Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə42/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   38   39   40   41   42   43   44   45   ...   292

124

larını etiraf etdikdən sonra,Allah tərəfindən bağışlaya bilər və onları gü-

nahlardan paklaya bilərlər. Bu əqidə nəticəsində katoliklər kilsələrində 

etiraf,günahın bağışlanması və bağışlanma qəbzinin satılması dini bir 

ayin kimi yayılmağa başladı. 

Lakin Martin Lüter bu mərasimlə kəskin şəkildə razılaşmırdı. Bun-

dan əlavə Lüter inanırdı ki, təşkil edilən yeddi ayindən yalnız təmid 

qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş 

ayin isə keşişlər tərəfindən artırılmışdır.

İngiltərə, Danimarka, Almaniya, İsveç, Norveç, Amerika və bir çox 

Avropa ölkələrində protestant kilsələri daha çoxdur.

Hədid-25-Biz  elçilərimizi  dəlil  və  möcüzə  ilə  göndərib,onlarla 

birlikdə kitab və mizan nazil etdik ki, insanlar bir-birləri ilə ədalətlə 

rəftar etsinlər.

Həqiqətən Allah qüvvətli və qələbə çalandır.Biz Nuhu və İbrahimi 

göndərdik.  Onların  övladlarına  Peyğəmbərlik  və  kitab  verdik.  Bütün 

Peyğəmbərlər onların nəslindəndirlər. Onların bəzisi hidayət tapmışdır, 

bəzisi isə fasiqlərdir. Sonra biz onların dalınca bir çox Peyğəmbərləri 

və İsa ibn Məryəmi göndərdik, ona İncil kitabı verdik.Onun dininə tabe 

olanların qəlbinə mehribanlıq və rəhm qoyduq. Lakin onlar rəhbaniyyəti 

(evlənməmək və camaatdan uzaq olmaq) düzəltdilər. Biz rahibliyi on-

lara vacib etmədik. Lakin Allahın razılığını əmələ gətirmək üçün onu 

icad etdilər. Ancaq lazımınca onun buyruqlarına əməl etmədilər.İsaya 

iman gətirənlərə əcr verdik.Lakin onların çoxu fasiqlərdir.

Ey iman gətirənlər! Allahın əzabından qorxun!Onun Peyğəmbərinə 

iman gətirin. Allah öz mərhəmətindən sizə iki hissə verər: bir hissə keç-

miş  Peyğəmbərlərə  iman  gətirdiyiniz  üçün,  bir  hissə  də  Muhəmməd 

Peyğəmbərə inandığınıza görə.O sizin üçün nur kəramət edər ki,onunla 

yol  gedərsiniz.Allah  sizin  günahlarınızı  bağışlayar!  O  bağışlayan  və 

rəhm edəndir. 

 

ƏVVƏLKİ KİTABLARI TƏHRİF ETDİLƏR

əl-Bəqərə-41-Nazil etdiyimiz kitaba iman gətirin, yəni Muhəmmədın 

sifətləri və onun haqqında Allahın buyurduğu sözləri az miqdarda aldı-

ğınız məbləğ müqabilində dəyişib təhrif etməyin. Batil sözləri Tövrata 

yazmaqla haqqı batil ilə örtməyin. “Biz Muhəmmədin sifətlərini Töv-

ratda görmədik”deməklə Peyğəmbərin haqq, özünüzün cahil olduğunu-

zu bildiyiniz halda haqqın üstünü örtməyin.




125

əl-Bəqərə-75-79-Yəhudilərin  sizə  iman  gətirmələrini  istəyirsiniz? 

Halbuki, onların ümmətlərindən bəzi firqələr Tur dağında Musa ilə Al-

lahın kəlamını, əmr və nəhyini eşidib, bilib, sonra onu öz ağılları ilə 

başa düşərək, öz istək və nəfslərinə görə Allahın kəlamını dəyişdiriblər. 

Kitabı  öz  əlləri  ilə  yazıb  və  Tövratın  ehkamlarını  dəyişdirib,  sonra 

da:”Bu yazılanlar Allah tərəfindəndir,” -deyirlər. 



 

HƏZRƏTİ DAVUDA NAZİL OLAN “ZƏBUR”

Hz.Yaqubun nəslindən olan Hz.Davuda dörd səmavi kitablardan biri 

olan “Zəbur” göndərilmişdir. 

”Qurani-Kərimdə” buyurulduğu kimi, Allah-taala ona Zəburu nazil 

etmişdi. 

əl-Ənbiya-105-Həqiqətən,  biz  Davuda  nazil  olan  Zəburda,  ondan 

əvvəl nazil olan Tövratda bildirdiyimiz kimi yazdıq ki, Cənnətə mənim 

yalnız saleh bəndələrim varis olacaqlar. 

Davud Peyğəmbər də Musa Peyğəmbərin şəriəti ilə hökm edib. Da-

vuda Zəbur verilmişdir. Zəbur 150 nəğmədən, məzmurdan ibarət olub, 

Allahın  izzətindən  bəhs  edir.  Bu  məzmur  şəri  və  hüquqi  məsələləri 

əhatə edib, beş kitabdan ibarətdir.

Onun 1-ci məzmuru belədir: - Şər adamların məşvərətinə qulaq as-

mayanların, günahkarların yoluna getməyənlərin və başqalarını ələ sa-

lanların  məclisində  oturmayanların  xoş  halına.  Əksinə,  onlar Allahın 

şəriətinə rəğbət göstərir və Onun şəriətində təfəkkür edirlər. Belə adam-

lar  su  arxının  kənarında  əkilmiş  ağac  kimi  öz  mövsümlərində  bəhrə 

verirlər və yarpaqları solmur. Etdikləri hər iş yaxşıdır. Şər adamlar isə 

belə deyildir. Əksinə, şər adamları saman çöpü kimi külək dağıdır. Buna 

görə də şər adamların hakimlik etməyə səlahiyyətləri yoxdur. Günah-

karlar da ədalətli camaatın içində ola bilməzlər. Allah ədalətli insanların 

yolunu tanıyır. Lakin günahkarların yolu həlakedicidir.”

Hədis:(”Hədisi  qudsi.”)Əhməd  ibni  Fəth  nəql  edir  ki:-Davudun 

Zəburunda belə yazılıb:-Ey Adəm övladı, sən Məndən bir şey istəyirsən, 

lakin Mən sənin xeyrini daha yaxşı bildiyim üçün onu sənə əta etmirəm.

Lakin sən israrla Məndən istədikdə, onu sənə verirəm.Sən onun vasitəsi 

ilə Mənə qarşı günaha batırsan.Səni rüsvay etmək istədikdə,eyiblərini 

örtməyi Məndən istəyirsən, Mən də örtürəm. Mən sənə nə qədər yaxşı-

lıq edirəm, sənsə əvəzində Mənə (daha doğrusu özünə) nə qədər pislik 

edirsən!”




126

Hədis: “Hədisi Qudsi”. Şəhid Sani (“Müsəkkinul –fuad”) kitabında ya-

zır ki:-Bir gün Hz.Davud minacat edərək Allaha dedi:-Pərvərdigara,Sənin 

razılığın xatirinə qəm-qüssə və müsibət görmüş bir şəxsə təsəlli verən 

şəxsin mükafatı nədir?

Allah  buyurdu:-Onun  mükafatı  bundan  ibarətdir  ki,  Mən  ona  bir 

iman libası geyindirib,o əbanın vasitəsilə onu Cəhənnəm odundan qo-

ruyar və onu behiştə daxil edərəm.

Davud  yenə  soruşdu:-Pərvərdigara,Sənin  razılığın  xatirinə  dəfn 

mərasimində iştirak edən şəxsin mükafatı nədir?

Allah  buyurdu:-Onun  mükafatı  bundan  ibarətdir  ki,öldüyü  zaman 

mələklər onu qəbrinə qədər müşayiət edərlər və Mən ruhların arasında 

onun ruhuna rəhmət göndərərəm. 



 AVESTADA İSLAM PEYĞƏMBƏRİ HAQQINDA 

Açıqlama:  ”Avesta”  Zərdüştlərin  müqəddəs  kitabıdır.  Miladı 

tarixindən, yəni bizim eradan 660 il əvvəl yaranmışdır. Hesab edilir ki, 

“Avesta”nın tərkib hissələri, əsasən, b.e.ə.1-ci minilliyin 1-ci yarısında 

formalaşmağa başlamışdır.Avestanın dünyagörüşü üçün ifrat dualizm 

xarakterikdir.”Avesta”ya görə dünyada həm maddi, həm də xəyali olan 

hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır.İnsan 

bu və ya digər mövqeyi seçməkdə sərbəstdir. Bu din Allahın təkliyinə 

inanır,lakin  sonralar  bu  kitab  da  təhrifə  məruz  qalmışdır.Bu  kitab 

Zərdüştlərin əxlaq və əqidələrinin əsasını təşkil edir. Zərdüşt məbədləri 

“Avesta”ya müəyyən təfsir və şərhlər yazmışlar ki, onlar“Zend Avesta 

“adlanır. “Avesta” dörd hissədən təşkil olunmuşdur:

1.“Yəsna”Allaha  pərəstiş  və  sitayiş  mənasını  daşıyan  ayə  və 

nəğmələrdən təşkil olunmuşdur.

2.”Visprat” Əbədi həyat dövranı, rəhbərlər, dini bayramlar və onun-

la əlaqədar söhbətlər qeyd edilmişdir.

3.“Vendidad” burada divlər əleyhinə olan qanunlar, dini qayda-qa-

nunlar, hökmlər,dünya və axirət haqqında danışılır.

4.“Kiçik Avesta”Bu bölmə Sasanilər dövrünün məşhur məbədi kimi 

tanınan Azərpadmaraspənd  (odun  keşikçisi)tərəfindən  yazılmışdır.Bu 

kitabda dualar, namaz,dini bayramlar, izdivac, ölüm mərasimləri, xoş və 

acı günlər, günahların kəffarəsi, hacətlər və bu kimi digər məsələlərdən 

bəhs edilir.

Bizim  eramızdan  əvvəl  6-cı  əsrdə  hökm  sürən  Zərdüşt  dininin 

müqəddəs  kitabında  -  “Zənd-Avesta”da  gələcəkdə  “Mədh  edil-miş”, 

”Əhməd” və“Aləmlərə rəhmət” olan, bütləri endirən bir insanın gələcəyi 

haqqında xəbər verilmişdir. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə