Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə45/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   41   42   43   44   45   46   47   48   ...   292

133

zil olmuşdur. Məgər sizə dediyimiz bu xəbəri, Quranı inkar edirsiniz? 

Nə üçün Qurana inanmaqda süstlük edirsiniz? Allahın sizə verdiyi öz 

kəlamlarını, ümumiyyətlə, sizə verdiyi ruzi müqabilində, şükür etmək 

əvəzinə təkzib edirsiniz.?

əl-Həşr-59-Əgər biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Al-

lahın qorxusundan parça-parça olduğunu görərdin, halbuki ağıl və ruh 

sahibi olan insan onun öyüd-nəsihətindən ibrət almır.

Hədis-Rəsulullah  (s.ə.s.)buyurdu:-Quranın  yaxşı  əməllərindən  öz 

evlərinizə pay ayırın, şübhəsiz, Quran oxunan evin camaatına asudəlik 

gələr,  yaxşılıqlar  artar  və  o  sakinlərə(evin)  artıq  nemətlər  verilər. 

(Vəsailuş Şiə, c.4, s.85) 

 ALLAH PEYĞƏMBƏRƏ VƏHYİ HZ.CƏBRAİL 

VASİTƏSİLƏ GÖNDƏRİB

ət-Təkvir-17-29-And  olsun  dağılan  ulduzlara,  öz  qaranlığı  ilə  qa-

bağa  gələn  gecəyə,  nəfəs  çəkən  zaman  səhərə.Bütün  andların  cavabı 

budur:-Həqiqətən, bu Quran çox möhtərəm bir elçinin,Cəbrailin Allah 

tərəfindən gətirdiyi kəlamdır. Elə bir elçi ki, Allahın bütün əmrlərini 

yerinə yetirmək üçün qüvvət sahibidir. Ərş sahibi olan Allah yanında 

hötmət və rütbə sahibidir.

O  elə  bir  elçidir  ki,  göydə  itaət  olunmuşdur,  bütün  mələklər  ona 

itaət  edər,  Allah  tərəfindən  vəhy  gətirməyə  etibarlıdır.  Şübhəsiz  ki, 

Peyğəmbər  onu  öz  surətində  açıq  üfüqdə  gördü.  O,  qeyb  xəbərlərini 

verməkdə  borclu  deyildi.  Bu  xəbərləri  ona Allah  bildirdi.Bu  Quran, 

Allah  yanından qovulmuş  şeytan  sözü  deyildir.  Bəs  bu  Qurana  əməl 

etməyib  hara  gedirsiniz?  Bu  Quran  aləmlərin  hamısı  üçün  ancaq 

öyüd-nəsihətdir. Aləmlərə  pərvəriş  verən Allah  sizin  düz  olmağınızı 

istəməyincə, bu düzluyu siz istəməzsiniz.



əl-Qiyamə-16-19-Bir dəfə Hz.Cəbrail nazil olan zaman Peyğəmbər 

Quranı oxumağa tələsirdi ki, bəlkə yadından çıxar. Bunun üçün Allah 

buyurdu:-Quranı  əzbərləməyə  tələsmək  üçün  dilini  tərpətmə!  Çünki 

Quranı sənin qəlbinə cəm etmək və oxutmaq bizə aiddir. Elə ki, biz onu 

sənə oxuduq, Cəbrailin dili ilə vəhyi tamam etdik, onu oxumağa tabe 

ol!Sonra bizə onu bəyan etmək lazımdır.



Məryəm-63-Hz.Peyğəmbər  Cəbraildən  soruşdu  ki,nə  üçün  tez-tez 

nazil olmursan? Cəbrail cavab verdi:-Biz dünyaya ancaq sənin Allahı-

nın əmri ilə nazil olarıq.Önümüzdə, arxamızda və onların arasında nə 

varsa, ona məxsusdur və sənin Allahın səni yadından çıxaran deyildir. 




134

Hədis:-Əmirəl-möminin Əli ibn Əbu Talib buyurdu:-Ən gözəl ki-

tab  olduğu  üçün  Quranı  öyrən  və  ürəklərdə  gözəl  çiçəkləməsi  üçün 

başa düş və gözəl oxu. Ürəklərə məlhəm olduğu üçün onun Nurundan 

dərman ara.(Nəhcül Bəlağa,x.110) 



 QURAN PEYĞƏMBƏRƏ QƏDR GECƏSİ NAZİL OLDU

əl-Qədr-1-Biz  Quranı  Qədr  gecəsi  nazil  etdik.Bir  dəfə  Lövhi-

Məhfuzdan  dünya  göyünə,sonra  Cəbrail  vasitəsi  ilə  23  il  müddətinə 

Peyğəmbərə nazil etdik. 

əd-Duxan-1-8-And  olsun  Allahın  həlimliyinə  və  böyüklüyünə 

gecədə, Qədr gecəsində nazil etdik. Həqiqətən, biz günahkarları Qu-

ran vasitəsi ilə qorxudarıq! O gecədə hikmətə uyğun olaraq əmrlər bir-

birindən ayrılar. Allahın əvvəldən müəyyən etdiyi işlər: ömür, xəstəlik, 

səadət, zəlillik və sair işlər haqqında hikmətə uyğun hökm olunar. Biz 

öz tərəfimizdən hər işə hökm edərik. Həqiqətən, Peyğəmbərləri və Ki-

tabı göndərən bizik. Sənin Allahının tərəfindən rəhmət olan halda ki, 

insanların behiştə getməsinə səbəb olsun.

Həqiqətən, Allah bəndələrinin dualarını eşidən və əməllərini biləndir. 

Ondan başqa haqq olan Allah yoxdur! O, insanları öləndən sonra dirildər 

və dirildəndən sonra öldürər. 

Açıqlama: Həmin günlərdə Allah-taala“qədər”dəftərimizdə ibadət, 

əməl və niyyətimizə görə istəsə, dəyişiklik edər. 



Hədis: Əmirəl-möminin Əli ibn Əbu Talib buyurdu:-Quran oxunan 

və gözəl, əzəmətli Allah xatırlanan evə çoxlu bərəkət gələr, mələklər 

orada olar və şeytan o yerdən uzaq olar. Bundan başqa ulduzlar yer əhli 

üçün parıldadığı kimi, həmin ev də səma əhli üçün parıldayar. (Üsuli-

Kafi, c.2, s.610)

ALLAH PEYĞƏMBƏRƏ QURANI YAVAŞ-YAVAŞ 

NAZİL ETDİ

Açıqlama: -Mövlana Furatinin “Qırx sual” kitabında Peyğəmbərimiz 

tərəfindən  buyurulmuşdur  ki:-Bu  Müqəddəs  kitab,  Qurani-Kərim  bir 

dəfəlik  Lövhi–Məhfuzdan  dünya  göyünə,  sonra  Cəbrail  vasitəsi  ilə 

Allah  tərəfindən  seçilmiş  olan  Muhəmməd  (s.ə.s.)  Peyğəmbərə  23  il 

müddətinə yavaş-yavaş, nazil olunmuşdur.

İnsan-23-Biz sizə Quranı müəyyən müddətə nazil etdik.Yəni hamı-

sını birdən yox, ayə-ayə və surə-surə nazil etdik.




135

əl-İsra-106-Ya  Peyğəmbər!  İnsanlara  aramla,  yavaş-yavaş  oxuyarsan. 

Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu (tədricən, 

bir-birinin ardınca iyirmi üç ilə yaxın bir müddətdə) nazil etdik.

əl-Furqan-32-Kafirlər  dedilər:-Nə  üçün  Quran  Peyğəmbərə  bir 

dəfəyə nazil olmadı? Allah buyurdu: -Biz, sənin ürəyinə səbat, qətiyyət 

vermək üçün belə nazil etdik! Əgər bir hadisə zamanı, ona şamil olan 

ayə nazil olsa qəlbinə qüvvət verər və qövmədə təsiri artıq olar.Biz sizə 

Quranı hifz etmək üçün ayə-ayə oxuduq.

əl-Ənkəbut-51-52-Onlara kifayət etməzmi ki, biz sənə onlara oxu-

maq üçün Quran nazil etdik? Həqiqətən,Quranda iman gətirən qövm 

üçün  rəhmət  və  Allahın  əzabını  yada  salmaq  var.  De  ki:-Bu  kitaba 

mənimlə sizin aranızda şahid olmağa Allah kifayət edər. Allah göylərdə 

və yerdə nə olduğunu bilir.

Hədis-İmam Cəfər ibn Muhəmməd Sadiq buyurdu:-Şübhəsiz,Quran 

cəld  və  sürətlə  oxunmamalıdır.  Əksinə,  müəyyən  edilmiş  meyarlar-

la  yavaş-yavaş,  tərtillə  oxunmalıdır.  Cənnət  haqqında  olan  ayələrə 

çatdıqda(həmin ayədə) dayan və Allahdan Cənnəti (onun nemətlərini) 

istə. Cəhənnəm haqqında da ayələrə yetişdikdə (həmin ayədə) dayan 

və Allahdan Cəhənnəmdən (və onun əzabından) amanda qalmaq istə



(Usuli-Kafi. c.3, s.301) 

Hədis:İmam Cəfər Sadiq nəql edir:-Peyğəmbərimiz (s.ə.s.)buyurur:-

Bu Quran bir şəfaətçi olub və Qiyamətdə də şəfaəti qəbul olacaqdır.

Yəni şikayəti də çox böyük olan şikayətdir. Ondan yapışanı tutar və 

Cənnətə  tərəf  çəkər.Ondan  üz  döndərənləri  isə  Cəhənnəm  atəşinə 

yönəldər.(Zubdətul Əhadis.”)

 QURANİ-KƏRİM ƏRƏB DİLİNDƏ NAZİL OLUB

əş-Şüəra-192-199-Bu kitab aləmlərin Rəbbi tərəfindən nazil olub-

dur.  Onu  Ruhul-əmin  (Cəbrail)  gətirib.  Açıq-aydın  ərəb  dilindədir! 

Əgər əcəm (xarici) dildə nazil etsəydik, əcəm olanlar Ouranı ərəblərə 

oxusaydılar, ərəblər ona iman gətirməzdilər. Lakin biz onu ərəb dilində, 

şərəfli nəsildən olan ərəb Peyğəmbərinə göndərdik ki, onların bəhanələri 

olmasın.Onda keçmişlərin yazıları da var və onun gəlişi haqqında Bəni-

İsrail alimləri xəbərdar idilər.

əd-Duxan-58-Həqiqətən, Quran oxumağı sənin dilin ilə,ərəb dili ilə 

asan etdik ki, bəlkə nəsihət qəbul etsinlər.



Taha-111-Beləcə, biz Quranı ərəb dilində nazil etdik və onda qorxudan 

sözlərdən təkrarladıq ki, bəlkə günah etməkdən qorxsunlar, təqvalı olsunlar.

yaxud nəsihətlər verdik ki, bəlkə nəsihətlərdən faydalansınlar. 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə