Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

ahmedalhasan313.wordpress.com 
41 
 
hədisdə  keçən  illərə  baxaq.  Bu  hədisdə  birinci  və  ikinci  dünya  müharibələrinə  işarə 
edilmiş  və  onlardan  sonra  da  Mehdiyyi-Əminin  çıxışının  tarixi  verilmişdir.  “Hicrətdən 
1400  il  sonraki  onilliklərdən  İKİ  və  ya  ÜÇ  ONİLLİK  say.  O  zaman  MƏHDİYYİ-ƏMİN 
çıxar.” – Hicri 1420’ci il Miladi 1999’cu ildir. Həqiqətən də Əhməd əl Həsən (ə.s) 1999’cu 
ildə zühur etmiş və atası İmam Muhəmməd Mehdi (ə.s) ilə görüşməyə başlamış, beləlikdə 
də  Yəmani  dəvəti  başlamışdır.  Və  bir  neçə  il  sonra  Əhməd  əl  Həsənin  (ə.s)  dəvətinin 
yayılmağa başlaması nəticəsində Səddam (l.ə) ona qarşı mübarizəyə başlamış və dəfələrlə 
onu öldürməyə çalışmışdır. Lakin buna nail ola bilməmişdir. 
QAİM SİZİN GÖZLƏDİYİNİZ ŞƏXS DEYİL 
Əbu Cəfər Baqirə (ə.s) dedim: “Mənə Qaimdən (ə.s) danışın.” Dedi: “Allaha and olsun ki, 
Qaim mən deyiləm və SİZİN BOYUNLARINIZI ONA TƏRƏF UZATDIĞINIZ ŞƏXS 
DƏ DEYİL. ONUN DÜNYAYA GƏLMƏSİ BİLİNMƏZ.” Dedim: “Necə davranacaq?” 
Buyurdu:  “Allah  Rəsulu  (s)  necə  davranmışdısa  elə  davranacaq.  Özündən  əvvəlkiləri 
ləğv edəcək, (İslamı) yenidən bərpa edəcək.” 
- Əqdüd-Dürər: 226; İsbatul-Huda: 3/534, h.473; Biharul-Ənvar: 51/138, h.9; Mucəmul-Əhadis: 
3/320, h.863; Ğeybəti Numani (azərbaycanca): bab 10, h.10, s.182 
Hədisdə  buyurulan  "SİZİN  BOYUNLARINIZI  ONA  TƏRƏF  UZATDIĞINIZ  ŞƏXS" 
İmam Mehdidir (ə.s) ki, əsrlər boyu şiə topluluğu onun intizarını çəkmişdir, və hələ də 
çəkməkdədir. Və Əhlibeytdən (ə.s) başqa yüzlərlə hədisdə İmam Mehdinin (ə.s) doğumu 
müjdələnib. O halda necə olur ki, bu kəsin doğumu bilinmir? Ən azından onun şiələrinin 
onun  dünyaya  gəlməsindən  xəbəri  var  idi  ki,  kiçik  qeybət  dövründə  onunla  rabitə 
kəsilməmişdi. Hədisi İmam Mehdi (ə.s)’ın dünyaya gəldiyi illər baş verənlərə əsaslandı-
raraq  ona  aid  olduğunu  iddia  etsək  belə,  bu  dövr  üçün  bu,  keçərli  olmayacaq.  Çünki 
burada  müraciət  olunan  kəslər  məhz  Əhlibeytin  şiələridir  ki,  İmam  (ə.s)  "SİZ"  deyə 
müraciət  edir  onlara.  Odur  ki,  burada  DÜNYAYA  GƏLMƏSİ  BİLİNMƏYƏN  ŞƏXS 
BAŞQASIDIR.  Və  o,  bir  mərhələdə  Mehdilərin  ilki  və  Ümmətin  Yəmanisi  Əhməd  Əl 
Həsən (ə.s)’dır ki, Əmrin Sahibi, ilk Mehdi və Yəmani olduğu, İmam Mehdinin (ə.s) onu 
xəbərdar etməsindən sonra əvvəlcə ona, sonra da bizlərə bəlli oldu. Amma heç kim onun 
dünyaya  gəlməsini  gözləmirdi  və  bilmirdi.  Və  ona  görə  də  bu  şəxs  məhz  Əhməd  əl 
Həsəndir (ə.s). 
32- Əbu Cəfər Baqir (ə.s) buyurdu: “Sizlər hər zaman bizdən olan bir şəxsə tərəf boynunu-
zu uzadıb "o budur" deyəcəksiniz və bu səbəbdən də ALLAH ONU APARACAQ. Ta ki, 
Allah  bu  iş  üçün  ELƏ  BİR  ŞƏXSİ  məbus  edəcək  ki,  DOĞULUB DOĞULMADIĞINI, 
YARADILIB YARADILMADIĞINI BİLMƏYƏCƏKSİNİZ.” 
33- Əba Cəfərin (ə.s) belə dediyini eşitdim: “Sizlər daim gözlərinizi bir şəxsə zilləyib "o 
budur" deyəcəksiniz  və  O ŞƏXS ARADAN GEDƏCƏK. Ta ki, Allah ELƏ BİR ŞƏXSİ 
MƏBUS EDƏCƏK Kİ, YARADILIB YARADILMADIĞINI BİLMƏYƏCƏKSİNİZ.” 


Ansarullah Production 
42 
 
- İsbatul-Huda: 3/535, h.480; Biharul-Ənvar: 51/139, h.10 və 11; Mucəmul-Əhadis: 3/228, h.851; 
Ğeybəti-Numani (azərbaycanca): bab 10, h.32 və 33, s.200 
“Vasit şəhərindən həcc ziyarətinə yola düşdüm. Əbu Cəfər Muhəmməd ibn Əlinin (ə.s) 
yanına  daxil  oldum.  Məndən  camaat  və  qiymətlər  barədə  soruşdu  və  mən  dedim: 
“Camaat  boyunlarını  sizə  tərəf  uzadıb,  əgər  qiyam  etsəniz  camaat  sizə  tabe  olacaq.” 
Buyurdu: Ey Ətanın oğlu, qulağını ağılsızlar üçün açmağa başlamısan. Yox, Allaha and 
olsun  ki,  mən  sizin  sahibiniz  deyiləm.  Bizdən  barmaqla  göstərilən  və  qaş-gözlə  işarə 
edilən elə bir şəxs yoxdur ki, ya qətlə yetirilməklə, ya da "burnundan ölməklə" ölməsin. 
Dedim:  “Burnundan  ölmək"  nə  deməkdir?”  Buyurdu:  (Yəni),  öz  yatağında  qəzəbi  ilə 
ölsün. Ta ki, Allah DÜNYAYA GƏLMƏSİ DİQQƏTDƏN KƏNAR QALACAQ ŞƏXS 
göndərənədək.”  Dedim:  “Dünyaya  gəlməsi  diqqətdən  kənar  qalan  şəxs  kimdir?” 
Buyurdu: “Bax gör kimin dünyaya gəlib gəlmədiyini camaat bilmirsə o. Həmin şəxs sizin 
sahibinizdir.” 
- Kafi: 1/342, h.26; Kəmalud-Din: 325, h.2; Rəsailul-Müfid: 400; Təqribul-Məarif: 191; İlamul-
Vəra: 402; Kəşful-Ğummə: 3/312; İsbatul-Huda: 3/446, h.35; s.467, h.129; Biharul-Ənvar: 51/34, 
h.2; s.36, h.7; Mucəmul-Əhadis: 3/226, h.750; Ğeybəti-Numani (azəricə): bab 10, s.180, h.8 
Bugün bütün şiə camaatı İmam Mehdi (ə.s)’ı gözləyir, və gözlərini ona zilləyiblər, onun 
zühur və qiyamı üçün dua edirlər. Və onun doğulduğu barədə şiələr arasında heç kimin 
şübhəsi  yoxdur. Həmçinin  “O şəxs aradan gedəcək” deyə yenə də İmam Muhəmməd 
Mehdi  (ə.s)’a  işarə  edilməkdədir.  Çünki  bugün  bütün  şiələr  onu  (ə.s)  gözləyir  və  bu 
hədisə görə Allah onu gözlərdən gizlədib. O halda burada başqa birindən söhbət gedir – 
“Ta ki Allah elə bir şəxsi məbus edəcək ki...” - bu ifadə əslində çox şeyi aydınlaşdırır. Və 
bu  hədislərdə  bəhsi  keçən  şəxs  məhz  Yəmanidir  ki,  dünyaya  gəlməsi  insanların 
diqqətindən kənarda qalmışdır.  
GİZLİ İMAM YƏMANİDİR 
İmam  Baqir  (ə.s)  buyurdu:  “Qaimin  2  adı  vardır,  BİRİ  GİZLİDİR  digəri  aşkar.  GİZLİ 
OLAN ƏHMƏDDİR, aşkar olan isə Muhəmməd.” 
- Kəmalud-din: c.2, bab 57, s.653 
Bu  hədisdə  əslində  iki  nəfərdən  söhbət  gedir.  Əhməd  adı  Əhlibeyt  (ə.s)’ın  kimliyini 
açıqlamadığı şəxsin adıdır. Muhəmməd isə 12ci İmamın (ə.s) adıdır ki, onun demək olar 
ki, bütün xüsusiyyətləri hədislərdə açıqlanmışdır. 
Əba Cəfərə (ə.s) dedim: “Biz bu işin sahibini ELƏ BİR SİFƏTLƏ VƏSF EDİRİK Kİ, HEÇ 
BİR İNSANDA O SİFƏT (XÜSUSİYYƏT) YOXDUR.” Buyurdu: “Xeyr, vallah. O ÖZÜ 
BU İŞ BARƏDƏ SİZƏ DƏLİL GƏTİRMƏYİNCƏ VƏ SİZİ ONA TƏRƏF ÇAĞIRMA-
YINCA HEÇ VAXT BU İŞ BAŞ VERMƏYƏCƏK.” 
- Biharul-Ənvar: 52/366, hədis 139; Qeybəti-Numani: bab 22, səh.366, hədis 3 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə