Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə49/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   45   46   47   48   49   50   51   52   ...   292

145

 Əlif, sözün başında olanda hərflərdən heç biri ilə birləşməz.Çünki o 

vəziyyətdə Əlif “Doğru Yol” dir (Sıratul-müstəqim), yəni ruhun “Bizə 

doğru yolu göstər! “deyərək istədiyi yoldur. (Fatihə Surəsi 1/6); bu yol 

Tövhid yoludur. 

Əlif Ləm Mim hərfləri hərf olaraq üç dənədir və üç aləmi Bərzax və 

iki aləmi; bu dünya və əbədi dünya aləmi ilə əlaqənin  həqiqəti bir araya 

toplamışdır. 

- Əlif bir hərf kimi yalnız müqəttəə hərflərinin tələffüzü zamanı Əlif 

deyə oxunur.Əlifin məqamı “cəm” məqamıdır. Əlifin adları vardır. Onun  

adı Allahdır. Əlifin sifətləri vardır; onun sifəti, “Qayyumiyyət” dir.

- Həmzə; bu hərf  həm şəhadət aləmindən həm də mələkut aləmindən 

olan bir hərfdir. Hərflərin sayında onunla əlaqədar bir mərtəbə yoxdur.

-  Ləm və Əlif  birlikdə yan-yana dayandıqları zaman, dost olurlar və 

hər biri digərinə bir meyl duyar. Bu meyl həm bir ehtirasdır (həva) həm 

də bir maraqdır. Deməli,  meyl ancaq bir eşdən  doğulur ... 

Ləm  bu  babda  Əlifdən  daha  güclüdür,  çünki  o  Əlifdən  daha  çox 

aşiqdir: onun himməti daha mükəmməl bir yaranmaya, daha tam bir 

hərəkətə malikdir.  

Ləm və  Əlifin bağlanıb düyümlənməsində bir sirr vardır: Əlif  Haqq-

taalanın payı və Ləm isə insanın payı olduğundan, Əlif və Ləmi zikr 

etdiyimiz zaman, bütün kainatı və onu Varadanını zikr etmiş oluruq.

Dairənin diametrini ortaya qoyan Əlif  isə, əmr üçündür; o əmr də 

“Kun!” yəni “Ol” əmridir. Demək ki Əlif və Ləm həqiqət olaraq hər 

surəti qəbul edərlər, çünki bu ikisi digər bütün həqiqətləri toplayan iki 

mövcuddur. Bu hərflərin də bir aləmi vardır və insani aləmlə hərflərin 

bir ortaqlığı vardır. Bizdən bir qütb olduğu kimi, hərflərin də bir qütb 

var: hərflərin qütbü Əlifdir.

Hərflər içində iki imam vardır: bunlar  Vav və Yə hərfləridir.

 Hərflər aləmində sütunlar- dörd böyük vəli vardır ki, bunlar  Əlif, 

Vav, Yə və Nun’dur. Bu hərflər eyni zamanda irab əlamətləridir. Əlif 

“Raculən” ın Əlif’idir. Vav “əl-əmrunə” nin Vav’ıdır. Yə “ələmrinə” nin 

Yə’sidir. Nun da “Yəf’əlunə” nin Nun’udur.

Məlumdur  ki,aləm iki qisim üzrədir.

Birincisi “Qeyb aləmi” deyə adlandırılan aləmdir ki, bu, hisdən, duy-

ğudan kənarda olan və- Ədədlərin sirləri, ruhları və mənzilləri, sayı Al-

lahın yaranma içindəki, yəni kainatdakı sirlərindən  bir sirrdir.

Havas hərflərinin  beşinci  Bə hərfidir. Bu hərf əvvəl gəlmişdir. Çünki 

hər surənin başında olan Bəsmələnin ilk hərfi Bə’dır. Başında Bismillah 

olmayan Tövbə-Bəraət surəsi də, yenə Bə hərfilə başlayır.




146

- Bəzi hərflər özü başqa hərflərlə bitişsə də,özündən sonra  hərflərlə 

birləşməzlər.Bunla  iki  şəkildə  yazılan:Əlif,  Vav,  Dəl,  Zəl,  Ra,  Za 

hərfləridir.

Bütün hərflərin öz sirləri vardır.Bunlardan  S-hərfi haqqında: Hansı 

sözün içərisində sin hərfi olsa, deməli o sözün  mənasında bir sirr vardır. 

İnSan öz sirrlərini  gizlətmək istər, eyni ilə torpağın  pisliklərin üstünü 

örtüb,cila çəkdiyi kimi.Sirr aşkara çıxarılması istənilər və bunun  üçün 

səbrlə  gözlənilən  bir  şeydir. Açıqdadır,lakın  hər  kəs    görə  bilmədiyi 

üçün sirdir.

Ş-hərfi haqqında: Şin  üstünlük  rəmzidir. İçində yer aldığı kəlmə 

istər ülvü olsun, istərsə də adi  içində Ş hərfi olan sözlər göz qamaşdı-

rıçıdır.Bütün baxışları özünə cəlb edir. İçində Ş hərfi olan bir bir dənə 

olsa iddiasız kəlmə tapmaq mümkün deyildir. GünəŞ, atəŞ, eŞq, Şəhvət, 

Şövq, naxıŞ, Şhov, Şəhid. Bu kəlmələrə bənzər digər  yaxın hərflərə də 

baxdıqda daha sadə, daha sakit bir hal görürük.

 Ş hərfli kəlmələr ilə S hərfli kəlmələrin oxşarlığına baxaq və müqaisə 

edək:


AtəŞ dən yüksələn iSti, eŞq ilə alışan  Sevgi, Şövq  ilə yola düşən 

iStək, 


 içində Ş hərfi olan kəlmələr şah kəlmələrdir.Şin hərfi olmaca Şah 

olmaz heç bir kəlimə.

 Şin insanı tanıdıqda ,insanı Şəxsiyyət ,Şah ,Şeyx Şakir, Şaqird ,Şah-

suvar  edər. Şərəfli edər,lakin  Şeytanla işbirliyinə girdikdə isə şərəfsiz 

edər. Yandırıcı  Günəş atəş, Şəms  Şin  ilə işıldar.

Sırrləri bildirən Sin hərfi Şinin yanında sönük  qalsada ,Şin ilə qardaş-

dır. Aşiq olmaq  yerinə  sevməyi, şübhə etmək yerinə soruşub,öyrənməyə  

üstünlük verər.  

Bir çox hərf üçün də  bu müqayisə edilə bilər. Vav hərfindən bir çox 

idarəçi söz lər yaranar: Vasi, Vəzir ,Vali,Vəkil və sair bu kimi sözlər.

Bəziləri deyirlər ki, bu rəmzlər Allah ilə Peyğəmbər arasında olan 

rəmzlərdir ki, başqaları bunları bilməsinlər. Məsələn:-Əlif, Ləm, Ra və 

yaxud, Ta, Nun və yaxud da, Yə, Sin və sair bu kimi hərflər.

Quranın nazil olmasından 14 əsr vaxt keçməsinə baxmayaraq, mü-

asir elm hələ də bu hərflərin hikmət və mənalarını öyrənə bilməmişdir. 

Ümumiyyətlə, ərəb hərflərinin hər biri çox müqəddəsdir və bu hərflərin 

hər  birinin  özünəməxsus  tələffüzü,  hikmətləri,  rəqəmləri,  rəmzi 

işarələri vardır və hər hərf Allahın İsmi şəriflərindən birinin adını bil-

dirir.  Peyğəmbərimiz  tərəfindən  söylənilən  hədislərdə  bu  hərflərin 

öyrənilməsi və onların hikmətləri haqqında, həmçinin bu hərflərin bu 




147

dunyadakı savab və xeyirləri, axirət üçün isə bir çox əlamətlər və işarələr 

olduğu bildirilir. Bu dünyada öyrəndiyimiz hər bir hərfin bizə nə qədər 

köməyi və savabı olduğunu bilsək, bu hərfləri öyrənib, əzbərləyib, düz-

gün tələffüz edərək faydalanarıq.

Peyğəmbərimiz tərəfindən söylənən səhih hədislərdə Merac zama-

nı gördüyü bir çox hadisələr haqqında xəbərlər verilmişdir. Cənnətdə 

gördüyü  çaylar  haqqında  danışarkən,”Bismilləhir  Rahmənir  Rahim” 

kəlməsinin;  Mim-hərfindən  mənbəyini  götürən,  dadlı  və  qoxusu  heç 

vaxt dəyişməyən su çayına, mənbəyini Hə-hərfindən götürən süd ça-

yına, mənbəyini Bə hərfindən götürən şərab çayına və mənbəyini Nun-

hərfindən götürən bal çayına rast gəlməsi haqqında xəbər vermişdir.

Ərəb  əlifbasını  təşkil  edən  28  hərf  qədimdən  bəri  ədədləri  işarə 

etmək üçün də işlənir. Ədədləri bildirən ərəb hərfləri müasir əlifba sı-

rası ilə deyil, qədimdə qəbul olunmuş əlifba sirası ilə işlədilir ki, bun-

lara  “Əbcəd”  hərfləri  deyilir.  Əbcəd  hərflərini  yadda  saxlamaq  üçün 

8-kəlmədən istifadə olunur.

1)Əbcəd-başladı,  2)Həvvəz-Birləşdirdi,  3)Hütti-Xəbərdar  oldu,  4)

Kələmən-Sözə gəldi (danışdı)

5)Səfəs-Tez  öyrəndi,  6)Qərəşət-Səliqəyə  saldı,  7)Səxiz-Baxdı,  8)

Zəziq-Tanış etdi (başa çatdırdı). 

Hədis-Rəsulullah (s.ə.s.) buyurdu:-Həqiqətən, bu Quran Allahın ipi, 

aşkar nur və faydalı dərmandır. Ona görə də özünüzü Quran oxumaqla 

məşğul edin. Çünki Allah hər oxuduğunuz bir hərfə görə sizi on yaxşı 

əməlin savabı ilə mükafatlandırar. (Biharul Ənvar, c.92, s.17) 



Hədis:  Əbu  Nuəym,“Hilyətül-evtiya”kitabında  43  səhifəsində: 

Hz.Peyğəmbər(s.ə.s.)in vəfatına yaxın günlərdə, Hz.Əlinin Peyğəmbərin 

göstərişi  ilə  öz  evinə  qapanaraq,Qurani-Kərimi  nüzul  (nazil  olma) 

tarixinə görə tərtib etdiyini eşitmişdim,-deyə, qeyd etmişdir. 



ƏRƏB HƏRFLƏRİ HAQQINDA MƏLUMAT

Ərəb dili tarixən üç inkişaf mərhələsi keçmişdir, qədim (V əsrədək), 

klassik (V – XVIII) və müasir (XIX əsrdən indiyədək) ərəb dili kimi 

təmsil edilmişdir. Qədim ərəblər haqqında ilk yazılı məlumata hələ era-

mızdan  əvvəl Assuriya  şahı  Sarqonun  (715-ci  il)  kitabəsində  təsadüf 

edilmişdir. Qədim ərəb dili əsasən Suriya ərazisində tapılmış Əs-Səfa, 

Ən-Nəmarə, Zəbəd, Hərran və s. kitabələrdə əks olunmuşdur.

Əvvəllər  müxtəlif  məhəlli  dialektlərdən  ibarət  olmuş  qədim  dilin 

sonrakı inkişaf mərhələsində ədəbi dil kimi formalaşmasında Qureyş 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə