64
ulduz artıq onu saxlaya bilmir və partlayır.Bu partlayış nəticəsində
dəmirə çevrilən meteoritlər kosmosa səpələnir və bir göy sisteminin
cazibə qüvvəsinə məruz qalıb onun üzərinə enənə, yəni onun tərəfindən
cəzb olunana qədər kosmik boşluqda hərəkət edir.Daha çox yaşı olan
Supernova hadisələrini göstərən dəlillər var.Dəniz tavanında yığıl-
mış dəmir 60, Günəşdən 90 işıq ili uzaqlıqda, təxminən 5 milyon il
əvvəl meydana gələn bir Supernova partlayışının dəlili olaraq izah
edilir. Bütün bunlardan göründüyü kimi, dəmir mədənləri yerdə əmələ
gəlməmiş,Supernovalardan göy daşları vasitəsi ilə yerə endirilmi dir.
İLK İNSANI PALÇIQDAN YARATDI
Sən, ey bütün varlığa həyat verən, can verən!
Gildən yaranmışlara nəfəs verən, qan verən!
Bayrağın altındadır, ulu tanrı, xilqətin,
Biz səninlə mətinik, sənsə əzəldən mətin.
Mümkünmüdür bənzədək varlığını bir şeyə?
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə. (”Sirlər Xəzinəsi”)
Açıqlama:Allah Quranda insanın yaradılışının möcüzəvi şəkildə ol-
duğunu xəbər verir. İlk insan, Allahın palçığı şəkilləndirib, insan bədəni
halına gətirməsi və ardından bu bədənə ruh üfürməsi ilə yaradılmış-
dır.
İnsan-(Dəhr)1-2-Həqiqətən, yaradılışdan qabaq bütün insanlar üçün
dünyada uzun zaman gəlib keçmişdir. O zaman həmin insanlar palçıq
və nütfə halında bir şey olmuşlar ki, onu deməyə layiq deyildir.Yaxud
insan bir cisim idi ki, su və torpaqdan əmələ gəlmişdi,ona ruh verilmiş
və o,həyat sürməyə başlamışdır. Sonra biz insanı qarışmış nütfədən ya-
ratdıq.Onu imtahan edərək, onu həm eşidən, həm də görən etdik.
əs-Saffat-11-Şübhəsiz ki, Biz onları yapışqan kimi bir palçıqdan
yaratdıq.
əl-Hicr-28-32- Bir zaman Rəbbin mələklərə demişdi:”Mən quru və
qoxumuş palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan
üfürdüyüm zaman siz ona səcdə edin!”Bundan sonra mələklər ona səcdə
etdilər. Təkcə İblisdən başqa! O səcdə edənlərlə birlikdə olmaqdan im-
tina etdi.
Açıqlama: Ayədə “süzülmüş”olaraq tərcümə edilən”sulələ” sözü,
”təmsili nümunə” kimi mənalara gəlir. Göründüyü kimi Quranda 14
əsr bundan əvvəl bildirilən insanın yaradılışındakı vəsait ilə torpa-
65
ğın tərkibindəki elementlərin eyni olduğunu müasir dövrümüzdə elm
təsdiq etmişdir. Bu gün insan toxumalarının tərkibi araşdırılarkən,onun
tərkibində yer üzündə mövcud olan bir çox kimyəvi elementlərin ol-
duğu məlum olur.İnsan toxumaları 26 elementdən ibarətdir ki, bunun
95%-ni 6 element təşkil edir. Bunlar karbon (C), hidrogen (H), oksigen
(O), azot (N), fosfor (P) və kükürd (S) elementlərindən ibarətdir ki, bu
da eyni ilə torpağın tərkibindəki kimyəvi elementləri təşkil edir.
(Mövlana Furatı)“Qırx sual”kitabından:-Uca Allah aləmlərin
hər işini əzəli elmi ilə təqdir edib yaratmışdır. Cahanın görüntülərini
bitməz feyzilə tərtib edib,təsbit etmişdir. Cahanın gül bağçasını insan
gülünün qoxusu ilə süsləmişdir. Bütün cahanı insan üçün, insanı da
özünün bilinməsi üçün var edib,bir çox hikmətləri tək insanda topla-
yıb ortaya çıxarmışdır. İnsanın “Cami”isminə surət vermış,öz ruhundan
üfürüb,onu əmanətlərin daşıyıcısı və sirlərin məkanı etmişdir. Bütün
aləmdə olan neçə min hikməti ilə alimləri heyran etmişdir. Cahan kita-
bının hər bir hərfindən mərifətini oxuyub öyrənənləri ariflər etmiş,könül
aləminə dalan bəndələrini öz hüzurundakı Kəbədə ibadət edən etmişdir.
Allah-taala aləmlərin xəlifəsi, insanların babası olan Hz.Adəmi yarat-
maq istəyəndə Hz. Əzraili göndərib yer üzündəki yeddi iqlimdən tor-
paq gətirtmişdir. Sonra Hz.Cəbraili göndərib o quru torpağı qırx gün
yoğurtdurmuşdur. Bundan sonra Allah o palçığı ən gözəl biçimdə Nu-
man vadisinin içində şəkilləndirmişdir. Öz mübarək ruhundan onun
başına üfürmüş, bütün mələklərə:”Mən bildiyim şeyi siz bilmirsiniz,”-
deyib ona səcdə etdirib,insanlar üçün Peyğəmbər təyin etmişdir. Bü-
tün mələklər ona səcdə etdikdə, İblis buna”xeyr”deyib, səcdə etmədiyi
üçün lənətlənmişlərdən və qovulmuşlardan olmuşdur. Qiyamətə qədər
möhlət almış və hesabsız zürriyyətləri ilə Adəm övladlarını başdan
çıxarmaq üçün onlara müsəllət olunmuşdur.
Allah-taala Adəmi yer üzündə yaratdıqdan qırx il sonra onu göylərə
qaldırıb, Firdevs Cənnətinə qoyub. Ona Cənnət geyimləri geyindi-
rib və çoxlu nemətlər ehsan etmişdir. Ona hər bir neməti verdikcə:-
Bu nemətlə kifayətlənərmisən?-deyə Hz.Adəmdən soruşardı.O da:-
Hələ qane deyiləm, ya Rəbb,-deyə cavab verərmiş. O vaxta qədər
ki, Hz.Adəmə bir qəflət yuxu verib, sol qabırğa sümüyündən Həvva
anamızı yaratdıqda, Adəm gözünü açıb görmüşdür ki, yanında özünə
bənzər bir sevimli insan oturmuşdur. Beləcə, onunla söhbət, ülfət və
vusal hasıl olduqda, Allah-taala yenə də xitab edib buyurmuşdur ki:-
Ey Adəm! Bu nemətimlə necəsən? Adəm(ə.s.) cavab vermişdir ki:-
Ya Rəbbi! Hesabsız nemətinin dənizinə batmışam, bu nemətini hər
66
şeydən böyük bildim,bununla hər şey mənə kifayətdir.Çünkü Həvva ilə
sükunət tapıb,ülfətiylə ünsiyyət etmişəm. Bundan başqa ikrama hacət
qalmayıb, bu ehsanının şükr və razılığı ilə qəlbim dolmuşdur. Bundan
sonra Allah-taala,ona:-Ey Adəm! Həvva ilə Cənnətimdə sakin olub,hər
nemətdən ləzzət alarsınız.Ancaq bu ağaca yaxın getməyəcək və ondan
yeyib mənə asi olmayacaqsınız-deyə onları xəbərdar edib, qorxuzmuş-
dur.Bu minval üzrə Hz. Adəm Həvva anamız min ilə qədər Cənnətdə
səfalarını sürmüşlər. Bundan sonra onlar İblisin sözünə uyaraq, o ağacın
meyvəsindən dərib ikisi də yedikdə, Allah-taala ikisini də Cənnətdən
aşağı düşürmüşdür. Cənnətdən çıxdıqdan sonra Hz.Adəm və Həvva
anamız bir-birindən ayrılıb dünyanın müxtəlif guşələrinə düşdülər.
Adəm Hindistanda Sərəndib dağına (indiki Seylon adasına),Həvva isə
Məkkə yaxınlığındakı Ciddəyə düşdü. Adəm dünyaya düşüb o nemətləri
itirdiyi üçün, həm də Allah-taala dərgahında asi olduğu üçün peşman-
lıq, həsrət və xəcalətdən gecə-gündüz ağlayıb,tövbə etdi.Nəhayət, Hz.
Cəbrail nazil olub onun tövbəsinin qəbul olunduğunu xəbər verir. Sonra
Hz. Cəbrailin bələdçiliyi ilə Hz.Adəm Məkkəyə gəlir və orada Həcc
qılarkən Ərəfatda, Həvva anamızı tapıb görüşür. Onlar görüşüb, ağla-
yaraq Allaha belə dua etdilər.
əl-Əraf-23-Ey Rəbbimiz!Biz öz nəfsimizə zülm edərək,yazıq olduq.
Əgər sən bizi əfv edib bağışlamasan,bizə acıyıb rəhm etməsən, yəqin ki,
onda ən böyük zərər və ziyana uğrayanlardan, pərişanlıq və bədxahlıq
içində qalanlardan olarıq.
ALLAH İNSANA ÖZ RUHUNDAN ÜFÜRDÜ
Bil ki, ərşin sultanı xəlq edərkən cahanı,
Çəkdi, qoşa yaratdı həm surəti, həm canı.
Nəhayətsiz, sonsuzdur Tanrının kəraməti,
Kərəm saçıb, can ilə birləşdirdi surəti.
Surət, can birliyindən qəlb aləmi doğuldu,
Xilafət mövqeyinə çatan xəlifə oldu.
Üstə sultan xütbəsi olan bu könül ki var,
Ruh və cisim aləmindən yaranıb açıq-aşkar. (”Sirlər Xəzinəsi”)
Səcdə-7-9-O, elə bir Allahdır ki, yaratdığı hər bir şeyi gözəl yaratdı və
insanı yaratmağa torpaqdan başladı.Sonra onun nəslini nütfədən əmələ
gətirdi. Sonra nütfəni insan surətinə salaraq ona öz ruhundan üfürdü,
sizə qulaq,ürək və göz verdi. Amma siz insanlar az şükür edərsiniz.