Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə36/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   32   33   34   35   36   37   38   39   ...   292

106

onlar  ömürlərini  küfrə  sərf  etməklə  özlərinə  ziyan  vurdular  və  iftira 

etdikləri də onların gözündən qeybə çəkildi. 

Açıqlama:-Eralar, əsrlər və illər keçib, lakin təkcə Allah bilir ki, bu 

hədsiz-hüdudsuz dünya neçə min illər arxada qoyub.Bəlkə də elə bir 

vaxt olub ki, Allahdan başqa heç bir varlıq olmayıb. Sonra Allah öz 

əzəli istəyi ilə bir-bir bütün varlıqları yaratmışdır.

Göylərin, yerin və başqa varlıqların yaranışından sonra Allah-taala var-

lıqların ən üstününü, ən şərəflisini, yəni insanı yaradaraq, onu özünə yer 

üzündə xəlifə və canişin seçdi.İlk yaratdığı insan və Peyğəmbər Adəm (ə.s) 

oldu və ona öz ruhundan üfürdükdən sonra öz elm nurundan onun qəlbinə 

salmağı iradə etdi, bu səbəbdən də əsmanı(adlar, rəmzlər və həqiqətləri, hər 

mövcuddan, hər şeydən, hər dildən Qiyamətə qədər olanı) ona öyrətdi, lakin 

özü qeyb pərdəsi arxasında gizlidir. Göylərin, yerlərin, hətta mələklərin belə 

onun əzəmətinə dözə bilmədiyi əmanəti ona tapşırdı. Allah elm və onun 

sirlərinə agahlıq məqamını insana nəsib etdi.

Uca Allahın göydəki xəzinələri məslək cövhərləri,yerdəki xəzinələri 

isə  Peyğəmbərlərin  qəlbləridir.  O  halda  bu  nicat  əlacını  yer  üzündə 

Peyğəmbərlərin qəlblərindən başqa bir yerdə axtaranlar yanılırlar. Al-

lahın ən böyük nemətlərindən biri insanların xilası və nicatı üçün on-

lara göndərdiyi Peyğəmbərlərdir. Peyğəmbərlər insanlara pisliklərdən 

qurtarmağın yolunu öyrətdilər.İnsanlara öz nəfsləri ilə necə mübarizə 

edəcəklərini,  qəlblərini  kir  və  pasdan  necə  təmizləyəcəklərini, 

qəlblərdəki  pis  niyyətlərin  təmizlənib,  saflığa  çıxmaq  yollarını 

öyrətmişlər. Peyğəmbərlər ən əmin, Allahın əmr və göstərişlərini insan-

lara heç dəyişmədən çatdıran, elçilik vəzifəsini yerinə yetirərkən Allah-

dan başqa heç kəsdən qorxmayan, ən doğru sözlü, çox ağıllı və insan-

ların bilmədiklərini vəhy ilə bilən, bildirən, onlara doğru yolu göstərən, 

yalnız Allaha ibadət etməyə çağıran və mükafatlarının da bu dünyada 

deyil, axirətdə alacaqlarını bildirən Allah elçiləridir.

Bunun  üçün  Qurani-Kərimdə  Uca  Allah  əvvəl  özünün  kamal  və 

qüdrətini vəsf edir, sonra da bəndələrinə Peyğəmbərlərini göndərib, on-

ların insanlara doğru yolu göstərməkləri haqqında belə buyurmuşdur: 



“əl-Cumuə-1-2-Göylərdə  və  yerdə  olanların  hamısı  bütün 

məxluqatın sahibi, yenilməz qüvvət sahibi olan Allahı təqdis (varlığına 

inanıb, təsdiq) edib, Onun şəninə təriflər deyər! Əksəriyyəti yazıb oxuya 

bilməyən (ümmi,cahil) ərəblərə Peyğəmbər göndərən Odur. Peyğəmbər 

onlara kitabı, hikməti və şəriəti öyrədər. Allah-taala Muhəmmədi(s.ə.s.) 

tək  ərəblərə  deyil,  Qiyamətə  qədər  dünyaya  gələcək  bütün  başqa 

ümmətlərə də Peyğəmbər göndərmişdir.” 



107

əl-Bəqərə-177-Yaxşı  əməl  heç  də  ibadət  vaxtı  üzümüzü  şərqə  və 

qərbə doğru çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Al-

laha, axirət gününə, mələklərə, Allahın kitabına və Peyğəmbərlərə iman 

gətirən və öz varını, sevdiyi halda yaxınlarına, yetimlərə bağışlayan, 

namaz qılan və zəkat verən kimsələrdir.

əş-Şura-52-Keşmiş Peyğəmbərlər kimi sənə də Quranı vəhy etdik 

ki, öz tərəfimizdən nurdur. Sən onunla insanları düz yola yönəldirsən 

(İslam dininə dəvət edib haqqa qovuşdurursan.)

Hədis:-Peyğəmbərimiz(s.ə.s.)  belə  buyurur:-Mənimlə  məndən 

əvvəlki  Peyğəmbərlərin  məsəli  ona  oxşayır  ki,  bir  kişi  ev  tikir, 

bitirir,bəzəyir, lakin bircə damının tacından başqa! Mən Peyğəmbərlərin 

sonu olaraq həmin damın tacıyam. (Üsuli kafi 1-c.)



 BİZ BÜTÜN PEYĞƏMBƏR VƏ KİTABLARA İMAN 

GƏTİRMİŞİK

əl-Bəqərə-285-Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə, Qu-

rana inanmış və möminlər də iman gətirmişlər. Onların hamısı Allaha, 

onun mələklərinə, kitablarına və bütün Peyğəmbərlərə iman gətirərək 

dedilər:-Biz  Onun  Peyğəmbərləri  arasında  fərq  qoymuruq.Allahın 

hökmlərini  eşitdik  və  itaət  etdik.Ey  Rəbbimiz,  bizi  bağışla.  Axırda 

Sənin dərgahına, hüzuruna qayıdacağıq!



əl-Bəqərə-98-Hər  kəs  Allaha,onun  mələklərinə,  Peyğəmbərlərə, 

səmavi kitablara inanmayıb, Allaha qarşı müxalif olsa, Allah da onun 

ilə düşməndir. 

əl-Qəmər-4-5-Quran vasitəsi ilə keçmiş ümmətlərin və Peyğəmbər-

lərin xəbərlərindən kifayət qədər nəsihət gəlmişdir. Bu Quranda deyilən 

sözlər haqqa yetirən hikmətli sözlərdir. Lakin (inanmayanlara, qəlbləri 

möhürlənənlərə) qorxutmalar, öyüd-nəsihətlər heç bir fayda verməz!



Əbəsə-13-Bu Quranda olan sözlər, digər Peyğəmbərlərə nazil olan 

çox möhtərəm səhifələrdə də yazılmışdır. O səhifələrin qədir-qiyməti 

ucadır.

 KEÇMİŞ PEYĞƏMBƏRLƏR VƏ KİTABLAR HAQQINDA 

NAZİL OLAN AYƏLƏR

əl-Ənbiya-25-Ya Muhəmməd! Səndən əvvəl elə bir Peyğəmbər gön-

dərmədik ki, ona:-Allahdan başqa heç bir tanrı yoxdur. Buna görə də 

yalnız Mənə ibadət edin!-deyə vəhy etməyək.



108

Əbəsə-13-Bu Quranda olan sözlər sair Peyğəmbərlərə nazil olan çox 

möhtərəm səhifələrdə yazılmışdır. O səhifələrin qədir-qiyməti ucadır.



Açıqlama:-Peyğəmbər Muhəmməd(s.ə.s.)in vəfatından yüz il son-

ra, Abbası xəlifələrindən olan əl-Mənsurun göstərişi ilə tarixçi İbni İs-

haq “Həyatı Rəsullullah”adlı kitab yazmışdır. Peyğəmbərin həyatından 

bəhs  edilən  bu  kitabda  Peyğəmbərin  Əhli-beytinin  və  əshabələrinin 

Peyğəmbər haqqında və onun öz dilindən eşitdikləri hadisələr və hədislər 

haqqında  məlumatları  toplanmışdır.  İslamın  tarixçilərindən  olan  Əbu 

Cəfər Muhəmməd İbni Cərir Təbərinin yazdığı”Təbəreyi Kəbir”adlı ki-

tabında Peyğəmbərə verilən suallar və onların cavabları şərh edilmişdir. 

Bütövlükdə isə XVII əsrdə Mövlana Furatı tərəfindən “Qırxsual”adlı 

əsəri 1840-cı ildə İstambulda, 1851-ildə Vyanada çap edilmişdir. 1881-

ci ildə rus dilinə tərcümə olunmuş və A.Arxangelskinin “Muhəmməd 

kosmologiyası”adlı kitabına əlavə edilmişdir. 1918-ci ildə İstambulda 

yenidən”Qırx sual”adı ilə çap edilmişdir: 

  Mövlana  Furatinin“Qırx  sual”kitabında  Peyğəmbərimizə  verilən 

suallardan  biri  də  keçmiş  Peyğəmbərlər  haqqında  idi.Həmin  suala 

Peyğəmbərimiz  (s.ə.s.)  belə  cavab  vermişdir:  -“Allah  yer  üzünə  124 

min  Peyğəmbər  göndərib.  Onlardan  313-ü  mürsəldir,  yəni  Allahın 

rəsulu, elçiləridir. Yerdə qalanlar isə nəbilərdir, yəni xəbər verənlərdir.”

Allahın rəsulu, elçisi o kəsə deyilir ki, Cəbrail(ə.s.) onlarla söhbət 

etmiş, onlara Allahdan Peyğəmbərlik verilməsi xəbərini vermişdir. Bu 

Peyğəmbərlərdən 28-nin adı Qurani-Kərimdə çəkilmişdir. Quranda ad-

ları çəkilən 28 Peyğəmbərdən yeddisinə kitab və lülə halında bükülmüş 

kağız,yəni risalə nazil olub. Göydən dörd kitab və yüz risalə nazil olub.

Risalələrdən  50  Şiys  Peyğəmbərə,  30  İdris  Peyğəmbərə,  20  İbrahim 

Peyğəmbərə göndərilib. Kitablara gəldikdə Tövrat Musa Peyğəmbərə, 

Zəbur Davud Peyğəmbərə,İncil İsa Peyğəmbərə, müqəddəs Quran isə 

Muhəmməd Peyğəmbərə nazil olub.

Nübüvvət-nəbilik, Peyğəmbərlik, mənası “xəbər aparan” deməkdir.

Bütün  Peyğəmbərlər  yalnız  kişilər  arasından  seçilib  göndərilmişdir.

Babaları,dinləri bir olmuş və günahdan, küfrdən uzaq insanlar olmuşlar.



Nübüvvət-Ağıl sahibi olan insanın dünya və axirət işləri haqqında 

Allah ilə bəndəsi arasındakı edilən elçilik deməkdir.



Nəbi-Qəlbinə Allah tərəfindən vəhy və ya qəlbinə ilham olunan və 

yaxud da yuxu vasitəsi ilə qəlbinə ilham olunan deməkdir.



Rəsul-Allah  tərəfindən  seçilmiş  və  Cəbrail  (ə.s.)vasitəsi  ilə Allah 

tərəfindən  vəhy  olunub,kitab  verilən  deməkdir.Hər  Rəsul  nəbidir,  la-

kin hər nəbi rəsul deyildir. Bütün Peyğəmbərlərə inanıb etiqad etməyə 

nübüvvət deyilir. 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə