Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”


Buhari  c.1s.121“Cəvazül  vəfd  babında,  cihad  seyr  “Sənini-



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə61/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   57   58   59   60   61   62   63   64   ...   292

180

Buhari  c.1s.121“Cəvazül  vəfd  babında,  cihad  seyr  “Sənini-

Müslüm,Vəsiyyət c.5.s 75.)

Hansı ki,elə bu ən birinci vəsiyyət özündən sonra Hz. Əlinin vəsiy 

və xəlifə olması haqqındakı qərarının yerinə yetirilməsi idi. (Səhihi-

Buhari,c.3.s.68, Səhihi-Müslim.c2,s.29.) 

əl-Mücadilə-22-Ya Peyğəmbər! Allaha və axirət gününə inanan bir 

tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla, öz yaxın ata-

qardaşları, qohumları olsalar belə dostluq etdiyini görməzsən. Onlar elə 

kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından 

onlara güc vermişdir, iman, hidayət nuru əta etmişdir. Allah onlara ağac-

lar altında çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi 

qalacaqdır. Allah onlardan, onlarda Allahdan razıdırlar. Onlar Allahın 

firqəsidirlər,Allahın  dininə  kömək  edən  kimsələrdir.Bilin  ki,  Allahın 

firqəsiməhz onlar,nicat tapıb əbədi səadətə qovuşanlardır.

Peyğəmbərliyə  seçilməsindən  23  il,  şərafətli  ömründən  63-il 

keçirdi.O,bu müddət ərzində böyük müvəffəqiyyətlər əldə etmişdi.Çü-

rük  və  utandırıcı  bir  cəmiyyətin  təməlini  uçurmağa  və  onun  xaraba-

lıqlarının  yerində  pak  və  fəzilətli  bir  cəmiyyətin  bünövrəsini  atmağa 

müvəffəq olmuşdu.



 

Allah kəlamı üçün yenə qulağı səsdə,

Quranı xatırladı yenə axır nəfəsdə.

Bizə tapşırdı getdi Əhli-Beyti, Quranı.

Bizə tapşırdı getdi pak yolunu, sünnəti.

Yaradana sevgini, yaranmışa hörməti.

Peyğəmbərin son dəfə dodağından çıxan söz.

Yenə Qadiri-Qüdrət, yenə də Allah oldu.

Gördü uca dostunu, Rəfiqi-Əlasını.

Beləcə  tamamladı  dünyada dünyasını.  

 

 

 

 

     (Zəlimxan Y.”Peyğəmbər”) 

PEYĞƏMBƏRİN FƏZİLƏTLƏRİ 

Hz. Peyğəmbərin fəzilətləri haqqında bir çox kitablar yazılmışdır. Möv-

lana  Furatinin“Peyğəmbərə  40  sual”kitabında  yazılmış  Hz.Peyğəmbərin 

fəzilətlərindən bəzilərini burada qeyd etmək istəyirik.

Mötəbər hədislərdə deyilir ki, Mədinə yəhudilərindən qırx nəfər yı-

ğışıb  dedilər  ki,  Hz.Muhəmməd  özünü  bütün  Peyğəmbərlərdən  əfzəl 




181

hesab edir, gedək onun yalanına ona sübut edək ki, o biri Peyğəmbərlər 

ondan daha əfzəl olmuşlar.

Onlar  söhbət  əsnasında:Adəm  Peyğəmbər  səndən  daha  yaxşı  idi, 

çünki onu Allah öz qüdrəti ilə yaratdı,sonra Hz.Musa da səndən əfzəl 

idi ki, Allah Tur dağında yanar ağacın arxasında onunla danışdı, sonra 

Hz.İsa da səndən yaxşı idi, çünki Allah ona Hz.Cəbrail vasitəsi ilə öz 

ruhundan üfürüb, onu cana gətirib.

Rəsulu-Əkrəm  buyurdu:-Adəm  (ə.s.)  mənim  atamdır,  lakin Allah  ona 

verdiyindən daha yaxşı şeyi mənə verib. Yəhudilər dedilər ki, o nə şeydir?

Həzrət buyurdu:-Hər gün beş dəfə azanda nida edib deyirlər:-“Əşhədü 

əllə iləhə illəllah və Əşhədü ənnə Muhəmmədən Rəsullullah.”Lakin heç 

demirlər  ki,”Adəm  rəsullullah”.Bundan  əlavə,  Qiyamət  günündə  Livaui-

həmd (Həmd bayrağı) mənim əlimdə olacaq. Adəmin əlində olmayacaq.

Yəhudilər dedilər:-Doğru deyirsən,Tövratda belə yazılıb.

O Həzrət buyurdu:-Bu, bir fəzilət!

Sonra  yəhudilər  dedilər:-Hz.  Musa  səndən  yaxşı  idi,çünki Allah-taala 

onunla dörd min kəlmə söz danışdı,amma səninlə heç bir kəlmə də danış-

madı.

Rəsulu-Əkrəm(s.ə.s.)  buyurdu:-Mənə  ondan  yaxşısını  verdi:  Məni 



Cəbrailin qanadı üstündə yeddinci asimana, sonra isə Sidratil-Muntəhəyə 

apardı. Cənnət də onun yanındadır. Oradan da keçib Saqi-Ərşdən asıldım. 

Orada mənə nida gəldi: “Mənəm O Allah ki, Məndən başqa heç bir Allah 

yoxdur. Məndə heç bir eyib və nöqsan yoxdur.Mənəm xəlqə əzabdan aman 

verən Əziz, Cabbar, Mütəkkəbbir, Rəuf və Rəhim olan.

Mən orada Allahı qəlb gözü ilə gördüm.Bu isə Musaya veriləndən daha 

əfzəldir. Bu da iki fəzilət.

Yəhudilər dedilər ki,Nuh (ə.s.) səndən yaxşı idi.Allah-taala onu gəmiyə 

səvar elədi, gəmi də onu aparıb Cudi dağında bərqərar etdi.

Rəsulu-Əkrəm  (s.ə.s.)  buyurdu:-Allah-taala  mənə  ondan  da  yaxşısını 

verib:-Asimanda mənə bir nəhr (hovuz)verib ki,Ərşin altından axır. Onun 

kənarında minlərlə qəsr və imarətlər var ki, kərpiclərinin biri qızıldan,biri 

gümüşdən,oranın otları zəfərandan, xırda daşları mirvari və yaqutdan,torpağı 

isə ağ müşkdən ibarətdir. O nəhrin adı Kövsərdir ki,Quranda yad edilir.Al-

lah-taala onu mənə əta etmişdir və Cənnətə düşən hər bir kəs bu hovuzun 

suyundan içəcəkdir.

Yəhudilər dedilər:-Doğru deyirsən,Tövratda belə yazılıb.

Rəsulu-Əkrəm buyurdu:-Bu da üç fəzilət.

Sonra yəhudilər o Həzrətə dedilər ki, Hz.İbrahim səndən yaxşıdır,çünki 

Allah-taala onu öz Xəlili (dostu) etmişdir.




182

Rəsuli-Əkrəm buyurdu:-Allah onu öz Xəlili etmişdir,məni də öz Həbibi, 

sevimlisi etmişdir.Mənim adımı öz adı ilə bir kökdən yaratmışdır: Allahın 

adlarından  biri  Mahmuddur,  mən  də  Muhəmməd.  Mənim  ümmətim  isə 

həmdilərdir, yəni, həmd edilənlərdir.

Yəhudilər dedilər: - Doğru deyirsən,Tövratda belə yazılıb.

Rəsulu-Əkrəm (s.ə.s.) buyurdu:-Bu da dörd fəzilət.

Bu fəzilətləri sonsuza qədər sayıb qurtarmaq olmaz.



əl-Bəqərə-136-Deyin ki,biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, 

İsmailə, İshaqa,Yəqubə və onun övladlarına nazil olanlara, Musaya və 

İsaya göndərilənlərə, yəni Tövrata və İncilə və bütün Peyğəmbərlərə, 

Allah tərəfindən verilən kitablara iman gətirdik. Biz onların arasında, 

kitablarının, ya Peyğəmbərlərin arasında fərq qoymarıq və biz onların 

hamısına itaət edənlərik.Əgər biz iman gətirdiyimiz kimi başqa insanlar 

da iman gətirsəydilər, həqiqətən, onlar hidayət tapardılar.

“40  sual”  kitabından:  Cənabı-Allah,  Həbibi  Peyğəmbər  (s.ə.s.) 

Həzrətlərinə Livaul-Həmd adlı bayraq verəcəkdir. Məhşər günündə Bü-

tün Muhəmməd ümməti bu bayrağın altında toplanacaqdır və Peyğəmbər 

(s.ə.s.) öz məqamına keçib, ümmətinə şəfaət edəcəkdir. Livaul-Həmd 

hələ ki, Cənnətdə olub sonsuz bir səhrada Həmd dağı üzərində qoyul-

muş, minillik yol uzunluğunda çox böyük bir bayraqdır. Başlanan yeri 

bəyaz gümüşdən və yaşıl qaşlardan, ucu zəbərcəddən (qızılı-yaşıl rəngli 

daş), qırmızı yaqutdandır. Onun iki tərəfi vardır ki, onların arasında 500 

illik məsafəsi olan üç sətir yazı yazılmışdır:

Birinci sətir:-“Bismilləhir Rahmənir Rahim”.

İkinci sətir:-“Lə İləhə illəllah”.

Üçüncü sətir:-“Əlhəmdi lilləhir Rabbil Aləmin”.

Bu böyük Bayrağın altında 70 min bayraq və 70 min sıra mələklər 

vardır. Hər sırada da 70 min mələk durub, Allahı təsbih edərlər.( İbra-

him Haqqı tərcümə)

Hədis:Başqa bir mötəbər hədisdə deyilir ki, Rəsulu-Əkrəm (s.ə.s.) 

belə buyurmuşdur:-Allah-taala mənə beş şeyi əta edib ki, məndən qa-

baq heç bir Peyğəmbərə o şeyləri verməyib:

1.Yeri, torpağı mənim üçün səcdə məhəlli qərar verib ki,dünyanın 

hər bir guşəsində namaz qılıb,səcdə edə bilərəm.

2.Yeri mənim üçün təharət vasitəsi qərar verib ki,dəstəmaz və qüsl 

əvəzində yerə, torpağa təyəmmüm edə bilərəm.

3.Müharibədə  kafirlərdən  qənimət  götürülmüş  şeyləri  mənə  halal 

edib.

4.Kafirlərin  qəlbinə  məndən  qorxu  salıb,mənə  bu  yolda  köməklik 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə