Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə40/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   36   37   38   39   40   41   42   43   ...   292

118

təkdir, nə doğub, nə də doğulmayıb.İsa yalnız Allahın Peyğəmbəridir 

ki,  onu  Məryəm  vasitəsi  ilə  dünyaya  gətirmişdir.İsa Allah  tərəfindən 

gələn ruh sahibidir. Allaha və onun Peyğəmbərlərinə iman gətirin.Heç 

vaxt“Allah üçdür” deməyin və bura daxil olmaqdan özünüzü saxlayın 

ki,  Cəhənnəm  odunda  yanmayasınız.  İbadətə  layiq  olan Allah  yalnız 

birdir. Övlad nisbət verilməkdən pakdır. Bütün insanlara,onların işlərinə 

vəkil olmağa Allah kifayətdir. İsa əl Məsih də, Müqərrəb mələklər də 

Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər.Allah Ona ibadət etməyi 

özünə ar bilənləri və lovğalıq edənlərin hamısını öz hüzuruna toplaya-

caqdır!

 HƏZRƏTİ İSA ZÜHUR EDƏCƏK

 əz-Zuxruf-59-O,Məryəm oğlu İsa ancaq nemət-Peyğəmbərlik ver-

diyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir bəndədir.



əz-Zuxruf-61-Şübhəsiz  ki,  İsanın  zühuru  Qiyamət  saatı  üçün  bir 

əlamətidir. Qiyamətə şəkk etməyin. 



Məryəm-33-34-“Doğulduğum günədə, öləcəyim günədə, diriləcəyim 

günədə Allahdan  mənə  Salam  olsun!”Bu,  onların  ixtilafda  olduqları 

Məryəm oğlu İsa haqqında Allahın buyurduğu haqq sözdür! (Allahın 

Salavat Salamı olsun, zühur edib haqqı bərqərar edənə!) 



 İSA İBN MƏRYƏMİN ÜMMƏTİNƏ TÖVSİYYƏSİ

əs-Səff-6-9-Ya  Muhəmməd!Xatırla  ki,  bir  vaxt  Məryəm  oğlu  İsa 

belə  demişdi:”Ey  İsrail  oğulları!  Həqiqətən,  mən  özümdən  əvvəl  ol-

muş  Tövratı  təsdiq  edən  və  məndən  sonra  gələcək  Əhməd  adlı  bir 

Peyğəmbərlə,sizə müjdə verən Allahın elçisiyəm!”

Sonra Məryəm oğlu İsa da,Muhəmməd əleyhissalam da onlara aş-

kar  möcüzələrlə  gəldikdə  onlar:”Bu,  açıq-aşkar  sehrdir!”-dedilər. 

İslama  dəvət  olunduğu  halda,  Allaha  qarşı  yalan  uydurandan  daha 

zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz! On-

lar Allahın  nurunu,  İslam  nurunu  öz  ağızları  (öz  iftira  və  şərləri)  ilə 

söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu, 

dinini tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün 

dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu 

göstərən rəhbərlə, Quranla və haqq dinlə göndərən Odur! 



119

İNCİLDƏ İSLAM PEYĞƏMBƏRİ HAQQINDA

Ali-Imran-79-80-Bir bəşərə rəva deyil ki,Allah ona kitab, hikmət, 

nübüvvət versin, sonra o desin ki, Allaha yox, mənə bəndə olun.Əksinə, 

o deyər ki, Allaha ibadət edənlərdən olun. Bir-birinizə kitabı öyrədin və 

ilahi hökmlərdən dərs verin.O zaman ki, Allah bütün Peyğəmbərlərin 

əhdini aldı və sizə Allah tərəfindən kitab və hikmət gəldi.Bütün İlahi 

kitablarda göstərilən və onları təsdiq edən axırıncı Peyğəmbərə iman 

gətirəsiniz  və  ona  kömək  edəsiniz.Onlar  dedilər:-İqrar  etdik.  Allah 

buyurdu:-Mən də sizinlə şahidlərdənəm. 



Açıqlama:-Allah-taala  İncildə  xəbər  verir  ki,  bütün  dünyanı  fəth 

edəcək yeni bir Peyğəmbər, Allahın bütün qanunlarını təmsil edən, yeni 

bir din ilə, ancaq xristian olmayan, ”Özü qartal kimi və kişilərin ən düz-

günü” vasitəsi ilə Cənubdan,”Yeni mahnı adlanan” bir kitab ilə və Al-

lahın bütün qanunlarına riayət edən,kainatın axırıncı dini ilə gələcəkdir. 

(41.Otkraveniya-12) 

Bu  ”Qartal,kişilərin  ən  düzgünü”,”Yeni  mahnını”tərtil  ilə  oxuya-

oxuya  Allah  tərəfindən  taxta  çıxacaqdır.Bu  oxunan  mahnı  Evangel 

olmayacaqdır,lap təzə mahnı olacaqdır.(Отк.12;14-17 + Ис.19;18-25.) 

Onlar Allahın adına and içəcək,Allahın adına qurbanlar kəsəcək və 

bu yeni xalq xristian olmayacaqdır. (Исайя 60; 7). 

Onlar  Allahın  evi  olan  tərəfdən  Kidara  və  Nevaiofa  xalqının 

içindən,müsəlman olan Ərəbistanda məskunlaşan İsmail övladlarından 

olacaqdır. (Отк.3;12 + Ис. 60; 7. + (Отк.3;12. Быт. 25; 13-16).

Beləliklə, İncildə qeyd edilən İslamın möhtəşəm sisteminin möcüzəsi 

budur ki, bütün dünya xalqlarının mömin və seçilmiş bəndələri dünya-

nın axırında müsəlman olacaqdır.

Bibliya bu haqda xəbərdarlıq edir ki,kim bu əmri gizlətsə və yaxud 

dəyişdirsə,o şey ki, tezliklə baş verəcək,onda Allah onu cəzalandırar və 

ömür kitabını əlindən alar. (Otkroveniye 22;18-19.)

Təzə mahnı haqqında bütün İncillərdə belə buyurulmuşdur:

1.Ona təzə mahnı oxuyun.

2.Allah üçün o təzə mahnını oxuyun.

3.Allahım, təzə mahnını sənin üçün oxuyum?

4.Təzə mahnını öyrənin və qurtulun.

5.Təzə mahnını Məsihlə birlikdə oxuyun və nicat tapın.

Bu cür müraciətlər İncildə 9 yerdə edilib. 

Bibliya xüsusi xəbərdarlıq edir. Məsih müqəddəs - “seçilmiş xalqın” 

köməyinə gələcək, “qoruyucu David” kimi “Odlu divarın” arxasından. 



120

Allaha  inanan  Yerusəlimin  yarısına,  hansı  ki,  məscidləri  və  qurban 

kəsməkləri  ilə  günahkar  hesab  edilən  xalqın  köməyinə  gələr,bütün 

dünyada  imansız  Yəhudi  və  bütpərəstlərin  padşahlarına  qarşı. 



(Zax.2;5+Otk.11;1-2.) 

(Yəni, Həzrəti İsa zühür edib,İslam dinindən olan xalqın köməyinə 

gələcək və haqqı-ədaləti təmin edib, öz ümmətinə də tövsiyə edib, tap-

şırdığı İslam dinini,bütün dünyada bərqərar edəcək.) 

Bu  seçilmiş  xalq“Allahın  adı”ilə  and  içəcək.İncildə  xəbərdarlıq 

edilir:-Allah  dünyaya  qalib  dini,  evanqeliya,  Xristian  olmayan  dinlə, 

Təzə mahnı ilə “Qartal kimi, ən düzgün kişi ilə”cənubdan çıxaracaq.

Onun mahiyyətini oxuyun və Allahın qanunlarını qoruyun. (İs.41;1-3-



36 otk.11-13.)

(Байматова А.А.“Ислам в Библии -200 пророчеств” Akade-

mik Иман В. Порохова.)

Peyğəmbərimizə, Cəbrail(ə.s.) vasitəsilə Quran nazil olanda ona belə 

vəhy olundu:

əl-Ələq-1-Ya Peyğəmbər!Allahın adı ilə yavaş-yavaş, tərtillə (avaz-

la)oxu!

 İNCİL HAQQINDA MƏLUMAT

Açıqlama:”İncil”sözünün  lügətdə  mənası  bəşarət,  müjdə  və  yaxşı 

xəbər deməkdir. İncil-yəni Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır.

Lakin  xristianlar  İsadan  sonra  onun  Həvariləri  tərəfindən  yazıl-

mış kitaba bu adı qoymuşlar və həmin bu kitaba da İsanın kəlamları, 

möcüzələri, təlım-tərbiyəsi və bəzi hökmləri daxil edilmişdir.

Uca  Allah  Hz.İsaya  “İncil”adında  kitab  nazil  etdi.Bu  kitabın  adı 

Quranda  on  yerdə  zikr  olunmuşdur.  Maidə  surəsində  olan  ayəyə 

əsasən  Allahın  İsaya  verdiyi  İncildə  hidayət,  nur,  Tövratı  təsdiq 

edən  və  mömünlərə  öyüd-nəsihət  olmuşdur.  ”Əraf”surəsinin  157-ci 

ayəsində  bildirilir  ki,Tövrat  və  İncildə  İslam  Peygəmbərinin  adı  da 

gəlmişdir. ”Səff”surəsində isə Hz. İsa xristianlara özündən sonra gələn 

Peygəmbərlə müjdə verir və onlara müraciətlə özündən sonra ona iman 

gətirmələrini tövsiyə edir. 

Tarix yazarlarının nəzərincə, qəti və əldə olan sübutlara əsasən belə 

məlum olur ki, həqiqi Allah tərəfindən nazil olan İncil bizə gəlib çatma-

mışdır. Hz.İsadan sonra İncillər onun şagirdləri tərəfindən yazılmışdır 

və onların arasında böyük ixtilaflar var.Onlarda olan hökmlərdəki ix-

tilafların özü onların əsil olmamalarına sübutdur. Təkcə Həzrət İsanın 

bəzi sözlərini onların arasında tapmaq olar.



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə