118
təkdir, nə doğub, nə də doğulmayıb.İsa yalnız Allahın Peyğəmbəridir
ki, onu Məryəm vasitəsi ilə dünyaya gətirmişdir.İsa Allah tərəfindən
gələn ruh sahibidir. Allaha və onun Peyğəmbərlərinə iman gətirin.Heç
vaxt“Allah üçdür” deməyin və bura daxil olmaqdan özünüzü saxlayın
ki, Cəhənnəm odunda yanmayasınız. İbadətə layiq olan Allah yalnız
birdir. Övlad nisbət verilməkdən pakdır. Bütün insanlara,onların işlərinə
vəkil olmağa Allah kifayətdir. İsa əl Məsih də, Müqərrəb mələklər də
Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər.Allah Ona ibadət etməyi
özünə ar bilənləri və lovğalıq edənlərin hamısını öz hüzuruna toplaya-
caqdır!
HƏZRƏTİ İSA ZÜHUR EDƏCƏK
əz-Zuxruf-59-O,Məryəm oğlu İsa ancaq nemət-Peyğəmbərlik ver-
diyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir bəndədir.
əz-Zuxruf-61-Şübhəsiz ki, İsanın zühuru Qiyamət saatı üçün bir
əlamətidir. Qiyamətə şəkk etməyin.
Məryəm-33-34-“Doğulduğum günədə, öləcəyim günədə, diriləcəyim
günədə Allahdan mənə Salam olsun!”Bu, onların ixtilafda olduqları
Məryəm oğlu İsa haqqında Allahın buyurduğu haqq sözdür! (Allahın
Salavat Salamı olsun, zühur edib haqqı bərqərar edənə!)
İSA İBN MƏRYƏMİN ÜMMƏTİNƏ TÖVSİYYƏSİ
əs-Səff-6-9-Ya Muhəmməd!Xatırla ki, bir vaxt Məryəm oğlu İsa
belə demişdi:”Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl ol-
muş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir
Peyğəmbərlə,sizə müjdə verən Allahın elçisiyəm!”
Sonra Məryəm oğlu İsa da,Muhəmməd əleyhissalam da onlara aş-
kar möcüzələrlə gəldikdə onlar:”Bu, açıq-aşkar sehrdir!”-dedilər.
İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan daha
zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz! On-
lar Allahın nurunu, İslam nurunu öz ağızları (öz iftira və şərləri) ilə
söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu,
dinini tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün
dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərini doğru yolu
göstərən rəhbərlə, Quranla və haqq dinlə göndərən Odur!
119
İNCİLDƏ İSLAM PEYĞƏMBƏRİ HAQQINDA
Ali-Imran-79-80-Bir bəşərə rəva deyil ki,Allah ona kitab, hikmət,
nübüvvət versin, sonra o desin ki, Allaha yox, mənə bəndə olun.Əksinə,
o deyər ki, Allaha ibadət edənlərdən olun. Bir-birinizə kitabı öyrədin və
ilahi hökmlərdən dərs verin.O zaman ki, Allah bütün Peyğəmbərlərin
əhdini aldı və sizə Allah tərəfindən kitab və hikmət gəldi.Bütün İlahi
kitablarda göstərilən və onları təsdiq edən axırıncı Peyğəmbərə iman
gətirəsiniz və ona kömək edəsiniz.Onlar dedilər:-İqrar etdik. Allah
buyurdu:-Mən də sizinlə şahidlərdənəm.
Açıqlama:-Allah-taala İncildə xəbər verir ki, bütün dünyanı fəth
edəcək yeni bir Peyğəmbər, Allahın bütün qanunlarını təmsil edən, yeni
bir din ilə, ancaq xristian olmayan, ”Özü qartal kimi və kişilərin ən düz-
günü” vasitəsi ilə Cənubdan,”Yeni mahnı adlanan” bir kitab ilə və Al-
lahın bütün qanunlarına riayət edən,kainatın axırıncı dini ilə gələcəkdir.
(41.Otkraveniya-12)
Bu ”Qartal,kişilərin ən düzgünü”,”Yeni mahnını”tərtil ilə oxuya-
oxuya Allah tərəfindən taxta çıxacaqdır.Bu oxunan mahnı Evangel
olmayacaqdır,lap təzə mahnı olacaqdır.(Отк.12;14-17 + Ис.19;18-25.)
Onlar Allahın adına and içəcək,Allahın adına qurbanlar kəsəcək və
bu yeni xalq xristian olmayacaqdır. (Исайя 60; 7).
Onlar Allahın evi olan tərəfdən Kidara və Nevaiofa xalqının
içindən,müsəlman olan Ərəbistanda məskunlaşan İsmail övladlarından
olacaqdır. (Отк.3;12 + Ис. 60; 7. + (Отк.3;12. Быт. 25; 13-16).
Beləliklə, İncildə qeyd edilən İslamın möhtəşəm sisteminin möcüzəsi
budur ki, bütün dünya xalqlarının mömin və seçilmiş bəndələri dünya-
nın axırında müsəlman olacaqdır.
Bibliya bu haqda xəbərdarlıq edir ki,kim bu əmri gizlətsə və yaxud
dəyişdirsə,o şey ki, tezliklə baş verəcək,onda Allah onu cəzalandırar və
ömür kitabını əlindən alar. (Otkroveniye 22;18-19.)
Təzə mahnı haqqında bütün İncillərdə belə buyurulmuşdur:
1.Ona təzə mahnı oxuyun.
2.Allah üçün o təzə mahnını oxuyun.
3.Allahım, təzə mahnını sənin üçün oxuyum?
4.Təzə mahnını öyrənin və qurtulun.
5.Təzə mahnını Məsihlə birlikdə oxuyun və nicat tapın.
Bu cür müraciətlər İncildə 9 yerdə edilib.
Bibliya xüsusi xəbərdarlıq edir. Məsih müqəddəs - “seçilmiş xalqın”
köməyinə gələcək, “qoruyucu David” kimi “Odlu divarın” arxasından.
120
Allaha inanan Yerusəlimin yarısına, hansı ki, məscidləri və qurban
kəsməkləri ilə günahkar hesab edilən xalqın köməyinə gələr,bütün
dünyada imansız Yəhudi və bütpərəstlərin padşahlarına qarşı.
(Zax.2;5+Otk.11;1-2.)
(Yəni, Həzrəti İsa zühür edib,İslam dinindən olan xalqın köməyinə
gələcək və haqqı-ədaləti təmin edib, öz ümmətinə də tövsiyə edib, tap-
şırdığı İslam dinini,bütün dünyada bərqərar edəcək.)
Bu seçilmiş xalq“Allahın adı”ilə and içəcək.İncildə xəbərdarlıq
edilir:-Allah dünyaya qalib dini, evanqeliya, Xristian olmayan dinlə,
Təzə mahnı ilə “Qartal kimi, ən düzgün kişi ilə”cənubdan çıxaracaq.
Onun mahiyyətini oxuyun və Allahın qanunlarını qoruyun. (İs.41;1-3-
36 otk.11-13.)
(Байматова А.А.“Ислам в Библии -200 пророчеств” Akade-
mik Иман В. Порохова.)
Peyğəmbərimizə, Cəbrail(ə.s.) vasitəsilə Quran nazil olanda ona belə
vəhy olundu:
əl-Ələq-1-Ya Peyğəmbər!Allahın adı ilə yavaş-yavaş, tərtillə (avaz-
la)oxu!
İNCİL HAQQINDA MƏLUMAT
Açıqlama:”İncil”sözünün lügətdə mənası bəşarət, müjdə və yaxşı
xəbər deməkdir. İncil-yəni Əhdi-cədid məsihilərin müqəddəs kitabıdır.
Lakin xristianlar İsadan sonra onun Həvariləri tərəfindən yazıl-
mış kitaba bu adı qoymuşlar və həmin bu kitaba da İsanın kəlamları,
möcüzələri, təlım-tərbiyəsi və bəzi hökmləri daxil edilmişdir.
Uca Allah Hz.İsaya “İncil”adında kitab nazil etdi.Bu kitabın adı
Quranda on yerdə zikr olunmuşdur. Maidə surəsində olan ayəyə
əsasən Allahın İsaya verdiyi İncildə hidayət, nur, Tövratı təsdiq
edən və mömünlərə öyüd-nəsihət olmuşdur. ”Əraf”surəsinin 157-ci
ayəsində bildirilir ki,Tövrat və İncildə İslam Peygəmbərinin adı da
gəlmişdir. ”Səff”surəsində isə Hz. İsa xristianlara özündən sonra gələn
Peygəmbərlə müjdə verir və onlara müraciətlə özündən sonra ona iman
gətirmələrini tövsiyə edir.
Tarix yazarlarının nəzərincə, qəti və əldə olan sübutlara əsasən belə
məlum olur ki, həqiqi Allah tərəfindən nazil olan İncil bizə gəlib çatma-
mışdır. Hz.İsadan sonra İncillər onun şagirdləri tərəfindən yazılmışdır
və onların arasında böyük ixtilaflar var.Onlarda olan hökmlərdəki ix-
tilafların özü onların əsil olmamalarına sübutdur. Təkcə Həzrət İsanın
bəzi sözlərini onların arasında tapmaq olar.
Dostları ilə paylaş: |