Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə28/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

Ansarullah Production 
60 
 
Bu səbəbdən, Yuşa (ə.s), Musanın (ə.s) vəsisidir və məsumdur.” 
- Əhməd əl Həsən (ə.s), “Musanın İki Dənizin Qovuşmasına Səyahəti” kitabından 
Beləliklə hamımıza açıqlanmış oldu ki, məsumluq dərəcələrlədir və hətta peyğəmbərlərin 
də məsumluq dərəcələri eyni deyil. Ona görə də Əhməd əl Həsən (ə.s)’ın, danışarkən xəta 
etməsi onun ismətinə mane olmur. 
BƏTRİYYƏ ADLANANLAR KİMLƏRDİR 
İmam  Baqir  (ə.s)  buyurdu:  “Qaim  qiyam  etdikdə  Kufəyə  doğru  yola  düşər.  Orada 
BƏTRİYYƏ
5
  adlanan  əli  silahlı  ON  MİN  NƏFƏR  onun  qarşısını  kəsib  belə  deyərlər: 
“Haradan  gəlmisənsə,  ora  da  qayıt.  Bizim  FATİMƏNİN  (S.Ə)  OĞULLARINA 
ehtiyacımız yoxdur.” O (ə.s) da qılıncını çəkib onların hamısını qılıncdan keçirəcək, ta ki 
ən sonuncusunu öldürənə qədər. Bunun ardınca Kufəyə daxil olacaq və hər bir mürtəd 
münafiqi öldürəcək. Oradakı qalaları dağıdacaq və döyüşçüləri öldürəcək, ta ki Allah razı 
olana qədər.” 
- İrşad (Şeyx Müfid): 2/384 
İmam  Baqir  (ə)  belə  buyurmuşdur:  “Mehdi  Kufəyə  tərəf  yola  düşər.  Orada  ON  MİN 
NƏFƏR silahlı BƏTRİYYƏ onun qarşısını  kəsərlər. ONLAR QURAN QARİLƏRİ VƏ 
DİN ALİMLƏRİ olarlar  ki, alınları çox səcdə etməkdən qabar bağlayar,  üzləri də gecə 
oyaq qalıb ibadət etməkdən sarı rəngdə olar və nifaq onları başdan ayağa qədər bürümüş 
olar. Onlar bir səslə deyərlər: “EY FATIMƏNİN (S.Ə) OĞLU! Haradan gəlmisənsə, ora 
da qayıt, çünki sənə ehtiyacımız yoxdur.” O (ə.s) da Nəcəf şəhərinin arxasında həftənin 
birinci günü (bazar ertəsi) şam vaxtına qədər onlarla vuruşar və hamısını öldürər.” 
-  İrşad:  s.364;  Əlamul-Vəra:  s.431;  Biharul-Ənvar:  52/328  və  2/589;  İsbatul-Huda:  3/516; 
Ğeybəti-Tusi: s.283 
{Ayələrimiz  ona  oxunduğu  zaman:  'Bu,  keçmişdəkilərin  əfsanələridir!'–deyir.}  [83:13]
İmam  Sadiq  (ə.s)  bu  ayəni  belə  təfsir  edir:  “Bəziləri  Mehdinin  soyunu  inkar  edəcəklər, 
yəni,  Qaimi  yalanlayacaqlar  və  ona  deyəcəklər  ki,  səni  tanımırıq  və  sən  Fatimənin 
övladlarından deyilsən, eynilə Muhəmmədə (s) dedikləri kimi.” 
- Mucəmul-Əhadis: 5/385; Müstədrək-Səfinətül-Bihar: səh.1 
Şeyx Korani öz “Mucəmul-Mövzuyi-Əhadisi İmam Mehdi (ə.s)” kitabının 570ci səhifəsində 
bətriyyə haqda belə deyir: “Görünür ki, bətriyyə olanların çoxu Şiədir.” 
                                                             
5
  Bətriyyə  Əhlibeyti  (ə.s)  sevdiyini  iddia  edən  amma  müxtəlif  bəhanələrlə  Əhlibeytin  (ə.s) 
düşmənlərini lənətləməyən və onlara qardaş deyənlərə deyilir. 
 


ahmedalhasan313.wordpress.com 
61 
 
Sudeyr belə deyir: “İmam Baqirin (ə) yanına daxil oldum və mənimlə birlikdə Sələmə ibni 
Kuheyl,  Əbul-Miqdam  Sabitul-Həddad,  Salim  ibni  Əbi-Həfsə  və  Kəsirun-Nəva  və 
onlardan bir dəstə camaat vardı. İmam Baqir (ə.s)’ın yanında onun qardaşı Zeyd ibn Əli 
vardı.  Onlar  İmama  (ə.s)  dedilər  ki,  “Biz  Əlini,  Həsəni  və  Hüseyni  (ə.s)  vəlimiz  qəbul 
edirik və onların düşmənlərindən də bizarıq (uzağıq).” İmam (ə.s) belə dedi: “Bəli”. Sonra 
onlar  belə  dedilər:  “Biz  həmçinin  Əbubəkri  və  Öməri  (l.ə)  də  vəlimiz  qəbul  edirik  və 
onların  düşmənlərindən  də  bizarıq.”  Bu  zaman  Zeyd  ibn  Əli  onlara  üzünü  tutub  belə 
dedi: “Siz Fatimədən (s.ə) bizarlıq edirsiniz? Və bizim əmrimizi kökündən qoparırsınız? 
BƏTİRƏKUMULLAH  (Allah  sizin  kökünüzü  kəssin).”  O  gündən  onları  BƏTRİYYƏ 
adlandırdılar. 

Ricali-Kəşşi: s.154; əl-Fəqih (Şeyx Səduq) 
İmam  Baqir  (ə.s)  belə  buyurdu:  “Bətriyyələr  məşriqdən  məğribə  qədər  bir  sırada 
düzülsələr belə, Allah dinini onların vəsiləsilə şərəfləndirməz.” 
- Biharul-Ənvar: 37/31; Ricali-Kəşşi: s.231 (xırda fərqlə) 
QARA KƏNİZİN OĞLU YƏMANİDİR 
Əbu Cəfər Muhəmməd ibn Əli əl-Baqir (ə.s) belə buyurdu: “Bu işin sahibində Yusiflə bir 
bənzərlik vardır. O QARA KƏNİZİN OĞLUDUR. İzzət və cəlal sahibi olan Allah onun 
işini bir gecədə yoluna qoyacaq.” 
–  Biharul  Ənvar:  51/41,  h.23;  Muntəxəbul-Əsər:  300,  h.3;  Mucəmul-Əhadis:  3/239,  h  768; 
Qeybəti Numani (azəricə): bab 10, s.174, h.3 
Əbu  Cəfərə  (ə.s)  dedim:  “Əmirəl-Mömininin  (ə.s)  buyurduğu  “atam  qurban  olsun 
KƏNİZLƏRİN  ƏN  ÜSTÜNÜNÜN  OĞLUNA”  sözündə  məqsəd,  Fatimədir  (s.ə)?” 
Buyurdu:  “Fatimə  (s.ə)  azad  qadınların  ən  üstünüdür.  O  həmin  şəxsdir  ki,  geniş 
qarınlıdır, qırmızımtıl rənglidir. Allah filankəsə rəhmət eləsin.” 
- İsbatul-Huda: 3/538, h.496; Biharul-Ənvar: 51/42, h.24; Muntəxəbul-Əsər: 240, h.5; Mucəmul-
Əhadis: 3/236, h.763; Ğeybəti-Numani: 13cü bab, s.251, h.8 və 9 
Bildiyimiz kimi İmam Mehdinin (ə.s) anası QARA olmayıb. Hətta Rum qeysərinin qızı 
olmuşdur  ki,  bu  da  onun  azad  və  ağ  qadın  olduğuna  dəlalətdir.  Və  bir  müddət  əsirlik 
yaşamışdır ki, bu da onun kəniz olmasına dəlalət etmir və hədislərdə əsir qadın olaraq 
keçməkdədir.  Lakin  burada  bir  KƏNİZdən  söhbət  gedir.  Və  həmçinin,  ravilərin 
qeydlərinə  əsasən  İmam  Mehdi  (ə.s)  ilə  Yusif  (ə.s)  arasında  bənzərlik  olmayıb.  Çünki 
İmam  Mehdi  (ə.s)  ilə  bağlı  digər  hədislərdə  Yusifə  bənzərlikdən  söhbət  getmir.  Əsrlər 
boyu  ravilər bu  şəxs  haqda, yəni Yusifə bənzər olan, qara  kənizin oğlu barədə konkret 
fikir  yürüdə  bilməyiblər,  və  müxtəlif  fikirlərdə  olmuşlar.  Tarix  boyu  açılmamış  sirri  o 
sirrin sahibi tərəfindən  nəhayət açılmışdır. KİMDİR KƏNİZLƏRİN ƏN ÜSTÜNÜNÜN 
OĞLU?? KİMDİR QARA KƏNİZİN OĞLU?? 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə