Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə38/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   34   35   36   37   38   39   40   41   ...   292

112

görərlər.  O,  insanları  yaxşı  işlərə  əmr  edər,  pis  işlərdən  çəkindirər, 

pak  şeyləri  onlara  halal  edər,  napakları  haram  edər,  çətin  təklifləri 

yüngülləşdirər, onların üstündə olan zəncirləri və ağır təklifləri götürər.

Ona iman gətirən, düşmənlərini qovan,ona kömək edən, ona nazil olan 

Qurana tabe olan kəslər nicat tapmışlardır.



əl-Ənkəbut-46-Kitab əhli ilə yalnız xoş rəftar ilə bəhsə girişin.Yal-

nız zalımlardan başqa və deyin:-Bizə nazil olana və sizə nazil olana 

iman gətirmişik. Bizim Allahımız və sizin Allahınız bir dir və biz onun 

qarşısında təslim olmuşuq. 



 TÖVRATDA İSLAM PEYĞƏMBƏRİ HAQQINDA

ən-Nəml-52-Bundan  əvvəl  kitab  verdiyimiz  kəslər Tövratda  onun 

adını görməklə ona iman gətirərlər.



əl-Bəqərə-89-O zaman ki onlara Allah tərəfindən Quran endirildi və 

bu kitab onların əlində olan Tövratı təsdiq etdi.Yəni, onların əlində olan 

Tövratı,  Quran  təsdiq  edir.Tövratda  bu  Peyğəmbərin  adı  və  sifətləri 

bəyan  olunmuşdur.  Muhəmməd  öz  risalətini  aşkar  etməzdən  qabaq, 

onlar Peyğəmbərin gəlişinə inanmayanların zərərinə, Allahdan fəth və 

nüsrət istəyirdilər. Onlar Peyğəmbərə kömək etməyə hazır idilər. Onlara 

sifətini tanıdıqları bir kəs gələn zaman və onun döğru-düzgün olduğunu 

bildikləri  halda,  Peyğəmbərliyini  dandılar  və  ona  qarşı  kafir  oldular. 

Haqqın üstünü örtənlərə Allahın lənəti olsun.

Açıqlama:-Yəhudilər Tövratdan oxuyub bilirdilər ki,isti qumlu Ərəb 

ölkəsində  Kidar  və  Fədəkdə  (İsmayil  Peyğəmbərin  oğlanlarının  adı 

ilə adlanan yaşayış yerləri)bir nəfər Peyğəmbər olaraq”İr” və “Ühüd” 

arasında  dünyaya  gələcək.  Həm  Tövratda,  həm  də  İncildə  axırıncı 

Peyğəmbərin Ərəbistanda dünyaya gələcəyi,bu Peyğəmbərin gətirdiyi 

dinin bütün dünya əhli üçün olacağı və ona Allah tərəfindən nazil olan 

kitabın ərəb dilində, tərtillə (avazla) oxunacağı haqqında xəbərlər ve-

rilmişdir.Yəhudilər böyük dəstələrlə həmin yerlərə axın edib oralarda 

məskunlaşaraq  axırıncı  Peyğəmbərin  gəlməsini  gözləyirdilər.  Onlar-

dan bəziləri Təyməyə, bəziləri Fədəkə, bəziləri isə Xeybərə dağılaraq, 

oralarda  məskunlaşmışdılar.  Ühud  dağının  yanında  məskən  salanlar 

yavaş-yavaş Mədinəni və onun ətrafını ələ keçirib çoxlu mal toplaya-

raq öz məqamlarını möhkəmləndirməyi bacarmışdılar.Lakin Allah-ta-

ala  Peyğəmbəri  seçən  zaman  onu  İslam  dinindən  seçdi. Yəhudilərin 

düşünüb  gözlədikləri  hadisələrin  baş  verməməsi,  onları  çox  peşman 

etdi. Onlardan bəziləri iman gətirsələr də, çoxları öz dinlərində qala-




113

raq Ərəbistanı tərk etdilər.Odur ki, Allah-taala buyurur:-Yəhudilər bun-

dan əvvəl Allahdan kömək istəyirdilər ki,vəd olunmuş Peyğəmbər tez 

gəlsin və onlar Peyğəmbərə kömək etsinlər.Lakin Peyğəmbər gəldiyi 

zaman onu inkar etdilər. 

əl-Bəqərə-90-91-Nə pis işdir ki,onlar özlərini Allahın nazil etdiyinə 

kafir olmaq müqabilində satdılar.Onlar Allahın istədiyi bəndələrinə Qu-

ran və şəriət nazil etməsinə həsəd aparırdılar.Onlara üst-üstə Allahın 

qəzəbi nazil oldu.Allahı inkar edənlər üçün dərd artıran əzablar vardır.

Onlara:-Allahın  nazil  etdiyinə  iman  gətirin  deyildikdə  dedilər  ki, 

bizə nazil olana, yəni Tövrata iman gətirdik. Bir halda ki,Quran haqdır 

və onların yanında olan Tövratı təsdiq edəndir. Allah buyurur: -Əgər 

onlar  özləri  dedikləri  kimi Tövrata  iman  gətiriblərsə,  xəbər  al  və  de 

ki,  əgər  Tövrata  iman  gətiribsinizsə,bəs  nə  üçün  bundan  əvvəl Alla-

hın  Peyğəmbərlərini  (Zəkəriyyə,Yəhya,  İsa  və  digərlərini)  öldürdü-

nüz? Bir halda ki, Tövratda, ümumiyyətlə, insan öldürmək və xüsusilə 

Peyğəmbər öldürmək haram buyurulmuşdur!



əş-Şüəra-192-202-Bu kitab aləmlərin Rəbbi tərəfindən nazil olub.

Onu  Ruhul-əmin  (Cəbrail)  gətirib  sənin  ürəyinə  ki,  çəkindirənlərdən 

olasan.O kitab ərəb dilində nazil olub və onda keçmiş Peyğəmbərlərə 

gələn yazılar da vardır.Məgər bu ayə sizə bəs deyil ki, Bəni-İsrail alimləri 

bunları bilirdilər? Əgər biz Quranı əcəmi (xarici) dilində nazil etsəydik 

və onlara oxusaydıq, yenə də iman gətirməzdilər. Beləliklə, Quranın in-

karını onların ürəklərinə yol verdik. Onlar acı əzabı görməyənəcən,ona 

iman gətirməzlər. O əzab xəbərsiz və birdən onları bürüyər.



əl-Casiyə-16-17-Biz  İsrail  oğullarına  Tövratı,  din  elmini  və  Pey-

ğəmbərlər  verdik  və  onlara  gözəl,  pak  təamlardan  ruzi  verdik.  On-

ları  Peyğəmbərlərin  çoxluğu  ilə  aləm  əhalisindən  üstün  etdik.Din 

əmrlərində,  yaxud  Muhəmməd  Peyğəmbərin  sifətləri  barədə  onlara 

möcüzələr və dəlillər verdik. Onlar yalnız özlərinə yəqinlik gəldikdən 

sonra  öz  aralarındakı  ədavət,  həsəd  və  təkəbbürlük  üzündən  ayrılığa 

düşdülər. Tövrata,  ya  da  Muhəmmədin  Peyğəmbərliyinə  iqrar  etmək 

istəmədilər. Həqiqətən, sənin Allahın Qiyamət günündə ixtilaf etdikləri 

şeylər haqqında onların arasında hökm edəcək. Sonra səni din cəhətdən 

bir  şəriətdə  bərqərar  etdik.  O  şəriətə  tabe  ol,  ona  əməl  et  və  haqqı 

bilməyən kəslərin istəklərinə tabe olma. Şübhəsiz, onlar Allah göndərən 

əzabdan bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-biri ilə dostdur-

lar, onlar səni aradan aparmaq üçün müttəfiqdirlər. Allah isə təqvalıların 

dostudur və Allah səni qoruyar.




114

əl-Maidə-15-Ey əhli-kitab! Həqiqətən, sizə bizim Rəsulumuz gəldi. 

O,sizin kitabda gizli tutduğunuz xəbər və hökmlərin çoxunu bəyan edər 

və çoxunu əfv edər.

Həqiqətən,sizə Allah tərəfindən böyük nur olan Nuri-Muhəmməd və 

Lövhi -Məhfuzda olan kitab-Quran gəldi. Allah onunla, onun razılığına 

tabe olan kəsi salamat olan yola hidayət edər ki,yol əzabdan uzaq və 

(Cənnətdir)  salamatdır.  Onları  öz  izni  ilə  zülmətlərdən  İslam  nuruna 

çıxarar və düz yola hidayət edər. 



əl-Əhqaf-12-Ondan əvvəl də bir rəhmət və rəhbər olaraq Musanın 

kitabı Tövrat gəlmişdi. Bu kitab, Quranı ərəb dilində olan halda təsdiq 

edəndir. 

Açıqlama:-Tövratda və İncildə Hz.Muhəmmədin adı, şəkli, əxlaqı, 

boyu, yerişi və sair əlamətləri təsvir edilmiş və belə bir Peyğəmbərin 

gələcəyi  xəbər  verilmişdi.  Hz.Musa  və  Hz.İsa  dinindən  olan  din 

xadimləri  bu  məlumatı  Peyğəmbərdəki  əlamətlərlə  müqayisə  edib 

gördülər ki, bu şəxs həmin xəbər verilən Axir zaman Peyğəmbərdir. La-

kin onlar öz dinlərinin təəssübünü çəkərək, bunu gizlətdilər. Onlardan 

bəzisi bunu aşkar etmək istəyəndə həmin dinin varlı-dövlətli adamları, 

həmçinin Peyğəmbərə düşmən olan və İslamın inkişafına mane olmaq 

istəyən, kafir, münafiq və müşriklərdən də dövlətli olanlar din adamları-

na rüşvət verib onları vadar edirdilər ki,bu həqiqəti ört-basdır edib,onun 

Peyğəmbərliyini inkar etsinlər.Dövrümüzdə də bu cür savadsız və inad-

kar alimlər vardır ki, dinimizin mahiyyətini bilmədən ona iftira edir və 

onun haqqında başa düşmədən fikir yürüdürlər.

 TÖVRAT HAQQINDA MƏLUMAT

 

Açıqlama:-Tövrat,  yaxud  Əhdi-ətiq,  yəhudi  qövmünün  tarixini, 

məzhəbini, nəğmələrini və hökmlərini əhatə edən nəzm məcmuəsindən 

ibarətdir. Əhdi-ətiq bir neçə bölmədən ibarətdir ki, Hz. Musaya vəhy 

şəklində  nazil  olan  Tövrat,  yalnız  onun  bir  qismini  təşkil  edir.  Bu 

müqəddəs  kitabın  sayı  haqqında  müxtəlif  fikirlər  mövcuddur.Bəzi 

yəhudi  alimləri  Əhdi-ətiqə  müəyyən  hissələri  əlavə  etmişlər,  halbuki 

başqaları həmin hissələri qəbul etmirlər.

Əhdi-ətiq kitabı ibri dilində,az bir qismi fəldani dilində yazılmışdır 

ki, hər ikisi ərəb dili kimi sami dillər qrupundandır.

Tövratın beşlik təşkil edən sifrlərindən(kitab cildi) hər biri xüsusi bir 

məsələni əhatə edir:



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə