166
di. Xədicə xanım bir müddət sonra Muhəmmədin saflığını və düzgün-
lüyünü görərək özü onunla evlənmək üçün dostu Nəfisənin vasitəsi ilə
ona evlənmək təklifini edir.25 yaşında olan Muhəmməd (s.ə.s) bu təklifi
qəbul edir və 595-ci ildə Qüreyş tayfasının ağsaqqalı, əmisi Əbutalib
onların kəbinini kəsir. Onların toyunda Qüreyş qəbiləsinin bütün adlı-
sanlı adamları iştirak etmişdilər. Bu toyda Peyğəmbərin dayəsi Həlimə
də iştirak etmiş və ona 40 qoyun bağışlamışdı.Onlar birlikdə yeni həyata
başlayırlar və onların arasında çox böyük məhəbbət və hörmət əlaqələri
yaşanırdı.
Bu nikahdan iki oğlu: Qasım və Abdulla (kiçik yaşlarında ikən vəfat
etmişdilər)və dörd qızı: Zeynəb, Ruqiyyə, Ümmigülsüm və Fatimə
dünyaya gəlmişdi.
Bütün bunlara baxmayaraq, Hz.Muhəmmədin qəlbində bir narahat-
lıq və təlatüm yaşanırdı. O, qeyri-adi hallar keçırir və suallar içərisində
çırpınırdı.Həmin dövrdə Məkkə əhalisi Kəbə evini bütlərlə dolduraraq,
hərə bir bütə sitayiş edirdi. Məkkə cahillik və xurafat içində çabalayırdı.
Özünə təsəlli vermək üçün tez-tez Məkkə yaxınlığında yerləşən, Hira
dağındakı Nur mağarasına qalxır və orada saatlarla səssiz qalıb, sanki
cismi yerdə, ruhu isə yaradılışın həqiqətləri ilə qarşılaşırdı. Elə həmin
aləmdə Muhəmməd hər şeyin, kainatın sirlərini görür, Peyğəmbərlik
dərsi alır, insanların qurtuluş yolunu öyrənirdi. Hələ 20 yaşların-
da olanda gözünə mələklər görsənərdi. 35 yamına çatdıqda isə qulağına
“Ey Muhəmməd!-deyə səslər gələrdi. O, gecələr yuxularında tanımadığı
kimsələrlə görüşürdü, gündüzlər isə heş görmədiyi insanlarla rastlaşardı.
Artıq 40 yaşına çatmış Muhəmmədin beyni yaradılışın təkərini
bütlərin dolandırdığını qəbul etmirdi. Onun beyni artıq kamilləşmiş və
o təbiətin səsini duya bilir, onun həqiqətlərini görə bilirdi.
Ramazan ayının gecələrindən birində Muhəmməd özündə bir sevinc,
bir aydınlıq hiss edir və qarşısında yeni üfüqlər görünürdü. O, mağara-
nın içinə girdi, hər yer qaranlıq idi, şeytanların ruhları hərəsi bir tərəfdə
gizlənib tir-tir titrəyirdilər, sanki ilahi rəhmət mələyi Cəbrailin yaxın-
laşmasını duymuşdular. O, özündə ruhunu fəth edəcək bir həyəcan,
qorxu hiss edir və oradan qaçmaq istəyirdi. Sanki ayaqlarından güc və
qüvvət alınmış və o, hərəkət edə bilmirdi. O, təəccüblü halda gözünü
parlaq bir işığa dikib titrəyirdi. Hər şeyi, özünü belə unutmuşdu. İşıq
üfüqü bürüyüb yuxarı qalxdı, sərildi, bütün səmanı qanadları altına aldı.
Kainatı işıq bürümüşdü, Muhəmməd işıq dənizinin ortasında dur-
muşdu. İşıqdan bir səs gəldi: - Oxu! Muhəmməd qorxdu, dəhşətə gəldi,
təəccüblə cavab verdi:”Oxuya bilmirəm.”-İşıq:”Oxu!” Muhəmməd
167
yenə də:
- “Oxuya bilmirəm, dərs almamışam, məktəbə getməmişəm,”-deyə
cavab verdi.
İşıq yaxınlaşdı, Muhəmmədə çatıb, ona sarıldı. O işığı hiss etdi, ipək
kimi yumşaq, hava kimi incə idi. İşıq Muhəmmədi sıxdı və:
- “Artıq oxu” - dedi. Muhəmməd:-“Nə oxuyum?”-deyə soruşdu.
Cəbrail (ə.s.) ona Ələq surəsinin ilk ayəsini öyrətdi.
-“Yaradan Pərvərdigarın adı ilə oxu. O, insanı laxta qandan yaratdı.
Oxu, sənin Pərvərdigarın ən böyük kərəm sahibidir.
O, Qələmə yazmağı öyrədəndir. İnsana bilmədiyini öyrətdi.
İlk müraciət səmadan yerə çatdı. Bununla da Muhəmməd (s.ə.s.)
yüksək Peyğəmbərlik məqamına yetişdi.
Bu, bütləri sındıran, yaratmaq və bəsləmək qüvvəsinin sahibi Allah-
dan gələn ilk vəhy idi. Sonra o elm işığı ilə nadanlıq pərdəsini yırtdı
və bu işıq səadət işığı idi. Bununla da o gecənin dastanı olan”Allah və
elm”üsulu ilə Quran ayələri nazil olmağa başladı.
Muhəmməd (s.ə.s.) üç il dini gizli şəkildə təbliğ etmişdi və ona ilk
iman gətirən həyat yoldaşı Xədicə xanım, ikinci isə əmisi oğlu Hz.Əli
oldu. Üç ildən sonra isə Peyğəmbərimiz (s.ə.s.) açıq surətdə İslam di-
nini təbliğ etməyə başladı. Qüreyş kafırləri İslamı heç cür qəbul etmək
istəmirdilər. Camaatın içində iman gətirmək istəyənlərə də əziyyət ve-
rib öldürürdülər. Çox çətin bir şəraitdə Hz.Peyğəmbər bütün çətinliklərə
sinə gərərək öz təbliğatını davam etdirirdi.
İslamı ilk qəbul edən kişilər:-İlk kişi Peyğəmbərin əmisi oğlu
Hz.Əli,sonra isə yaxın əshabələrı olan 3 əmisi: Həmzə, Cəfər, Abbas,
sonra isə Əbu Bəkr, Zeyd ibn Haris, Ömər ibn Xəttab və sairləri olmuşlar.
Peyğəmbərin ən qatı düşməni əmisi Əbu Ləhəb, onun arvadı və arva-
dının qardaşı Əbu Süfyan idi. Əbu Süfyan və Peyğəmbərin düşmənləri
ona əmisi Əbu Ləhəb vasitəsi ilə təsir etmək və onu bu yoldan uzaqlaş-
dırmaq istəyirdilər. Lakin ona qəyyumluq edən o biri əmisi Əbu Talib
isə onu bütün düşmənlərdən qoruyaraq, müdafiə edirdi.
Düşmənləri:-Əbu Süfyan ibn Haris, Əbu Cəhl ibn Hişəm, Əbu
Ləhəb, As ibn Valı və sairləri olmuşlar.
Hz.Muhəmmədin əshabı və İslamı qəbul etmək istəyənlər, təzyiqlərə
məruz qalmışdılar.Onlara qida məhsulları satılmır və hər tərəfdən
təzyiqlər göstərirdilər. Nəhayət, Peyğəmbər(s.ə.s.) bir çıxış yolu tap-
maq məcburiyyətində qalır. O, əmisi Əbu Talib oğlu Cəfərin başçılığı
ilə müsəlmanların bir qrupunu Həbəşə göndərir ki, Həbəşin hökmda-
rı ədalətli bir kişidir və o,sizi qoruyar. Sonradan qadın və uşaqlardan
168
ibarət başqa bir dəstə də Həbəşə mühacirət etdilər.Xristian olan Həbəşin
hökmdarı Nəcaşinin himayəsi altında müsəlmanlar bir müddət orada
qaldılar.
Peyğəmbər(s.ə.s.) isə bütün təzyiqlərə baxmayaraq Məkkədə qalıb,
öz təbliğatı və mübarizəsini davam etdirərək İslam dinini yayırdı.
Peyğəmbərliyin səkkiz və onuncu illəri arasında onu kafirlərdən müəy-
yən dərəcə qoruyan əmisi Əbutalib vəfat edir. Sonra isə Peyğəmbərin
həyat yoldaşı, həm maddi, həm də mənəvi cəhətdən ona arxa, dayaq
olan Xədicəyi-Kubra dünyasını dəyişir. Bütün bu hadisələr və bir
tərəfdən də Məkkə xalqının ona qarşı olan münasibəti Peyğəmbərə çox
pis təsir edir.
Peyğəmbərin ən qatı düşmənləri və onu ən çox incidən Əbu Cəhl,
əmisi Əbu Ləhəb, onun arvadı və arvadının qardaşı Əbu Süfyan idi.
Onlar hər vasitə ilə Peyğəmbəri xalqın gözündən salmağa və xalqı ona
qarşı qaldırmağa çalışırdılar.
Peyğəmbər(s.ə.s.) Məkkədən Taifə sarı yollanır ki, oranın camaatı-
nı İslama dəvət etsin. Oradakı Bəni-Səqif tayfası ona qarşı münasibət
bildirməsələr də, Peyğəmbərimiz Quran ayələrini oxuduqdan sonra ona
qulaq asmağa başladılar. Lakin Peyğəmbərin bütün səylərinə baxmaya-
raq, onlar İslamı qəbul etmək istəmədilər.
Allahın Peyğəmbəri peyğəmbərlik həyatının ən çətin və acı mər-
hələlərindən birini də Taifdə yaşadı.Sonra o,Məkkəyə qayıtdı, lakin bu-
rada yaşamaq artıq mümkün deyildi.Bütün bunlardan sonra Peyğəmbər
qarşısındakı ən mühüm məsələ “hara getmək” məsələsi idi.Bir tərəfdən
də Məkkə başçıları Peyğəmbərə qarşı plan hazırlayırdılar ki, onu
öldürsünlər. Onlar bu məqsədlə 40 güclü cavandan bir dəstə hazırladılar
ki, gecə vaxtı onu evində ikən,elə yatağında öldürsünlər və bu məqsədlə
də Peyğəmbərin evini mühasirəyə aldılar.
Bu plandan vəhy yolu ilə Peyğəmbər xəbər tutdu və ona vəhy gəldi
ki,artıq Məkkəni tərk edib Mədinəyə üz tutsun.Lakin düşmənin bu
məsələdən xəbər tutmaması üçün bir nəfəri öz yatağında yatırtmalı idi.
İndi bu fədakarlığı qəbul edən, Peyğəmbərin sağ qalması üçün öz vücu-
dunu düşmənlərin sivri qılıncına hədəf etməyə könüllü razı olan adamın
yalnız Əli olduğunu Peyğəmbər bilirdi. Əli də Peyğəmbərin yolunda öz
canından keçməyə hazır olduğunu bildirərək onun yatağında uzanır və
Peyğəmbər də Mədinəyə yola çıxır.
Peyğəmbər Əbu-Bəkr ilə yola çıxır, lakin onları düşmən dəstəsi
izlədiyinə görə, bir-iki gün mağarada gizlənirlər. Sonra isə Mədinəyə
tərəf hərəkət edirlər.
Dostları ilə paylaş: |