Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə31/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

Ansarullah Production 
66 
 
Əbul Carud nəql edir: Əbu Cəfər (ə.s) mənə dedi: “Ey Əbəl-Carud, əgər dövran dönüb 
(elə bir zaman gəlsə) ki, camaat “ölüb ya həlak olub, hansı vadiyə gedib?” desə və onu 
axtaran  “O  NECƏ  SAĞ  OLA  BİLƏR,  İNDİYƏ  ONUN  SÜMÜKLƏRİ  ÇÜRÜYƏR!”  – 
desə, o zaman onu gözləyin. Elə ki eşitdiniz (zühur edib), hətta qar üzərində sürünməklə 
də olsa ona tərəf tələsin.” 
- Kəmalud-din: 326, hədis 5; İlamul-Vəra: 302; İsbatul-Huda: 3/468, hədis 131; Biharul-Ənvar: 
51/136, hədis 1; Ğeybəti-Numani: 161-162, hədis 12 
Əba Əbdillah (ə.s)’ın yanında Qaimdən (ə.s) söz düşdü, həzrət buyurdu: “Bilin, o qiyam 
etdiyi zaman camaat deyəcək: Bu necə ola bilər? Onun ki, SÜMÜKLƏRİ FİLAN QƏDƏR 
İL BUNDAN ƏVVƏL ÇÜRÜMÜŞ OLMALIYDI?!” 
-  Ğeybəti-Tusi:  59,  hədis  56;  İsbatul-Huda:  3/499,  hədis  276;  Biharul-Ənvar:  51/148,  hədis  19; 
Ğeybəti-Numani: 162, hədis 14 və digər mənbələr. 
Bu  hədisdə  öldüyü  və  sümüklərinin  çürümüş  olduğu  iddia  edilən  şəxs  də  məhz 
Yəmanidir. Əvvəla bugün İmam Mehdi (ə.s)’ın öldüyünü və ya basdırıldığını iddia edən 
heç kim yoxdur, çünki sümüklərinin çürümüş olduğunu iddia etmək yalnız onun basdı-
rıldığına  inanan  kəslərin  sözləri  ola  bilər.  Odur  ki,  burada  öldürüldüyü  iddia  ediləcək 
şəxs Yəmanidən başqası deyildir. Zira digər hədislərdə İsa (ə.s) barədə deyilənlərin Qaim 
(ə.s) barədə də deyiləcəyi bizlərə açıqlanmışdır.  
Kəbul-Əhbar  dedi:  “Qiyam  edib  yer  üzünü  başqa  cür  edəcək  Mehdi  Əlinin  (ə.s) 
nəslindəndir. O həmin şəxsdir ki, İsa ibn Məryəm (ə.s) onunla Rum və Çin nəsranilərinə 
höccəti  tamam  edəcək.  Həqiqətən  Qaim  Əlinin  (ə.s)  nəslindəndir.  O  insanlar  içərisində 
yaradılış,  əxlaq,  GÖRKƏM  və  HEYBƏT  BAXIMINDAN  İSA  İBN  MƏRYƏMƏ  ƏN 
ÇOX OXŞAYAN şəxsdir. İzzət və cəlal sahibi olan Allah peyğəmbərlərə verdiyini ona da 
verəcək  və  üstəlik  bunu  bir  qədər  də  artırıb  onu  daha  fəzilətli  edəcək.  Əlinin  (ə.s) 
övladlarından olan Qaimin Yusifin qeybəti kimi qeybə çəkilməsi, İSA İBN MƏRYƏMİN 
QAYIDIŞI KİMİ BİR QAYIDIŞI olacaq…” 
-  Biharul-Ənvar:  52/225,  hədis  89;  İsbatul-Huda:  3/532,  h.464;  Muntəxəbul-Əsər:  300,  h.2; 
Qeybəti-Numani (azəricə): səh.152-153, hədis 4 (Tərcüməçinin qeydi: Bəlkə bu hədis yeganə 
hədisdir ki, orada İmam Mehdi (ə) İsa ibn Məryəmə bənzədilir. Digər hədislərdə həzrət, 
əziz babası həzrət Peyğəmbərə (s) bənzədilir.) 
Əmirəl  Möminin  Əli  (ə.s)  buyurdu:  ...  “Ey  Yəmanın  oğlu,  həqiqətən  də  Peyğəmbər  (s) 
ağzının mübarək suyunu mənim ağzıma atmış və əlini sinəmə çəkərək demişdir: İlahi, ... 
ona  Musanın  mətanət  və  dözümlülüyünü  əta  et,  İSAYA  BƏNZƏR  ŞƏXSİ  ONUN 
NƏSLİNDƏ QƏRAR VER...” 
- Biharul-Ənvar: 28/70, hədis 31; Əvalim: 3/304; Ğeybəti-Numani (azəricə): 148-149, hədis 3 


ahmedalhasan313.wordpress.com 
67 
 
DƏBBƏTÜL-ƏRZ_YƏMANİDİR_Allah_Rəsulu_belə_buyurdu:_“Qeyb_dövründə_onun_(İmam_Mehdinin_ə.s.)_SÖZÜ'>DƏBBƏTÜL-ƏRZ YƏMANİDİR 
Allah Rəsulu belə buyurdu: “Qeyb dövründə onun (İmam Mehdinin ə.s.) SÖZÜ üzərində 
sabit olanlar QIRMIZI KÜKÜRDDƏN daha müşərrəfdir.” 
- Bəşarətul-İslam: s.18 
Rəsulullahın  (s)  bəhs  etdiyi,  böyük  qeybətdəki  söz  nədir?  İmam  Mehdi  (ə.s)  zühur 
etmədiyi halda onun böyük qeybətdəki sözü nə ola bilər? O, necə və haradan gələ bilər? 
Şiələrin sayı təxminən 500 milyon olduğu halda Rəsulullah (s) nə üçün onların, nadir bir 
kimyəvi birləşmə olan qırmızı kükürddən daha müşərrəf olduğunu deyir? Xeyr! Bu söz 
İmam Mehdi (ə.s)’ın öz dili ilə deyəcəyi söz ola bilməz. Əksinə, bu söz məhz onun (ə.s) 
göndərmiş  olduğu  bir  Elçinin  insanlara  çatdırdığı  mesajdır  ki,  hər  kim  ona  tutunarsa, 
İmam Mehdi (ə.s) zühur etdiyi zaman onun (ə.s) yanında olar, hər kim ona tutunmazsa, 
yolunu itirib sərgərdan qalar. Və bu Elçi Dəbbətül-Ərzdir ki, axırzamanda ortaya çıxacağı 
söylənilmişdir. 
{O SÖZ onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən bir DƏBBƏ çıxardarıq 
ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.} [27:82] 
Əbi Əbdillah (ə.s)’dan soruşuldu: “Sənə fəda olum, xüruc nə zaman olacaq?” Buyurdu: 
“O (s.v.t) onun üçün insanları bir araya toplamağı dilədiyi zaman.” Sonra belə soruşuldu: 
“Bundan  əvvəl  onun  bir  əlaməti  olacaqmı?”  İmam  (ə.s)  belə  buyurdu:  “Bəli,  bir  çox 
əlamət. ŞƏRQDƏN DƏBBƏTÜL-ƏRZİN XÜRUC ETMƏSİ də bunlardan biridir.” 
- Biharul-Ənvar: 83/62 
Gəlin indi baxaq görək Dəbbətül Ərz kimdir: 
Əli ibn İbrahim Məhziyar İmam Mehdi (ə.s)’dan soruşdu: “Bu əmr  nə  vaxt yetişəcək?” 
İmam (ə.s) buyurdu: “Filan ildə. O vaxt SƏFA VƏ MƏRVƏ ARASINDAN DƏBBƏTÜL-
ƏRZ ÇIXACAQ VƏ İNSANLARI BİR ARAYA TOPLAYACAQMUSANIN ƏSASI  
SÜLEYMANIN ÜZÜYÜ onun yanındadır.” 
- Bəşarətul-İslam: s.236 
Ziyad ibn Münzir nəql edir: Əbu Cəfər (ə.s) buyurdu: “Qaim zühur etdiyi zaman Allah 
Rəsulunun  (s)  bayrağı,  SÜLEYMANIN  ÜZÜYÜ,  MUSANIN  DAŞI  VƏ  ƏSASI  ILƏ 
ZÜHUR EDƏCƏK. Sonra öz carçisina əmr edəcək ki, səslənib belə desin: Agah olun, heç 
biriniz  nə  yemək, nə su,  nə  də (miniyi  üçün) ot götürməsin. Əshabı  deyəcək: O bizi  və 
heyvanlarımızı aclıqdan və susuzluqdan öldürmək istəyir. O yola düşəcək və əshabı da 
onunla birgə gələcəklər. Dayandıqları ilk yerdə daşa vuracaq və ondan yemək, su və ot 
çıxacaq.  Bundan  sonra  onlar  yeyəcək,  içəcəklər  və  həmçinin,  heyvanları  da  (yeyəcək). 
Nəhayət gəlib Kufənin arxasında Nəcəfə çatacaqlar.” 


Ansarullah Production 
68 
 
- Bəsairud-dərəcat: 188, hədis 54; Kafi: 1/231, hədis 3; Kəmalud-din: 670, hədis 17; Biharul-Ənvar: 
13/185, hədis 20 və digər mənbələr; Ğeybəti-Numani: 264, hədis 28 
Abdullah  Cərni  belə  nəql  edir:  Əmirəl  Möminin  (ə.s)’ın  yanına  getdim  və  o  (ə.s)  belə 
buyurdu:  “Bir  nəfər  mənim  yanıma  gələnə  qədər  sənə  üç  şeyi  söylədim?”  Mən  “Xeyr” 
dedim.  O  (ə.s)  buyurdu:  “Mən  Abdullaham,  mən  öz  haqq  və  ədaləti  ilə  DƏBBƏTÜL-
ƏRZƏM.  Rəsulullahın  (s)  qardaşıyam.  Sənə  Mehdinin  burnu  və  gözləri  haqda 
demişəm?” Dedim ki, “Xeyr”. O (ə.s) əlini sinəsinə vurub dedi: “MƏN”. 
- Biharul-Ənvar: 39/243 
Allah Rəsulu (s) Əmirəl möminin (ə.s) haqda belə buyurdu: “O, DƏBBƏTÜL-ƏRZDİR 
ki, Allah onun haqda Öz Kitabında belə buyurmuşdur: {O söz onların başlarının üstünü 
aldığı  zaman  onlar  üçün  yerdən  bir  DƏBBƏ  çıxardarıq  ki,  onlarla  danışıb  insanların 
ayələrimizə  yəqinliklə  inanmadıqlarını  söyləyər.}.”  Sonra  o  (s)  buyurdu:  “AXIRZA-
MANDA Allah səni ən gözəl surətdə ortaya çıxaracaq və səninlə, düşmənləri zəhərləyən 
bir zəhər də olacaq.” 
- Biharul-Ənvar: 39/243 
İmam  Əli  (ə.s)  əlini  sinəsinə  vuraraq  “Mən”  dediyi  zaman,  Mehdi  deyə  çağırdığı  bu 
şəxsin, zamanın Höccətinin sağ əli və vəziri olduğunu bildirmək istəyir. Çünki İmam Əli 
(ə.s) özü, o zamanın Höccəti olan Rəsulullahın (s) sağ əli və vəziri idi. Həmçinin diqqət 
etməli  olduğumuz  ən  önəmli  məsələlərdən  biri  də  budur  ki,  İmam  Əli  (ə.s)  özünün 
Dəbbətül-Ərz olduğunu qeyd edir və Mehdinin xüsusiyyətlərini açıqlarkən buyurur ki, 
“MƏN”. Deməli bu Mehdi də İmam Əli (ə.s) kimi Dəbbətül-Ərz ləqəbini daşıyır. Bu ləqəb 
İmam  Əli  (ə.s)  ilə  bu  Mehdi  arasındakı  ortaq  ləqəbdir.  Həmçinin  bizə  məlum  oldu  ki, 
Dəbbətül-Ərz İmam Mehdi (ə.s) deyil. Elə isə sözü gedən bu Mehdi kimdir? Bu Mehdi, 
Mövlanın  zühuruna  az  qalmış,  ondan  əvvəl  gələcək  olan  Dəbbətül-Ərzdir.  Və  Mövla 
zühur  edənə  qədər  insanların,  üzərində  sabit  olmaları  tələb  olunan  söz  ONUN 
SÖZÜDÜR. Bu şəxs bizi İmam Zaman Ağaya dəvət edən Yəmanidir və o, Rəsulullahın 
(s)  vəsiyyətdə  Əhməd  deyə  zikr  etdiyi  ilk  Mehdidir,  və  hər  kim  ondan  üz  çevirərsə, 
cəhənnəm  əhlidir.  Bütün  insanlar,  məxsusən  də  şiələr  Dəbbətül-Ərz  ilə  imtahan 
ediləcəklər  və  çoxu  bu  imtahandan  keçə  bilməyəcək.  Bu  imtahandan  keçənlər  İmam 
Mehdi  (ə.s)’ın  qiyamından  əvvəl  bu  şəxsin  yolunu  tutanlar  olacaqlar.  Və  əksəriyyət  bu 
imtahanı keçə bilməyərək ələnəcəklər. Ona görə də, Rəsulullah (s) bu imtahanı keçənləri 
qırmızı kükürdə bənzədir. Və bu şəxs Səfa və Mərvədən, yəni Əli (ə.s) və Fatimə (ə.s)’ın 
soyundan gələn Yəmani və ilk Mehdidir.  
Əbi  Əbdillah  Cəfər  Sadiq  (ə.s)  buyurdu:  “Beləliklə  Qaim  rükn  və  məqam  arasında 
duracaq, VƏZİRİ də onun yanında olacaq... Və o, Məkkədən çıxacaq, o və onunla birlikdə 
olan 300 və bir neçə nəfər, və onlar rükn və məqam arasında ona beyət edəcəklər. Onunla 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə