Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə17/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   13   14   15   16   17   18   19   20   ...   59

ahmedalhasan313.wordpress.com 
37 
 
– Biharul Ənvar: 52/213 
Əmirəl-Möminin  (ə.s)  buyurdu:  “Mehdi  əqbəl  və  QIVRIM  SAÇLIDIR.  Yanağında  xal 
vardır. ŞƏRQ TƏRƏFDƏN XÜRUC EDƏCƏK. BU BAŞ VERDİYİ ZAMAN SÜFYANİ 
ÇIXACAQ və  hamilə qadının hamiləlik müddəti qədər: doqquz ay hakimiyyət edəcək. 
Şamda xüruc edəcək...” 
- Təfsirul-Burhan: 3/354, h.1; əl-Məhəccə: 177; Biharul-Ənvar: 52/252, h.142; Yənabiul-Məvəddə: 
427; Mucəmul-Əhadis: 5/357, h.1794; Qeybəti-Numani: s.344-345, h.14 
Hər  iki  hədis  Mehdinin  Süfyanidən  öncə  xüruc  etməsinə  işarət  edir.  Burada  Mehdinin 
İmam  Muhəmməd  ibn  əl-Həsən  (ə.s)  olduğunu  iddia  edə  bilmərik,  çünki  Süfyaninin 
xürucu İmam Mehdinin xürucundan əvvəlki beş qaçınılmaz əlamətdən biridir. Odur ki, 
bu hədislər sübut edir ki, Süfyanidən əvvəl bir Mehdi ortaya çıxacaq ki, o da vəsiyyətdə 
adı keçən və Mehdilərin ilki olan Əhməd əl Həsən (ə.s)’dır. 
Kəbul-Əhbar  dedi:  “...  Əlinin  (ə.s)  övladlarından  olan  QAİMİN,  YUSİFİN  QEYBƏTİ 
KİMİ  qeybə  çəkilməsi,  İsa  ibn  Məryəmin  qayıdışı  kimi  bir  qayıdışı  olacaq.  SONRA 
qırmızı ulduzun (planetin) çıxması, Zəvranın xarabalığa çevrilməsi, Məzvərənin batması, 
SÜFYANİNİN ÇIXMASI və Abbas övladlarının Ərməniyyə və Azərbaycan gəncləri ilə 
döyüşməsindən sonra zühur edəcək. Bu  döyüş elə bir  döyüşdür  ki, minlər  və minlərlə 
insan  burada  qətlə  yetiriləcək.  Hər  kəs  üzərində  QARA  BAYRAQLAR  dalğalanan 
bəzəkli bir qılıncdan yapışacaq. Bu elə bir döyüş olacaq ki, onu qırmızı ölüm və boz taun 
müşayət edəcək.” 
- Biharul-Ənvar: 52/225, hədis 89; İsbatul-Huda: 3/532, hədis 464; Muntəxəbul-Əsər: s.300, h.2; 
Ğeybəti-Numani (azəricə): səh.152-153, hədis 4 
Əmirəl  Möminin  (ə.s)  buyurdu:  “Dünyanın  gözü  oyulmamış  və  səmada  qırmızılıq 
görsənməmiş  QİYAMƏT  (Qaimin  qiyamı)  qopmayacaq.  O  qırmızılıq  ərşi  daşıyan 
mələklərin yer əhli üçün tökdükləri göz yaşlarıdır. O ZAMAN dindən nəsibi olmayan bir 
dəstə çıxıb övladlarımın haqqını tələb etdiklərini iddia edəcəklər, halbuki onlar övladla-
rımdan uzaqdırlar. Onlar nalayiq və nəsibsiz bir dəstədir.  Şərr insanlara müsəllətdirlər, 
zalımlar  üçün fitnə hazırlayırlar, şahlar  üçün qan tökürlər. Onlar Kufənin qara camaatı 
içərisindən çıxacaqlar. Onlara rəngi də, qəlbi də qara olan bir şəxs başçılıq edəcək. Onun 
dini xarabdır və xeyirsiz bir şəxsdir. Əsli-kökü bərbad, özü rəzil və zorbadır. Onu ən şərr 
nəsildən olan zinakar və facir analar böyütmüşdür. Allah o nəsli qurutsun! O, MƏNİM 
NƏSLİMDƏN  OLAN  MÜTƏĞƏYYİB  ŞƏXSİN  QEYBƏ  ÇƏKİLƏCƏYİ  İLDƏ 
ORTAYA ÇIXACAQDIR. O qırmızı bayrağın və yaşıl ələmin sahibidir...” 
- Biharul Ənvar: 52/226, hədis 90; Ğeybəti Numani: bab 10, hədis 5 
Diqqət  edin  ki,  hədisdə  “SONRA  …  SÜFYANİNİN  ÇIXMASI”  deyə  buyurulur  və 
bildiyimiz kimi, Süfyani İmam Mehdinin (ə.s) qiyam əlamətlərindən, yəni Höccətin (ə.s) 
qiyamından  əvvəl  baş  verəcək  hadisələrdən  biridir.  Həmçinin,  hədisdə  “YUSİFİN 


Ansarullah Production 
38 
 
QEYBƏtİ KİMİ QEYBƏ ÇƏKİLMƏSİ” ifadəsi də keçir ki, bu da Əhməd əl Həsən (ə.s)’a 
işarə etməkdədir. Elə isə burada bəhsi keçən Qaim yenə də Yəmanidir.  
Əhməd əl Həsən (ə.s) “Tövhid” kitabında belə buyurmuşdur: “... Beləliklə Muhəmməd 
(s), Hacərul-Əsvədi (Qara Daşı) daşıdı və bu  daşıma, Qaimin və Günahın Daşıyıcısının 
və  günaha  işarət  edən  QARA  BAYRAĞIN  DAŞIYICISI’nın  Muhəmməd  (s)’dən 
olacağına  işarədir.  Həmçinin  buna  da  işarədir  ki,  Muhəmməd  (s),  onu  öz  sülbündə 
daşıyan şəxsdir. Çünki o (Qaim), Muhəmməd (s)’in qızı olan Fatimədə  (s.ə) yerləşir  və 
ona  görə  də  günahın  həqiqi  daşıyıcısı,  Rəsulullah  Muhəmməd  (s)’dir.  Allahın  bu  daşı 
örtmək  istədiyi  qara  rəng  isə  qulların  günahlarına  işarədir  və  o  rəng  insanlara  öz 
günahlarını  xatırladır  ki,  Allahın  Evində  olduqları  vaxt,  bəlkə  tövbə  edər  və  məğfirət 
diləyərlər.  Həmçinin  bu,  Haqqın  Qaimi  olan  Al-i  Muhəmmədin  Qaiminin  (ə.s)  QARA 
BAYRAQLARI ilə də eyni rəngdədir. Ona görə də QARA BAYRAQLAR DAŞA İŞARƏ 
EDİR  VƏ  DAŞ DA  BAYRAQLARA  işarət  edir.  Onların  hər  ikisi  də,  qara  rəngləri  ilə, 
Zərr Aləmində məxluqatdan alınan şəhadət və əhdi pozma günahına işarə edirlər. Eyni 
zamanda  onlar,  bu  günahın  daşıyıcısının,  günaha  işarə  edən  QARA  BAYRAĞIN 
DAŞIYICISININ, və şəhadət və  əhd  kitabı ilə seçilmiş qulun çəkdiyi əziyyətə də işarə 
edirlər. Və o şəxs, Hacərul-Əsvəddir və o, Ali-Muhəmmədin Qaimidir (ə.s).” 
SÜFYANİNİN VƏ QAİMİN – YƏMANİNİN XÜRUCU 
Əba  Cəfər  Baqirdən  (ə.s)  Süfyani  barədə  soruşdum.  Buyurdu:  “Ondan  əvvəl  Şeysbani 
çıxmayınca  Süfyanidən  sizə  nə?  O  Kufə  torpağında  çıxacaq.  Su  qaynayıb  çıxan  kimi 
çıxacaq. O SİZİN nümayəndə heyətinizi qətlə yetirəcək. Bundan sonra SÜFYANİNİ VƏ 
QAİMİN XÜRUC ETMƏSİNİ GÖZLƏYİN.” 
– Biharul-Ənvar: 52/250, h.136; Mucəmul-Əhadis: 3/268, h.794; Qeybəti-Numani: 342, h.8 
SÜFYANİ  VƏ  QAİMİN  XÜRUC  ETMƏSİ  ifadəsi  yenə  də  Yəmaninin  (ə.s)  da  Qaim 
olduğunu  bir  daha  sübut  edir.  Çünki  bilirik  ki,  Süfyani  İmam  Mehdi  (ə.s)’ın  zühur 
əlamətlərindəndir, xüruc deyil. O HALDA BURADA BAŞQA BİR QAİMDƏN SÖHBƏT 
GEDİR.  VƏ  O  QAİM  YƏMANİDİR.  Və  kiçik  bir  vurğu  da  var  bu  hədisdə  ki,  “SİZİN 
nümayəndə heyəti” deyə buyurur İmam Baqir (ə.s). 
Əba Əbdillah (ə.s) buyurdu: “YƏMANİ və SÜFYANİ iki yarış atı kimidirlər.” 
– Əmali (Şeyx Tusi): 2/275; Biharul-Ənvar: 52/253, h.143; s.275, h.170; Mucəmul-Əhadis: 3/478, 
h.1043; Ğeybəti-Numani: 18ci bab, s.345, h.15 
Əba Əbdillahın (ə.s) belə buyurduğunu eşitdim: “Süfyani çıxdığı zaman bir qoşun BİZƏ 
tərəf,  bir  qoşun  da  SİZƏ  tərəf  göndərəcək.  Bu  baş  verdiyi  zaman  nə  yolla  olur  olsun, 
BİZƏ TƏRƏF GƏLİN.” 
– Dəlailul-İmamə: 261; Biharul-Ənvar: 52/253, h.145; Mucəmul-Əhadis: 3/470, h.1034; Ğeybəti-
Numani (azəricə): 346, h.17 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə