Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə44/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   40   41   42   43   44   45   46   47   ...   292

130

namaz qılmaq, Quran oxumaq və onun əmrlərini yerinə yetirmək, əlbəttə 

ümmət üçün çətindir. Allahın adını zikr et! Günçıxandan günbatanadək 

və gecə də yalnız Allahı özünə vəkil et! Sənə deyilən sözlərə səbir et! 

Gözəl yol ilə onları tərk et və gözəl əxlaq ilə rəftar et! Allah sizin üçün 

çətinlik yox, asanlıq yaradar.



əl-Muzəmmil-20- Həqiqətən, sənin Allahın bilir ki, bəzən gecənin 

üçdə birini yatdın, bəzən gecənin yarısını, sən və səninlə olan tayfanın 

bir qismi ibadət etmək üçün yuxudan durarsınız. Allah gecə və gün-

düzü öz ölçüsü ilə müəyyənləşdirib. Allah bilir ki, bu ibadətləri yerinə 

yetirmək sizə çətindir və ona görə sizin üçün yüngüllük etdi. Mümkün 

qədər Quranı aramla oxuyun və onun məzmununu insanlara çatdırın. 

Allah bilir ki, sizlərdən bəziniz xəstə olanda, səfərdə olanda və müəyyən 

vaxtlarda Quranı oxumağa qüdrətiniz çatmır. Nə qədər mümkündürsə, 

nə qədər gücünüz çatırsa, o qədər də Quran oxuyub, namaz qılıb, zəkat 

verin və ibadət edin. Allaha gözəl surətdə borc verin. Əvvəlcədən özü-

nüz üçün göndərdiyiniz yaxşı əməlləri və onun savabını Allah yanında 

taparsınız. Bu sizin üçün yaxşı və böyük əcrdir. Allahdan günahlarını-

zın bağışlanmasını istəyin. Həqiqətən, Allah tövbə edənlərin günahını 

bağışlayan və rəhm edəndir. 



Hədis:İmam  Cəfər  ibn  Muhəmməd  Sadiq  (ə)  buyurdu:-Qiya mət 

günü üç şey əzəmətli olan Allaha şikayət edəcək;şəhər camaatının na-

maz  qılmadığı  tərk  edilmiş  məscid,  cahillər arasında  olan  alim  (belə 

ki, insanlar onun elmindən bəhrələnməzlər)və oxunmayıb, üzərində toz 

yığılan Quran.(Üsuli-Kafi,c.2,s.613) 

 QURANİ-KƏRİM HAQQINDA

əl-Buruc-22-Bu  Quran  Lövhi-Məhfuzdandır!(Quran  Allah  dərga-

hında qorunur. Ona Şeytan əli dəyə bilməz,o heç zaman təhrif olun-

maz!)

əl-Fussilət-42-Nə öncə, nə də sonra batil ona yol tapa bilməz, şeytan 

onun bir sözünü, bir hərfini belə dəyişdirə bilməz.



Sad-87-Bu Quran aləm əhlinin hamısı üçün bir nəsihətdir və onda 

deyilənlərin həqiqət olduğunu mütləq biləcəksiniz.



əl-İsra-89-Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkib on-

lara izah etdik. Həqiqətən, xalqın çoxu qəbul etmədi və küfrdən başqa 

bir şeyə razı olmadılar.

əz-Zumər-27-Bu Quranda insanlar üçün məsəllər söylədik ki, bəlkə 

onlar nəsihət qəbul etsinlər.




131

əl-İsra-82-Biz  möminlərə  şəfa  olan  Quran  ayələrini  nazil  etdik. 

O,zalımların ancaq ziyanını artırar. 



əl-Ənkəbut-49-Xeyr,bu  Quran  elm  verilmiş  şəxslərin  sinələrində 

olan  açıq-aşkar  ayələrdir.  Bizim  ayələrimizi  yalnız  zalımlar  inkar 

edərlər.

Hədis:-Peyğəmbər (s.ə.s.) buyurdu:-Quran oxunan məclisdə insan-

ların  ətrafında  mələklər  toplanarlar,  onlar  dilimizdən  və  qəlbimizdən 

keçənləri əməl dəftərlərimizə qeyd edərlər. (Biharul Ənvar, c.92, s.19) 

Hədis:-Rəsulullah (s.ə.s.)buyurdu:-Qaranlıq gecə sizi bürüdüyü za-

man, fəlakət dalğaları sizi əhatə etdiyi vaxt Qurana pənah aparın,Quran 

ona  sığınanların  himayədarıdır.Onu  özünə  bələdçi  qərar  versə, Allah 

onu Cənnətə yönəldər,əgər ona hörmətsizlik etsə, yaxud ona qarşı olsa, 

o zaman Cəhənnəmə gedər. (Fəzlul Quran, səh. 599)

 ALLAH QURANİ-KƏRİMİ İNSANLARA RƏHMƏT 

 OLARAQ GÖNDƏRMİŞDİR

əl-Bəqərə-2-Bu Quran Allah tərəfindən endirilməsində şübhə olma-

yan və Allahdan qorxan insanlara yol göstərəndir. 



əl-İsra-88-Ya  Peyğəmbər!  De:-Əgər  insanlar  və  cinlər  bir  yerə 

yığışıb,bu  Qurana  bənzər  bir  şey  gətirmək  üçün  bir-birinə  kömək 

etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.

əz-Zumər-1-Bu Quran qələbə çalan və hikmətlə rəftar edən Allah 

tərəfindən nazil olmuşdur. Biz bu kitabı gerçəkdən sənə nazil etdik.Bəs 

sən də Allaha sitayiş et və ixlas ilə Onun dinində ol!

Yunus-57-Ey insanlar! Həqiqətən, sizə Allah tərəfindən nəsihət edən 

Quran gəldi. O sizin qəlbinizdə olan xəstəliyə şəfadır. Möminlər üçün 

hidayət və rəhmətdir.

əl-İsra -105-Biz Quranı doğruluqla göndərdik,o da haqq olaraq nazil 

oldu. Biz səni ancaq bəşarət vermək və qorxutmaq üçün göndərdik. 



əl-Ənam-155-Bu  Quran  bir  kitabdır  ki,biz  onu  nazil  etdik.  O, 

bərəkətlidir.  Ona  tabe  olun  və Allahdan  qorxun  ki,  bəlkə  sizə  rəhm 

olunsun.

Sad-68-Ya  Peyğəmbər!De  ki,bu  Quran  böyük  bir  xəbərdir  ki, 

gələcək və keçmişin əhvalatları onda cəm olunmuşdur.Siz isə ondan üz 

döndərirsiniz.

əs-Səcdə-2-3-Bu Quranın aləmlərə tərtib verən Allah tərəfindən na-

zil olmasına heç şəkk-şübhə yoxdur. Müşriklər:-Muhəmməd bu Qura-

nın Allah tərəfindən göndərildiyini yalan deyır və özündən uydurub,-



132

deyirlər. Xeyr, o səndən əvvəl Peyğəmbər göndərilməmiş bir qövmü 

(Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən nazil olan bir haqdır. 

Bəlkə doğru yola yönələlər!



əl-Kəhf-2-3-Quran düz və qiyamətə qədər dəyişilməzdir. Bununla 

öz tərəfindən olan şiddətli əzab ilə imana gəlməyənləri qorxutsun,yaxşı 

əməllər  görən  möminlərə  əməlləri  müqabilində  gözəl  əcr  və  muzd 

veriləcəyini xəbər versin.



ət-Tariq-13-17-Həqiqətən,Quran  haqla  haqsızlıq  arasında  fərq 

qoyan  kəlamdır.Bu  Quran  batil  və  oyuncaq  deyildir.Həqiqətən  də, 

müşriklər çoxlu hiylə qurdular ki, sənin əmrini yalan etsinlər. Mən on-

ların hiyləsinə cavab verərəm. Elə isə kafirlərə möhlət ver və Allahın 

tədbirinə razı ol!Onlara az bir zaman möhlət ver! 

Hədis:  İmam  Cəfəri  Sadiq  Hz.Peyğəmbərdən  buyurur:-Yalan  za-

manda bir fitnə zühur edəcəkdir ki, insanları ondan Allahın kitabı qur-

tarar.  Onda  sizdən  əvvəl  olanların  əsərləri  ilə  sizdən  sonra  meydana 

gələcək  xəbərlər və aranızdakı hökmlər mövcuddur. Quran haqq ilə 

batili bir-birindən ayırır. Ondan başqasından hidayət istəyənlər, zəlalətə 

düşmüşlər. Çünki Allah bu kitabda sağlam bir ip, zikri-hakim və doğru 

yol göstərmişdir. Quran elə bir kitabdır ki, həvəs və istəklərlə haqdan 

ayrılıb,  batilə  uymaz.  Alimlər  onu  oxumaqdan  doymazlar.(”Üsuli 



kafi”Əllamə Kuleyn.)

 QURANİ-KƏRİM PEYĞƏMBƏRƏ ALLAH 

TƏRƏFİNDƏN GÖNDƏRİLMİŞDİR 

Kəhf-1-Həmd olsun Allaha ki, Quranı nöqsansız olaraq öz bəndəsinə-

Muhəmmədə nazil etdi. 



ən-Nəhl-89-Ya Peyğəmbər!Sənə Quran nazil etdik.O hər şeyi, dünya 

və axirət işlərini aşkar bəyan edən, hidayət, rəhmət və müsəlmanlara 

həmişəlik savab ilə bəşarət verəndir. 

əl-İsra-105-Biz Quranı doğruluqla göndərdik,o da haqq olaraq nazil 

oldu. Biz səni ancaq bəşarət vermək və qorxutmaq üçün göndərdik. 



əl-Kəhv-28-Ya  Muhəmməd!De  ki:-Bu  haqq  olan  Quran  Allah 

tərəfindəndir. Kim istəyir, iman gətirsin, kim istəyir, kafir olsun.



əl-Vaqiə-75-82-Ulduzların  mənzillərinə  and  olsun  ki,  Quran  müş-

riklərin xəyal etdikləri kimi deyildir. Kaş bunun nə qədər böyük and 

olduğunu biləydiniz. Həqiqətən də, çox qiymətli olan bu Quran “Gizli 

kitab”da, insanlardan gizlin və Allahın yanında olan“Lövhi-Məhfuzdan” 

Peyğəmbərə  nazil  olmuşdur.  Ona  ancaq  batini  və  zahiri  nəcasətdən 

pak olan kəslər əl vurarlar. Bu Quran aləmlərin Rəbbi tərəfindən na-




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə