Ahmedalhasan313. wordpress com



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix30.10.2018
ölçüsü2,54 Mb.
#76441
1   2   3   4   5   6   7   8   9   ...   59

Ansarullah Production 

 
Önsöz 
Bismillahir Rəhmanir Rəhim 
Əlhəmdulillahi Rəbbil Aləmin 
Allahım, Muhəmməd və Al-i Muhəmmədə, İmamlara və Mehdilərə səlat və salam eylə 
Bu kitabda, Əhməd əl Həsən (ə.s)’ın haqqaniyyətinin dəlilləri Əhlibeyt (ə.s)’ın hədisləri 
ilə ortaya qoyulmuşdur.  
Əhməd  əl  Həsən  (ə.s)  –  İmam  Muhəmməd  Mehdi  (ə.s)’ın  Müsəlmanlara,  İsa  (ə.s)’ın 
Xristianlara  və  İliya  (ə.s)’ın  Yəhudilərə  göndərdiyi  Elçidir  və  bütün  ilahi  kitablarda  və 
hədislərdə zikr edilmiş Qaimdir. O, bütün inancların, axırzamanda dünyada haqq-ədaləti 
bərpa  edəcəyini,  insanları  Allahın  Hakimiyyətinə  hidayət  edəcəyini  və  bütün  dinləri 
yeganə tövhid dini üzrə birləşdirəcəyini vəd etdiyi Qurtarıcıdır. 
O,  1968ci  ildə  İraqın  Bəsrə  şəhərinin  Mədinə  mahalında  anadan  olmuşdur.  1999cu  ildə 
onun  (ə.s)  İmam  Mehdi  (ə.s)  ilə  ilk  görüşü  gerçəkləşdi,  2004cü  ildən  isə  açıq  dəvətə 
başladı. Bu dəvətin hekayəsini Əhməd əl Həsən (ə.s) bir xütbəsində belə nəql edir:  
“İmam  Mehdi  əleyhissəlam  ilə  bu  fiziki  dünyada  ilk  görüşüm,  İmam  Hadi  və  İmam 
Əsgəri ziyarətgahlarında oldu. Və bu görüşdə İmam Mehdi əleyhissəlam’ı tanıdım. Və 
bu görüş illər əvvəl baş vermişdi. Və bu görüşdən sonra da onunla (əleyhissəlam) bir çox 
başqa  görüşlərimiz  oldu.  Beləliklə  özünü  mənə  tanıtdı  və  başqa  bir  çox  məsələlər  də 
məlum oldu. 
Amma Həzrət əleyhissəlam, o vaxtlar insanlara çatdırmağım üçün mənə xüsusi bir əmr 
verməmişdi. Əksinə, məni məlumatlandırırdı ki, tərbiyəli və itaətkar olum və ilahi əxlaq 
dərəcələrinə çatım. Və məni elm ilə təqdis etdi, və o vaxtlar Nəcəfdəki Elmi Hövzənin bir 
çox ciddi xətaları haqqında da mənim həqiqətləri görməyimi təmin etdi... 
Və bu görüşün hekayəsi də bu cür idi ki; bir gün yatmışdım və yuxu gördüm. Və İmam 
Mehdi  əleyhissəlam,  İmam  Həsən  Əsgəri  əleyhissəlam’ın  qardaşı  olan  Seyyid 
Muhəmməd əleyhissəlam’ın ziyarətgahının yaxınlığında dayanmışdı. Və mənə əmr etdi 
ki, onunla görüşüm. Sonra oyandım. Saat 02:00 idi. Və 4 rükət gecə namazımı qıldım. Və 
yenidən yatdım və İmam Mehdi əleyhissəlam’ın onunla görüşdüyümü sual etdiyi, başqa 
bir  yuxu  gördüm.  Və  oyandım,  saat  04:00  idi.  Beləcə  gecə  namazlarının  hamısını  xətm 
etdim və ardınca sübh namazını qıldım.  
Bu  yuxulardan  2  gün  sonra,  İmam  Hadi  və  İmam  Əsgərinin  (əleyhimussəlam)  olduğu 
Samirraya yollandım. Sonra Seyyid Muhəmməd əleyhissəlam’ın ziyarətga-hının olduğu 
ölkəyə  geri  qayıtdım.  Ardınca,  İmam  Kazım  əleyhissəlam  və  İmam  Cavad  əleyhis-


ahmedalhasan313.wordpress.com 

 
səlam’ın ziyarətgahının olduğu şəhərə getdim. Daha sonra İmam Hüseyn əleyhissəlam 
və şəhidlərinin olduğu Kərbəla şəhərinə getdim, Allahın salamı olsun onlara. Və İmam 
Mehdi  əleyhissəlam  ilə  gecə,  İmam  Hüseyn  əleyhissəlam’ın  ziyarətgahında  görüşdüm. 
Sonra  səhər,  İmam  Mehdi  əleyhissəlam  ilə  özünün  Kərbəlada,  Xidrə  küçəsinin 
qurtaracağında olan məqamında görüşdüm.  
Beləliklə, məqamda tək oturduq və demək olar ki məqam (ziyarətgah) mühafizəçi-sindən 
başqa  orada  heç  kim  yox  idi.  Və  o  mühafizəçi  də,  bizdən  uzaqda,  qadınların  ibadət 
sahəsində dayanmışdı.  
Hər  halda, o gün, Hicri təqvimi  ilə  30 Şaban, 1420-ci il idi. Və bu görüşdən sonra geri 
qayıtdım və Allahın ehsanı ilə Ramazan ayının orucunu tutdum. Sonra Ramazan ayının 
sonunda, Nəcəfə yollandım ki, beləcə nəyi bilmək üçün gəldiyimi bəyan edim. Beləliklə 
bəzi tələbələrlə aramızda baş tutan söhbət çox qızğın keçdi. Və nəticə olaraq, bəziləri ilə 
əlaqəni  kəsir  və  onların  bəziləri  də,  külli  şəkildə  anlaşılmazlıqda  qalırdı.  Və  bəzisi  də 
mənə  yardım  etmədən,  mənimlə  eyni  fikirdə  idilər.  Və  Hövzə  tələbələrindən  heç  biri 
məni  dəstəkləmədən  günlər,  aylar,  hətta  demək  olar  3  il  keçdi.
 
Və  bəli,  Hövzədəki 
maliyyə pozğunluğu mövzusunda mənimlə eyni fikirdə olan bəziləri var idi və buradan 
da, bu maliyyə fəsadı məsələsində islahat hərəkatı başladı... 
Və bir neçə ay sonra İmam Mehdi əleyhissəlam ilə olan əlaqəm aşkar olmağa başladı. Və 
mən, onun tərəfindən göndərilən bir Elçi idim və bu müddət yalnız mənim bildirişimlə 
də olmadı. Həmçinin bir qrup Hövzə tələbəsi eşitdi və Mələkut Aləmində
1
 gördülər. Və 
bu gördükləri, onlara həqiqətin sübutu oldu. Bəzi, məni tanıyanlar və bəzi mənimlə heç 
bir rabitəsi olmayanlar mənə beyət etmək üçün təkid etdilər. Və mən onları bu məsələnin 
çətinliyi və ağırlığı barədə xəbərdar etdim. Və dedim ki, məndən üz çevirib gedəcəksiniz 
və  eynilə  Muslim  ibn  Əqili  tərk  edən  Kufə  camaatı  kimi,  siz  də  məni  tərk  edəcəksiniz. 
Lakin onlar özləri bunu etiraf edəcəyi vaxta qədər mənə xidmət etmək üçün öz canları, 
malları və övladları ilə mənə beyət etdilər. Və mən buların heç birini onlardan istəmədim.  
Və bu, Hicri 1423-cü ilin Cəmadi ayında idi. Və bu hadisədən sonra bir çox Hövzə tələbəsi 
mənə sədaqət andı içdi. Lakin sonra onların canına qorxu düşdü və Səddamın qüvvələri 
məni təqib etməyə başladı. Beləliklə onlar da beyət və andlarından döndülər. Və sonra 
hər  dəstə  və  qrup,  andlarından  dönmək  və  məni  günahkar  çıxartmaq  üçün  bəhanə 
axtarmağa başladı... 
Və  1424-cü  ilin  Cəmadiul-Əvvəl  ayında,  bir  dəstə  mömin  mənim  yanıma  gəldi  və 
andlarını  təzələdilər.  Və  məni  evdən  çıxartdılar  və  Dəvət  (Allahın  inayəti  ilə)  yenidən 
başladı. Və 1424-cü hicri ilinin Ramazan ayının son 2 günündə, İmam Mehdi əleyhissəlam 
mənə,  dünyadakı  insanların  hamısına  və  özünün  (əleyhissəlam)  hər  bir  buyruğuna 
istinadən, Mehdi əleyhissəlamdan gələcək əmr ilə səslənməyimi əmr etdi.  
                                                             
1
 
Yuxu və kəşf vasitəsilə
 


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə