Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

Ansarullah Production 
52 
 
səviyyəli),  FASİQ  İSƏ  VÜQARLI  SAYILAR,  onların  hökmdarları  cahil  və  zalım  olar, 
alimləri  isə  zalımların  qapılarında  sülənərlər,  o  dövrün  varlıları  yoxsulların  yığdığı 
azuqəni  oğrayarlar,  kiçikləri  böyüklərindən  önə  keçər,  bütün  cahillər  onların  yanında 
elmli və bütün iş bilənlər onların yanında yoxsul (heç nə bilməyən) hesab olunar, ixlaslı 
və şəkdə olanı bir-birindən seçə bilməzlər və canavarla qoyunu tanımazlar. O DÖVRÜN 
ALİMLƏRİ  ALLAHIN  YER  ÜZÜNDƏ  YARATDIQLARININ  ƏN  ŞƏRLİLƏRİDİR
Onlar  fəlsəfəyə  və  sufiliyə  (irfana)  meyl  edərlər.  And  olsun  Allaha  ki,  onlar  dindən 
çıxanlar  və  dini  təhrif  edənlər  olacaqlar.  Onlar  bizim  müxaliflərimizlə  dostluqlarını 
artırarlar, ŞİƏLƏRİMİZİ VƏ BİZİM VİLAYƏTİMİZDƏ OLANLARI AZDIRARLAR
Elə  ki  vəzifəyə  keçdilər  rüşvət  yeməkdən  doymazlar,  köməksiz  qalanda  riyakarlıqla 
Allaha  ibadət  edərlər.  Bilin  ki,  onlar  möminlərin  yolunu  kəsənlərdir  və  onlar  Allaha 
inanmayanların əqidəsinə səsləyənlərdir. Kim o alimlərin zamanında yaşasa (o zamanı 
dərk etsə) onlardan ehtiyatlı olsun. Dininizi və imanınızı qoruyun.” 
-  Hədiqətuş-şiə  (Muqəddəs  Ərdəbili);  Səfinətul-Bihar  (Muhəddis  Qumi):  2/31;  Mustədrəkul-
Vəsail  (Şeyx  Nuri):  2/322;  Səfinətul-Bihar  (Şeyx  Abbas  Qumi):  2/57;  Nəhcul-Bəlağənin  şərhi 
(Əllamə Xoyi): 6/304; Ənvarun-Numaniyyə (Seyyid Nematullah Cəzairi) 
Əmirəl möminin (ə.s) öz Xütbələrindən birində belə buyurur: “FƏQİHLƏR YALANA, 
ALİMLƏR İSƏ AZĞINLIĞA MEYL EDƏCƏKLƏR.” 
- İlzamun-Nasib, İsbatul-Huda əl-Qaib: 2/195 
Rəsulullah (s) belə buyurdu: “Ümmətimə elə bir zaman gələcək ki, Qurandan yazısı xaric 
və İslamdan adı xaric heç nə qalmayacaq. Onlar özlərini Müsəlman deyə adlandıracaqlar, 
halbuki onlar İslamdan ən uzaq insanlardır. Onların məscidləri insanlarla dolacaq, lakin 
hidayətdən boş olacaq. O ZAMANIN FƏQİHLƏRİ bu dünyada yaşayan ən şərli fəqih-
lərdir, FİTNƏ onlardan çıxar və onlara geri dönər.” 
- Biharul-Ənvar: 52/190 
İmamlardan  (ə.s)  olan  bir  hədisdə  belə  buyurulur:  “Mehdi  çıxdığı  zaman  ALİMLƏR-
DƏN  BAŞQA  DÜŞMƏNİ  OLMAYACAQ,  əgər  qılıncı  olmasaydı,  o  alimlər  onu 
öldürmək üçün FƏTVALAR verərdilər.” 
- Bəyanul-Əimmə: 3/99 
“Onun  (Mehdinin)  ilk  düşmənləri  ALİMLƏRİN  TƏQİBÇİLƏRİDİR,  onlar  onun 
hakimiyyəti altına onun qılıncı və gücü qorxusundan girəcəklər...” 
- Əyanul-Şiə (Seyyid Muhsin əl-Amin): 2/54 
Rəsulullah  (s)  belə  buyurdu:  “…Ey  ibn  Məsud,  onların  ALİMLƏRİ  VƏ  FƏQİHLƏRİ 
əxlaqsız  xainlərdir.  Daha  da  pisi,  onlar  Allahın  ən  şərli  məxluqlarıdır  və  onların 
təqibçiləri, ziyarətçiləri, onlarla rəftar edənlər, onları sevənlər, onlarla oturanlar və onlara 
ağıl verənlər də elədir…” 


ahmedalhasan313.wordpress.com 
53 
 
- İlzamun-Nasib: 2/131-132; Məkarimul-Əxlaq: s.450-451 
İmam Cəfəri-Sadiq (ə.s) buyurdu: “Onun (Məhdinin) zamanında din rəylərdən arınaraq 
əvvəlki halına qayıdacaq. Verəcəyi bir çox hökmlər alimlərin məzhəblərinə zidd olacaq. 
Bundan dolayı Ondan (Məhdidən) uzaq duracaqlar. Nəticədə öz zənlərinə görə Allahın 
İmamlardan (ə.s) sonra bir MÜCTEHİD buraxmadığını qəbul edəcəklər.” 
- Muhyiddin Ərəbi, "Futuhatəl-Məkkiyyə": c.3, bab 66, səh.327-328  
Allah Rəsulu (s) bir zamanında Məşriq tərəfə işarət edərək buyurdu: “Ümmətimdən 70 
min BAŞI SARIQLI ALİM, Dəccala tabe olacaq.” 
- Əbu Bəkr Əbdürrəzzaq bin Həmmam əs-Sənani, "Kitabul-Musənnəf: 11/393 
Rəsulullah  (s)  buyurdu:  Merac  gecəsi  Allah  Təaladan  soruşdum:  “İlahi,  bu  (Qaimin 
qiyamı) nə vaxt olacaq?” Allah Əzzə və Cəllə belə vəhy etdi: “Elm qaldırıldığı və cəhalət 
ortaya çıxdığı, qarilər çoxaldığı, əməllər azaldığı, qətliamlar artdığı zaman, HİDAYƏTƏ 
GÖTÜRƏN  FƏQİHLƏR  AZALDIĞI,  ZƏLALƏTƏ  GÖTÜRƏN  XAİN  FƏQİHLƏR 
ÇOXALDIĞI ZAMAN. Şairlər çoxaldığı zaman, sənin ümmətin, məzarlarını məscidlərə 
çevirdiyi  zaman,  müshəflər  (Quran)  və  məscidlər  bəzədildiyi  zaman  və  ədalətsizliklər 
çoxaldığı zaman.” 
- Merac hədisi 
İmam Əli (ə.s)’ın əks fətva verən alimləri məzəmmət etdiyi kəlamlarındandır: “Alimlərin 
birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda o öz rəyi əsasında fətva verir, 
həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə 
olur,  bu  zaman  bir-birinə  zidd  hökmlərilə  onları  qazı  təyin  edən  rəhbərin  ətrafına 
toplanırlar.  Qazılar  qazısı  onların,  Allahı  bir,  Peyğəmbəri  bir,  Kitabı  bir  olduğu  halda 
hamısının  rəyinin  düzgün  olduğunu  söyləyir.  Allah-təala  onlara  ziddiyyətli  fətva 
verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? Ya onları ziddiyyətdən 
çəkindirib,  onlar  isə  itaətsizlik  və  günah  ediblər?  Yaxud  da  Allah-təala  naqis  bir  din 
göndərib,  onu  tamamlamaq  üçün  onlardan  kömək  istəyib?  Və  ya  özlərini  Allaha  şərik 
bilib hökm verirlər və O da razıdır? Və ya Allah-təala tam bir din göndərmiş, Allah Rəsulu 
(s)  isə  onun  təbliğində  və  çatdırılmasında  bir  nöqsan  etmişdir?  Halbuki  Allah-təala 
buyurub: {Biz Qur’anda heç bir şeyi əsirgəməmişik} [Ənam 38]{Sənə hər bir şeyi bəyan 
edən Kitabı göndərdik} yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub…” 
- Nəhcül-Bəlağə: 18ci Xütbə 
Bu  xütbə  bugün  öz  rəyləri  əsasında  fətvalar  verən  və  insanlara  təqlidi  vacib  qılan 
axırzamanın  mərceyi-təqlidinin  əsl  üzünü  ortaya  qoyur.  Bu  haqda  saytımızda  “Təqlid 
fitnəsi” haqda olan məqaləmizdən daha geniş məlumat əldə edə bilərsiniz. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə