Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 
73 
əzmini  artırır.  İdman  fəaliyyəti  elə  bir  prosesdir  ki,  onun 
müvəffəqiyyətli 
təşkili 
aşağıdakıların 
vəhdət 
halında 
götürülməsini  tələb  edir.  Fiziki  inkişaf,  hərəkətlərin  yerinə 
yetirilməsi  texnikası  məşğələlərin  təşkilat  formaları,  məşqin 
məqsəd  və  məqçi  konkret  olaraq  idman  növü  üzrə  psixoloji 
tələbləri  nəzərə  almaqla  müvafiq  pedaqoji  prosesin  təşkilini  də 
bacarmalıdır. İdmana olan marağın yaranması və inkişafı tərbiyə 
prosesində, eləcə də idman ustalığının artırılmasında və müxtəlif 
idman  növlərinin  rekord  nəticələrinə  nail  olmaq  üçün  mühüm 
əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  marağın  psixoloji  təbiəti  ilə 
tanışlıq  idman  fəaliyyəti  prosesində  idmançı  şəxsiyyətinin 
formalaşmasının  əsas  psixoloji  qanunauyğunluqlarının  anlamaq 
işində mühüm rol oynaya bilər. 
İdman  vərdişlərin  əsası  planlı  şəkildə  məktəb  illərində 
qoyulur və sonralar daha səmərəli inkişaf imkanlarına malik olur. 
Məhz  buna  görə  də  hələ  məktəb  dövründə  bədən  tərdbiyəsi 
müəllimi  və  məşqçilər  şagirdlərdə  ilkin  idman  vərdişlərinin 
düzgün təşəkkülü qayğısına qalmalıdırlar. 
İdman  vərdişləri  hərəki  vərdişlərin  növlərindəndir.  İdman 
vərdişləri  də  insanın  həyat  və  fəaliyyətində  mühüm  rol  oynayır. 
İdman  vərdişlərinə  yiyələnməklə  insanda  yeni  hərəkət 
formalarının  təşəkkülü  və  hərəki  aparatın  yüksək  inkişafı  təmin 
olunur.  İdmanla  bağlı  hərəki  vərdişlərə  yiyələnmələrinin 
qayğısına qalmaq lazımdır. 
Vərdişlər 
yarandıqda 
fəaliyyətin 
başlıca 
ünsürləri 
avtomatlaşır. Lakin icra olunan fəaliyyət yenə də şüurlu fəaliyyət 
olaraq qalır. 
Lakin,  idmanla  bağlı  hərəki  vərdişlərdə  tamamilə  başqa 
vəziyyət  müşahidə  edilir.  Bu  vərdişlər  daim  icra  edilən  işə 
məsuliyyətli  münasibəti  bəsləməklə  bağlı  olur.  Məhz  buna  görə 
də  idman  vərdişləri,  ümumiyyətlə  vərdişə  xas  olan  əlamətləri 
özündə  əks  etdirməklə  yanaşı,  həmişə  şüurlu  şəkildə  icra  olunan 
iş  kimi  qalır.  Xüsusilə,  burada  idmançının  öz  hərəkətlərini  dərk 
etməsi zəruriyyəti meydana gəlir. 


 
74 
Hərəki  vərdişlərə  yiyələnmənin  ilkin  mərhələsində  icra 
olunan  hərəkətlərin  dərk  olunmasına  böyük  ehtiyac  hiss  olunur. 
İcra  etdiyi  hərəkətin  düzgün  olduğunu  dərk  etdikdə  vərdişin 
yaranması da sürətlənir, lakin hərəkətlərin sadəcə olaraq düzgün 
və ya səhv olduğunu dərk etmək kifayət deyildir. Bu hərəkətlərin 
nə üçün düzgün və ya səhv olduğunu anlamaq zəruridir. 
Ümumiləşdirmədə yol verilən səhvlər aradan qaldırılır. 
Hərəki  vərdişlərə  yiyələnmənin  ikinci  mərhələsi  daxili 
ləngimənin  sürətlənməsi  ilə  xarakteziə  olunur,  ona  görə  də  bu 
mərhələnin  ayrı-ayrı  hərəkətlərin  qismən  fərqləndirilmsəi 
mərhələsi  adlandırmaq  olar.  İkinci  mərhələdə  hərəkətlərin 
icrasında özünü göstərən bir sıra səhvlər aradan qaldırılır. 
Bu  mərhələdə  hərəkətlərin  əlaqəliliyi  tədricən  yaxşılaşmağa 
başlayır.  Lazım  olmayan  hərəkətlər  aradan  qalxır.  İcra  olunan 
hərəkətlər  üzərində  görmə  nəzarətinin  rolu  birinci  mərhələyə 
nisbətən xeyli azalır, əksinə əzələ-hərəkət və müvazinət, eləcə də 
qavrayışın rolu yüksəlir. 
Hərəki vərdişlərin yaranmasının üçüncü mərhələsi sabitləşmə 
adlanır.  Bu  mərhələdə  əvvəlki  iki  mərhələdən  fərqli  olaraq, 
hərəkətlər  təkmilləşməyə  başlayır.  Eyni  zamanda  vərdişlərin 
möhkəmlənməsi  prosesi  sürətlənir.  Ayrı-ayrı  hərəkətlərin 
qarışdırılması,  səhvlərə  yol  vemrə  halları  aradan  qalxır.  İcra 
prosesləri  bir-birindən  kəskin  sürətdə  fərqlənməyə  başlayır. 
Hərəki  təsəvvürlər  daha  da  aydınlaşır.  Bu  zaman  idmançı  icra 
etdyi  bütün  hərəkətləri  tam  dəqiqliyi  ilə  təsəvvür  edə  bilir.  Ona 
görə də icra olunan hərəkətlərin dərk olunması prosesi asanlaşır. 
Hərəkətlər  üzərində  görmə  nəzarəti  tamamilə  aradan  qalxır. 
Avtomatlaşma  prosesi  kəskin  sürətdə  qabarmağa  başlayır. 
Hərəkətlər  daha  tez  sürətlə  icra  olunur.  Onların  icra  dəqiqliyi 
yüksəlir.  İdmançı  artıq  hərəkətlərə  yol  vermədən  tələb  olunan 
vəzifənin vaxtında və düzgün yerinə yetirilir. 
Üçüncü mərhələdə hərəki vərdişlər daha çox davamlı xarakter 
daşıyır,  ona  görə  yaranmış  vərdişlər  səhvlərin  bir  arada  olması 
yol  verilməzdir.  Aparılan  psixoloji  tədqiqatlar  sübut  edir  ki, 
idmanda  hərəki  vərdişlərə  yiyələnmənin  mərhələləri  arasında 


 
75 
sədd  qoymaq  düzgün  deyildir.  Vərdişə  yiyələnmə  vahid  bir 
prosesdir,  bu  tədricən  yüksələn  xət  üzrə  gedir.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  hərəki  vərdişlərə  yiyələnmədə  ayrı-ayrı 
idmançılar  arasında  fərdi  xüsusiyyətlərlə  əlaqədar  olaraq, 
müəyyən  fərqlər  də  mövcuddur.  İdman  sahəsinə  ilk  dəfə  qədəm 
basan  insanlarda  fərdi  xüsusiyyətlər  müşahidə  olunur.  Belə 
adamlarda  vərdişlərin  yaranmasındakı  birinci  mərhələ  daha  çox 
vaxt apardığı halda, peşakar idmançılar hər hansı bir yeni hərəki 
vərdişə yiyələnmə prosesində birinci mərhələyə az vaxt sərf edir. 
Sonrakı mərhələlərdə də bu vəziyyət özünü qabarıq göstərir. 
İdman  vərdişlərinə  yiyələnməkdə  münasibətlərin  xüsusi  rolu 
vardır.  Düşünülmüş  və  məqsədə  müvafiq  münasibətlərdən 
istifadə etmək idman vəridşlərinin yaranmasını təmin edir. İdman 
vərdişlərinin  inkişaf  edib  formalaşması  haqqındakı  fikirlər 
psixoloji  ədəbiyyatlardan  yeni  məsələ  deyildir.  Mövcud 
mənbələrdə  vərdişlərə  münasibət  müxtəlifidir.  Bəziləri  bunu 
fəaliyyətin  avtomatlaşmış  komponenti  hesab  edir,  digərləri 
şüursuz  ifadə  edilən  hərəkətlər  adlandırır,  hətta  bunu  ixtiyari 
surətdə  şüurlu  yerinə  yetirilən  hərəkətlərdən  daha  təkmil,  daha 
yetkin  və  düzgün  sayırlar.  Sonuncuların  bu  şəkildə  başa 
düşülməsi o deməkdir ki, şüurlu fəaliyyət,  şüurlu sürətdə şüursuz 
əməliyyata  çevrilir.  Digər  tərəfdən  bu  fikrin  elmiliklə  heç  bir 
əlaqəsinin  olmadığı  İ.M.Seçenovun  aşağıdakı  sözləri  ilə  qəti 
sürətdə isbata yetirilmişdir. Görkəmli fizioloq vaxtı ilə yazmışdır 
ki,  icra edilən  hərəkətlər  icra  prosesi  baxımından  nə  qədər  yaxşı 
əzbərlənərsə,  onlar  insan  iradəsinə  bir  o  qədər  çox  tabe  olar  və 
yaxud, əskinə.... Əgər belə olmasaydı onda şüurluluq prinsipi də 
öz  əhəmiyyətini  itirmiş  olardı.  Vrədişlərin  yaranması  və  onların 
fəaliyyət  prosesində  özünü  biruzə  verməsi,  əvvəldən  axıra  kimi 
şüurlu  insan  fəaliyyəti  olaraq  qalır.  İ.M.Seçenovun  ixtiyari 
fəaliyyət  nəzəriyyəsi  İ.P.Pavlovun  baş  beyin  qabığının  siqnal 
fəaliyyəti  və  hərəki  vərdişlərin  yaranmasının  şərti  reflektor 
nəzəriyyələri  vərdişlər  haqqında  belə  bir  fikri  yürütməyə  imkan 
verir. Hərəki vərdişlər, əzbərlənmiş insan fəaliyyətidir. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə