Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə62/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   58   59   60   61   62   63   64   65   ...   292

183

göstərib.

5.Sözləri  az,  mənası  isə  çox  böyük  olan”Kəliməti-Cəmiə”,yəni 

“Qurani-Kərim”  mənə  əta  olunub  ki,onunla  İslamı  təbliğ  və  təlim 

edirəm.(“Üsuli Kafi”)

 Hədis:-İmam Sadiqdən buyurulur:-Allah Hz. İsaya iki İsmi-Əzəm 

təlim etmişdi.Onların vasitəsilə möcüzələr göstərirdi və ölüləri dirildir-

di. Hz. Musaya dörd, Hz.İbrahimə səkkiz, Nuh Peyğəmbərə on beş, Hz. 

Adəmə iyirmi beş İsmi-Əzəm vermişdi.Allahın İsmi-Əzəmi yetmiş üç 

addır. Onlardan bir ad O Müqəddəs Zatın özünə məxsusdur ki, heç kəsə 

təlim edilməz. Qalan yetmiş iki adın hamısını Allah Hz. Muhəmmədə 

təlim  etmişdir.  Həzrəti  Rəsul  vəfat  edəndə  bu  isimləri  öz  varislərinə 

(Əhli-Beytinə) miras vermişdir. (Hədisi Qüdsi) 

 

DİNİ FİRQƏ-FİRQƏ ETDİLƏR

ər-Rum-32-O kəslər ki, öz dinini parçalayib firqə-firqə etdilər, hər 

biri özünun haqq olduğuna sevinərlər.



Məryəm-36-Sonra bütün firqələr öz aralarında ixtilaf etdilər. Kafir 

olan kəslərə böyük bir gündə, hazır olmaq zamanında vay olsun!



Hədis:-Peyğəmbərimiz  (s.ə.s.)  buyurur:-Vaxt  gələcək  ki,yəhudilər 

71 firqə, nəsranilər 72, mənim ümmətim isə 73 firqə olacaqdır ki, bun-

lardan yalnız biri haqdır. 

 MÜNAFİQLƏR PEYĞƏMBƏRİ TƏKZİB ETDİLƏR

Taha-130-Ya  Peyğəmbər!Sənə  deyilən  sözlərə,təkziblərə  səbir  et, 

onların sözlərindən qəmgin olma! Öz Allahına həmd-səna edib beş vaxt 

namazını həm gün çıxan zaman, həm günorta, günəş göyün tən ortasın-

da olanda, həm gün batandan qabaq, həm də axşam və gecə namazlarını 

qılıb məni təsbit et!

Yasin-76-79-Səni  təkzib  etdikləri  üçün  onların  sözü  səni  qəmgin 

etməsin.  Həqiqətən  də,  biz  onların  qəlblərində  gizlin  saxladıqları  və 

aşkar etdikləri sirləri bilirik.Məgər insan onu nütfədən yaratdığımı bil-

mirmi, lakin açıq-aşkar mübahisə edir. O,”çürümüş sümükləri bir daha 

kim dirildə bilər?”-deyə sual edir? Əlbəttə,sizi yoxdan yaradan Allah.

Birinci dəfə yoxdan vücuda gətirmək çətindir, yoxsa yenidən diriltmək? 

Allah hər şeyı yaratmağa,bütün insanların işlərinə alimdir. Həqiqətən, 

Allahın əmri və şəni budur ki, bir şeyi yaratmaq istədikdə ona “Ol!” 




184

deyir,o da olur.



əs-Saffat-12-21-Ya Muhəmməd! Bəli, sən onların təkzib etmələrinə 

təəccüb edirsən, onlar isə sənə və sənin oxuduğun Quran ayəsinə istehza 

edirlər və deyirlər:-Bu ancaq açıq-aşkar bir sehrdir, məgər biz və baba-

larımız ölüb, torpaq və sümük olduqdan sonra bir daha diriləcəyikmi? 

Ya Muhəmməd onlara de:”Bəli,ulu babalarınız dirilər, siz də zəlil olan 

halda dirilərsiniz”. Onlara nəsihət olunan zaman qorxmazlar, eşitdikləri 

heç bir nəsihəti götürməzlər. Həqiqətən də, insanın dirilməsi İsrafilin 

suru  üfürməsi  ilə  baş  verər.  O  zaman  onlar Allahın  əzabına  baxarlar 

və  deyərlər:-“Vay  olsun  bizə,  bu  gün  cəza  günüdür”.Allah  buyurar:-

Bəli,bu  gün  təkzib  etdiyiniz  behişt  əhlinin  behiştə,Cəhənnəm  əhlinin 

Cəhən nəmə getməsi üçün hökm günüdür! (Kitabul-Bəyan fi təfsiril-

Quran.) 

əl-Nəhl-63-And  olsun Allaha!  Həqiqətən,  biz  səndən  əvvəlki  üm-

mətlərə Peyğəmbərlər göndərdik. Şeytan onların əməllərini zinətləndirdi 

və Peyğəmbərləri təkzib etdilər. Qiyamət günü şeytan onların dostudur. 

Onlar üçün dərd gətirən əzab vardır. 



 

PEYĞƏMBƏRƏ DİVANƏ DEDİLƏR

əl-Muminin-70-Yoxsa öz Peyğəmbərini tanımadılar,onu inkar etdi-

lər? Yaxud ”Onda divanəlik var,” - dedilər. Əksinə, Peyğəmbər onla-

ra  haqq  olan  Quran  ilə  gəldi.  Lakin  onların  çoxu  haqqı  xoşlamırlar.

Əgər haqq olan: Quran və Peyğəmbər onların istəklərinə tabe olsaydı, 

şübhəsiz, göydə, yerdə və onların arasında olanlar heç olardılar. Əksinə, 

onlara Quran verdik ki, nəsihət alsınlar. Onlar özlərinə bəxş edilən ən 

şərəflilərdən üz döndərənlərdirlər.

 BİLƏ-BİLMƏYƏ MÜBAHİSƏ EDƏRLƏR

Loğman-20-Məgər görmürsünüz ki, Allah göydə olanları və yerdə 

olanları  sizə  ram  etdi?  Onlardan  istədiyiniz  kimi  istifadə  edərsiniz.

Bəzisi aşkar, bəzisi gizlin olan nemətlərini sizin üçün tamam etdi. İn-

sanlardan elələri var ki, Allah haqqında elmsiz, dəlilsiz və kitabsız ola-

raq mübahisə edərlər. 

ən-Nisa-107-109-Öz  nəfslərinə  xəyanət  edən  kəslərdən  ötrü 

mübahisə etmə.Allah çox xəyanət edən günahkarları sevməz. Onlar in-

sanlardan qorxsalar da, Allahdan qorxmazlar.Bir halda ki, gecələr Alla-

hın razılığı olmayan sözlər ilə tədbir töküb hiylə qurarlar.Allahın elmi 




185

onların əməllərini əhatə etmişdir,heç bir şey Allahdan gizlin deyil.Ey 

möminlər!  Xəbərdar  olun!  Onlardan  ötrü  dünyada  mübahisə  etdiniz, 

bəs Qiyamət günündə onlardan ötrü kim mübahisə edəcək? Kim onlar 

üçün vəkil olacaq? 

əl-Kəhv-53-Biz bu Quranda insanlar üçün hər cür misal gətirdik. İn-

san yaranmışlardan daha çox mübahisə edəndir, nahaq yerə haqqa qarşı 

durub mübahisə edərlər. 

 MƏKKƏ MÜŞRİKLƏRİNİN PEYĞƏMBƏRİ SINAMAQ 

ÜÇÜN VERDİYİ SUALLAR

Qüreyş  tayfasının  başçıları  Peyğəmbəri  sınamaq  üçün  Nəsr  ibn 

Hərs və Əqəbəni yəhudi alimlərinin yanına göndərdilər ki,gedib Töv-

ratda Muhəmməd,onun əlamət və sifətləri barədə nə yazılıbsa, xəbər 

gətirsinlər.Yəhudi alimləri onları öyrədərək dedilər ki, ondan üç məsələ 

barədə  soruşun.Əgər  ikisini  bilib,  birini  bilməsə,  deməli,  həqiqətən, 

Peyğəmbərdir. 

Birincisi budur ki,keçmiş dövrlərdə qeyb olmuş kəslərin kim olduğu-

nu, ikinci şərq və qərbi gəzən kəsin kim olduğunu,üçüncü ruhun nədən 

ibarət olduğunu soruşun.

Onlar  Məkkəyə  gəlib  əhvalatı  öz  qövmlərinə  dedilər.Məkkə 

böyükləri Hz.Peyğəmbərin yanına gəlib, həmin üç şeyi ondan soruşdu-

lar. Hz.Peyğəmbər buyurdu: -Sabah sizə cavab verərəm.

“İnşallah”demədiyi üçün Peyğəmbərə Cəbrail (ə.s.) on beş gün nazil 

olmadı. Məkkə müşrikləri bu işə çox şad oldular və dedilər ki, Allahı 

Peyğəmbəri tərk etmişdir.Həzrət bu sözü eşidib qəmgin oldu.Əlbəttə, 

Allahın istədiyini nəzərə almadan: 

”Sabah bu işi görəcəyəm” və yaxud da“İnşallah”deməyən şəxs özü-

nü hər işdə müstəqil hesab edər.

Sonra isə Cəbrail(ə.s) Allahın əmrilə nazil olaraq buyurdu:



1.əl-Kəhf-23-Ancaq:  İnşallah  (əgər  Allah  istəsə,  Allah  qoysa) 

edəcəyəm de. İnşallah deməyi unutduğun zaman Allahı yada salıb:-Ola 

bilsin ki, Allah məni bundan, Əshabi-Kəhfin əhvalatına dair xəbərlərdən 

haqqa daha yaxın olan bir yola yönəltsin, Peyğəmbərliyimə daha çox 

dəlalət edən bir möcüzə versin!-de.

2.əl-Kəhf-92-Ya Muhəmməd!Rəbbinin kitabında sənə vəhy olunanı, 

Əshabi-Kəhf əhvalatını oxu!Allahın sözlərini dəyişdirən olmaz,sən on-

dan başqa pənah tapmazsan.Allah bu mübarək surəni nazil etməklə,həm 

Kəhf (mağara) əhvalatını, həm də Zülqərneyn barədə ətraflı xəbər verir. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə