Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə33/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

ahmedalhasan313.wordpress.com 
71 
 
“Bəs  Zeydilər  deyirlər  ki,  Cəfərlə  (İmam  Sadiq  ə.s.)  bizim  aramızda  ziddiyyət  yoxdur, 
yalnız (bir fərqlə  ki) o cihadı  vacib görmür.” Dedi: “Mən cihadı  vacib görmürəm? Bəli, 
Allaha  and  olsun  ki,  mən  cihadı  vacib  görürəm,  lakin  öz  elmimi  tərk  edib  onların 
cahilliyinin ardınca getməyə nifrət edirəm.” 
- Vəsailuş-Şiə: cild 15, bab 12, hədis 19955 
Bu hədislərdən məlum olur ki, ilk hədisdəki Qaim (ə.s) 12-ci İmam Muhəmməd Mehdi 
(ə.s)  deyil,  ondan  öncə  qiyam  edən  Yəmanidir  (ə.s)  və  o  ilk  Qaimdir.  Aşağıdaki 
hədislərdən də məlum olur ki, YƏMANİ və QAİM eyni şəxslərdir. Çünki biz bilirik ki, 
bütün  İmamlar  (ə.s)  Qaimdirlər  (bu  haqda  hədis  kitablarında  bir  çox  hədis  rəvayət 
edilmişdir). Və Yəmaninin (ə.s) bayrağı haqq olduğu üçün ondan öncə qalxan bayraqların 
HAMISI tağutdur. Çünki əgər buradaki Qaim 12-ci İmam (ə.s) olsaydı, o halda Yəmaninin 
(ə.s) bayrağı da tağut sayılacaqdı. Lakin  hədisləri bir birinə tutuşdurduqda ilk  hədisdə 
məhz kimdən söhbət getdiyi aydın olur. 
Həmçinin  diqqət  edilməli  bir  xüsus  da  Qaimdən  öncəki  BÜTÜN  bayraqların  tağut 
olmasından gedir və bəzi İran inqilabı tərəfdarlarının iddiasına görə bu hədis İran inqila-
bında qaldırılmış  və bugün də dalğalanmaqda olan İran hökuməti bayrağına aid deyil. 
Və onlar bununla hədisin xüsusi deyil,  ümumi olduğunu göz ardı etmiş olurlar. Çünki 
hədisdə  "BÜTÜN"  kəliməsi  keçməkdədir.  Və  buna  görə  də  bu  hədis  ÜMUMİ  sayılır. 
Hədis xüsusi olsaydı hədisdə "BÜTÜN" kəliməsi yerinə ya "BƏZİ, ƏKSƏR və s." kəlimələr 
keçər, ya da heç bir kəlimə keçməzdi. Və o halda hədisi İran inqilabı bayrağına aid etmə-
mək mümkün olardı. Lakin "BÜTÜN" kəliməsi onların bu iddialarını puç etməkdədir. 
Əba Əbdillah (ə.s) buyurdu: “YƏMANİ və Süfyani iki yarış atı kimidirlər.” 
– Əmali (Şeyx Tusi): 2/275; Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170; Mucəmul-Əhadis: 3/478, 
h.1043; Ğeybəti-Numani: 18ci bab, s.345, h.15 
Əbu Cəfər Muhəmməd ibn Əli (ə.s) buyurdu: “Süfyani və QAİM bir ildədirlər.” 
– Əqdüd-Dürər: 87; İsbatul-Huda: 3/737, hədis 105; Biharul-Ənvar: 52/239, h. 106; Muntəxəbul-
Əsər: 458, h.21; Mucəmul-Əhadis: 3/373, h.803; Ğeybəti-Numani (azəricə): 14cü bab, s.300, h.36 
İmam  Baqir  (ə.s)  dedi:  “BAYRAQLARIN  İÇİNDƏ  ƏN  DOĞRU  YOLDA  OLANI 
YƏMANİNİN  BAYRAĞIDIR.  O  HİDAYƏT  BAYRAĞIDIR.  Çünki,  o  insanları  sizin 
Sahibinizə tərəf dəvət edəcək. Yəmani xüruc etdiyi zaman camaata və hər bir müsəlmana 
silah satmaq haram olacaq. Yəmani xüruc etdiyi zaman ona tərəf tələs. ÇÜNKİ, ONUN 
BAYRAĞI ƏN DOĞRU BAYRAQDIR.” 
– ər-Rəcət: 157; Mucəmul-Əhadis:3/253, h.783; Ğeybəti-Numani (azəricə): s.286, h.13 


Ansarullah Production 
72 
 
AXIRZAMANDA QURULACAQ BƏNİ-ABBAS 
HÖKUMƏTİ 
Əbu Bəkr əl-Xəzrəmi nəql edir: Əbu Cəfər Baqir (ə.s) buyurdu: “BƏNİ-ABBAS mütləq 
hakimiyyət edəcək. Elə ki hakimiyyət etdilər, sonra ixtilafa düşdülər və işləri (birlikləri) 
parçalandı, Xorasani və Süfyani onlara qarşı qiyam edəcəklər. Bu şərqdən, o isə qərbdən. 
İki  yarış  atı  kimi  Kufəyə  doğru  tələsəcəklər.  Biri  bu  yandan,  biri  o  yandan.  Nəhayət 
onların  (Bəni-Abbasın)  həlak  olmaları  onların  əli  ilə  baş  verəcək.  Bilin,  onlar  Bəni-
Abbasdan bir nəfəri belə (sağ) saxlamayacaqlar.” 
- ər-Rəcət (Əstrabadi): 154; Biharul-Ənvar: 52/234, hədis 100; Mədinətul-Məaciz: 3/89, hədis 748; 
Ğeybəti-Numani (azəricə): 289-290, hədis 18 
Muhəmməd ibn Samit nəql edir: Əba Əbdillah (ə.s)’a dedim: “Bu işdən öncə bir əlamət 
olacaq?”  Buyurdu:  “Bəli”  …  “Abbasinin  həlakı,  Süfyaninin  ortaya  çıxması,  Nəfsi-
zəkiyyənin  qətli,  Beydada  batma  və  səmadan  səs.”  Dedim:  “Sizə  fəda  olum,  bu  işin 
uzanmasından  qorxummu?”  Buyurdu:  “Xeyr,  həqiqətən  də  bu  (əlamətlər)  sapa 
düzülmüş muncuq dənələri kimidir ki, biri o birinin ardınca gələcək.” 
-  Əqdüd-dürər:  49;  Burhan  (Müttəqi  Hindi):  114,  hədis  11;  Biharul-Ənvar:  52/235,  hədis  102; 
Mucəmul-Əhadis: 3/450, hədis 1005; Ğeybəti-Numani (azəricə): 293, hədis 21 
Yaqub ibn Sərrac nəql edir: Əba Əbdillah (ə.s)’a dedim: “Şiələrinizin fərəci nə vaxtdır?” 
Buyurdu:  “Abbas  övladları  ixtilaf  etdiyi,  hakimiyyətləri  zəiflədiyi,  daha  öncə  tamah 
salmayanların  onlara  tamah  saldığı,  ərəblər  başıboş  buraxıldıqları,  hər  caynağı  olanın 
caynağını  qaldırdığı  zaman,  Süfyani  zühur  etdiyi,  Yəmani  gəldiyi  və  Həsəni  hərəkətə 
keçdiyi  zaman  bu  işin  sahibi  Allah  Rəsulunun  (s)  mirası  ilə  birlikdə  Mədinədən  çıxıb 
Məkkəyə  tərəf  (hərəkət  edəcək).”  Dedim:  “Allah  Rəsulunun  (s)  mirası  nələrdir?” 
Buyurdu: “Qılıncı, zirehi, əmmaməsi, əbası, bayrağı, əsası, atı, sursatı və yəhəri.” 
 -  Kafi:  8/224,  hədis  285;  Biharul-Ənvar:  52/242,  hədis  112;  Bəşarətul-İslam:  133;  Mucəmul-
Əhadis: 3/497, hədis 1068; Ğeybəti-Numani (azəricə): 303, hədis 42 
Əbu  Sadiq  nəql  edir:  Əmirəl  Möminin  (ə.s)  buyurdu:  “Abbas  övladlarının  hakimiyyəti 
asanlıq  içərisində  olacaq,  çətinlikdə  deyil.  Türk,  Deyləm,  Sind,  Hind,  Barbar  və 
Teyləsanlılar  bir  yerə  yığışsalar  belə  onları  aradan  apara  bilməyəcəklər.  Onlar 
hakimiyyətdə olduqları müddətcə daim cah-cəlal və bolluq içərisində olacaqlar. Nəhayət 
dostları və bayraqdaşları onlardan üz çevirəcəklər. Allah ciddi
6
 bir şəxsi onlara müsəllət 
edəcək.  O  şəxs  onların  hakimiyyətləri  başlayan  yerdən  (Xorasandan)  çıxacaq.  Hansı 
şəhərə  yollansa  oranı  fəth  edəcək,  hansı  bayraq  ona  qarşı  çıxsa  məğlub  edəcək,  elə  bir 
                                                             
6
 
Əbu Əli deyir: Dilçilər deyirlər: “əl-iləc” kafir deməkdir, “əl-ilc” xilqətcə ciddi olan şəxs demək-
dir.
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə