Ansarullah Production
60
Bu səbəbdən, Yuşa (ə.s), Musanın (ə.s) vəsisidir və məsumdur.”
- Əhməd əl Həsən (ə.s), “Musanın İki Dənizin Qovuşmasına Səyahəti” kitabından
Beləliklə hamımıza açıqlanmış oldu ki, məsumluq dərəcələrlədir və hətta peyğəmbərlərin
də məsumluq dərəcələri eyni deyil. Ona görə də Əhməd əl Həsən (ə.s)’ın, danışarkən xəta
etməsi onun ismətinə mane olmur.
BƏTRİYYƏ ADLANANLAR KİMLƏRDİR
İmam Baqir (ə.s) buyurdu: “Qaim qiyam etdikdə Kufəyə doğru yola düşər. Orada
BƏTRİYYƏ
5
adlanan əli silahlı ON MİN NƏFƏR onun qarşısını kəsib belə deyərlər:
“Haradan gəlmisənsə, ora da qayıt. Bizim FATİMƏNİN (S.Ə) OĞULLARINA
ehtiyacımız yoxdur.” O (ə.s) da qılıncını çəkib onların hamısını qılıncdan keçirəcək, ta ki
ən sonuncusunu öldürənə qədər. Bunun ardınca Kufəyə daxil olacaq və hər bir mürtəd
münafiqi öldürəcək. Oradakı qalaları dağıdacaq və döyüşçüləri öldürəcək, ta ki Allah razı
olana qədər.”
- İrşad (Şeyx Müfid): 2/384
İmam Baqir (ə) belə buyurmuşdur: “Mehdi Kufəyə tərəf yola düşər. Orada ON MİN
NƏFƏR silahlı BƏTRİYYƏ onun qarşısını kəsərlər. ONLAR QURAN QARİLƏRİ VƏ
DİN ALİMLƏRİ olarlar ki, alınları çox səcdə etməkdən qabar bağlayar, üzləri də gecə
oyaq qalıb ibadət etməkdən sarı rəngdə olar və nifaq onları başdan ayağa qədər bürümüş
olar. Onlar bir səslə deyərlər: “EY FATIMƏNİN (S.Ə) OĞLU! Haradan gəlmisənsə, ora
da qayıt, çünki sənə ehtiyacımız yoxdur.” O (ə.s) da Nəcəf şəhərinin arxasında həftənin
birinci günü (bazar ertəsi) şam vaxtına qədər onlarla vuruşar və hamısını öldürər.”
- İrşad: s.364; Əlamul-Vəra: s.431; Biharul-Ənvar: 52/328 və 2/589; İsbatul-Huda: 3/516;
Ğeybəti-Tusi: s.283
{Ayələrimiz ona oxunduğu zaman: 'Bu, keçmişdəkilərin əfsanələridir!'–deyir.} [83:13],
İmam Sadiq (ə.s) bu ayəni belə təfsir edir: “Bəziləri Mehdinin soyunu inkar edəcəklər,
yəni, Qaimi yalanlayacaqlar və ona deyəcəklər ki, səni tanımırıq və sən Fatimənin
övladlarından deyilsən, eynilə Muhəmmədə (s) dedikləri kimi.”
- Mucəmul-Əhadis: 5/385; Müstədrək-Səfinətül-Bihar: səh.1
Şeyx Korani öz “Mucəmul-Mövzuyi-Əhadisi İmam Mehdi (ə.s)” kitabının 570ci səhifəsində
bətriyyə haqda belə deyir: “Görünür ki, bətriyyə olanların çoxu Şiədir.”
5
Bətriyyə Əhlibeyti (ə.s) sevdiyini iddia edən amma müxtəlif bəhanələrlə Əhlibeytin (ə.s)
düşmənlərini lənətləməyən və onlara qardaş deyənlərə deyilir.
ahmedalhasan313.wordpress.com
61
Sudeyr belə deyir: “İmam Baqirin (ə) yanına daxil oldum və mənimlə birlikdə Sələmə ibni
Kuheyl, Əbul-Miqdam Sabitul-Həddad, Salim ibni Əbi-Həfsə və Kəsirun-Nəva və
onlardan bir dəstə camaat vardı. İmam Baqir (ə.s)’ın yanında onun qardaşı Zeyd ibn Əli
vardı. Onlar İmama (ə.s) dedilər ki, “Biz Əlini, Həsəni və Hüseyni (ə.s) vəlimiz qəbul
edirik və onların düşmənlərindən də bizarıq (uzağıq).” İmam (ə.s) belə dedi: “Bəli”. Sonra
onlar belə dedilər: “Biz həmçinin Əbubəkri və Öməri (l.ə) də vəlimiz qəbul edirik və
onların düşmənlərindən də bizarıq.” Bu zaman Zeyd ibn Əli onlara üzünü tutub belə
dedi: “Siz Fatimədən (s.ə) bizarlıq edirsiniz? Və bizim əmrimizi kökündən qoparırsınız?
BƏTİRƏKUMULLAH (Allah sizin kökünüzü kəssin).” O gündən onları BƏTRİYYƏ
adlandırdılar.
-
Ricali-Kəşşi: s.154; əl-Fəqih (Şeyx Səduq)
İmam Baqir (ə.s) belə buyurdu: “Bətriyyələr məşriqdən məğribə qədər bir sırada
düzülsələr belə, Allah dinini onların vəsiləsilə şərəfləndirməz.”
- Biharul-Ənvar: 37/31; Ricali-Kəşşi: s.231 (xırda fərqlə)
QARA KƏNİZİN OĞLU YƏMANİDİR
Əbu Cəfər Muhəmməd ibn Əli əl-Baqir (ə.s) belə buyurdu: “Bu işin sahibində Yusiflə bir
bənzərlik vardır. O QARA KƏNİZİN OĞLUDUR. İzzət və cəlal sahibi olan Allah onun
işini bir gecədə yoluna qoyacaq.”
– Biharul Ənvar: 51/41, h.23; Muntəxəbul-Əsər: 300, h.3; Mucəmul-Əhadis: 3/239, h 768;
Qeybəti Numani (azəricə): bab 10, s.174, h.3
Əbu Cəfərə (ə.s) dedim: “Əmirəl-Mömininin (ə.s) buyurduğu “atam qurban olsun
KƏNİZLƏRİN ƏN ÜSTÜNÜNÜN OĞLUNA” sözündə məqsəd, Fatimədir (s.ə)?”
Buyurdu: “Fatimə (s.ə) azad qadınların ən üstünüdür. O həmin şəxsdir ki, geniş
qarınlıdır, qırmızımtıl rənglidir. Allah filankəsə rəhmət eləsin.”
- İsbatul-Huda: 3/538, h.496; Biharul-Ənvar: 51/42, h.24; Muntəxəbul-Əsər: 240, h.5; Mucəmul-
Əhadis: 3/236, h.763; Ğeybəti-Numani: 13cü bab, s.251, h.8 və 9
Bildiyimiz kimi İmam Mehdinin (ə.s) anası QARA olmayıb. Hətta Rum qeysərinin qızı
olmuşdur ki, bu da onun azad və ağ qadın olduğuna dəlalətdir. Və bir müddət əsirlik
yaşamışdır ki, bu da onun kəniz olmasına dəlalət etmir və hədislərdə əsir qadın olaraq
keçməkdədir. Lakin burada bir KƏNİZdən söhbət gedir. Və həmçinin, ravilərin
qeydlərinə əsasən İmam Mehdi (ə.s) ilə Yusif (ə.s) arasında bənzərlik olmayıb. Çünki
İmam Mehdi (ə.s) ilə bağlı digər hədislərdə Yusifə bənzərlikdən söhbət getmir. Əsrlər
boyu ravilər bu şəxs haqda, yəni Yusifə bənzər olan, qara kənizin oğlu barədə konkret
fikir yürüdə bilməyiblər, və müxtəlif fikirlərdə olmuşlar. Tarix boyu açılmamış sirri o
sirrin sahibi tərəfindən nəhayət açılmışdır. KİMDİR KƏNİZLƏRİN ƏN ÜSTÜNÜNÜN
OĞLU?? KİMDİR QARA KƏNİZİN OĞLU??
Dostları ilə paylaş: |