Ahmedalhasan313. wordpress com



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix01.08.2018
ölçüsü2,47 Mb.
#60467
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

Ansarullah Production 
46 
 
Əbi Abida əl-Həda nəql edir: Mən Əbu Cəfər (ə.s)’dan bu əmrin/məsələnin nə zaman baş 
verəcəyi haqqında soruşdum. O (ə.s) buyurdu: “Əgər sən onun (ə.s) bir yöndən gələcəyini 
ümid etsən, lakin o (ə.s) BAŞQA BİR YÖNDƏN GƏLSƏ, İNKAR ETMƏ.” 
- Bəşarətul-İslam: s.148 
Müfəzzəl  İmam  Sadiq  (ə.s)’dan  soruşdu:  “Ey  Mövlam,  MEHDİNİN  ZÜHURU  necə 
başlayacaq  ki, ona təslim olacaqlar?" O (ə.s) buyurdu: "Ey Müfəzzəl, o (ə.s) anlaşılması 
üçün ŞÜBHƏ ilə zühur edəcək. Belə ki, onun zikri məşhurlaşacaq və əmri bilinəcək, adı, 
ləqəbi  və  nəsəbi  ilə  çağırılacaq.  Beləliklə  sadiqlərin  və  azğınların,  qəbul  edənlərin  və 
etməyənlərin dillərində o qədər zikr ediləcək ki, bəhs edilən isbatlara uyğun gəlsin və ona 
olan  dəlillər  isbatlansın.  Bu  səbəbdən  biz  ondan  bəhs  etdik  və  onun  haqqında  dəlillər 
verdik, onun nəsəbini, adını və ləqəbini açıqladıq.” 
- Biharul-Ənvar: 53/3 
BU İŞİN SAHİBİ ÖZÜ BU İŞ BARƏDƏ DƏLİL 
GƏTİRƏCƏK 
Əba Cəfərə (ə.s) dedim: “Biz bu işin sahibini elə bir sifətlə vəsf edirik ki, heç bir insanda 
o  sifət  (xüsusiyyət)  yoxdur.”  Buyurdu:  “Xeyr,  vallah.  O  ÖZÜ  BU  İŞ  BARƏDƏ  SİZƏ 
DƏLİL GƏTİRMƏYİNCƏ VƏ SİZİ ONA TƏRƏF ÇAĞIRMAYINCA HEÇ VAXT BU 
İŞ BAŞ VERMƏYƏCƏK.” 
- Biharul-Ənvar: 52/366, hədis 139; Ğeybəti-Numani (aze): səh.366, hədis 3 
Əba Əbdillah (ə.s) belə buyurdu: “... ƏGƏR BİR KİMSƏ (QAİM OLDUĞUNU) İDDİA 
ETSƏ,  ONDAN  YALNIZ  (QAİMİN)  CAVAB  VERƏ  BİLƏCƏYİ  ÇƏTİN  SUALLARI 
SORUŞUN.” 
- Kafi: 1/340, h.20; Biharul-Ənvar: 52/157, h.18; Ğeybəti-Numani (aze): s.187, hədis 9 
İmam  Sadiq  (ə.s)  buyurdu:  “Bu  elə  bir  məsələdir  ki,  SAHİBİNDƏN  BAŞQASI  ONU 
İDDİA ETMƏZ, əks halda Allah (yalnışlıqla) onu iddia edənin ömrünü kəsər.” 
- Kafi: 1/373 
Abdullah ibn Haris nəql edir: Mən Əli ibn Əbu Talib (ə.s)’a dedim: “Ey möminlərin Əmiri 
(ə.s), mənə Qaiminizdən sonrakı hadisələrdən xəbər verin.” O (ə.s) buyurdu: “BU ONA 
(QAİMƏ) HƏVALƏ EDİLMİŞ BİR ŞEYDİR və Allah Rəsulu (s) bu haqda məndən vəd 
almışdır ki, onu Həsən və Hüseyndən (ə.s) başqa heç kimə deməyim.” 
- Kəmalud-din və Təmamun-Nima: s.77 
Bəziləri,  xüsusən  də  təqlidçilər  deyirlər  ki,  “İmam  Mehdinin  ə.s.  elçisi  gəlibsə,  və  o 
Əhməd  əl  Həsəndirsə, onda  nəyə  görə  bircə  dənə  də  mərceyi-təqlid,  və  ya  alimlərimiz 
onu  qəbul  etmirlər?  Əgər  haqdırsa  niyə  onu  yalançı  sayırlar?  Bu  dəlil  deyilmi  ki,  o 


ahmedalhasan313.wordpress.com 
47 
 
yalançıdır?  Biz  o  alimlərdən  daha  yaxşı  tanıyacağıq  Elçini?”  Budur,  İmam  Baqir  (ə.s) 
buyurur  ki, bu işin sahibini tanıya bilməyəcək insanlar, ta ki ÖZÜ BU İŞ BARƏSİNDƏ 
DƏLİL GƏTİRMƏYİNCƏ VƏ BİZİ ONA TƏRƏF ÇAĞIRMAYINCA… Deməli müctehid-
lər Qaimi (ə.s) tanıma meyarı deyil və hətta hamı kimi onlar da imtahan olunacaqlar və 
çoxu imtahandan keçə bilməyəcək və Qaimə (ə.s) qarşı dilləri ilə sona qədər savaşacaqlar. 
Əgər  onlar  meyar  olsaydı,  deyilməzdimi  ki,  Qaim  çıxdığı  zaman  onu  o  zamanın 
alimlərindən soruşun? 
İmam Əhməd əl Həsən (ə.s) buyurmuşdur: 
“Allahı işarələrlə və açıq-aydın ayətlərlə tanıyanlara, Allahı öz qəlblərində qorxaraq yad 
edənlərə və Allahın, mömin, ilahi idraka sahib qullarına… 
[Əlif,  Lam,  Mim.  Bu,  qətiyyən  şübhə  doğurmayan,  müttəqilərə  doğru  yol  göstərən  bir 
Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namazı iqamə edir və Bizim onlara verdiyimiz 
ruzidən (Allah yolunda) xərcləyirlər.] (Bəqərə 2:1-3) 
Qeyb, Əhlibeytin (ə.s) də insanlara təfsir etdiyi və görənlər üçün bəyan etmiş olduqları 
İmam Mehdi Muhəmməd ibn əl-Həsən (ə.s)’dır. O (ə.s) “Allah”ın “Ha”sıdır və Qələmin 
“Nun”udur. Ona hidayət edən Kitab haqqında müttəqilərin heç bir şəkki yoxdur,  [Əlif. 
Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin 
insanların çoxu (buna) inanmır.] (Rad 13:1). 
Kitab “Kun”un (“Kun (ن ك)” ərəbcədən tərcümədə “ol” deməkdir) “Kaf(ك)”ıdır (Ərəbcə 
“ك” hərfi). Çünki onun vasitəsilə sizə ruzi bəxş edilər, onun vasitəsilə yağmur yağar, onun 
vasitəsilə insanlar qurtular və onun vasitəsilə insanlar sıxılar. Yüksəlişdə, “Kaf” “Nun”da 
gizlənər və alçalışda “Nun” “Kaf”da gizlənər, beləliklə hər kim “Nun”u görmək istəyirsə 
“Kaf”a baxmalıdır və hər kim qeybi bilmək istəyirsə, ilk növbədə Kitabı axtarmaqdan və 
onu tanımaqdan başqa bir seçimi yoxdur. Ələs, bu gizli elmə yalnız pak olanlar toxunar. 
Elə  isə  nəfsinizi  təmizləyin  ki  yüksələsiniz  və  yüksəlişin  ən  yaxşısı  Təqvadır.  Zira 
müqəddəs olan müqəddəsdən başqasına yaxınlaşmaz və müqəddəs olan müqəddəsdən 
başqasını sevməz. Həmçinin Kitab birdir və hissələrə bölünməmişdir, çünki o, Bir olana 
hidayət  edər  və  yönəldər.  O,  Vahid  və  Qəhhar  olan  Allaha  hidayət  edər.  Beləliklə 
salamatlıq  yollarının  nə  qədər  olmasından  asılı  olmayaraq,  hamısı,  Qeybə  tutunmuş 
dosdoğru  yolda  (Siratil  Müstəqimdə)  cəm  olar.  Əgər  bir  şəxs  Allahın  möhkəm  ipinə 
çatmaq  üçün  ona  tutunmasa,  o  (ip)  onunla  bağlarını  qoparar  və  onu  cəhənnəmə  atar. 
Beləliklə  o  (şəxs)  SAMİRİ  və  BƏLAM  İBN  BAURA  kimi  olar.  Açıq-aydın  nur  olduğu 
düşündüyü  halda  zülmətlərdə  ağlını  itirər.  Onun  misalı  özünü  müqərrəb  mələklərdən 
hesab edən bir itin misalı kimidir.” (İmamın (ə.s) sözlərinin sonu) 
Odur  ki,  Qeybə  inanmaq  üçün  əvvəlcə  Kitaba  iman  etmək  gərəkdir.  Kitabı  tanımayan 
Qeybi də tanımayacaqdır. Və bugün Kitab Əhməd əl Həsən (ə.s)’dır ki, insanları Siratil-
Müstəqimə, yəni İmam Mehdi (ə.s)’a doğru yönəldir. Və gətirdiyi elmin qarşısında dura 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə