Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə54/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   50   51   52   53   54   55   56   57   ...   292

160

yanına gedib:-Möhtərəm Şeyx!Mən sizin mərhəmət və acımanıza möh-

tacam. Ümidsizəm, mənə lütf ediniz,-deyə ona müraciət edir.

Şeyx:-Açıq danış,sənin dərdin nədir?-deyə sual edir.

Padşahın  adamı  meyvəsini  yeyənin  ölməyəcəyi  ağac  və  başına 

gələnlər haqqında ona danışır. Adamı axıra kimi sükutla dinləyən şeyx 

gülümsəyərək deyir:

-Ey könlü təmiz, saf kişi!Sənin səhvin, həqiqətən də, beləbir ağacın 

olmasına inanmağındır.Bu ağacdan məqsəd alim bir kimsənin sahib ol-

duğu bilikdir, elmdir.Bilgi ağacı çox böyük, yüksək və genişdir. Allahın 

hər tərəfi bürüyən dənizindən meydana gəlmiş bir abi-həyatdır.

Açıqlaması:-Peyğəmbər(s.ə.s.) buyurur ki:-Cənnət ağaclarından bir 

ağaca rast gəldiyiniz zaman onun kölgəsində oturun, meyvəsindən də 

yeyin.Səhabələrindən biri soruşur:-Ya Rəsulallah! Cənnət ağacına biz 

həyatda və dünyada ikən necə rast gələ bilərik? Peyğəmbər(s.ə.s):“Bir 

alimlə rastlaşdığınız zaman Cənnət ağaclarından olan bir ağacla rast-

laşmış olursunuz,”-deyə buyurur. (Mövlana Cəzalı “Altın Ögüdlər”-



tərcümə Hüseyn Okur.)

Hədis:Peyğəmbər(s.ə.s.)buyurur:-Elm öyrənin. Çünki onu öyrənmək 

həsənə, təsdiq etmək təsbih, mübahisə etmət cihad, bilməyənə öyrətmək 

sədəqə və Allah dərgahına yaxınlaşmaq üçün vasitədir. Çünki elm ha-

lal və haramı bilməyə səbəbdir. Elm onu əxz edəni behiştə tərəf çəkər. 

Elm  vəhşətdə  munis,  tənhalıqda  dost,  şadlıq  və  çətinlikdə  dəlil,  yol 

göstərən, düşmənlərə qarşı silah və dostlar üçün zinətdir. Elm qəlblərin 

oyanmasına, gözlərin korluqdan nur tapmasına və bədənlərin zəiflikdən 

qüvvət tapmasına səbəb olar. Allah alimləri ən yaxşı mənzillərdə qərar 

verər,onlara dünya və axirətdə yaxşı insanların məclislərini bəxş edər.

Məhz elmin vasitəsilə Allaha ibadət və itaət olunur.Allahın yeganəliyi, 

onun halal-haramı məhz elmin vasitəsi ilə tanınır.Elm əməlin rəhbəridir, 

əməl də ona tabedir. Allah elmi xoşbəxtlərə ilham verib, bədbəxtləri isə 

ondan məhrum edib.(Üsulu-Kafi)

Hədis-İmam Cəfər ibn Muhəmməd Sadiq buyurmuşdur:-Əgər mö-

min gənc Quran oxuyarsa, o zaman Quranı ətinə və qanına çəkər, Bö-

yük Allah onu xeyirxah və sadiq mələklərlə birlikdə yerləşdirər. Əlavə 

olaraq Quran onun üçün sədd (onunla Cəhənnəm arasında) rolunu oy-

nayar. (Savabul Əməl,s.226)

Hədis:-Peyğəmbərimiz buyurur:-Allahın sevdiyi birinci şey bilikdir 

və O demişdir: -Mən gizli bir xəzinə idim və istədim ki, məni tanısınlar, 

öyrənib bilsinlər, buna görə məxluqatı yaratdım. (Üsulu-kafi 1-c)

Hədis: İmam Cəfəri Sadiq iki şey vacibdir:1.Elm öyrənmək. 2.Kəsb 



161

etmək  (dərk  etmək).Elm  öyrətməklə  dini  izah  etmək  və  dünyanı  is-

lah etməkdir. Deməli, hər kim elm öyrənsə, amma kəsb-ticarət etməsə 

(öyrətməsə),  Qiyamət  günündə  yoxsul-müflis  halda  qalar.(Zubdətul 



əhadis)

Hər kim öyrənməyi bilməyirsə ar,

Sudan dürr,daşdan da gövhər çıxarar.

Ancaq öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan. (N.Gəncəvi)

SALAVAT-SALAMI PEYĞƏMBƏRƏ 

ALLAH BƏXŞ ETMİŞDİR

əl-İnşirah-1-8-Ya  Muhəmməd!  Məgər  biz  sənin  qəlbini  açmadıq-

mı? Qəlbinə Peyğəmbərlik elmi ilə genişlik vermədikmi ki,sənə yetişən 

əziyyətə səbir edəsən? Sənin ağır yükünü yüngül etdik ki, sənin belinə 

ağırlıq etmişdi. Peyğəmbərlik yükü çox ağır yükdür, onu hər bir insan 

götürə bilməz. Amma biz sənə öz tərəfimizdən qüvvət verdik ki, öz işi-

ni yerinə yetirə biləsən.Yaxud kafirlərdən çəkdiyin qəm və müsibətlər 

sənə böyük yük olmuşdu. Biz sənin zikr olunmağını uca etdik. Bizim 

tərəfimizdən  yetişən  təsəlli  ilə  sən  o  yükü  öz  arxanda  götürdün.  Ha-

rada Mənim adım zikr olunsa-salavatda, tövhid kəlmələrin də, azanda 

və xütbələrdə, ya Muhəmməd, sənin adın da Mənim adımla birlikdə 

zikr  olunar.  Həqiqətən,  çətinlikdən  sonra  asanlıq  var.  Risaləti  təbliğ 

etdikdən  sonra  ibadət  etmək  üçün  zəhmət  çək  və  ancaq  Allaha  bel 

bağla!(Kitabul-Bəyan fi təfsiril-Quran.) 

əl-Əhzab-56-Həqiqətən,Allah  və  Onun  mələkləri  Peyğəmbərə  Sa-

lavat  göndərirlər.  (xeyir-dua  verirlər)Ey  iman  edənlər!  Siz  də  ona-

Peyğəmbərə Salavat-Salam göndərib,layiqincə salamlayın! Siz də ona 

salavat gətirin (Allahummə Salli əla Muhəmmədin və ali Muhəmməd, 

Əssalamu  əleykə  əyyuhənnəbiyyu  və  rəhmətul lahu  və  bərakətuh!)-

deyin. 


 PEYĞƏMBƏRƏ SALAVAT GÖNDƏRİN

Salavat-Allahdan  rəhmət,  mələklərdən  istiğfar,  möminlərdən  dua 

mənasına  gəlir.  Salavat-Allahdan  rəhmət,yəni  Allah  Muhəmməd 

Peyğəmbəri Öz rəhmətinə daxil edıb və mələklərin yanında onun uca 

ismini şan və şərəfli edib.Mələklər də Hz.Peyğəmbər haqqında dua-is-




162

tiğfar edərək Peyğəmbərimizə məhəbbət və hörmətlərini izhar edərlər. 

Möminlər  də  Peyğəmbərə  Salavat-Salam  gətirib,dua  etməklə  ona  öz 

bağlılıqlarını can-könüldən bildirib, bununla da Uca Allahın şəfaətinə 

çatmaq arzusunda olarlar.

Açıqlama:Salavatların  ən  fəzilətlisi,  təhiyyətlərın  ən  mükəmməli, 

təslimiyyətlərin ən gözəli, kainatın ağası olan Allahın, yaratdıqlarının 

ən şərəflisi, varlıqların xülasəsi olan Muhəmməd Peyğəmbərdir. Sala-

vat-Salam Həzrəti Muhəmmədin ən böyük isminə və əqldən əvvəl yara-

nan ən mükəmməl ruhuna olsun. Allah onu:”Sən olmasaydın, fələkləri 

yaratmazdım” xitabı ilə ucaltmışdır. O, Quran vasitəsilə xalqı cəhalət 

qaranlıqlarından  hidayət  nurlarına  çıxarmışdır.  Onlara  öz  nəfslərini 

tanıtdıraraq, Haqq elmini öyrətmiş və bununla da onlara hidayət yo-

lunu  göstərmişdir.  Salavat-Salam  onun  Əhli-Beytinə  olsun  ki,onlar 

sözlərində, işlərində, imanlarında, elm, səbir və əxlaqlarında Peyğmbərə 

(babalarına) uyaraq, könüllərində iman nuru və irfan rahatlığı ilə onun 

bütün göstəriş və vəsiyyətlərini yerinə yetirmişlər. (Mövlana Furatı 



“Qırx sual”)

Peyğəmbər(s.ə.s.)in öz dilindən söylənən-salavat gətirmənin savab 

fəziləti,fayda və savablarını bildirən hədislər vardır:

Hədis:-Qiyamət günü mənə insanların ən yaxın olanları mənə ən çox 

salavat şərifi gətirənlər olacaqlar. (Səhihi-Buhari,Muhtasari-Təcridi 



Sarih.)

Hədis:-Kim ki mənə bir dəfə salavat gətirsə,Allah-taala o kim səyə 

on dəfə salavat gətirər,(on dəfə rəhmət edər) on günahını bağışlayar, 

on  dəfə  dərəcəsini  yüksəldər  və  on  dəfə  əməl  dəftərinə  savab  yazar

(Səhihi-Buhari, Muhtasari-Təcridi Sarih.)

Hədis:-Kiminsə  işi-gücü  pozulub,  çətin  müşküllərə  düşdüyü  za-

man  mənim  üçün  çoxlu  salavat  oxusun.  Bu  salavatlar  kədərləri, 

sıxıntıları,qəmginlik  və  müsibətləri  uzaqlaşdırar.  Ruziləri  çoxaldar, 

işlərin, ehtiyacların düzəlməsinə səbəb olar. 



Hədis:-Allahın  bir  qrup  mələkləri  vardır  ki,ümmətimin  mənim 

üzərimə  gətirdiyi  salavatları  mənə  çatdırarlar.  (Səhihi-Buhari, 



Muhtasari-Təcridi Sarih.)

Salavatlar:-Allahummə salli əla Muhəmmədin və ənzilhul muq`adəl 

muqarrabə indəkə yəvməl qiyaməti.



Mənası:-Ey Allahım! Həbibin Muhəmmədə Salavat edib və Qiyamət 

günündə onu Sənə yaxın bir yerə,məqamı-Mahmuda yetişdir.



Salavat:-Allahummə Salli əla ruhi Muhəmmədin fil`ərvahi və salli 

əla cəsədi Muhəmmədin fil`əcsədi və salli əla qabri Muhəmmədin fil 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə