Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə63/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   59   60   61   62   63   64   65   66   ...   292

186

3.əl-İsra-85-Ruh  haqqında  isə,bu  sirrın  yalnız  Allaha  məxsus  ol-

duğunu  və  bu  haqda  Peyğəmbərə  azacıq  məlumat  verdiyini  bildirir. 

Həmin iki bildiyi cavab:-Keçmişdə qeyb olan şəxslər-Kəhf mağarasın-

dakılar və şərqqərbdə gəzən şəxs-Zülqərneyndir. Bilmədiyi cavab isə 

ruh haqqında olan məlumatdan ibarət olmuşdur. 

DİN ADI ALTINDA İNSANLARI ALDADIB FƏSAD 

TÖRƏDƏN MÜNAFİQLƏR

Hər nə ağlın kəsir insan edir insana bu gün,

Kəsmir ağlım bizə şeytan edə, insan edəni.

Yüz kitab bağlamışıq hər işinə kafərin,

Niyə görür gözümüz bəs bu müsəlman edəni?(Hacı Mahir.)

əl-Bəqərə-8-12-Elə  insanlar  var  ki,Allaha  və  axirət  gününə  iman 

gətirdim deyərlər, lakin onlar Allahı və iman gətirənləri aldadarlar. Bu 

hiylə ilə özlərindən başqa bir kəsə ziyan yetirə bilməzlər. Onlar özlərini 

aldatdıqlarını  bilmirlər.  Allah  onların  sözlərindən  və  əməllərindən 

xəbərdardır. Onların ürəklərində həsəd, şəkdən ibarət olan xəstəlik var. 

Allah onların qəlblərində olan xəstəliyi artırdı.Çünki İslamın nüsrət və 

qələbəsi onlar üçün böyük batini xəstəlik idi. Allah günbəgün İslamın 

qüdrətini artırdığına görə, onların qəlblərində də xəstəliklər artar. Yalan 

danışdıqlarına görə axirətdə onlar üçün dərd artıran əzab vardır.Onla-

ra təzə iman gətirib,imanda möhkəm olmayan müsəlmanlara vəsvəsə 

etməklə yer üzündə fəsad etməyin!-deyilən zaman cavab verib dedilər 

ki,biz ancaq islah edənlərik. Xəbərdar olun ki, onlar yalançıdırlar və 

fəsad edənlərdirlər.

əl-Hucurat-14-Qənimət  əldə  etmək  məqsədilə  İslama  daxil 

olan  insanlar:  ”Biz  iman  gətirdik”!-dedilər.De  ki,siz  qəlbən  iman 

gətirməmisiniz. Deyin ki,biz İslamı müəyyən şəxsi məqsəd və mənfəət 

naminə  qəbul  etdik!  Hələ  iman  bizim  qəlblərimizə  daxil  olmamış-

dır.  Çünki  iman  əməllə  etiqadın  vəhdətidir.Dildə  İslamı  qəbul  etmək 

isə  yalnız  zahiri  əməldir.  Əgər  siz Allaha,  onun  Peyğəmbərinə  iman 

etsəniz,  Allah  sizin  əməlinizdən  bir  şeyi  azaltmaz.O,  bağışlayan  və 

rəhm edəndir.



Ali-İmran-7-Ey  Muhəmməd!  Sənə  bu  Quranı  nazil  edən  Odur. 

Onun bəzi ayələri möhkəmdir. Onlar kitabın anasıdır. Bəzisi bir neçə 

mənaya oxşayandır. Qəlblərində haqdan batilə və bir neçə məna verən 



187

ayələrə tabe olarlar.Onlar fitnə yaratmaq və insanları şübhəyə salmaq 

və öz sözlərini sübut etmək üçün özləri istədikləri kimi onun yozumunu 

yozarlar. Onun düzgün yozumunu ancaq Allah və elmdə möhkəm olan-

lar bilər. Elmdə möhkəm olanlar deyərlər:-Biz ona iman gətirdik,hamısı 

bizim Allahın  tərəfindəndir.  Nəsihət  qəbul  edən  yalnız  ağıl  sahibləri 

olarlar.

əl-Həcc-8-10-İnsanlar  arasında  elələri  vardır  ki,  Allah  haqqında 

elmsiz, yol göstərən rəhbərsiz və açıq-aşkar kitabsız olaraq mübahisə 

edərlər. O, boynunu əyib,özünü fəqir və dinc adamların halına saldı ki, 

insanları Allah yolundan çıxartsın və insanları hidayətə daxil olmağa 

qoymasın. Onun üçün dünyada zəlillik var və qiyamət günündə yan-

dıran odun əzabını ona dadızdırarıq! Ona deyilər:”Bu, sənin əllərinin 

qabaqcadan göndərdikləridir və etdiyin əməllərin cəzasıdır”.

əl-Nəhl-116-Dilinizin öyrəndiyi yalanı deməyin. Deməyin ki,bu ha-

laldır, bu haramdır. Allaha iftira atarsınız.Allaha iftira atan kəslər onun 

əzabından nicat tapmazlar.

Açıqlama: Allah-taala  tərəfindən  14  əsr  bundan  əvvəl  nazil  olan 

Qurani-Kərimdə bütün mövzular üzrə ayələr sanki bugünki gün üçün 

nazil olmuş və bu gün bizi düşündürən bütün sualların cavab qaynağı 

olaraq qalmaqdadır.Yəqin ki, bu, Qiyamət gününə qədər belə olacaq.

Yuxarıda qeyd edilən ayələrdən məlum olur ki, hər bir dövrdə ol-

duğu kimi müasir dövrümüzdə də münafiq və müşriklərə rast gəlirik. 

Xarici  dövlətlərdə  müəyyən  təlim  və  təhsil  alıb  ölkəmizdə  fəaliyyət 

göstərən  bəzi  “dindarlar”dinimizi  xurafat  və  mövhumatla,Quran 

ayələrini yarımçıq (özlərinə sərf edən kimi təfsir edib) təqdim etməklə 

xalqı  əsil  İslamdan  uzaqlaşdırmaq  istəyirlər.  Dinimizi  məhv  etmək 

və  ölkəmizdə  qarışıqlıq  salmaq  məqsədilə  cəmiyyətimizi  aldadırla.

İnsanlarımızın dinimiz haqqında elmi biliklərə malik olmamaları ya-

lançı  dindarların  bu  niyyətlərini  həyata  keçirmək  üçün  yaxşı  şərait 

yaratmışdır.Ölkəmizdə  xaricdən  maliyyələşən  bir  çox  cəmiyyətlər, 

missioner  təşkilatlar,  həmçinin  xaricdə  təlim-təhsil  görmüş  dindarlar 

cəmiyyəti  firqələrə  ayıraraq,  İslam  dinini  təhrif  edirlər.  Dinimizi  ya-

lançı qadağalar, cürbəcür fətvalar ilə cılız, yazıq və eybəcər bir hala 

salaraq zəiflətmək istəyirlər. Bu“dindarlar”öz bəlağətli, gözəl danışıq-

ları ilə cəmiyyətin beyin-düşüncələrinə böyük təsir göstərərək, kütləni 

əla almağı bacarır və onları istədikləri səmtə yönəldirlər.Bu dindarlar 

cəmiyyətin varlı təbəqələrinə elə siyasətlə təsir edirlər ki, həmin var-

lı  şəxslər  pullarını(xüms,  zəkat,sədəqə)  öz  qohum-qonşusuna,  yetim-

yesirə, elmlə məşğul olan, təhsil alan, cəmiyyəti, vətəni və dini üçün 



188

çalışan insanlara, öz doğma vətəninin və vətəndaşlarının çatışmamaz-

lıqlarına deyil, həmin o dindarlara həvəslə verirlər. Halbuki onlar təlim 

aldıqları dövlətlərdən güclü maliyyələşirlər. Bu səbəbdən də özləri üçün 

hər şərait yaradaraq inkişaf edə bilirlər və vətənimizə qənim kəsilirlər. 

Sonra bu dindarlar cəmiyyətin cavan kütləsinin beynini qızışdıraraq 

öz siyasətlərini dildə, dinin əhkam-göstərişləri, haram və halalları ilə 

bəzəyərək, onlara təqdim edirlər. Bu ölkənin gələcəyi üçün manqurt-

lar yetişdirirlər. Manqurt-yəni yaddaşı pozularaq, müəyyən bir insanın 

əmrinə tabe olaraq, öz doğmalarını, vətənini və insanlarını belə unu-

daraq, istənilən bir cinayəti törətməyə hazır olan, hətta öz doğmalarını 

belə  öldürməyə  hazır  olan  robotlar  deməkdir.  Bu  yalançı  dindarların 

məqsədləri isə çoxlu var-dövlət toplamaq, cəmiyyət arasında qarışıqlıq 

salmaq və İslam dinini zəiflədib gözdən salmaq, ən əsası isə vətənimizi 

zəiflətməkdir.

Nə qədər ki insanlarımızın İslam dini haqqında elmi bilikləri olma-

yacaq, bir o qədər də bu yalançı dindarlar camaatı aldadaraq, tüğyan 

edəcəklər.Elmin  inkişaf  etdiyi  və  insanların  dünyagörüşünün  geniş 

olduğu  bir  dövrdə  cavanlarımız  mütaliə  edib,  dünya  və  dini  elmləri 

öyrənmək əvəzinə, kimlərinsə fətvası (göstərişləri) ilə həyatlarını plan-

laşdırır və qururlar.

 Peyğəmbərimiz (s.ə.s.) və imamlarımızın tövsiyələrinə görə yalan-

dan fətva vermək və insanların əməllərinə görə cavab vermək ən çətin 

əməllərdəndir. 



Hədis(“Hədisi  Qüdsi”-560-s.)İmam  Sadiq  atası  İmam  Baqirdən 

belə  buyurur:-Allah  Öz  Peyğəmbərlərinin  birinə  nazil  etdiyi  kitabda 

buyurmuşdur:-Gələcək zamanlarda Mənim məxluqlarımdan bir dəstəsi 

dünyanı din müqabilində bağrına basacaqdır.Onlar canavar qəlbi kimi 

olan  qəlblərinə  qoyun  dərisi  geyindirərlər,  onların  əməlləri  hətta  acı 

Sidr ağacından da acıdır. Lakin dilləri (camaatı aldatmaq üçün) baldan 

da şirindir.Onların batini əməlləri, niyyət və fikirləri iylənmiş ölü hey-

vanın cəsədindən də üfunətlidir. Lakin onlar Mənim adımdan istifadə 

edərək qürurlanırlar və ya mənə qarşı hiylə işlədirlər.Onlar zahirdə o 

işləri  guya  mənim  üçün  görürlər,lakin  batində  isə  məkr  və  hiylədən 

ibarətdirlər.Mən də öz izzətimə and içmişəm ki, onlar üçün elə bir fitnə 

yaradam  ki,onların  burunlarını  yerə  sürtərəm,  hətta  hakim  sahibləri 

olan insanlar da heyrət və təəccüblə donub qalarlar. Bu iş Mənim üçün 

çox asandır.



Görünürsə zor-bəla cılız düşmənə bənzər,

Görməməzlik, qafillik hər təhlükədən betər.


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə