Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə64/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   60   61   62   63   64   65   66   67   ...   292

189

Cılız düşmənə qarşı azaltma qeyzini sən,

Düşməni kiçik bilsən, sən özün kiçilərsən.

Gör, o gücsüz qarışqa qeyrətlidir nə qədər,

Aslan balalarının gözlərinə mil çəkər.

Gövhərini bərk qoru, azmı bu çöldə quldur?

Təsbeh çevir, dua qıl, qulyabani nə çoxdur.

Könül yolunu kəsən soyğunçular, oğrular,

Tələsini, torunu mənzilə yaxın qurar. 

Sənə-dindən əl çəkib dünya tələb edənə,

Dinin keşikçiləri, bir görün nə deyir, nə:

“Qayıt ədalətsizin, nakəsin qapısından,

Bu sirlər sarayının ətrafında gəz, dolan!”

Dünya - bu odlu səhra səni coşdurdu... ancaq,

Burda gizlətdiklərin orda aşkar olacaq. (“Sirlər Xəsinəsi”) 

 

 İMANA GƏLİB,SONRA ONDAN ÜZ DÖNDƏRƏNLƏR

əl-Əraf-175-Onlara ayələrimizi verdiyimiz kəsin xəbərini oxu!

Ayənin  açıqlanma:-Bu  ayə  yəhudi  alimlərindən  olan,  Bələm  Ba-

uranın haqqında nazil olmuşdur.O, çox böyük alim və zahid kişi idi.

Nəyə görə dua etsəydi, Allah qəbul edərdi. O zaman ki, ayələrimizdən 

ayrıldı, sonra şeytan onu özünə tabe etdi və bir-birləri ilə yoldaş ol-

dular. O, azğınlardan oldu. Bələm Firona tərəf meyilli olmuş və ona 

qulluq edirdi və Musa Misirdən çıxan zaman Firon Bələmə dedi:-Dua 

et ki, Allah Musanı və əshabını həbs etsin. Bələm ulağa minib getmək 

istədikdə, onu nə qədər döysə də,ulaq hərəkər etmədi və dilə gələrək 

belə dedi:-Vay olsun sənə! Məni nə üçün döyürsən? Səninlə gedib Alla-

hın Peyğəmbərinə və mömin olan qövmə bəd dua etməyimi istəyirsən?

Allah İsmi-Əzəmi onun qəlbindən çıxartdı.Əgər biz istəsəydik, onu 

yaxşı əməllər sahibinin məqamına ucaldardıq,lakin o, aşağı tərəfə me-

yil etdi və dünyadan ötrü öz istəyinə tabe oldu. O, bir itə bənzər ki, 

əgər ona həmlə etsən, dilini çıxararaq, şiddətli nəfəs çəkməklə hürər, 

yaxud onu tərk edib həmlə etməsən də yenə dilini çıxardar. Yəni ona 

nəsihət  etsən  də,  etməsən  də  fərq  etməz.Bu,  o  kəslərə  bənzər  ki,  bi-

zim  ayələrimizi  təkzib  etmişlər.  Bu  qissələri  söylə  ki,  bəlkə  onlar 

fikirləşsinlər.  Ayələrimizi  təkzib  edib  və  özlərinə  zülm  edən  kəslər 

barəsində gətirilən məsəl necə pisdir. Onlar itə oxşadıldı.

Allahın hidayət etdiyi kəs hidayət tapmışdır.Azğınlığa düşmüş kəslər 

isə ziyankarlardır. (Burada hidayət tapmış kəs bir nəfər kimi, ziyan gör-

müş isə cəm şəklində deyildi. Bu ona görədir ki, hidayət tapmışlar nə 




190

qədər çox olsa da, bir nəfər hökmündədir, onların yolu birdir. Azğın-

lıqda onların yolu isə müxtəlifdir.)

Şübhəsiz,Cəhənnəm üçün insan və cinlərdən olan çox tayfalar ya-

ratdıq.  Onların  qəlbləri  anlamaz,  gözləri  görməz,  qulaqları  eşitməz. 

Onlar  dördayaqlı  heyvanlar  kimidirlər,  fikirləri  ancaq  dünyada  yaşa-

maqdır, bəlkə onlar heyvanlardan da çox azğındırlar. Onlar qafildirlər. 

(Kitabul-Bəyan fi təfsiril-Quran.) 

ən-Nəhl-83-Onlar Allahın nemətini tanıyar,sonra inkar edərlər. On-

ların çoxu kafirdirlər. 



 YALANDAN MƏNƏ VƏHY GƏLİB DEYƏN KƏSLƏR

əl-Ənam-93-98-Allaha böhtan atan, ya ona heç bir şey vəhy olun-

madığı halda,”mənə vəhy olunub” deyən, yaxud:-“Allahın nazil etdiyi 

kitabların bənzəri mənə də tezliklə nazil olacaq,”-deyən kəsdən daha 

zalım kimdir? 

Ayənin açıqlaması:-Bu ayə Əbdullah ibn Sərhin barəsində nazil ol-

muşdur. Mədinədə İslama gəlib və gözəl xətti olan bu adam, Peyğəmbərə 

ayə  nazil  olarkən  özü  onu  hazırlayıb  oxuyar,  Əbdullah  isə  yazardı.

Bəzən Peyğəmbərin dediyi sözləri qəsdən səhv yazardı,bu da Həzrətin 

nəzərindən qaçmazdı. Sonra isə Əbdullah mürtəd olub, Mədinədən qaç-

dı. O deyərdi ki, Muhəmməd (s.ə.s.) deyən sözlərdən mən də deyirəm, 

ona nazil olan ayələrdən mənə də nazil olub. 

Sonra bu ayə Məkkənin fəthi zamanı nazil oldu və Peyğəmbərimiz 

(s.ə.s.) onun qanını halal etdi.

Bir  gün  Məscidil-Həramda  olarkən  Əbdullahı  süd  qardaşı  Osman 

əlindən tutub Həzrətin xidmətinə gətirərək dedi:

-Ya Rəsulullah! Bu mənim qardaşımdır Onu əfv et.

Hz. Peyğəmbər (s.ə.s.) söz deməyib sakit dayandı.Osman bir neçə 

dəfə sözünü təkrarladıqdan sonra Peyğəmbər (s.ə.s.) Əbdullahı əfv etdi.

Sonra Peyğəmbər (s.ə.s.) səhabələrə buyurdu:-“Mən sizə deməmişdim 

ki, kim onu görsə, öldürsün?

Onlardan  biri  dedi:-Ya  Rəsulallah!Mənim  gözüm  sizdə  idi.  Əgər 

işarə etsəydiniz, onu öldürərdim. 

Peyğəmbər (s.ə.s.) dedi:-Gözlə işarə etmək Peyğəmbərlərə haramdır.



əl-Ənam-98-Ayənin ardı:-Bu zalımların ölüm şiddətində olduqları 

vaxt  görərsən  ki,ölüm  Mələkləri  onlara  deyərlər:-Əgər  bacarırsınız-

sa, özünüzü xilas edin.Bu gün Allaha qarşı olmayan sözü deyib onun 

ayələrinə  təkəbbür  etdiyinizə  görə  sizə  zəlillik  gətirən  əzab  ilə  cəza 




191

verilər. (Kitabul-Bəyan fi təfsiril-Quran.) 



PEYĞƏMBƏRLƏR ÜÇÜN İNS VƏ CİNDƏN 

DÜŞMƏNLƏR VARDIR

əl-Ənam-112-Beləliklə,biz hər bir Peyğəmbər üçün cin və insan şey-

tanlarından düşmənlər yaratdıq. Onların biri digərini aldadaraq məhv 

edər. Əgər sənin Allahın istəsə, onlar bunu etməzlər. Onları iftiraları ilə 

birlikdə tərk et.Onlar öz vaxtında əməllərindən xəbərdar olarlar. Qoy 

iman gətirməyənlər batil sözləri eşitsinlər, vəsvəsələrə razı olsunlar, ba-

cardıqları qədər günah qazansınlar. 

Qurani-Kərimdə mələklər haqqında 78 ayə nazil olmuşdur.



Açıqlama:İslam  dininin  hökmlərindən  biri  də,  bu  dində  olan  in-

sanların, Allahın  yaratdığı  mələklərə  inanaraq,  onları  sevməyimizdir. 

Çünki,kainatı,göyü-yeri,  insanları,canlı-cansız  varlıqları,ayı,  günəşi, 

ulduzları,  göydən  yerə  tökülənləri,  yerdən  çırtlayıb  çıxanları  Alla-

hın əmri ilə mələklər idarə edirlər. Həmçinin,bizim bu dünyada bütün 

işlərimizi idarə edən Allahın əmrinə tabe olan mələklərdir.Sonra isə ca-

nımız alanda, qəbirdə,Bərzaxda,Məşhərdə,Siratda, Mizanda Cəhənnəm 

və ya Cənnətdə də bizi idarə edən, yenə də Allahın əmrinə tabe olaraq, 

öz vəzifələrini candildən yerinə yetirəcək mələklər olacaqdır.

Bizim  həyatımızda  baş  verən  istər  yaxşı,  ya  pisi,həyatı  ölümü, 

sevinci-kədəri, bəla-müsibəti bir sözlə Allahın bizim üçün buyurduğu 

bütün əmir və tədbirləri hər an Allahın əmrini gözləyən mələklər icra 

edirlər. Bu səbəbdən də, mələklərin hansının yaxşı və ya pis olmasını 

biz bilə bilmərik. Çünki, bizim öz əməllərimizin nəticəsi olaraq, Adil-

Allahın çıxartdığı qərar və əmri, heç bir duyğu üzvü olmayan, lakin 

havasu qədər Allahın əmirlərinə ehtiyacları olan mələklər sevinə-sevinə 

yerinə yetirərlər. 

 Bütün bunlar haqqında bilgiləri,Uca Allah Peyğəmbərimizə Hz.Cəbrail 

vasitəsilə çatdıraraq, Qurani-Kərimdə bizlərə xəbər vermişdir:

ət-Tariq-1-4-And olsun göyə və zahir olana!Sən nə bilirsən ki, zahir 

olan nədir? O, yanan ulduzdur, qaranlığı dələrək nurunu ətrafa yayar. 

Elə bir şəxs yoxdur ki, onun üçün mələklərdən nəzarətçi olmasım!

“əl-Həcc-74-Allah  mələklərdən  və  bəşər  cinsindən  elçilər  seçər. 

Mələklər  vasitəsilə  Peyğəmbərlərə  vəhyi  göndərər  və  Peyğəmbərlər 

vasitəsi ilə də insanlara çatdırar. Həqiqətən, Allah eşidən və görəndir.

Yəni, Allah mələklərdən Cəbrail və Mikail kimi elçilər seçər, insanlar 

arasında da Peyğəmbərləri seçər.”



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə