Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə37/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   33   34   35   36   37   38   39   40   ...   292

109

Adəm (ə.s.) yer üzündə ilk insan, həm də ilk Peyğəmbərdir.Uca Al-

lah Adəmə və onun övladlarına ilk təlimatını,din adlandırdığımız həyat 

qanununu vermişdir. Allah-taala hər dövrdə insanların düzgün yaşama-

sı üçün Peyğəmbərlər göndərmişdir.Peyğəmbərlərin əvvəlincisi Adəm 

(ə.s.),  axırıncısı  isə  Hz.Muhəmməd  Xatəmül-ənbiyadır.Yer  üzünə 

göndərilmiş Peyğəmbərlərin kitablarına inanıb onlara iman gətiririk.

əl-Mumin-15-Dərəcələri  yüksəldən  -  Mələklərin,  Peyğəmbərlərin, 

övliyaların və möminlərin mərtəbələrini ucaldan ərşin sahibi olan Al-

lahdır.  O  öz  sözünü-vəhyi  bəndələrindən  istədiyinə  nazil  edər  ki,  o 

Peyğəmbər  insanları  görüş  günü  ilə,yer  və  göy  əhlinin,ibadət  edənlə 

ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin 

qovuşacağı Qiyamət günü ilə qorxutsun! 



Qeyd: Bütün Peyğəmbərlərin həyatı haqqında kitabın sonuncu səhi-

fələrində qısa məlumat verilmişdir.



 PEYĞƏMBƏRLƏRİ BƏŞARƏT VERƏN, QORXUDAN 

GÖNDƏRDİK

əl-Kəhf-55-58-Biz Peyğəmbərləri yalniz bəşarət verən və qorxudan 

olduqları halda göndərdik. Kafirlər öz batil sözləri ilə Peyğəmbərlərlə 

mübahisə edib, istehza edərlər ki, haqqı aradan aparsınlar.Bu əməllərinə 

görə onlar həm bu dünyada, həm də axirət aləmində cəzalanarlar.



əl-Mumin-78-83-Ya  Peyğəmbər!  Biz  səndən  qabaq  Peyğəmbərlər 

göndərdik. Onların bəzisi haqqında sənə danışdıq,bir qismi haqqında isə 

danışmadıq. Heç bir Peyğəmbər Allahın izni olmadan möcüzə göstərə 

bilməz. Allahın  hökmü  gəldikdə  kafirlə  müsəlman  arasında  haqq  ilə 

hökm olunar. O zaman batil olanlar ziyankar olarlar. Peyğəmbərlər on-

lara möcüzələrlə gəldikdə inkar etdilər. Allah onlara kömək etməyi vəd 

etdi. Buna görə də Peyğəmbərlər öz yanlarında olan elmə əsasən şad 

oldular.


Ali-İmran-33-34-Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahım övladını, 

İmran övladını aləmlərin əhlindən, risalət və nübüv vətə bəyənib seç-

di  və  onları  mələklərdən  hörmətli  etdi.Onlar  biri  digərindən  törəmiş 

bir  nəsil  idilər.  (İbrahim  övladı  İsmail  və  İshaqın  övladları  Musa  və 

Harun,Yaqub  Bəni  İsrail  övladından  ibarətdir.  Bizim  Peyğəmbərimiz 

İsmail ibn İbrahim övladlarına daxildir.)



Taha-97-98-Biz öz tərəfimizdən nazil olan Quranda keçmiş əhva-

latlardan da sizə xəbərlər verərik.Hər kəs bu əhvalatları və nəsihətləri 

diqqətlə  dinləsə,  yəqin  ki,  ibrətlər  götürər.  Qurandan  üz  döndərən 



110

kəs  Qiyamət  günündə  günah  yüklərindən  ibarət  ağır  yük  götürər  və 

Cəhənnəmdə əbədi qalar. 

 əl-İsra-107-Ya Muhəmməd! Müşriklərə de ki:-İstər Qurana inanın, 

istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elmə çatmış kəslər 

özlərinə Tövrat və İncil verilmiş kitab əhli yanlarında Quran oxunduğu 

zaman üzüüstə səcdəyə qapanarlar.



 BÜTÜN PEYĞƏMBƏRLƏRƏ ALLAHIN VƏHYİ 

MƏLƏKLƏR VASİTƏSİLƏ ÇATDIRILIB

əl-Həcc-74-Allah mələklərdən və bəşər cinsindən elçilər seçər. Mələklər 

vasitəsilə Peyğəmbərlərə vəhyi göndərər və Peyğəmbərlər vasitəsi ilə 

də insanlara çatdırar. Həqiqətən, Allah eşidən və görəndir. Yəni, Allah 

mələklərdən Hz.Cəbrail və Hz.Mikail kimi elçilər seçər,insanlar arasın-

da da Peyğəmbərləri seçər.

əl-Mursəlat-1-6-And olsun, yaxşılıqla göndərilənlərə, insanları yax-

şı işlərə dəvət etmək üçün gələn Peyğəmbərlərə!

And olsun, şiddətlə gedənlərə!(Bu Quran ayələrindən ibarətdir ki,onlar 

əvvəlcə zəif olub,getdikcə Allahın əmri ilə güclü ayələr olublar.)

And  olsun  yayanlara!(haqq  ilə  hökmləri  yayan  Peyğəmbərlərə  şa-

mildir.)


And olsun fərq verənlərə!(Peyğəmbərlərə,ya da haqla batil arasında 

fərq qoyan mələklərə.) 

And olsun vəhyi çatdıranlara! (O mələklərə ki,vəhyi Peyğəmbərlərə 

çatdırar, Peyğəmbərlər də ayələri,nəsihətləri insanlara çatdırarlar. Vəhyi 

çatdırmaq o deməkdir ki, qafil olub,günahlarda israr edən kəsləri imana 

dəvət etsinlər və möminlər tövbə edib üzr diləsinlər) 

 

HZ.İBRAHİMƏ NAZİL OLAN SƏHİFƏLƏR 

Uca  Allah  tərəfindən  Hz.İbrahimə  ilk  səhifələr  Ramazan  ayı-

nın  ilk  gecələrində  endirilmişdi.  Bu  səhifələrin  içindəkilər  qissələr, 

ibrətli sözlər ilə birlikdə Sübhanallah, Lə iləhə illəllah, Əlhəmdulilləh 

zikrindən ibarət idi.

Hədis:Əshabi-əkrəmdən Əbu Zərril Cəfəri rəvayət edir ki, Peyğəm-

bərdən İbrahimin səhifələri haqqında soruşanda, Rəsullallah belə cavab 

verdi:-Orada  bütün  məsələlər  və  ibrətli  sözlər  haqqında  yazılmışdır. 

Belə ki:“Ey səltənət verilən, sınanan, aldanan kral! Mən səni,dünyanı 

bir-birinin üzərinə yığasan deyə göndərmədim.”



111

Ondan sonra bir çox məsələlər haqqında buyurulur:

Ağlına məğlub olmayanacan ağıl sahiblərinin məlum saatları olma-

lıdır:


1)Bir saat Rəbbinə dua etmək,

2)Bir saat uca Allahın sənət və qüdrəti üzərində durub düşün mək,

3)Bir saat keçmiş istədiklərindən və gələcək istəyəcəklərindən özü-

mü sorğuya çəkmək.

4)Bir saat da halalından yemək-içmək ehtiyacını ödəmək üçün ayır-

maq.


Daha sonra ağıl sahibinə üç şey gərəkdir;

1)Zamana bəsirətlə, ibrət gözü ilə baxmaq

2)Dolanışığını düzgün qurmaq.

3)Dilini qoruyub tutmaq və az söz danışmaq.

Daha ağıllı şəxs:-Qiyamət günü üçün ruzi yığmalı, halal ləzzətlərdən 

bəhrələnməlidir.

“Əla” surəsində bu səhifələr haqqında belə buyurulur: 

əl-Əla-16-19-Lakin siz dünya həyatını axirət həyatından üstün tutar-

sınız. Axirət evi olan behişt daha xeyirli və daha əbədidir. Bu deyilən 

sözlər keçmiş Peyğəmbərlərə nazil olan kitablardadır. İbrahim və Musa 

Peyğəmbərin kitablarından ibarətdir. 



 Əvvəlki kitablarda axırıncı Kitab və Peyğəmbər haqqında

 əl-Fəth-28-29-O elə bir Allahdır ki, öz Peyğəmbərini hidayət etdi, 

onu Quran və haqq olan din ilə göndərdi ki, bütün dinlərə qalib gəlsin 

Muhəmməd Allahın Peyğəmbəridir. Ona iman gətirən kəslərin kafirlərə 

qarşı  ürəkləri  qüvvətli  və  bərkdir  ki,  İslam  dinini  yaya  bilsinlər.  La-

kin öz aralarında bir-birlərinə rəhm edərlər. Görərsən ki, Allahdan fəzl 

və  mərhəmət  istərlər, Allahın  razılığını  axtararlar.  Onların  möminlik 

nişanəsi alınlarındakı səcdənin əsəridir. Belə ki, axirətdə səcdə yerləri 

ay kimi ağarar. Bu, Tövratda və İncildə də yazılıb. O,elə bir əkindir ki, 

öz şaxələrini aşkar edər, onları qüvvətli edər. Kiçik budaqlar böyüklərin 

sayəsində şax durar və əkinçiləri təəccübə gətirər. Möminlər də əvvəl 

zəif,  sonra  bir-birinə  dəstək  verərək  qüvvətlənərlər.  Nəticədə,  öz 

qüvvələri ilə kafirləri acıqlandırarlar.

əl-Əraf-157-O  kəslər  ki,  Allah  tərəfindən  göndərilmiş  mələk-

lər  vasitəsi  ilə  xəbər  verilmiş,  heç  kəsdən  elm  almayan”Ümmü 

“Peyğəmbərə tabe olarlar.(Ümmü-təhsil almayan kəsə, Məkkə əhlinə 

isə Ümmiqura-qəryələrin-Anası deyilir).

Elə bir Peyğəmbər ki, yəhudilər və xristianlar onun adı və sifətlərini, 

əlamət  və  işarələrini  öz  yanlarında  olan  Tövrat  və  İncildə  yazılmış 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə