Ağirliq qüVVƏSĠ TƏCĠLĠNĠN Ġntensġv artimi q. C. YetirmiĢli, E. M. Bağırov



Yüklə 40,12 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü40,12 Kb.
#22024


ġAMAXI-ĠSMAYILLI SEYSMOGEN ZONASINDA DAĞ SÜXURLARININ SIXILMASI VƏ 

AĞIRLIQ QÜVVƏSĠ TƏCĠLĠNĠN ĠNTENSĠV ARTIMI 

 

Q.C.YetirmiĢli, E.M.Bağırov  

 

Respublika Seysmoloji Xidmət Mərkəzi 

Az1001, Bakı, N.Rəfibəyli 9. 

 

Şamaxı-İsmayıllı  seysmogen  zonasında  ağırlıq  qüvvəsi  təcilinin  intensiv  artımı 

aşkarlanmışdır  ki,  bu  da  öz  nəticəsində  Qızıl-Bazar-Dəvəçi,  Acıçay-Ələt,  Qərbi  Xəzər 

qırılmalarının  birləşmə  sahəsinin  aktivləşməsinə  dəlalət  edə  bilər.Bu  proses  mühitin 

gərgin  vəziyyətinin  artımına,  dağ  süxurlarının  sıxılmasına  və  burada  aktiv 

seysmotektonik hərəkətin baş verməsinə real şərait yaradır.  

 

GiriĢ 

 

Qeyrisəlıst  variasiyaların  vaxta  görə  sərbəst  düşmə  təcili  həmişə  diqqət  mərkəzində  olmuşdur. 



Bunun üçün geofiziki sahələrdə variasiyaların monitorinqini,  həmçinin digər aidiyyatı üzrə xidmətlərin 

aparılması  məqsədilə  Şəki-Şamaxı  geodinamik  poliqonu  yaradılmışdır  [Kулиев,  Гасанов  и  др.,  1985]. 

Bu baxımdan da uzun illər boyu mütəmadi olaraq Şəki-Şamaxı geodinamik poliqonunda beton tumbalarla 

(132  ədəd)  bərkidilmiş  şəbəkə  üzrə    qravimetrik  tədqiqatlar  aparılır.  Aparılan  qravimetrik  tədqiqatlar, 

tədqiq  olunan  sahələrdə  müşаhidə  məntəqələri  аrаsındа  аğırlıq  qüvvəsi  vаriаsiyаlаrının  vаxtа  görə 

dəyişmə  xаrаktеri  hаqqındа  məlumat  verir  və  bu  məlumatlar  analiz  edilərək  müəyyən  nəticələr  əldə 

olunur. 

Müzakirələrin nəticələri 

 

Belə ki, bu tədqiqatlardan biri də tərtib edilən metodika  əsasında [Гаджиев, Набиев и др., 1984] 



Şamaxı-İsmayıllı seysmogen zonasında 2008-2010-cu il dövr ərzində aşkarlanan nisbi ağırlıq qüvvəsinin 

artımıdir.  Ümumi  sahə  üzrə  nisbi  ağırlıq  qüvvəsi  0,020-0,030  mqal  arasında  olduğu  halda,  İsmаyıllı-

Qаrаməryəm-Müsüslü  prоfili  və  Şamaxı  rayonu  ilə  həmsərhəd  zonalarda  0,010-0,070  mqal  arasında 

dəyişir  ki,  bu  da  qravitasiya  sahəsinin  izoanomallar  xəritəsində  (şəkil  1.)  Şamaxı-İsmayıllı  seysmogen 

zonasında ∆g-nin artan qiyməti ilə müşayət olunan izoanomal zonalarla dəqiq əhatə olunmuşdur. 

47.2


47.4

47.6


47.8

48

48.2



48.4

48.6


48.8

49

40.4



40.6

40.8


41

41.2


Шяки

Оьуз


Г ябяля

Аьдаш


Эюйчай

Исм айыллы

Шам ахы

Жянэи


 

 

Şəkil 1. Şəki-Şamaxı  geodinamik poliqonu üzrə 2010-cu il üçün qravitasiya sahəsinin izoanomallar xəritəsi. 



 

Anoloji  olaraq  bu  artım  1988-1992-ci  illər  ərzində  də  müşahidə  olmuşdur  ki,  (şəkil  2.)  bunun  da 

sonu  2000-ci  il  zəlzələsi ilə  sona  yetmişdir.  Onu  da qeyd  etmək  lazımdır  ki,  ∆g-nin  qiyməti    2000-ci  il 

zəlzələsindən sonar 2008-ci ilədək artıb-azalaraq ümumi fon səviyyəsində olmuşdur.  




-0,030

-0,020

-0,010

0,000

0,010

0,020

0,030

İllər


   g

 

1986        1988        1990        1992         1994        1996       1998        2000 

 

Şəkil 2.  Xəzər  zəlzələsindən  əvvəl  (∆g) ağırlıq  qüvvəsi 



seysmoanomal  effektinin  təzahürü. 

 

Lakin 2008-ci ildən başlayaraq isə sözü gedən artım  qeydə alınmışdır. ∆g-nin qiymətlərinin müqayisəsi 



zamanı İsmayıllı-Qaraməryəm-Müsüslü profili üzrə ∆g-nin orta qiyməti 2008-ci ildə 0,016 mQal, 2009-

cu ildə  0,053 mQal, 2010- cu ildə 0,064 mQal təşkil etmişdir (şəkil 3.). 



0,000

0,010

0,020

0,030

0,040

0,050

0,060

0,070

 

                                                2004               2006               2008               2010 

 

Şəkil 3.  Şamaxı-İsmayıllı seysmogen zonasında  ağırlıq qüvvəsinin illər üzrə 



dəyişiklik qrafiki – qistoqramla. 

 

Şəki  –  Şamaxı  geodinamik  poliqonu  üzrə  qravitasiya  sahəsi  gərginliyinin  2009-2010-cu  illər 



dövründə müqayisəli analizinin nəticələrini (şəkil 4.) özündə əks etdirərək nə kimi dəyişiklərin olduğunu, 

bu illər arasındakı nisbi ağırlıq qüvvəsinin fərqini və bu fərq nəticəsində hansı proseslərin baş verdiyini 

əyani olaraq izah etməyə çalışaq. 

Xəzər, Ml=6.4 

h=35 km 

φ=40.10, λ=50.10 

25.11.2000-ci il 

mQal 

mQal 



47.2

47.4


47.6

47.8


48

48.2


48.4

48.6


48.8

49

40.4



40.6

40.8


41

41.2


-0.02

-0.015


-0.01

-0.005


0

0.005


0.01

0.015


0.02

0.025


0.03

0.035


0.04

0.045


0.05

0.055


0.06

0.065


0.07

Шяки


Оьуз

Г ябяля


Аьдаш

Эюйчай


Исм айыллы

Шам ахы


Жянэи

 

 



Şəkil 4.   Şəki – Şamaxı geodinamik poliqonu üzrə qravitasiya sahəsi gərginliyinin  

2009-2010-cu illər dövründə dəyişiklik xəritəsi. 

 

Göstərilən sahələrdə intensivlik  keçən ildə olduğu kimi artmış, yəni 0,053 mQal-dan 0,064 mQal-



dək yüksəlmişdir. Bu İsmayıllı-Şamaxı seysmogen zonasında  ozünü daha qabarıq göstərmişdir. Bеля ки, 

  g  nisbi  ağırlıq  qüvvəsi  artımı  İsmayıllı-Qaraməryəm-Müsüslü  profili  (şəkil  5.)  və  Şamaxı  rayonu  

ətraflarında 0,010-0,070 mqal arasındadir.  

         

00

0,061



0,045

0,055


0

0,067


0,069

0,057


0,023

0,017


0,01

0

0,005



0,01

0,015


0,02

0,025


0,03

0,035


0,04

0,045


0,05

0,055


0,06

0,065


0,07

0,075


107

108


109

75

2008



2009

2010


g,

 m



qal 

il



 

 

Şəkil 5. İsmayıllı-Qaraməryəm-Müsüslü profilində nisbi ağırlıq qüvvəsinin İllər  üzrə dəyişiklik qrafiki. 



 

İsmayıllı-Qaraməryəm-Müsüslü  profildə  göründüyü  kimi  nisbi  ağırlıq qüvvəsi  2008-2010-cu  illər 

ərzində bütün müşahidə məntəqələri üzrə artmışdır. 

Həmçinin  Şamaxı-İsmayıllı  seysmogen  zonasında  2009-2010-cu  il  dövrü  ərzində  qravitasiya 

sahəsinin  intensiv  artımının    3D  modeli  (şəkil  6.)  tərtib  edilmiş,  maqnitka  [Рзаев,  2010],  (şəkil  7.)  və 

seysmika  ilə    [Abdullayeva,  İsmayılova  və  b.,  2011]  korrelyasiyası  zamanı  yuxarıda  sadalananlar  tam 

olaraq öz təsdiqini tapır. 



 

 

Şəkil 6.  Şamaxı-İsmayıllı seysmogen zonasında qravitasiya sahəsinin 



intensiv artımının  3D modeli (2009-2010-cu il dövrü ərzində). 

 

 



Belə ki, kiçik maqnitudaya malik olan zəlzələlər filtirə edildikdən sonra (şəkil 8.) maqnitudası üç 

və ondan yuxarı olan zəlzələlərə nəzər saldıqda görürük ki, sözü gedən bölgədə digər bölgələrə nisbətətn 

sakitlik  hökm  sürür.  Seysmoloji  tədqiqatların  təcrübəsindən  də  bildiyimizə  görə  hiss  olunan  və  güclü 

zəlzələlər adətən seysmik sakitlik zonalarında özünü göstərir. 

 

Şəkil 7. Geomaqnit sahə gərginliyinin məkan-zaman qradiyentinin (σ∆T) 



dəyişməsinin 3D modeli [Рзаев, 2010]. 

 

 




 

 

Şəkil 8.2010-cu ildə baş verən zəlzələlərin episentrlər xəritəsi.  



[Abdullayeva, İsmayılova və başqaları, 2011] 

 

N Ə T Ġ C Ə 

 

İsmayıllı-Qaraməryəm-Müsüslü  profilində  və  Şamaxı  rayonu  ərazisində  təкrаr  qrаvimеtriк 



ölçülərin  аpаrıldığı    müşahidə    məntəqələri  ətrafındakı  sahədə,  yəni  Qızıl-Bazar-Dəvəçi  qırılmasının, 

Qərbi-Xəzər qırılmasının fraqmenti ilə və Acıçay-Ələt qırılmasının birgə təmas sahəsinin aktivləşməsinə 

dəlalət  edə  bilər  ki,  bu  da  burada    mühitin  gərgin  vəziyyətinin  artımına,  dağ  süxürlarının  sıxılmasına, 

aktiv seysmotektonik hərəkət ilə müşayət olunan gərginliyin təzahürünə real imkan yaradır. 

 

Ədəbiyyat 

 

Кулиев Ф.Т., Гасанов А.Г., Юсифов Р.Ю., Метакса Х.П., Рзаев А.Г., Керамова  Р.А., 1985. Отчѐт 

по    теме    01.  02.  НЗа  (проблема    074.03)  “Cозда-ние  Шеки-Шамахинского    и    Апшеронского 

комплесных  прогностических  полигона  и  изучение    вариации    геофизических    полей  ”.,    Баку, 

Фонды ИГ НАНА. 

Гаджиев  Р.М.,  Набиев  А.Т.,    Макаров  Е.М.,  Кадиров  Ф.А.,  1984.    “Изучение  неприливных 

вариации  ускорений  свободного  падения  на  Апшеронском  гравиметрическом  полигоне  ”. 

Повторные  гравиметриические наблюдения, Сборник научных трудов, Москва.     

Рзаев А.Г., 2010. Исследования  тектомагнитных  эффектов  в зонах  с   высокой  геодинамической 

активностью. Проблемы  сейсмологии  в Узбекстане, №7., т.1. Ташкент. 

Abdullayeva R., İsmayılova S., Kazımova S.E., 2001. Seysmoloji  bölmənin  2010-cu  ildə Azərbaycan 

seysmoaktiv bölgələrində  yerinə  yetirdiyi işlərin  hesabatı. AMEA RSXM fondu. 



 

Yüklə 40,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə