində onunla bir yerdə var ol-

muş bir varlıqdır. Din təbiətimizin dəyişilməz vəsfi və ondan ayrılmaz 

xüsusiyyətidir.İnsanın mahiyyəti düşünülüncə beyinə dərhal bir din fik-

rinin gəlməməsi mümkün deyildir.”

Azərbaycan torpağı ən qədim torpaqlardan olub, Allahın bizə bəxş et-

diyi 9 iqlim qurşağına malik olan və Allahın istəkli coğrafi ərazilərindən 

biridir. Allah-taala bu torpaqda yaşayan insanları sanki seçərək daha çox 

mükəlləfiyyətlər  vermişdir.  Onlara  görünüşlərinə  görə  gözəl  surətlər 

vermiş, hər hansı bir sahədə olursa-olsun, çox bacarıqlı, istedadlı, qo-

çaq, şücaətli, qeyrətli, namuslu olmaq və bu kimi bir çox xüsusiyyətlər 

bəxş etmişdir. Azərbaycan gözəl adət-ənənələri, mədəniyyəti, öz mu-

siqisi, muğamları, dadlı mətbəxi və bir çox özəllikləri ilə Allahın sevib-

seçdiyi bəndələrinin vətənidir. Allahın bizə verdiyi ən böyük nemət və 




10

mükafatı isə bizi İslam dinindən olanlardan etməsidir. Baxmayaraq ki, 

ölkəmizin bayrağında yaşıl İslam rəngi var, yəni bu dövlətdə cəmiyyət 

İslam dinindəndir, lakin dövlət və din bir-birindən ayrıdır. Ölkəmiz de-

mokratik dövlət olduğuna görə din azaddır, hər kəs öz dini seçimində 

sərbəstdir və dinsiz insan yoxdur. Burada İslam dini ilə birlikdə başqa 

dinlərin nümayəndələri, onların kilsə və sinaqoqları da rahat və sərbəst 

fəaliyyət göstərirlər.

Vətənimizdə  çoxlu  məscidlər,  dini  mədrəsələr  və  dövlət  səviyyə-

sində İlahiyyat universitetləri fəaliyyət göstərir. Həmçinin burada İslam 

konfransları və dini tədbirlər keçirilir, dövlət idarələrində, muzeylərdə 

tez-tez  “Quran”sərgiləri  təşkil  edilir  və  dövlət  səviyyəsində  dinimi-

zin inkişafı üçün bir çox dini qanunlar təsis edilir. Bütün bunlara bax-

mayaraq, cəmiyyətimiz çox istəsə də, dinimizin həqiqətləri haqqında 

biliklərə tam yiyələnə bilmir. 

Dini mövzular haqqında bir çox kitabların mövcud olmasına bax-

mayaraq, biz bu kitabda Qurani-Kərimin surələrindən ayələri müəyyən 

mövzular üzrə toplamış, həmçinin səhih hədislərdən, klassik və müa-

sir şairlərin əsərlərindən istifadə edərək dinimizin mahiyyəti haqqında 

müəyyən məlumatlar verməyə çalışmışıq.

Bu kitabın hazırlanıb ictimaiyyətə təqdim edilməsinin bir çox önəmli 

səbəbləri vardır ki, bu da bir ilahiyyatçı, vətəndaş, valideyn, öz xalqını, 

vətənini, dinini və dilini çox sevən insan kimi cəmiyyətimizdə müşahidə 

etdiyimiz  və  bizi  narahat  edən  bəzi  mətləblərə  aydınlıq  gətirməkdir. 

Bunlardan bir neçəsini qeyd etmək istəyirik:

1-ci səbəb:Cəmiyyətdə dinimiz ətrafında baş verən bir çox hadisələr 

və yalançı dindarların çoxalması.

Elmi biliklərin inkişaf etdiyi müasir dövrümüzdə, insanlar öz dinləri 

haqqında  da  biliklərə  sahib  olmaq  istəyirlər.  Dini  biliklər  haqqında 

məlumatı olmayan, lakin qəlbi Allah məhəbbəti ilə çırpınan cəmiyyətimiz, 

xüsusən  də  cavanlarımız  dinimizi  öyrənmək  üçün  müəyyən  dini  qu-

rumlara və təşkilatlara müraciət edirlər. Bu təşkilatların hansı məqsədə 

qulluq  etdiklərini  heç  düşünmədən  onların  təsiri  altına  düşürlər.  Bu 

qurumların  çoxu  xaricdən  maliyyələşərək  öz  məqsədləri  üçün  maddi 

və mənəvi dayaq nümayiş etdirməklə və ya öz bəlağətli söhbətləri ilə 

insanları  istədikləri  səmtə  yönəltməyə  çalışırlar.Bu  münafiqlərin,yəni 

zahirdə  müsəlman,  batində  isə  İslamın  düşmənləri  olan  qurumların 

fəaliyyət  göstərdiyi  təşkilatlara  gedənlərin  də  təfəkkürlərində  aldıq-

ları  bəzi  biliklərdən  və  geyindikləri  uniformadan  sonra  dəyişikliklər 

baş verir. Onlar öz həmvətənlərinə şübhə, vəsvəsə ilə yanaşır, heç kəsi 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə