148
(Məkkə) dialekti mühüm rol oynamışdır. Həmin dil islamdan bilavasitə
qabaq, islam alimlərinin cahiliyyə adlandırdıqları dövrdə yaranmış şi-
fahi poeziya nümunələrində və habelə çox qiymətli abidə hesab olunan
Quranda artıq sabitləşmiş qramatik quruluşa və zəngin söz ehtiyatına
malik ilk klassik ərəb dili kimi təsbit edilir.
Bildiyimiz kimi, Ərəb hərfləri 28 ədəddir və bu hərflərin özünəməxsus
yazılışı və tələffüzü vardır. Bu hərflərin çoxu sözü əvvəlində, ortasında,
axırında və sərbəst olaraq dörd şəkildə yazılır, lakin tələffüz zamanı
bir hərf olaraq səslənir. Bəzi hərflər isə iki şəkildə yazılır ki, bunlar da
yazıda özlərindən sonra gələn heç bir hərflə birləşmirlər. Bu hərflərin
hamısı samitdir,yalnız oxu işarələrindən götürülən (hərəkələrdən) 3
hərf-ə, i, u vardır ki, bunlara qısa saitlər deyilir və bu üç sait vasitəsi ilə
samitlər oxunur,yəni sözlər hərəkətə gələrək tələffüz olunur. Həmçinin,
üç ədəd uzun sait vardır ki, bunlar Əlif, Vav, Yə hərfləridir. Uzun saitin
tələffüzü zamanı hərflər 3 ədəd (əlif) uzadılır. Oxu işarələrindən olan
mədd işarəsi hər hansı bir hərfin üzərində qoyulduqda, hərf 3,5,7 əlifə
qədər uzadılaraq oxunur. Quranın düzgün oxunuşu üçün hərflərin düz-
gün tələffüzü və düzgün uzadılması çox vacibdir. Bu hərflərin düzgün
uzadılması nəticəsində də avaz və tərtil əmələ gəlir. Əgər oxunuş zamanı
bir hərf düzgün tələffüz olunmazsa, sözün mənası və tərkibi dəyişərək
başqa mənalar verər. Çünki ərəb dili çox zəngin dil olduğundan bu dildə
bir kəlmə söz 10-dan da çox məna kəsb edə bilər. Bu səbəbdən hərflərin
düzgün tələffüzü və uzadılması Quranın düzgün oxunuşu üçün əsasdır.
Yazılış və oxunuş zamanı bu hərflər sağdan sola tərəf oxunur və yazılır.
Xarici dillərin öyrənilməsində sözlərin fonetik quruluşunu əks
etdirmək üçün ”Transkripsiya” adlanan şərti işarələr məcmuəsindən
istifadə olunur.
1.Cədvəldən göründüyü kimi 4 ədəd (Z) hərfi vardır.
Bunlar:Za (qalın), Zə (adi),Zəl (pəltək),Dad(qalın).
2.İki ədəd (H) hərfi vardır.
Hə- boğazdan küylü,o biri Hə-boğazdan səslənir.
3.Üc ədəd (S) hərfi vardır.
Sad-qalın səslənən,Sin-incə səslənən,Sə-pəltək səslənən.
4.2-ədəd (T) hərfi vardır.
Ta-qalın səslənən.Tə-incə səslənən.
Qalın hərf A saiti ilə, incə hərf isə Ə saiti ilə tələffüz olunur.
Birinci nəqş edilmiş “Əlif” oxu lövhədə,
Ağ pərdəli qapıda qismət oldu Əhmədə.
149
Qüdrət, səltənət verdi “Əlif “hey” həlqəsinə,
“Dal”-dan gərdənlik aldı, “Mim”-dən kəmər özünə.
“Əlif’, “dal” ilə “mim” də tapdı həyat qüvvəsi,
Bir dövlət dairəsi, bir kamal xəzinəsi. (“Sirlər xəzinəsi”)
Hədis:İmam Rza Hz.Peyğəmbərdən buyurur:-Bu uca kitab olan Qu-
ran Allahın bir ziyafətidir. Bu halda siz də əlinizdən gəldikcə Allahın
hədiyyəsini qəbul edin. Bu Quran Allahın açıq bir nuru, sağlam ipi və
şəfasıdır. Ona sarılanı qoruyub və dözümlü olanları qurtarar. Quranın
möcüzələri tükənməz,çox təkrar edilməklə də əskilməz. Quranı oxu-
yun! Uca Allah onun hər bir hərfinə on savab ehsan edər. (“Zubdətul
Əhadis”)
HZ. MUHƏMMƏD PEYĞƏMBƏR HAQQINDA
Böyüк Muhəmmədə yüz min afərin!
Xilqət torpağıdır,buna ol əmin.
Vəfa meydanının qabaqcılıdır,
Nəbilərə rəhbər,başcıl sayılır.
Günahкar ümməti qoymaz xəcalət,
Eyləyər onlara daim şəfaət.
Nə qədər yetimi sevdi, saxladı,
Dürri-yetim”qaldı odur кi, adı.
Nübüvvətə dini verdi yeniliк,
Кöməкçisi oldu ağıl və biliк.
Rəhmli кişidir,qəzəbli bir şir,
Dili gah açardır, gah da bir şəmşir.
O bütün xaslardan xas bir Ayazdır,
Məsuddan Mahmuda çatmış bir xasdır. (N. Gəncəvi)
Açıqlama:-Bildiyimiz kimi Uca Allah,Muhəmmədi(Ona Al-
lahın salavat və salamı olsun) hidayət və haqq dinlə insanlara
göndərmisdir. Hidayət,faydalı elm, haqq din isə saleh əməldir. Uca Al-
lah Peyğəmbərimizə özündən öncəki Peyğəmbərlərə əmr etdiyi kimi,
tək bir olan Allaha ibadət etməyə çağırmağı əmr etmisdir. Muhəmməd
kəlməsinin mənası daha çox“həmd olunmuş”deməkdir.Bu sözün
kökündə həmd sözü dayanır ki, mənası“hörmət etmək” və “sitayiş
etmək”deməkdir.
Peyğəmbəri uşaq ikən iki adla çağırmışlar. Bir adı babası Əbdül-
Mütəllibin qoyduğu Muhəmməd, digəri isə anası Aminə nin qoymuş
olduğu Əhməd adı idi. Əhməd adının da kökündə”Həmd”sözü dayanır
150
və mənası“çox sitayış olunan”deməkdir. Peyğəmbərə bu adla daha çox
müraciət edən insan, əmisi Əbu Talib olmuşdur. Belə rəvayət olunur
ki, Merac hadisələrinin bir çoxunda Allah-taala Peyğəmbərə dəfələrlə
bu adı ilə müraciət etmişdir. Bəlkə ona görə də Həzrətin göylərdə adı
Əhməd, yerdə isə Muhəmməd kimi məşhur olmuşdur.
İslam Peyğəmbərinin on adı olmuşdur. Onlardan beşi Quranda
çəkilir:-Muhəmməd, Əhməd, Abdullah,Yasin və Nun.
əd-Duha-6-11-Ya Muhəmməd! Məgər səni Allahın dünyada yetim
ikən qorumadımı? Sən atanın üzünü görməmişdin və sən kiçik olan za-
man anan vəfat etmişdi. Allah sənə Əbdul-Mütəllib övladlarının yanın-
da yer verdi və Əbu Talib sənə qəyyum oldu. Allah səni misli yer üzündə
olmayan, sədəfin içindəki bir “dürr-yetimə” bənzətdi. Bir çox dürrün
içində bircə dənə ən yaxşı dürr sayılır ki, adına “dürr-yetim”deyilir,
yəni tək bir dənədir. Bunun üçün də Allah səni Peyğəmbər seçərək öz
yanında yer verdi. O, səni bir halda tapdı ki, sən qiymətsiz, tanınmamış
idin. Məkkədə heç kəs sənin qədir-qiymətini bilmirdi. O zaman Allah
insanlara yol göstərdi ki, səni tapsınlar və Allah səni fəqir tapdı ki, mal-
dövlətin yox idi və səni dövlətli etdi. Xədicənin (ə.) malı ilə, ya qənaət
ilə, ya qənimətlər ilə dövlətli oldun. Bu nemətləri sənə verən Allah səni
düşmənlərinə qalib etməyə də qadirdir. Allahın sənə verdiyi nemətlər
müqabilində yetimə acıqlanma, dilənçini naümid etmə və Allahın sənə
olan nemətindən söhbət aç,üstünü örtmə və şükür et! (Kitabul-Bəyan
fi təfsiril-Quran.)
PEYĞƏMBƏRİ UCA ALLAH GÖNDƏRİB
Hədis:-Hz.Peyğəmbəndən soruşdular:-Ya Rəsulullah,sən nə zaman
Peyğəmbər oldun? Peyğəmbər:-Adəm (ə.s.)hələ ruh və cəsəd arasında
olarkən,-deyə buyurdu. (Üsuli Kafi)
Yasin-1-3-Ey əvvəlin və axırın seyyidi olan Peyğəmbər! Haqq ilə
batil arasında olan Qurana and olsun ki,sən, həqiqətən, Allah tərəfindən
Peyğəmbərliyə göndərilmişsən və düz yoldasan.
əl-Əhzab-45-Ya Peyğəmbər! Biz səni ümmətinə bir şahid, bir
müjdəçi və bir qorxudan kimi göndərdik.
ən-Nəml-92-Ya Peyğəmbər! De ki, mənə Allah tərəfindən əmr olun-
muşdur ki, Quranı sizə oxuyam və sizi ona tərəf dəvət edəm. Mən Alla-
hın əmrinə təslim olan Peyğəmbərlərdənəm.
Taha-1-Ey pak-pakizə, haqqa hidayət edən Peyğəmbər! Biz Quranı
sənə hidayət etmədik ki, özünü məşəqqətə və zəhmətə salasan. Biz Qu-