Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə27/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

Ansarullah Production 
58 
 
il  də  qaldı.]  [Yusif:  42].  İmam  Əhməd  əl  Həsən  (ə.s)  bu  hadisəyə  bir  şərh  verdi  və 
buyurdu ki, həqiqətən də Allah, Yusifin zindanda 3 il qalmağını uyğun gördü və təqdir 
etdi. Lakin Yusif bu xətasından sonra əlavə 4 il zindanda qaldı.  
Beşinci nümunə – Yunus (ə.s). 
Zün-Nun  (Balıq  Sahibi)  Yunus.  [Zün-Nunu  da  (yada  sal!)  Bir  zaman  o  qəzəbli  halda 
(qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da 
zülmətlər  içində  yalvarıb  demişdi:  'Səndən  başqa  heç  bir  ilah  yoxdur!  Sən  paksan, 
müqəddəssən!  Mən  isə,  həqiqətən,  zalımlardan  olmuşam!']  [Ənbiya:  87].  Yunusun 
hekayəsi məşhurdur. Bu hekayə Tövratda da, İncildə də, Suhuf-i İbrahimdə də keçir. Və 
bu, bir çox insandan gizli bir məsələ deyil.  
Beləliklə  bunlar  Qurani-Kərimdən  olan,  xətalar  və  ya  günahlar  etmiş,  Allahın  elçiləri 
haqda  5  nümunədir.  Və  Əhlibeytin  (ə.s)  hədisləri  bundan  daha  artığını  buyurur.  Bu  5 
nümunə  Adəm,  Nuh,  Yusif,  Musa  və  Yunus  (ə.s)  idi.  Peyğəmbərlərin  və  elçilərin 
doğuşdan ölənə qədər məsum olduqlarını deyənlərin dəlilinə gəldikdə, onlar deyirlər ki, 
bunun dəlili Qurani-Kərimin bu ayəsindədir: [(Məryəm) ona işarə etdi. Onlar dedilər: 
'Beşikdə  olan  körpə  ilə  necə  danışaq?'  (Körpə  dil  açıb)  dedi:  'Həqiqətən  də,  mən 
Allahın  quluyam!  O  mənə  Kitab  verdi  və  məni  peyğəmbər  etdi.]  [Məryəm:  29-30]. 
Bəziləri İsanın (ə.s) beşikdə danışması möcüzəsinə işarə edərək deyirlər ki, baxın həm İsa 
(ə.s), həm də digər peyğəmbər-lər və elçilər doğulandan ölənə qədər məsumdurlar. Lakin 
bu, heç də peyğəmbər-lərin və elçilərin doğuşdan məsum olmalarının dəlili deyil. Çünki 
İsanın danışması, anası Məryəmin günahsızlığını təsdiqləmək üçün gələn bir əmr idi. Və 
bu, sarayda Yusifin sədaqətinə şahidlik edən körpənin  danışmağı ilə eyni mövqedədir. 
Və Yusif Züleyxa ilə, günahlandırıldığı qeyri-məşru əlaqə qurmadı. Və orada olan körpə 
nə  nəbi  idi,  nə  də  rəsul.  Ona  görə  də  insanlar,  İsanın  beşikdə  danışmasını  zati  ismətin 
dəlili  olaraq  istifadə  edə  bilməzlər.  Doğrusu  o,  nümunələrdən  bir  nümunə  idi.  Bu,  o 
xüsusi  zaman  üçün  baş  vermiş  bir  möcüzə  idi  və  bu,  zati  ismətin  dəlili  deyildi.  Sizə 
peyğəmbərlərdən  və  elçilərdən  olan  xətaları  Qurani-Kərimdən  göstərdik.  Şübhəsiz  ki, 
sizdən gizli olan şey daha böyükdür. Aləmlərin Rəbbi olan Allaha həmd olsun… 
Əhməd əl Həsən (ə.s) buyurdu ki, bugün mövcud olan Əhməd əl Həsənin bu təkrardakı 
(rəcətdəki)  isməti  qazanılmış  ismətdir.  Ona  necə  məsum  olmağı  öyrədən,  onun  atası 
İmam Muhəmməd ibn əl-Həsən (ə.s)’dır. 
Allahın  səlatı  və  salamı  Muhəmməd  və  Al-i  Muhəmmədin,  İmamların  və  Mehdilərin 
üzərine olsun. 
- Əba Sadiq Abdullah Haşim 


ahmedalhasan313.wordpress.com 
59 
 
Həmçinin İmam Əhməd əl Həsən (ə.s) məsumluq haqqında bir kitabında belə açıqlama 
etmişdir: 
“Məsumluq, Allah tərəfindən  haram edilən şeydən çəkinmək  üçün, Allahdan möhkəm 
yapışmaqdır və iki yönə sahibdir; quldan bir yön ki, o ixlasdır və Rəbbdən bir yön ki, o 
da yardımdır.  
Beləliklə, hər insan bu halda öz insani fitrətinə yerləşdirilmiş ismət qabiliyyətinə sahibdir. 
Allahın Höccətlərə isə ixlas dərəcələrindən  dolayı məsumluqda bənzərsizdirlər. Çünki, 
Allaha  qarşı  olan  bu  ixlas  ilə,  onlar  elə  bir  səviyyəyə  çatırlar  ki,  o  səviyyədə  onların 
üzərinə enən yardım, onları Allahın haramlarından qoruyan bir qala kimi olur. Həmçinin, 
Höccətlər  (ə.s);  həqiqəti,  qədəri  və  aqibəti  bilən  Allahın,  onların  ismətlərini  göstərib, 
onlara  itaəti  əmr  etməsi  məsələsində  də  bənzərsizdirlər.  Çünki  onlar,  insanları  zəlalətə 
götürməzlər və onları hidayətdən də çıxarmazlar.  
Bəzi  insanların  xəyal  etdiyi  şeyə,  yəni  məsumun  mütləq  olaraq  (bir  şeyi)  ehmal  edib 
unuda  bilməyəcəyinə  gəldikdə,  bu  açıqlama  rədd  edilmişdir.  Çünki  onların  bu  sözü 
məsumun  içində  zülmət  olmayan  nur  olduğu  mənasına  gəlir  və  bu  yalnışdır.  Çünki, 
içində zülmət olmayan nur Allahdır. Beləliklə, geriyə məsumun nur və bir zülmət qüsur 
olduğu  qalır  ki,  bu  onun  varlığının  kimliyidir  və  onun  hərəkəti  üzərində  bir  təsirə 
sahibdir.  Və  onun  bu  zülmətə  sahib  olmasından  dolayı,  təsiri;  unutma,  ehmalkarlıq  və 
məxluqa  xas  olan  digər  şeylər  kimi  olacaqdır.  Lakin  bu  ixlaslı  qulda  (məsumda),  bu 
şeylərin  varlığı,  mümkün  ola  biləcək  ən  az  səviyyədədir  və  bəlkə  də,  bəzi  hallarda 
çətinliklə  diqqətə  alına  bilər.  Amma  mövcud  olaraq  qalar  və  Yuşanın  (ə.s)  hadisəsində 
olduğu kimi, unutmağa səbəb ola bilər.  
[(Gənci) dedi: 'Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı 
unutdum.  Doğrusu,  onu  xatırlamağı  mənə  yalnız  şeytan  unutdurdu.  O  da  qəribə  bir 
şəkildə dənizdə yol tutub getmişdir'.] [Kəhf: 63] 
Yuşa  (ə.s),  Musanın  (ə.s)  vəsisidir  və  o,  Musanın  (ə.s)  vəfatından  sonra  İsrailoğullarını 
Müqəddəs Torpağa girməyə yönəltmiş kəsdir... 
Əbu  Əbdillah  (ə.s)  buyurur:  “Musa,  Yuşa  ibn  Nuna  vəsiyyət  etdi.”  [Kafi:  cild  1,  s.293, 
hədis 761] 
Əmmar Səbbati nəql edir: Əbu Əbdillaha (ə.s) dedim: “İmamların mövqeyi nədir?” İmam 
(ə.s) buyurdu: “İmamların mövqeyi, Zülqərneynin, Yuşanın və Süleymanın dostu Asəfin 
mövqeyi kimidir.” Dedim: “Nə ilə hökm edirsiniz.” İmam (ə.s) buyurdu: “Allahın hökmü 
ilə,  Davud  soyunun  hökmü  ilə  və  Muhəmmədin  (s)  hökmü  ilə…  Bunları,  Ruhul-Qüds 
bizə bildirir…” [Kafi: cild 1, s.398, hədis 1037] 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə