Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə39/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   35   36   37   38   39   40   41   42   ...   292

115

1-ci.Sifri peydayiş:-Bu kitabda dünyanın və insanın xilqəti, Adəm 

ilə Həvvanın başına gələn əhvalatlar,onların düçar olduqları xətalar və 

nəticədə  behiştdən  xaric  olmaları  ilə  əlaqədar  məsələlərə  toxunulub. 

Adəmin övladlarının başına gələn hadisələr, Nuh tufanı,Hz.İbrahimin 

və onun nəslindən olan sair Peyğəmbərlərin, yəni Hz. İshaqın,Yəqub 

övladlarının, xüsusən Hz. Yusifin əhvalatları nəql olunur və sifr Hz. Yu-

sifi bəyan etməklə sona çatır.

2-ci.Sifri  xüruc:-Bu  kitabda  Bəni-İsrail  qövmünün  Hz.  Yusifdən 

sonrakı  tarixi,  bu  qövmün  Hz.Musanın  zühuruna  qədər  başına  gələn 

hadisələr,  onların  arasından  Bəni-İsrailin  Misirdən  çıxaraq,  çöllərdə 

avara-sərgərdan  qalmaları,  məşhur  10  fərmanın  mətni  və Yəhuvə  ilə 

əlaqədar çoxlu məsələlər nəql olunmuşdur.

3-cü-Sifri  edad:-Bu  kitabda  Bəni-İsraıl  qövmünün  12  illik  təşkil 

edən əsbat bölgüsü üzrə sayı,bu qövmün mənzillərinin, ictimai tərbiyə 

və tənzimlərinin tərtibə salınması bəyan edilib.Bu sifrdə eləcə də Bəni-

İsrail qövmünün daxilində baş verən bəzi qiyamlar, Musanın dövründə 

baş verən hadisələr bəyan edilmişdir.

4-cü-Təsniyə  sifri:-Bu  kitabda  əvvəlki  kitablara  nisbətən  geniş 

şəkildə şərh olunan mühüm tarixi bəhslər,şəriət hökmləri ixtisarla təkrar 

olunmuş, nübüvvət və Yuşa ibni Nunun canişinlik məsələsi ilə əlaqədar 

olunan bəhslər qeyd edilir.



5-ci-Hikmətli  sözlər:Bu  kitab  münacat  və  şeirlərdən  ibarətdir. 

Həmçinin  Əyyubun,  Davudun  və  Süleymanın  həyatları  və  başlarına 

gələn hadisələr, hikmətli kəlamları, şeirləri və minacatlərı barədə bəhs 

edilir.


Tövratın beşlik təşkil edən əsfarından sonra Bəni-İsrail Peyğəmbər-

lərinin sair kitabları və səhifələri Əhdi-ətiqin sonrakı bölmələrini təşkil 

edir və onun 12 bölməsi Bəni-İsrail qövmünün tarixinə həsr edilmişdir.

Nəhayət,  sonrakı  17  kitab  Peyğəmbərlərin  Bəni-İsrail  qövmü 

barəsində  qabaqcadan  verdikləri  xəbərlər  və  qövmün  başına  gələcək 

çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.



Bu 17 kitab aşağıdakılardır:

Əşqiya peyğəmbərin səhifələri,

İrmiya peyğəmbərin səhifələri,

İrmiya peyğəmbərin mərsiyə kitabı, 

Həzqiyə peyğəmbərin səhifələri,

Daniyal peyğəmbərin səhifələri, 

Ruşəh peyğəmbərin səhifələri,


116

Yuil peyğəmbərin səhifələri, 

Amıl peyğəmbərin səhifələri, 

Üvəbədya peyğəmbərin səhifələri,

Yunus peyğəmbərin səhifələri, 

Mikan peyğəmbərin səhifələri, 

Nahun peyğəmbərin səhifələri, 

Həbquq peyğəmbərin səhifələri,

Səfniya peyğəmbərin səhifələri,

Həcci peyğəmbərin səhifələri, 

Zəkəriyyə peyğəmbərin səhifələri,

Məlaki peyğəmbərin səhifələri.

Hədis: Şeyx Səduq “İkmalu-din” kitabında Muhəmməd Peyğəmbər-

dən rəvayət edir ki:”-Hz. Musa Tövratda mənim barəmdə yazılmışlar 

haqqında Uca Allahdan soruşmuşdur: Musa (ə.s.) bir gün Allahdan so-

ruşdu:


-Ya Allah! Bəndələrindən sənə ən çox əziz olanı kimdir?

Uca Allah buyurdu:-Bəndələrimdən mənə ən çox ibadət-itaət edib və 

daima Tövhidi zikr edənlər!

Musa(ə.s.):-Bəndələrindən ən zəngini kimdir?-deyə soruşdu.

Uca  Allah  buyurdu:-Ona  verdiyim  hər  bir  şeyə,(pis-yaxşı)  razı 

olub,şükür edənlər!

Musa(ə.s.):Bəndələrindən ən yaxşı hökm verəni hansıdır?- deyə so-

ruşdu.Uca Allah buyurdu:

-İnsanlar  haqqında  özü  üçün  hökm  verdiyi  kimi  hökm  versin!  Musa 

(ə.s.):-Bəndələrindən sənə qarşı ən çox hissiyatlısı kimdir? -deyə soruşdu.

Uca Allah buyurdu:-Onlardan məni ən yaxşı tanıyanlar!

Musa (ə.s.)-Ya Allah!Mən sənə necə şükür edim ki, mənə ehsan bu-

yurduğun nemətlərdən, ən kiçik bir neməti belə bütün əməllərim ödəyə 

bilməz,-deyə soruşdu.

Uca Allah buyurdu:-Ey Musa!Bax, indi sən Mənə şükür etdin!

Musa (ə.s.):-Ey Allahım!Yaxşılığı əmr edib,pislikləri nəhy edən və 

Allaha iman edən xeyirli bir ümmətin,insanlar üçün ortaya çıxarılaca-

ğını Tövratda yazılı gördüm-dedi.

Uca Allah buyurdu:-Onlar Əhmədin ümmətidir!

Musa (ə.s.):-Ey Allahım!Özlərindən əvvəlki kitabları, İncilləri (elm 

və hikmətin əsli olan kitabları) əzbərləməyib, üzündən oxuyub, lakin 

onlara  qəlbən  inanan  bir  ümmət  haqqında-Tövratda  yazılı  gördüm,-

dedi.Uca  Allah  buyurdu:-Onlar  Əhmədin  ümmətidir!  Musa(ə.s.):-Ey 



117

Allahım! Tövratda yazılmış bir ümmət gördüm ki, onlardan birisi bir 

pislik etməyi fikirləşsə,ona günah yazılmaz, ancaq etmiş olsa, bir günah 

yazılar. Onlardan birisi bir yaxşılıq etməyə niyyət edərsə, bir savab ya-

zılar. Onlardan birisi bir yaxşılıq edərsə,on savab yazılar,-deyə soruşdu.

Allah buyurdu:-O, Əhmədin ümmətidir! 



 YƏHUDİLƏR ÜZEYRƏ ALLAHIN OĞLU DEDİLƏR

ət-Tin-7-8-Ey  təkzib  edən!  Bəs  səni  nə  vadar  edir  ki,bu  qədər 

dəlillərdən  sonra  dini  təkzib  edəsən?  Məgər  Allah  hökm  edənlərin 

ən  yaxşısı  deyilmi,  məgər Allah  bütün  yaradılmışlarla  ədalətlə  rəftar 

edən deyilmi?Ya Peyğəmbər!Bununla belə onlar nə üçün səni təkzib 

edirlər?Eləcə  də”Allah  özünə  övlad  götürmüşdür,”deyənləri  qorxut. 

Onların bəziləri mələklərin Allahın qızları olduğunu, bəziləri isə İsanın, 

ya Üzeyrin onun oğlu olduğunu deyirlər. Onların nə özlərinin, nə də 

atalarının bu haqda heç bir bilikləri yoxdur.Onların danışdıqları hamısı 

yalandır.

əz-Zuxruf-15-19-Müşriklər bəndələrindən bir hissəsini Allaha öv-

lad qərar verdilər. Dedilər ki,İsa və Üzeyr Allahın oğulları, mələklər isə 

qızlarıdır.Həqiqətən, insan aşkar surətdə nemətlərə qarşı küfr edəndir. 

Məgər Allah öz yaratdığı bəndələrdən qızları qəbul etdi və siz müşriklər 

isə oğlanları bəyənib seçdiniz? Müşriklər mələkləri Allahın qızları fərz 

etdilər.Məgər  Allah  mələkləri  yaradan  zaman  onlar  orada  idilərmi? 

Tezliklə onların bu şəhadəti yazılar və onlar bu sözdən soruşularlar.

əl-Maidə-18-Yəhudilər  və  xristianlar  dedilər  ki:“Biz  Allahın  öv-

ladı və dostlarıyıq”. Yəhudilər:-Biz Üzeyrin övladı,Üzeyr də Allahın 

oğludur,-dedilər. Xristianlar isə:-Biz Məsihin tərəfdarlarıyıq, o da Alla-

hın oğludur,-dedilər.Ya Peyğəmbər! De ki, bəs nə üçün günahlarınızın 

müqabilində Allah sizə əzab verir? Xeyr, siz bəşərsiniz, Allahın yarat-

dıqlarındansınız. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Qayı-

dacaq yer ona tərəfdir. 

 XRİSTİANLAR HZ.İSAYA ALLAH DEDİLƏR

Məryəm-88-Söylədi:”Rəhman Allahın övladı var,”-şübhəsiz, pis söz 

danışırsınız. Az qalır bu sözdən göylər və yer parçalanıb, dağlar yıxılıb 

bir-birinə dəysin.Çünki Rəhman Allaha övlad sahibi olmaq yaraşmaz.” 

ən-Nisa-171-172-Ey  əhli-kitab!  Öz  dininizdə  həddinizi  aşmayın. 

Xristianlar İsaya Allah dedilər. Allaha qarşı haqsız söz dedilər. Allah 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə