Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə34/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   ...   30   31   32   33   34   35   36   37   ...   292

100

Ey  Adəm  övladı!  Mənimlə  əkin  əkib,  müamilə  edin.Sələf  alve-

ri yerinə yetirin ki, Mən də sizə elə fayda verim ki, heç bir göz onu 

görməmiş, heç bir qulaq onu eşitməmişdir və o faydanın miqdarı heç 

bir qəlbdən keçməmişdir.

Ey Adəm övladı!Dünya məhəbbətini qəlbindən çıxart, çünki dünya 

məhəbbəti ilə Mənə məhəbbət bir qəlbdə heç vaxt yerləş məz.

Ey  Adəm  övladı!Sənə  əmr  etdiklərimə  əməl  et,  çəkindirdiyim 

əməllərdən əl çək. Bunları etsən, səni elə bir diri edərəm ki, heç vaxt 

ölməzsən.

Ey Adəm övladı! Qəsavət, daşürəklilik hiss etdikdə, bədənin xəstə 

olduqda,  mal-dövlətinə  xəsarət  dəydikdə,  ruzində  məhrumiyyət  ol-

duqda, bil ki,faydasız sözlər danışmısan.

Ey Adəm övladı!Uzun səfərin yolu üçün çox azuqə götür. Öz gü-

nah yükünü də yüngülləşdir. Çünki sirat çox nazikdir. Əməllərini də 

xalisləşdir.Çünki əməlləri yoxlayan müfəttiş çox gözüaçıq və agahdır.

Öz  yuxunu  qəbrə,fəxrini  mizan  gününə  və  ləzzətlərini  behiştə  saxla.

Mənim üçün ol ki, Mən də sənin üçün olum. Dünyanı xar hesab etməklə 

mənim dərgahıma yaxınlaşın ki, Cəhənnəm odundan uzaqlaşasan.

Ey  Adəm  övladı!Hər  gəmisi  qərq  olan  və  bir  taxta  parçasının 

üzərində dəryanın ortasında qalan şəxsin müsibəti, sənin müsibətindən 

azdır. Çünki sənin günahlarına yəqinliyin vardır. Əməllərin hesabında 

isə xətərdəsən, bununla belə tövbə etmirsən. 

 İNSAN HƏR İŞDƏ TƏLƏSKƏNDİR

əl-Ənbiya-38-40-İnsan yaranışdan tələskən yaranmışdır, yəni insa-

nın  xilqəti  və  təbiəti  tələsməkdir.  Necə  ki  müşriklər  əzabın  tez  nazil 

olmasına tələsirlər və deyirlər ki,əgər doğru deyirsinizsə, bəs verdiyiniz 

vədə nə zaman baş verəçək? Tezliklə Peyğəmbərin doğruluğuna,verdiyi 

vədlərin baş verəcəyinə dəlalət edən işləri sizə göstərərəm.Əzabın sizə 

tez nazil olması üçün məni tələsdirməyin. Qiyamət onlara qəflətən gələr 

və onları heyran edər,onu dəf edə bilməzlər.Onlara möhlət də verilməz. 

Kafirlər  bilmirlər  ki,o  zaman  öz  üzlərindən  və  arxalarından  gələn 

Cəhənnəm odunun qarşısını nə alan olar, nə də onlara bir kömək edən.

 ALLAH İNSANLARI MÜXTƏLİF YARATMIŞDIR

ər-Rum-22-23-Göyləri  və  Yeri  sizin  işlərinizin  nizamı  üçün  ya-

radıb,  sizin  dillərinizi  və  rənglərinizi  müxtəlif  edib,  gecələr  yatma-




101

ğınız,  gündüzlər  Allahın  fəzlindən  ruzi  istəməyiniz,  Allahın  qüdrət 

əlamətlərindəndir.

əl-Ləyl-1-And olsun günü öz zülməti ilə bürüyən gecəyə, işıqlan-

maqda olan gündüzə ki, həqiqətən sizin səyiniz və əməliniz müxtəlifdir. 



Hədis:Peyğəmbərimiz buyurur ki:-Hər kəs bildiyi şeylərə əməl etsə, 

Allah-taala ona bilmədiyi şeyləri də verər. (Zubdətul əhadis.) 



 ALLAHIN HİKMƏT VƏ ƏLAMƏTLƏRİ

əl-İsra-72-Hər kəs ki, bu dünyada Allahın dəlillərini, möcüzələrini, 

(haqqı görməkdən) bu dünyada kor oldu, o kəs axirətdə də kordur və 

sərgərdandır. Haqq yolundan da azarlar.

əl-Bəqərə  -29-O,  hər  şeyi  haqqı  ilə  biləndir.Ey  İnsanlar!Uca  Al-

lah Yer üzündə hər nə varsa, hamısını sizin istifadə edə bilməniz üçün 

yaratdı,vücuda gətirdi və onlardan istifadə etməniz üçün sizə qabiliyyət 

verdi.Onun hər yaratdığında neçə faydalar, hikmətlər vardır ki,bunların 

tamamını yalnız O,özü bilir.

ər-Rum-22-Göylərin və Yerin yaradılışı,dillərinizin və rənglərinizin 

müxtəlifliyi  də  Onun  qüdrət  əlamətlərindəndir.  Şübhəsiz  ki,burada 

bilənlər(ağıl  və  elm  sahibləri)  üçün  Onun  hər  şeyə  qadir  olmasına 

dəlalət edən nişanələr vardır!



əl-Casiyə-3-6-Həqiqətən, göylərdə və Yerdə möminlər üçün ibrətlər 

vardır. Sizin yaradılışınızda və Yerdə pərakəndə halında səpələnən can-

lıların  yaradılışında  Allahın  varlığına  tam  yəqinliklə  inananlar  üçün 

əlamətlər vardır. Gecə və gündüzün bəzən uzun, bəzən də qısa olması, 

Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə 

Yeri ölümündən sonra diriltməsində və küləkləri bəzən rəhmət,bəzən 

də əzab üçün müxtəlif tərəflərə yönəltməsində ağılla düşünənlər üçün 

əlamət lər vardır. 



əş-Şura-29-Göyləri və yeri yaratmaq,orada olan yaranmışları yara-

dandan sonra pərakəndə etmək Allahın əlamətlərindəndir. Allah istədiyi 

vaxt onları bir yerə toplamağa qadirdir.

Nəhl-13-Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiya-

rınıza verdi.Öyüd-nəsihət qəbul edənlər üçün,sözsüz ki, Allahın qüdrət 

və əzəmətini bildirən əlamətlər vardır.

ən-Nəhl-65-Allah göydən yağış endirər, onunlaYer üzünü öldük dən 

sonra (quruduqdan) dirildər. Öyüd-nəsihət qulaq asanlar üçün bunda bir 

ibrət vardır. Allah ölü torpağa həyat verib diriltdiyi kimi, insanları da 

öləndən sonra diriltməyə qadirdir.




102

Yusif-105-Göylərdə və yerdə, Allahın birliyini sübut edən neçə-neçə 

əlamətlər, nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib 

keçərlər.Onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında heç 

düşünməzlər.



ən-Ənam-158-Məgər onlar özlərinə yalnız əzab ilə mələklərin, ya 

sənin  Allahının  əmrinin,  əzabının,  ya  onun  əlamətlərinin  bəzisinin 

gəlməsini  gözləyirlərmi?  Səni  Allahının  əlamətlərinin  bəzisi  gələn 

gün,  qabaqcadan  iman  gətirməyən  nəfsin  imana  gəlməsinin,  yaxud 

iman gətirdiyi zaman yaxşı əməl qazanmayan kəsin imanının ona xey-

ri yoxdur. Asi möminin nəfsi ilə imanı arasında, onun günahının çox-

luğu və yaxşı əməlinin azlığı pərdə salmışdır, imanından, ibadətindən 

ona  xeyir  gəlməz. Ya  Peyğəmbər!De  ki,  gözləyin,  həqiqətən,  biz  də 

gözləyirik, görək ki, kim xilas olacaq, kim isə əzab görəcək. 

Casiyə-13-Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən sizin 

ixtiyarınıza qoyan da Odur. Həqiqətən,bunda hər qövm üçün ibrətlər 

vardır. 

 QURANDA İNSANLARA İBRƏT OLMAQ ÜÇÜN ADI 

ÇƏKİLƏN CANLILAR 

İsra-41-İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz Quranda Allahın 

vahid, tək olmasını cürbəcür dəlillərlə, müxtəlif misallarla izah etdik.

Lakin bu izah onların yalnız nifrətini artırdı.İslamdan daha da çox üz 

döndərdilər.



Açıqlama:-Bununla Uca Allah öz qüdrətini ozəifcanlıları nümunə 

çəkməklə izhar edir. Kafirlərin irad tutmaqlarına baxmayaraq, Quran-

da  dəvə,  bal  arısı,  ağcaqanad,  milçək,  hörümçək,  qarışqa,  meymun, 

uzunqulaq, donuz, quşlar, balaca taxtaqurdu və başqa həşəratlar kimi 

canlıların adları çəkilir. Buna görə Allah-taala buyurur: “İnsanları asan 

başa salmaqdan ötrü zəif canlıları misal çəkməkdən belə çəkinmərəm”. 

İman gətirən kəslər bilirlər ki, Allah tərəfindən çəkilən bu misallarda 

əsas  məsələ  böyük  və  kiçik  mövzuları,  zillət  və  şərafəti  bir-birindən 

fərqləndirməkdir. Bəzi heyvanlar var ki, insanlardan şərafətlidirlər.Ka-

fir olan kəslər deyərlər ki, Allah-taala bu misalı gətirməklə nə demək 

istəmişdir. Allah bu misallarla hidayəti qəbul etməyən çox qəlbi azdırar, 

hidayəti qəbul edənlərin çoxunu isə hidayətə gətirər.

Məsələn, ayədə adı çəkilən milçəyin çirkablar üstündə oturan, xəstəlik 

yayan, insanda ikrah hissi oyadan bir canlı olmasına baxmayaraq,onun 

bizim  üçün  məsəl  çəkilməsinin  məqsədi  vardır.  Əgər  fikir  versəniz, 



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə