Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə18/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

ahmedalhasan313.wordpress.com 
39 
 
Abdullah ibn Sinan nəql edir: Əba Əbdillah (ə.s) buyurdu: “Nida məthumdandır, Süfyani 
məthumdandır,  YƏMANİ  məthumdandır,  Nəfsi-Zəkiyyə  məthumdandır,  səmada  bir 
əlin görünməsi məthumdandır.” Sonra dedi: “Ramazan ayında bir qorxu baş verəcək ki, 
yatanı oyadacaq, oyaq olanı qorxudacaq, qızları pərdə arxasından çıxaracaq.” 
- İsbatul-Huda: 3/735, hədis 99; Biharul-Ənvar: 52/233, hədis 98; Mucamul-Əhadis: 3/464, hədis 
1025; Ğeybəti-Numani: bölüm 14, hədis 11, s.282 
Əba  Əbdillaha  (ə.s)  dedik:  “Süfyani  məthumdandır  (mütləq  baş  verəcək  əlamətlərdən-
dir)?”  Buyurdu:  “Bəli.  Nəfsi-Zəkiyyənin  qətli  məthumdandır,  QAİM  məthumdandır, 
Beyda (çölündə) yerə batma məthumdandır, səmada görünəcək əl və səmadan eşidiləcək 
nida  məthumdandır.”  Dedim:  “Nida  nə  olacaq?”  Buyurdu:  “Bir  carçı  QAİMİN  və 
ATASININ (ə.s) adı ilə nida edəcək.” 
- İsbatul-Huda: 3/736, hədis 102; Muntəxəbul-Əsər: 455, hədis 4; Mucəmul-Əhadis: 3/450, hədis 
1003; Ğeybəti-Numani (azəricə): 287-288, hədis 15 
Hədislərə  diqqət  etdiyimizdə  anlayırıq  ki,  Qaim  bir  nəfər  deyil,  çünki  Qaimin  (ə.s) 
əlamətləri  sayılır  və  açıq  şəkildə  Qaim  əlamət  olaraq  zikr  edilir.  Və  digər  hədisdən  də 
görürük  ki  Qaim  elə  Yəmanidir.  Və  ardınca  nidada  Qaimin  və  atasının  adı  çəkiləcəyi 
deyilir. Təbii ki, buradakı Qaimdən də məqsəd Yəmanidir.  
YƏMANİNİN (Ə.S) ZÜHUR TARİXİ 
Huzeyfə  bin  Yəman  vəfat  edəcəyini  hiss  etdiyi  əsnada  elmi  paylaşmayacağından 
qorxaraq  ətrafındakılara  dedi:  "Rəsuli-Əkrəmdən  (s)  öyrəndiyim  axırzamanda  baş 
verəcək  hərblərlə  əlaqəli  xəbərləri  sizə  bildirim  mi?"  Onlar  (Əshablar):  "Bəli,  xəbər  ver! 
Buna  bir  bais  yoxdur,  Allah  səni  xeyirlə  mükafatlandırsın"  dedilər.  Bundan  sonra 
Huzeyfə sözünə davam edərək dedi: "Hicrətdən 1300 il sonrakı onilliklərdən bir neçə (5 
və ya 6) onillik say. O vaxt Rumluların məliki bütün dünya ilə hərb etmək istəyər. Allahu-
Təala (s.v.t) o adam üçün hərbi iradə edər. Bunun üzərindən çox zaman keçməz ki,  İKİ 
ONİLLİK sonra Cərmən deyilən bir şəhərdən adı öz adı kimi olan bir adam müsəllət olar 
və  bütün  dünyaya  hakim  olmaq  istəyər.  Həm  soyuq  məmləkətlərdə  və  həm  də  isti 
məmləkətlərdə bütün dünya ilə hərb edər. Şiddətli hərb atəşlərinin dolu olduğu illərdən 
sonra Allahın (s.v.t) qəzəbinə  uğrayar. Nəticədə Rusun əli ilə məğlub edilər. Hicrətdən 
1300 il sonrakı onilliklərdən BEŞ və ya ALTI, YEDDİ və ya SƏKKİZ onillik say. O vaxt 
Misirə  "Nasir"  künyəsində  bir  adam  hökm  edər.  Ərəblər  onu  "Şücaül-Ərəb"  (Ərəbin 
Cəsuru) deyə çağırarlar. Allah (s.v.t) onu bir hərbdə və sonra da yenidən bir hərbdə (yəni 
hər iki hərbdə) zəlil edər. O Nasir Mənsur (kömək olunmuş) olmaz, ona yardım edilməz. 
Və  Allahu-Təala  (s.v.t)  ayların  ən  fəzilətlisində  (Ramazan  ayında)  Misirə  həqiqi  nüsrət 
iradə  edər  ki,  bu  nüsrət  təhəqqüq  edəcəkdir.  Bunun  üzərinə  Beytin  Rəbbi  olan  Allah 
(s.v.t), Misir xalqını  və Ərəb millətini, atası özündən daha ənvər olan "Əsmər Səda" ilə 
razı  edərək,  onu  onlara  hakim  edər.  Fəqət  bu  adam  Məscidül-Əqsanın  münafiqləri 


Ansarullah Production 
40 
 
(Yəhudilər)  ilə  Bəldə'i-Hazində  sülh  müqaviləsi  bağlayar.  Sonra  Şam  diyarından  olan 
İraqda cəbbar bir adam zühur edər ki, o adam Süfyanilərdən biridir, və onun bir gözündə 
həfif  çəplik  vardır.  Onun  adı  SƏDDAM’DIR.  O,  onunla  mübarizə  edənlərə  qarşı 
səddamdır. Bütün dünya Kiçik Kutda onun üçün toplanarlar ki, Səddam da bu Kuveytə 
daha  əvvəl  aldadılaraq  girmişdir.  Bu  Süfyanidə  heç  bir  xeyir  yoxdur.  Çünki  əgər 
İslamiyyətə dönərsə o zaman onda xeyir olar. O həm xeyir, həmdə şərdir.
3
 MƏHDİYYİ-
ƏMİNƏ xain olana (Səddama) vay olsun! Hicrətdən 1400 il sonraki onilliklərdən İKİ və 
ya ÜÇ ONİLLİK say. O zaman MƏHDİYYİ-ƏMİN çıxar və bütün dünya ilə hərb edər 
(Və  ya;  bütün  dünya  xalqlarını  haqqa  səsləyərək,  münafiqlərin  əleyhinə  haqq  ilə  hərb 
edər). Şübhəyə düşənlər və Allahın (s.v.t) qəzəbinə  uğramış olanlar və münafiqlər, İsra 
və Merac bölgələri olan Qüdsdəki ‘Məciddun Dağları’nda onun üçün toplanarlar. Bütün 
dünyanın  və  bütün  hilaların  hökmdarı  da  Məhdiyə  qarşı  çıxar  ki,  onun  adı  Zaniyədir 
("Zinakar" yəni "Amerika"). Bu məleykə o zamanlarda bütün dünyanı küfrə sürükləyər. 
Yəhudilər də o zamanlarda dünyaca ən yüksək məqamlara sahib olarlar. Bütün Qüdsə və 
müqəddəs məkanlara sahib olarlar. Bütün dünya dənizdən və havadan Məhdinin üzərinə 
hücum edəcəkdir. Ancaq çox soyuq və çox isti olan bölgələr istisnadır. Məhdi baxıb görər 
ki, bütün dünya çirkin hiylə və planlar ilə əleyhinə ittifaq edir. Lakin bilər ki, Allah (s.v.t) 
daha  şiddətli  məkrə  sahibdir  və  onların  bütün  hiylələrini  boşa  çıxararaq  rəzil  edər.  Və 
bütün kainat Onun mülküdür və Ona dönəcək və uca olan yalnız Odur. Və bütün dünya 
əsli  və  fər'i  ilə  Onun  (s.v.t)  bir  xilqət  şəcərəsidir.  Beləcə  bu  qüdrətə  malik  olan  Cənabi-
Haqq (s.v.t), Məhdiyə nüsrət üçün ən şiddətli bir əzab ilə onları vurar və yeri, dənizi və 
səmanı  onların  üzərinə  əzab  qərar  verər.  Və  səmadan  onların  üzərinə  şiddətli  yağmur 
yağdırar. O gün bütün  yer əhli küfr əhlinə lənət oxuyar. Allah da bütün  küfrün zəvala 
uğramasını iradə edər".  
-  Kəldə  ibn  Zeyd,  "Kitabi  İsməl-Məsalik,  li  Əyyamil  Məhdiyyil-Məliki  li  kullid-Dünya  bi 
Əmrillahil-Məlik", səh.216-217 
Rəvayət həmçinin Əhli-Sünnənin məhşur alimi Haris bin Səlam bin Muaz bin Mədhan əl 
Mədaini'nin "Kitabul Silm vəl Hərb fi Axirəz-Zaman ər-Rəbb" kitabında da mövcuddur 
ki, bu rəvayət ibn Abbas tərəfindən İmam Əmirəl-Möminindən (ə.s) nəql olunur.  
Bu hədisdən də göründüyü kimi Mehdiyyi-Əmin İmam Mehdiyə (ə.s) işarət etmir. Çünki 
Səddam  (l.ə)  öz  dövründə  İmam  Mehdiyə  (ə.s)  qarşı  mübarizə  aparmayıb.  Gəlin  indi 
                                                             
3
 Yəni; o kafir olduğu təqdirdə kafirlərlə "Amerika" və "Avropa" ilə hərb edər. Bu, müsəlmanlar 
üçün xeyirdir. Lakin, İslamiyyət məsələlərinə gəldikdə o Muhəmməd (s)'in və Əhli-Beyt (ə.s)'ın 
hökmlərinə  qarşı  hökm  verərək,  onların  şəriətini  aradan  aparar.  Dinə  bid'ət  gətirər.  Guya 
müsəlman imiş kimi, İslam uğrunda cihad adı ilə, müsəlmanları həm öz içlərində həmdə Qərb 
dövlətləri arasında kütləvi həlaka sürükləyər, Qur'anı öz murdar qanı ilə yazdırar, Əhli-Beyt (ə.s) 
və şiələrə qarşı düşmənçilik edər. Sanki, Əbu-Süfyanın (l.ə) övladlarından olan Müaviyə (l.ə) və 
Bəni-Üməyyə (l.ə) kimi... 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə