Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə41/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   37   38   39   40   41   42   43   44   ...   292

121

Beləliklə,Həzrəti  İsadan  sonra  onun  davamçıları  arasında  çoxlu 

İncillər və Risalələr yazıldı. Miladi tarixi ilə IV əsrdə artıq 160-dan çox 

İncil yazılmışdı.Rum imperatoru Birinci Konstantin xristianlığı qəbul 

etdikdən sonra keşişlərdən ibarət icma düzəldilməsi əmrini verdi.Bü-

tün İncil və Risalələri toplayıb onların arasından özlərinin siyasəti və 

hədəfləri ilə uyğun gələnini düzgün,mötəbər, yerdə qalanını isə qeyri-

qanunu saydılar.



KİLSƏNİN MÖTƏBƏR BİLDİYİ 4 İNCİL VAR.

1-ci-Mətta incili: 28 fəsildən təşkil olunmuş“İncil”Hz.İsanın həyatı, 

tarixi, Peyğəmbərliyi,tövsiyə və nəsihətlərindən ibarətdir. Orada Əhdi-

ətiqin qabaqcadan söylədiyi bəzi xəbərlərə də işarə olunmuşdur.Bu İn-

cili yazan Mətta, İsanın həvarilərindən biridir və 79-cu miladı ilində 

vəfat etmışdir.

2-ci-Markos  incili:Ən  qısa  İncil  sayılan  bu  kitab  16  fəsildən 

ibarətdir.Markos  həvarilərdən  deyildir,  ancaq  həvarilərin  yanında  şa-

girdlik edərək, “həvarilərin həvarisi” adı ilə tanınmışdır. Bu İncil ehti-

mal üzrə Miladın 65-70-ci illərində yazılmışdır.Bu kitab(Markos incili) 

Markosdan sonra yazılan Luka və Mətta İncillərinin əsasını təşkil edir.

3-cü  Luka  İncili:Luka  da  Markos  kimi  həvarilərin  həvarisi  idi.

Məşğuliyyəti və ixtisası təbib olan və Yunanıstanda təbabətlə məşğul 

olan bu kişi Puls ilə tanış olub, bir müddət onunla görüşmüşdür.Luka 

məsihi təlimlərini Pulsdan əxz etmişdir. Onun İncilinin 24 fəsli vardır.

Bu İncil də İsa Məsihin tərcümeyi-halı və moizələrindən ibarətdir.

4-cü  Yuhənna  İncili:Yuhənna  həvarilərdən  idi,ancaq  onun  İn-

cili  digər  üç  İncildən  sonra  yazılmışdır.Bu  kitabın  yazılma  zamanı 

Yuhənnanın qocalıq illərinə təsadüf edir.Bu İncil 21 fəsildə yazılmışdır 

və orada Hz.İsanın tərcümeyi-halı və moizələri verilmişdir.Lakin ondan 

əvvəl yazılmış üç İncilin əksinə olaraq, İsanın ilahiləşdirilməsi aşkar 

şəkildə bəyan olunur. Hz. İsanın təvəllüdü və göylərə getməsi, rəbbani 

gecə və bəzi başqa məsələlərdən danışılmır. Buna görə də əvvəlki üç 

İncil(Mətta, Markos, Luka) bir-biri ilə uyğun olan İncillər kimi tanınır. 

Lakin Yuhanna İncili isə onlardan fərqli hesab edilir. 

Rəsulların  əməlləri:Bu  kitabın  3-cü  İncili  yazan  Luka  tərəfindən 

yazıldığı  güman  edilir.Bu  kitab  28  fəsildən  ibarətdir.Bu  kitablarda 

Məsihin tərcümeyi-halı və ilk 8 fəslində Hz.İsanın Allahın bəndəsi və 

insan övladı kimi təqdim edilməsi, qalan fəsillərdə isə İsanın Allah ol-

duğu barədə yazılmışdır.



122

Pulsun  Romalılara  məktubu,  Pulsun  Qorantiyana  olan  məktubları, 

Pulsun  Ğalatilərə  məktubu,  Pul  sun  Əfisusyana  olan  məktubu,  Pul-

sun Filiplərə məktubu, Pulsun,Petrosun və Yuhudanın məktublarından 

ibarətdir. İohan və Polesdən 14 risaləni də ona əlavə edib adını“Yeni 

əhd” qoyaraq nəşr etdilər.



Bernaba İncili.Kilsənin qanuni saymadığı İncillərdən biri də Berna-

ba İncili idi. Onun dinin yayılmasında böyük zəhmətləri olmuşdur. Bu 

səbəbdən də Həvarilər ona “Nitqin oglu”ləqəbini vermişdilər.

Bernabanın şan-şöhrəti bütün xristianlara aydın idi.Belə ki, müasir 

xristianlığın banisi sayılan Polesi onun şagirdi hesab edirlər. Poles özü 

də bir neçə yerdə bunu etiraf etmişdir.Xristianlar öz kitablarında onu 

hörmətlə xatırlayırlar.“Elçilərin əməlləri” adlı kitabda onu Yupiterə ox-

şadırdılar.

Bununla belə məlum olmalıdır ki,nə səbəbə kilsə onun İncilini qəbul 

etmədi. Sonralar onun bir nüsxəsi ələ gəldi və ərəb-fars dillərinə tərcümə 

olundu,bununla  da  kilsənin  onunla  muxalif  olmasının  səbəbi  məlum 

oldu.Çünki orada kilsə və papanın məqamına sərf etməyən mövzulara 

toxunulmuşdu və onların yaydıgı xurafatları tənqid edirdi.

Bernaba İncilində Cənnət satıcılarını,günah alıcılarını, külli miqdar-

da kilsə üçün gəlir mənbəyi olan keşişlərin günah bagışlamalarını inkar 

edirdi.  Başlıca  məsələ  olan  İsanın  çarmıxa  çəkilmə  məsələsini  xura-

fat sayaraq inkar edirdi.Bernaba qeyd edir ki, İsa öldürülməmişdir və 

çarmıxa çəkilməmişdir. Çarmıxa çəkilən İsa deyil,bəlkə də onu satan 

Yəhu da idi ki, ona oxşar oldu və çarmıxa çəkildi. Bernaba Hz.İsanı Al-

lahın bəndəsi bilir və o biri İncillərdə olduğu kimi, onu nə Allah, nə də 

ki onun oğlu kimi təqdim edir.Bernaba İncilində İslam Peygəmbərinin 

gəlişi haqqında neçə yerdə qeydlər olunmuşdur və camaata onun gəlişi 

müjdə verilmişdir.Belə olan halda kilsə onu inkar etməyi və onu oxu-

mağı qadağan etməyi özünə borc bildi.

Özü İsanın həvarilərindən olan Bernabanın beş İncili var idi və bu 

İncil V əsrdən əvvələ qədər istifadə olunurdu. Beləliklə, Bernaba İncili 

əsrlər boyu gözlərdən gizlin qaldı.Kilsənin qorxusundan heç kəs onu 

aşkar edib yaymağa cürət etmirdi.Nəhayət, XVI əsrdə Framo Yenobik 

adlı keşiş onun italyan dilində olan nüsxəsini papa V Skotisin kitabxa-

nasından tapıb,onu qolunda gizlədir. Münasib vaxtlarda onu diqqətlə 

oxuyur və nəticədə İslam dinini qəbul edir.

1907-ci ildə V İncilin XVII əsrin əvvəllərində tapılmış,ispan dilində 

olan bir nüsxəsi ələ gəldi. Daha sonralar professor Monkvis onu ingilis 

dilinə tərcümə etdi.1908-ci ildə isə professor Vəlil Səadət onu ərəb dilinə 




123

tərcümə etdi.Bernaba İncilinin əqidəvi təlimləri İslamın əsaslarına çox 

yaxındır və bir çox hallarda aşkar şəkildə İslam Peyğəmbəri haqqında 

müjdə verilmişdir. Hətta bir neçə yerdə İslamın Tövhid və nübüvvəti 

barəsində qeydlər olunmuşdur.

Bernabanın  İncilinin  əsl  İncil  olmasını  sübut  etmək  çox  çətindir.

Bundan əlavə, məsihi rahiblərinin və alimlərinin nəzərində mötəbər sa-

yılmır.


Məsihi məzhəbləri haqqında.Məsihi məzhəbi iki böyük-katolik və 

protestant məzhəblərinə ayrılmışdır.

Katolik-məsihi  məzhəblərin  ən  qədimidir.  Ordosk  məzhəbi  11-ci 

əsrdə, protestantlar isə 16-cı əsrdə meydana gəlmişdir.“Katolik” sözü 

lüğətdə “hərtərəfli” mənasındadır. Onlar öz kilsələrini bütün kilsələrin 

əsası və bünövrəsi hesab edirlər. Katolik kilsələr Petrosi kilsələr də ad-

lanırlar. 

Beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi İmperatorluğun 

mərkəzində yerləşdiyinə görə bu kilsə sair kilsələrdən üstünlik qazan-

mışdır.Roma kilsəsi mərkəz və mehvər hesab edildiyindən, bu kilsənin 

böyük  yepiskopu  ehtiram  və  təzim  əlaməti  olaraq  “papa”çağırıldı. 

Kilsələrlə məsihi ardıcılları arasında baş ve rən ixtilaflarda müraciət yeri 

seçildi və onun rəyi mütləq qəbul olundu. 

Protestantlar-bu  təriqət  kilsənin  məsihiyyət  aləminin  bütün  icti-

mai  işlərinə  hakim  kəsildiyi  on  əsr  müddətində,  Qərb  aləmində  dini 

hakimiyyət  əleyhinə  başlanan  cərəyandır.Bəzi  dini  alimlər  arasında 

belə fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə irad və tənqidlərin 

çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və yanlış 

əməllərinin nəticəsidir. Həmin alimlər inanırdılar ki,kilsə xadimlərinin 

məntiqsiz və yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün ol-

mayan təhrif və təfsirləri dini hakimiyyətin onəsrlik qaranlıq tarixini 

əmələ gətirmişdir.Bu ideoloji cərəyan dini islahatlar ilə məşhurlaşmışdı.

Bu islahatlar katolik keşişlərinin kəskin etirazına səbəb olduğuna görə 

bu prosesi etirazçı, ”protestant”adı ilə adlandırdılar.

Bu hərəkatın ən yüksək mərhələsi Almaniyalı Martin Lüter (1483-

1546) tərəfindən davam etdirildi və o, islahatlar proqramını təqdim etdi. 

Onun nəzəriyyəsinin əsasını nicat və qurtuluş məsələsi təşkil edir.

Bu nəzəriyyə həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmağa, dün-

yada  yaxşı  işlər  görməyə  dəvət  edir.Lakin  katoliklərin  nəzəriyyəsinə 

görə,  nicat  və  qurtuluş  yolu  günahların  bağışlanmasıdır.  Katoliklərin 

fikrincə, keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduqlarına görə dünya 

və din işləri onlara həvalə edildiyindən, insanların peşmanlıqla günah-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə