Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə20/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

ahmedalhasan313.wordpress.com 
43 
 
Bu hədisdən də göründüyü kimi, hədisi rəvayət edən səhabə İmam Muhəmməd Mehdi 
(ə.s)’dan  bəhs  edir,  lakin  İmam  Baqir  (ə.s)  gizli  olan  Qaimdən  bəhs  edir  ki,  işin  sahibi 
odur. Və Əhlibeyt (ə.s) onun barəsində çox şeyi açıqlamayıblar. 
Əba Əbdillah (ə.s)’dan Allah Əzzə və Cəllənin “Elə ki, sura üfürülər” ayəsi barədə sual 
soruşuldu. Həzrət buyurdu: “Həqiqətən də bizim içimizdə GİLZİ BİR İMAM vardır. Elə 
ki,  Allah  əzzə  və  cəllə  onun  işini  aşkar  etmək  istədi,  qəlbinə  bir  əlamət  salacaq.  Beləcə 
zühur edəcək və Allah əzzə və cəllənin İŞİNİ HƏYATA KEÇİRƏCƏK.” 
- Kafi: 1/343, hədis 30; İsbatul-Vəsiyyə: 228; Kəmalud-Din: 349, hədis 42; Ğeybəti-Tusi: 164, hədis 
126; Ricalul-Kəşşi: 192, hədis 338; Ğeybəti-Numani (azəricə): s.204, hədis 40 
Bu  hədisdə  məhz  “GİZLİ”  sözünün  işlədilməsi  də  təsadüfi  deyildir.  Zira  İmam  Mehdi 
(ə.s)’ın varlığı, imaməti, xüsusiyyətləri gizli deyildir. Və İmam Mehdi (ə.s) QEYBDƏDİR, 
GİZLƏNMİŞDİR,  lakin  burada  bəhs  edilən  İmamın  kimliyi  gizlidir,  və  insanlar  onu 
tanımırlar.  
Əmirəl-möminin  (ə.s)  dedi:  “Haram  qan  tökülmədən  Allah  yer  üzünü  zalımlardan 
təmizləməyəcək.”  Sonra  Bəni-Üməyyə  və  Bəni-Abbas  barədə  uzunca  danışıb  dedi: 
“Minlər hazır olduqda, cərgələr nizamlandıqda, qoç quzunu öldürdükdə başqa bir nəfər 
qiyam edəcək, inqilabçı inqilab edəcək, kafirlər həlak olacaq. Sonra ümid edilən Qaim və 
MƏCHUL İMAM qiyam edəcək...” 
- Biharul-Ənvar: 52/235, hədis 104; Mucəmul-Əhadis: 3/16, hədis 570; Qeybəti-Numani (azəricə): 
s.308-310, hədis 55 
Bu  hədisdə  keçən  MƏCHUL  İMAM  ifadəsinə  diqqət  yetirməkdə  fayda  vardır.  Ümid 
edilən  Qaim  hamının  ümidlə  gözlədiyi  İmam  Mehdi  (ə.s)’dır.  Lakin  Məchul  İmama 
gəldikdə,  bu  o  şəxsdir  ki,  əsrlərlə  Əhlibeyt  (ə.s)  onun  kimliyini  gizli  saxlamışdır,  və 
nəhayət  onun  özü  zühur  edib  öz  məsələsini  aşkar  etmişdir.  Və  onun  məchul  olması, 
özünün  bu  iş  haqda  dəlil  gətirməsi  haqda  hədislərə  də  kitabdakı  digər  mövzularda 
açıqlama verilmişdir. Odur ki, Əhlibeyt (ə.s)’ın hədislərinin hər kəliməsini düşünüb dərk 
etməyə çalışmalıyıq, əks halda cəhalətimizdən istifadə edən xain və satqın insanlar bizi 
onların (ə.s) yolundan ayırıb azğınlığa götürməyə davam edəcəklər. 
BU İŞİN SAHİBİ GƏNC OLARAQ GERİ DÖNƏCƏK 
Əba Əbdillah (ə.s) buyurdu: “Mənim övladlarımdan olan Qaim (İbrahim) Xəlil kimi yüz 
iyirmi  il  ömür  sürəcək  və  bu  müddətdə  onu  dərk  edəcəklər.  Sonra  bir  müddət  qeybə 
çəkiləcək və daha sonra OTUZ İKİ yaşında olan QÜVVƏLİ (VƏ YA MÜZƏFFƏR) BİR 
GƏNC  ŞƏKLİNDƏ  ZÜHUR  EDƏCƏK.  Buna  görə  də  bir  dəstə  insan  ondan  üz 
döndərəcəklər.  O,  yer  üzünü  haqsızlıq  və  zülmlə  dolduğu  kimi  düzlük  və  ədalətlə 
dolduracaq.” 


Ansarullah Production 
44 
 
- Dəlailul-İmamə: 258; Ğeybəti-Tusi: 420, hədis 398; Biharul-Ənvar: 52/287, hədis 22; Ğeybəti-
Numani: 206, hədis 44 
Əba  Əbdillah  (ə.s)  buyurdu:  “ƏN  BÖYÜK  BƏLALARDAN  BİRİ  də  budur  ki,  onlar 
sahiblərini QOCA BİR ŞEYX kimi təsəvvür  etdikləri  halda, sahibləri onlara bir  GƏNC 
şəklində görünəcək.” 
-  Ğeybəti-Tusi:  420,  hədis  398;  Əqdüd-Dürər:  41;  İsbatul-Huda:  3/512,  hədis  340;  Ğeybəti-
Numani (azəricə): s.206, hədis 43 
Əbi  Əbdillah  (ə.s)  buyurdu:  “ƏN  BÖYÜK  İMTAHAN  odur  ki,  onlar  sahiblərini  yaşlı 
gözlədikləri halda, o bir GƏNC şəklində ortaya çıxacaq.” 
- Kəmaluddin-Din və Təmamun-Nima: s.308, 312, 330 
Əli ibn Əbu Həmzə nəql edir: Əba Əbdillah  (ə.s) buyurdu: “Qaim qiyam etdiyi zaman 
CAMAAT ONU İNKAR EDƏCƏK. Çünki o onlara QÜVVƏLİ BİR GƏNC ŞƏKLİNDƏ 
QAYIDACAQ. Onu (qəbul etməkdə) yalnız Allahın zərr aləmində əhd aldığı möminlər 
sabit qalacaqlar.”  
- Ğeybəti-Tusi: 420, hədis 398; Əqdüd-dürər: 41; İsbatul-Huda: 3/583, hədis 340; Ğeybəti-Numani 
(azəricə): 234, hədis 20 
Bu  hədislərdə  əslində  gizli  bir  mesaj  vardır  ki,  insanların  çoxu  diqqət  etməməkdədir. 
Əvvəla  bu  hədisi  oxuyan  şəxslərə  artıq  məlumdur  ki,  bu  işin  sahibi  GƏNC olaraq  geri 
dönəcək. Elə isə nə üçün bir insan bu məlumatı bildiyi halda İmam (ə.s)’ı inkar etsin? Bir 
halda  ki,  burada  Şiələrdən  gedir  söhbət,  zira  “SAHİB”  kəlməsi  bunu  göstərir  ki,  bu 
hədisdə bəhs edilən camaat İmamı öz sahibləri olaraq qəbul edənlərdir ki, bu da Əhlibeyt 
(ə.s)  İmamlarını  öz  vəliləri  olaraq  görənlərdən  başqası  deyildir.  Elə  isə  buradakı  mesaj 
əslində budur ki, camaat İmam Mehdi (ə.s)’ı gözlədikləri  halda başqa birisi gələcək, və 
çoxu  onu  qəbul  etməyəcək.  Onlar  1000  ildən  uzun  müddətdir  qeybdə  olan,  yəni  1000 
ildən  çox  ömrü  olan  İmamı  (ə.s)  gözlədikləri  halda,  axırzamanda  doğulmuş  başqa  bir 
Mehdi ilə imtahan olunacaqlar.  
Əmirəl möminin Əli (ə.s) Mehdi ilə bağlı bir hədisdə belə buyurur: “O, OTUZ İLƏ QIRX 
yaşları arasında göndəriləcək.” 
- Seyyid Şəhid Sədr: c.3/s.359 
Əbu Cəfər (ə.s) buyurdu: “Bu işin sahibi QIRX yaşlarını keçməyən bir şəxsdir.” 
 - Seyyid Şəhid Sədr: c.3/s.359 
Əslinə gənc olaraq gələn İmam Mehdi (ə.s) deyil, onun elçisi Əhməd əl Həsən (ə.s)’dır ki, 
1999cu  ildə  32  yaşında  İraqda  ilk  dəfə  İmam  Mehdi  (ə.s)  ilə  İmam  Hüseyn  (ə.s)’ın 
hərəmində  görüşdü  və  o  vaxtdan  etibarən  də  İmamın  (ə.s)  zühurunun  hazırlığına 
başlandı.  


ahmedalhasan313.wordpress.com 
45 
 
Əbi  Abida  əl-Həda  nəql  edir:  Mən  Əbu  Cəfər  (ə.s)’dan  bu  məsələnin  nə  zaman  baş 
verəcəyi haqqında soruşdum. O (ə.s) buyurdu: “Əgər onun (ə.s) bir tərəfdən gələcəyini 
ümid etsəniz, lakin o (ə.s) BAŞQA BİR YÖNDƏN GƏLSƏ, İNKAR ETMƏ.” 
- Bəşarətul-İslam: s.148 
İmam Cəfər Sadiq (ə.s) buyurdu: “Əgər sizə bir nəfər haqqında bir şey desək, onda deyil, 
ONUN OĞLUNDA VƏ YA OĞLUNUN OĞLUNDA çıxarsa İNKAR ETMƏYİN.” 
- Biharul-Ənvar: 26/225; Nimətullah Cəzairi: s.435 
Yəni, birini gözlədiyiniz halda başqa birisi gəlsə inkar etməyin. Lakin bugün xüsusən Şiə 
aləmi  Əhməd  əl  Həsən  (ə.s)’ın  dəvətinə  inanmayaraq,  onu  yalançılıqla,  sehrbazlıqla 
ittiham elədilər. Və beləliklə də hədis gerçəkləşmiş oldu. 
KİMSƏ QAİM OLDUĞUNU İDDİA ETSƏ İNKAR 
ETMƏMƏLİYİK 
Əba Əbdillahın (ə.s) belə dediyini eşitdim: “Bu işin sahibinin iki qeybə çəkilməsi olacaq. 
Onlardan birində onun (xəbəri) yaxın şəxslərinə çatacaq, digərində isə deyiləcək: həlak 
olub, hansı dərəyə gedib?” Dedim: “Bu baş verdikdə nə edək?” Buyurdu: “ƏGƏR BİR 
KİMSƏ  (QAİM  OLDUĞUNU)  İDDİA  ETSƏ,  ONDAN  YALNIZ  (QAİMİN)  CAVAB 
VERƏ BİLƏCƏYİ ÇƏTİN SUALLARI SORUŞUN.” 
- Kafi: 1/340, h.20; İsbatul-Huda: 3/445, h.30; Biharul-Ənvar: 52/157, h.18; Mucəmul-Əhadis: 
3/364, h.911; Ğeybəti Numani (azərbaycanca): bab 10, h.9, s.187-188 
Hədisin əvvəlində İmam Mehdidən (ə.s) bəhs edilir bildiyimiz kimi. Amma hədisin son 
cümləsi sanki başqa bir Qaimin çıxa biləcəyi ehtimalı yaradır. "ƏGƏR BİR KİMSƏ (QAİM 
OLDUĞUNU)  İDDİA ETSƏ"  -  burada  İmam  Sadiq  (ə.s)  İmam  Mehdidən  (ə.s)  başqa 
birisinin Qaim olduğunu iddia edə biləcəyini və onun da haqq ola biləcəyini inkar etmir. 
Əgər burada iddiaçı olaraq İmam Mehdi (ə.s) nəzərdə tutulsaydı, onda "BİR KİMSƏ" deyə 
xitab  edilməzdi.  Və  burada  bir  İDDİADAN  söhbət  gedir.  Və  İmam  (ə.s)  sanki  bizə 
eşitdirmək istəyir ki, SİZİN GÖZLƏMƏDİYİNİZ BİRİ BUNU İDDİA EDƏRSƏ, DƏRHAL 
ONU  İNKAR  ETMƏYİN,  ÇƏTİN  SUALLAR  VERİN  ONA.  ÇÜNKİ  İDDİAÇI  GÖZLƏ-
MƏDİYİNİZ  ŞƏXS  OLACAQ.  BOYNUNUZU  UZADIB  İNTİZARINI  ÇƏKDİYİNİZ 
ŞƏXS DEYİL. Və İmam (ə.s) həmçinin onu tanımaq və şübhələrdən qurtulmaq üçün bizə 
yol da göstərir. 
Və bugünə qədər Əhməd əl Həsən (ə.s)’a minlərlə çətin suallar yönəldilmiş, və Əhməd əl 
Həsən (ə.s) da 2008’ci ilə qədər göndərilmiş o suallara heyranedici cavablar vermişdir. Və 
onun cavablarında bircə dənə də səhv tapan bir müctehid vəya professor yoxdur. Çünki 
o Bilinməyən İmamdır, gözləmədiyimiz iddiaçıdır. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə