Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

ahmedalhasan313.wordpress.com 
35 
 
Onlar bu şəxsləri ona nişan verəcəklər. O, həmin şəxsləri Sahiblərinin yanına aparacaq və 
onlar onunla görüşəcəklər. Sahibləri onlara növbəti gecə üçün vəd verəcək...” 
- Təfsiri-Əyyaşi: 2/56, hədis 49, səh.140, hədis 8; Təfsiri-Qummi: 2/205; Kafi: 8/313, hədis 487; 
Məcməul-Bəyan:  5/144:  Əqdüd-Dürər:  133;  Biharul-Ənvar:  52/341;  Mucəmul-Əhadis:  5/2; 
Qeybəti-Numani (azəricə): səh.197-199, hədis 30. 
İmam Baqir (ə.s) Mehdinin hərəkatı haqqında söhbət edərkən belə buyurdu: “Nəhayət o 
(ə.s) Zələbyəyə (Livanda bir şəhər) yetişər,  ÖZ ATASININ SOYUNDAN BİR NƏFƏR 
ayaqlanar, bədəni və qəlbi ən sərt olanlardandır, əmrin sahibi xaric, və o deyər: “Ey sən, 
nə edirsən? Allaha and olsun ki, sən camaatı, heyvanları qorxudan kimi qorxudursan. Bu, 
Allah  Rəsulunun  (s)  zamanındandır  yoxsa  nədir  belə?”  Beləliklə  sonra  BEYƏTƏ 
MÜYƏSSƏR  OLAN  MÖVLA  deyər:  “Əgər  susmasan,  bu  gördüyünlə  boynunu 
vuracağam.”” 
- Mucəmul-Əhadis: 5/26-29 
Əbi  Əbdillah  Cəfər  Sadiq  (ə.s)  buyurdu:  “Beləliklə  Qaim  rükn  və  məqam  arasında 
duracaq, VƏZİRİ də onun yanında olacaq... Və o, Məkkədən çıxacaq, o və onunla birlikdə 
olan 300 və bir neçə nəfər, və onlar rükn və məqam arasında ona beyət edəcəklər. Onunla 
birlikdə Allah Rəsulunun (s) ƏHDİ və BAYRAĞI vardır. Beləliklə də o, dua edib oranı 
tərk edəcək, VƏZİRİ DƏ ONUNLA BİRLİKDƏ OLACAQ.” 
- Biharul-Ənvar: 52/222-223 
Əmirəl  möminin  Əli  (ə.s)  buyurdu:  “Sonra  Hirada  onun  (Qaim)  üçün  500  qapılı  bir 
məscid tikiləcək. QAİMİN XƏLİFƏSİ orada namaz qılacaq. (Bu məscid ona görə tikiləcək 
ki,) Kufə məscidi onlar üçün dar olacaq. ON İKİ ADİL İMAM (ə.s) orada namaz qılacaq-
lar.” 
- Biharul-Ənvar: 52/474; Təhzibul-Əhkam: 3/253 
İmam Baqir (ə.s) dedi: … “Bayraqların içində doğru yolda olanı Yəmaninin bayrağıdır... 
YƏMANİ XÜRUC ETDİYİ ZAMAN CAMAATA VƏ HƏR BİR MÜSƏLMANA SİLAH 
SATMAQ HARAM OLACAQ...” 
– ər-Rəcət: 157; Mucəmul-Əhadis: 3/253, h.783; Ğeybəti-Numani: 14cü bab, s.286, h.13 
Birinci  hədisin  son  cümləsinə  diqqət  edək:  "YALNIZ  İŞLƏRİNDƏN  MƏSUL  OLAN 
XİDMƏTÇİDƏN  BAŞQA."  Və  həmçinin  Yəmaninin  (ə.s)  nəyə  görə  fiqhi  məsələlərdə 
fətvalar  verdiyini  də  bu  hədis  açıqlayır  ki,  bu  xadim  barədə  "İŞLƏRİNDƏN  MƏSUL 
OLAN"  deyilir.  İkinci  hədisdə  isə  “YANINDA  OLAN  MÖVLA”  ifadəsi  də  açıq-aydın 
İmam  Mehdinin  (ə.s)  xidmətçisinin  var  olduğundan  və  zühurdan  əvvəl  müəyyən  işlər 
görəcəyindən  xəbər  verir.  Digər  hədisdə  də  İmam  Mehdi  (ə.s)’ın  VƏZİRİNDƏN  bəhs 
edilir ki, bu da bir daha vəzirin önəmli bir şəxs olmasına işarə edir. Və digər hədisdə də 
Yəmaninin  hökm  vermə  hüququnun  da  olduğunu  görürük,  bu  da  ilk  hədisi  bir  daha 


Ansarullah Production 
36 
 
təsdiqləyir, belə ki Yəmani (ə.s) İmam Mehdi (ə.s)’ın işlərindən MƏSULDUR. Odur ki, bu 
Mövla və ya Xidmətçi və ya Vəzir Yəmanidən başqası deyildir.  
İmam Əhməd əl Həsən (ə.s) belə buyurur: “Lakin heyhat! Az qala bir dənə də hədisi başa 
düşməyən bu ağılsızlarla nə edə bilərəm?! Və əsla sevinməyin, ey zalımlar! Sizi tərk edib 
torpaqlarınızdan  hicrət  etdiyim  üçün  sevinməyin.  Çünki,  Atam  Muhəmməd  ibn  əl-
Həsən əl-Mehdi (ə.s) ilə birlikdə qayıtmağım çox çəkməyəcək. O (ə.s) sizə qılıncların 
kölgəsi altında, qılınc və ölümdən başqa heçnə verməyəcəkdir.”  
- İmam Mehdi (ə.s) ilə Görüş Xütbəsindən 
İmam Sadiq (ə.s) buyurmuşdur: Rəsulullah (s) əshabına belə buyurdu: “Müjdələr olsun o 
kəslərə  ki,  mənim  nəslimdən  olan  Qaimə  yetişib,  QİYAMINDAN  ƏVVƏL  onu  təqib 
edəcək, onun YARDIMÇISINA yardım edəcək və düşmənini rədd edəcək və ondan öncə 
hidayət  edici  İmamları  mövlalar  edinəcək.  Onlar,  mənim  əshabımdır  və  onlar  mənim 
eşqimə  və sevgimə sahib kəslərdir. Və onlar, ümmətimin mənə ən comərd olanlarıdır." 
Rəfa deyir ki (Rəsulullah (s) belə buyurdu) “Və onlar, Allahın yaratdıqlarının mənə qarşı 
ən comərd olanlarıdır.” 
- Ğeybəti-Tusi: səh.457 
Həmçinin mühüm bir məsələni də qeyd edək ki, bu bölümdə keçən hədislər mütəşabihdir 
və fərqli zamanlarda fərqli şəxslərə işarət etməkdədir. Belə ki, İmam Mehdi (ə.s)’ın kiçik 
qeybəti dövründə ona (ə.s) işarət edən bu hədislər, bugün İmam Əhməd əl Həsən (ə.s)’a 
və onun qeybəti dövrünə işarət edir. Qeyd edək ki, İmam Əhməd əl Həsən (ə.s)’ın birinci 
qeybəti 2008-2015’ci illərdə baş vermişdir. 
İsa (ə.s) buyurmuşdur:  
[İndi  isə  məni  göndərənin  yanına  gedirəm.  Nə  var  ki,  içinizdən  heç  biri  mənə,  ‘Hara 
gedirsən?’ deyə soruşmur. Amma sizə bunları dediyim üçün ürəyiniz kədərlə doldu. Sizə 
həqiqəti deyirəm, mənim gedişim sizin xeyrinizədir. Getməsəm, YARDIMÇI sizə gəlməz. 
Amma getsəm, onu sizə göndərərəm. O gəlincə dünyanın günah, doğruluq və gələcək hökm 
barədəki günahını dünyaya göstərəcək.] [İncil, Yuhanna 16:5-11] 
MEHDİNİN QEYBƏTİ VƏ SÜFYANİNİN XÜRUCU 
Həzləm  ibn  Bəşir  deyir:  Mən Əli  ibn  Hüseyndən  (ə.s)  Mehdinin  xurucunu  və  onun 
təfərrüatları  və  əlamətləri  barəsində  məlumat  verməsini  istədim,  o  (ə.s)  dedi:  “Onun 
xurucundan öncə Cəzirədə (İraq) Əvf Silmi adlı bir nəfər xuruc edər, onun evi Tikritdə 
olacaq  və  onun  öldürülməsi  Dəməşq  məscidində  olacaq  və  sonra  Şüeyb  ibn  Salehin 
xurucu  olar  Səmərqənddən  və  sonra  Süfyani  lənətlənmiş  Vadi  əl-Yabisdən  xuruc  edər 
(çıxar)  və  o,  Utba  ibn  Əbu  Süfyanın  oğludur.  ƏGƏR  SÜFYANİ  ÇIXARSA  MEHDİ 
QEYBƏTƏ ÇƏKİLƏR və sonra O (Mehdi) ONDAN SONRA XURUC EDƏR.” 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə