Məsumlardan başqa heç bir ibadət əhli yoxdur ki, namazda qəlb hüzurunun (yəni namzda qəlbin və fikrin namazda olması) olmamasında nigaran olub Allahdan tofiq istəməsin



Yüklə 16,97 Kb.
tarix30.10.2018
ölçüsü16,97 Kb.
növüQaydalar

Məsumlardan başqa heç bir ibadət əhli yoxdur ki, namazda qəlb hüzurunun (yəni namzda qəlbin və fikrin namazda olması) olmamasında nigaran olub Allahdan tofiq istəməsin. Çünki namaz fəqət qısa kəlmələrdən ibarət olan bir ibadət deyil. O, yalnız qəlbin hüzuru ilə o həqiqi məqamına çatır.

Həqiqi namazıniki tərəfi vardır:

Biri, onun cismi sayılan zahiri tərəfi, o biri isə namazın həqiqəti və ruhu sayılan batini tərəfi. Bu hər iki tərəfin xüsusi qaydaları və əhkamı var. Orada və və əhkamlara riayət etməmək namazın qəbul olmasına öz təsirini göstərir. Necə ki, namazın zahiri vacibatlarına, əhkamını yerinə yetirməmək namazın zahirini batil edir elə də namazda qəlbin hüzuru olmasa namazın batini batil olur. Kamil bir namaz yalnız bu iki unsurun birləşməsindən əmələ gəlir.

Heç şübhə yoxdur ki, namazın batini ünsürünün ən mühüm qaydalarından biri- bəlkə də onun sirlərinə və verəcəyi nəticələrinə yetişməyin yeganə yolu- namazda qəlbin hüzur tapmasıdır. Hər bir kəsin namazda aldığı bəhrə qəlb hüzuru qədərdir. Yəni, nə qədər namazda fikrini, qəlbini cəm edə bilibsə o namazdan götürdüyü bəhrədə elə o qədərdir.

Peyğəmbəri- Əkrəm (s) bu barədə belə buyurur:

-------------------------------------------

“namazqılanın qəlbi bədəni ilə birgə namazda hüzur tapmasa, o namaza ( baxmaz) diqqət etməz.”

O həzrət (s) yenə buyurur:

-------------------------------------------

“Hüzuri qəlb olmadan heç bir namaz yoxdur(qəbul olmaz).”

İmam Səccadın (ə) bu mövzuda gözəl bir sözü vardır, buyurur:

-------------------------------------------

“ Bədənin namazı hüzuri qəlb olduğu qədər qəbul olar.”

Bütün bu həsləri izlədikdə namazda hüzuri qəlbin nə qədər vacib olduğunu anlayırıq.

Hüzuri qəlb əhəmiyyətdir. Bu əhəmiyyət hər bir işdə olmalıdır. Təsəvvür edin ki, siz öz ən yaxın dostunuzla söhbət edirsiniz. Amma diqqətiniz, fikriniz tamamilə ayrı yerdədir. Belə olduğu halda deyin görək sədaqətdən, həqiqi dostluqdan dən vura bilərsinizmi. Və yaxud o dostunuz sizin yaxınızda hər hansı bir əhəmiyyətə, şəxsiyyətə malik olduğuna şübhə ilə yanaşmazmı. Bu elə hüzuri qəlbin özüdür. Onun vacibliyi insan həyatının bütün sahələrini əhatə edir. Düzdür hər gün təkrar edilən bir iş artıq adət və mexaniki bir hala çevrilir. Bu adi hal ev işlərində ictimai fəaliyyətlərdə bəlkə də öz işlərin icrasına və son nəticəsinə ziyan yetirməz. Amma elə insan həyatının elə mühüm sahələri vardır ki, orada hüzuri qəlbın olmaması ciddi problemlərlə üzləşdirə bilər.

Dərsdə diqqət, övlad tərbiyəsində diqqət,, işdə, müduriyyətdə diqqət, o bizə hər yerdə lazımdır. Diqqətlə bişən təamın dadı belə digərindən seçilir. əslində görəsən diqqət olunmadan hansı bir ixtira , yeni kəşf, tapıntı baş verib?!

Bəzən görürsən ki, insan gün ərzində gördüyü işlərin 90%-də diqqət göstərir, yalnız bu diqqəti, hüzuri qəlbi öz namazında qoruyub saxlaya bilmir, cəmisi yarım saat ərzində qıldığı namaz vaxtını özünə qənimət sayaraq gələcəkdə görəcək işlərinin planını qurur. Bu ədalətsizlik deyilmi?!

Hər bir işdə diqqət tələb olunduğu kimi ibadətdə də tələb olunur. əgər biz nəzərə alsaq ki. Hər şey insan üçün, insan isə ibadət üçün yaranıb onda bu ibadətdə nə qədər hüzuri qəlbin vacibliyini anlaya bilərik.

Göylər, planetlər, onların arasında mövcud olan tarazlıq, yer, təbiət, canlılar aləmi diqqətsiz nəzarətsizmi yaranıb?!

Təbiətdə böyükdən tutmuş ən kiçik varlığa belə nəzər saldıqda onda sərf olunan diqqətliyini görürük. Bu diqqətlik Allah tərəfindən öz bəndələrinə verdiyi dərs deyilmi.

Allah-təala Qurani-Kərimdə bütün insanları yaradılış aləminə diqqət yetirməsini istəyir. (Ğaşiyə surəsi ayələr 17-21)

Sözsüz ki, insan yeri, səmanı hər gün görür. Elə isə nə üçün ona bu göstəriş verilir. Deməli burada baxmaq diqqət yetirmək mənasını daşıyır və Allahın da istəyiöz bəndələrinin bu ilahi nişanələrə baxıb ibrət alması,haqqa tərəf gəlməsidir.

Bu gün edilən ibadət zaman, məkan, şərait, ruhi və cismi keyfiyyət baxımından artıq dünənki ibadət deyil. Necə ki, bu gün çıxan günəş hərəkəti təkrar görünsə belə dünənki deyil. Bütün maddiyyat aləmi hər dəqiqə dəyişikliyə uğrumaqdadır. Odur ki, insan həyatında təkrar olunan heç bir şey yoxdur. əgər belədirsə onda hər bir varlığa yeni bir baxışla, diqqətlə yaraşmalıyıq.

Mütəal-Allah Qurani-Kərimdə Zəlzələ surəsinin 7,8-ci ayələrində buyurur: “ ____________________Ərəbcə___________________ ”

Belə olduğu halda bizim diqqətsizliyə haqqınız varmı?!

Əhəmiyyət vermədiyimiz bütün əməllərimizzərrə- zərrə yoxlanılacaq. Ümumiyyətlə, Xaliqin bu qədər dəqiq olduğu bir halda biz bəndələrin diqqətsizliyə haqqımız varmı?!

Bəs elə isə özümüzü toplayıb, fikrimizi səhmana salaq. Ibadət halında yalnız o böyük Allahı düşünək. Düşünmək üçün ondanda böyük və əzəmətli bir varlıq varmı?! Sevmək üçün ondanda sevimli bir rəbb tanilarmı?! Ibadət, pərəştiş üçün ondanda ləyaqətli İlahi varmı?!

Hüzuri qəlb

Hüzuri qəlb- qəlbin hazır olması deməkdir. Burada qəlb hamımızın bildiyi və daşıdığı ət parçasına deyilmir. Qəlb lətif və ruhani bir varlıqdır. Bəzən də qəlbə ruh, nəfs, insan da deyilir. Allah-təalanın bütün insana kitabları, məzəmməti və s. bu qəlbə aiddir. Qəlb və yaxud ruh ən kamil mənəvi məqamları qət edə bilər və son həddə rəzil olub uçuruma _______ bilər. Həmçinin, bu qəlb insanın düz yolu yolu addımlamasında ona _________ ola bilər.

Imam Baqir (ə) buyurur: “

____________________Ərəbcə___________________”

“Allah bir bəndənin xeyrini istəsə onun üçün öz qəlbindən bir moizəçi yaradar.”

O moizəçi daim öz sahibini moizə edib onu ayıq- sayı edər.

Bəndə ibadət etdiyi zaman şeytan hər tərəfdən ona nüfuz edib Allah imanını almağa çalışır. Sanki qəlb möhkəm bir qaladır. Şeytan bu qalanın fəth edib ona sahib çıxma istəyir. Odur ki, gərək qalanın bütün qapılarını onun üzünə bağlayasan. Gərək ruhumuzda elan bütün nöqsanları aradan qaldıraq ki, şeytan o qəlbi ala bilməsin.

Qala o vaxt alınmaz olar ki, onun bütün zəif və açıq qapıları, bacaları bağlı olsun. Qəlb də o vaxt şeytanın hücumlarından amanda qala bilər ki, bütün nəfsi zəiflikləri gücləndirəsən. Məsələn: əgər öz qəlbindən paxıllıq hissini silməmisənsə o zəif nöqtə vəsvəsə üçün çox gözəl bir nöqtədir. O nöqtədən daxil olub nailiyyətlərini sənin gözündə cilvələndirib paxılıq yarasını daha da gücləndirəcək. Onun mualicəsi o vəsvəsələrin əksinə hərəkət etməkdir. Yəni özünü başqaların nailiyyətlərinə _________ məcbur etməkdir.

Xülasəsi, qəlb evini dünyadakı evimizi qoruduğumuz qədər qorumalıyıq. Ora ilahi nurun məkanıdır. Ibadət zamanı fikri cəm etmək üçün bütün rəzil bəyənilməyənxüsusiyyətlərdən uzaq olmaqla Allahın görüşünə hazırlaşmalıyıq. Zahirimizi pak etdiyimiz kimi daxilimizi də saflaşdırmalıyıq. Necə ki şəffaf su bulanıq qabda bulanar, eləcədə İlahi ruh, Allah sevgisi çirkin qəlbdə özünə məskən qura bilməz.

Gedək Allah görüşünə

Zahiri pak, daxili pak.

________ Tanrı sevgisinə



Qəlbdə iman, gözündə nur.

(ardı var)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə